fa
Feedback
STP POLYMER MMC

STP POLYMER MMC

رفتن به کانال در Telegram

"STP Polimer"MMC yüksək keyfiyyət standartlarının bütün tələblərinə cavab verən Polimer boru və Fitinqlərinin satışı 📍 H.Z.Tağıyev settlement,Sumqayıt 5022,Azərbaycan 📞+994 50 246 45 73 WhatsApp +99455 309 03 44 🌐 https://www.stp.az 📩 r.resulov@stp.az

نمایش بیشتر
186
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-27 روز
-530 روز
آرشیو پست ها
Е 100 boruları aşağıdakı sahələrdə tədbiq olunur: Yeraltı, yerüstü içməli və texniki məqsədlər üçün su şəbəkələri; Dəniz sularının axıdılması sistemləri; Su drenaj sistemi; Tarla suvarma sistemləri; Neft yataqları; Kimya və neft-kimya sənayesi; Bina və sənaye obyektlərinin tikintisi; Mədən sənayesi; Magistral və lokal təbii qaz xətlərinin çəkilişi. Şirkətimiz yüksək keyfiyyət standartlarına cavab verən РЕ 100 borularının satışını təmin edir. Daha ətraflı aşağıdakı keçiddən saytımıza daxil olaraq məlumat ala bilər və ya onlayn müraciət edə bilərsiniz.

PE100 (HDPE) Boru Nədir və Haralarda İstifadə Olunur? PE100 (High-Density Polyethylene) boruları, yüksək sıxlıqlı polietilendən hazırlanan və müasir infrastruktur layihələrində geniş istifadə olunan boru sistemləridir. Onlar yüksək davamlılıq, elastiklik və ekoloji uyğunluq kimi üstün xüsusiyyətlərə malikdir. PE100 Boruların Xüsusiyyətləri Yüksək Davamlılıq: PE100 boruları kimyəvi maddələrə, korroziyaya və mexaniki zədələrə qarşı yüksək davamlılıq göstərir. Elastiklik: Bu boruların elastikliyi onları quraşdırma zamanı asanlıqla bükülməyə və müxtəlif şəraitlərə uyğunlaşmağa imkan verir. Uzun Ömür: PE100 boruları uzun ömürlüdür və 50 ildən artıq xidmət müddəti təklif edir. Ekoloji Uyğunluq: Təkrar emal edilə bilən materiallardan hazırlanmışdır və ekoloji cəhətdən təmizdir. Quraşdırma Rahatlığı: Asan və sürətli quraşdırma imkanı təqdim edir, bu da tikinti xərclərini azaldır. İstifadə Sahələri Su Təchizatı: İçməli su və digər su təchizatı sistemlərində geniş istifadə olunur. Sızdırmazlıq xüsusiyyəti və kimyəvi davamlılığı suyun keyfiyyətini qoruyur. Kanalizasiya Sistemləri: Çirkab sularının və digər tullantı sularının daşınmasında istifadə olunur. Korroziyaya davamlılığı və uzun ömrü bu sistemlərin etibarlılığını artırır. Qaz Təchizatı: Qazın təhlükəsiz və sızdırmaz daşınması üçün idealdır. Qaz təchizatı sistemlərində geniş istifadə olunur. Sənaye Tətbiqləri: Müxtəlif sənaye sahələrində, xüsusən kimya sənayesində istifadə olunur. Aqressiv kimyəvi maddələrin və tullantıların daşınmasında etibarlı həllər təqdim edir. Kənd Təsərrüfatı və Suvarma Sistemləri: Suvarma sistemləri və kənd təsərrüfatı tətbiqlərində üstünlük verilir. Elastikliyi və davamlılığı bu sahələrdə onu ideal edir. PE100 boruları, müasir tikinti və infrastruktur layihələri üçün əvəzsiz bir seçimdir. Onların yüksək davamlılıq və ekoloji uyğunluq xüsusiyyətləri müxtəlif sahələrdə geniş istifadə olunmasına imkan verir.

1918-ci il martın 31-də minlərlə günahsız insan amansızcasına qətlə yetirildi. Bu, tariximizin silinməz bir yarasıdır. STP Şirkətlər Qrupu olaraq bu faciəni unutmur və faciə qurbanlarını ehtiramla yad edirik.

photo content

Ramazan bizə səbrin, mərhəmətin və paylaşmağın gücünü xatırladır. Bu ay süfrələrimizi bərəkətlə, qəlbimizi isə sevgi ilə doldursun. STP Şirkətlər Qrupu olaraq hər kəsə dinc, xeyirli və nurlu bir Ramazan diləyirik.

Əziz bacı və qardaşlarım! Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi ça
Əziz bacı və qardaşlarım! Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Allah orucunuzu və dualarınızı qəbul etsin. Ramazan bayramınız mübarək olsun! İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 28 mart 2025-ci il https://www.imzainfo.az/az/detail/27490

Təbiət yenilənir, hər yerə baharın nəfəsi yayılır. Novruz – həm də dostluq, sevgi və birlik bayramıdır. STP ailəsi olaraq, bu gözəl günlərdə sizə bol ruzi, firavanlıq və xoş günlər arzulayırıq!

photo content

Qarşıdan gələn Novruz bayramınız mübarək, hörmətli dostlar! ❤️ С наступающим праздником Новруз, дорогие друзья!❤️ Happy Novru
Qarşıdan gələn Novruz bayramınız mübarək, hörmətli dostlar! ❤️ С наступающим праздником Новруз, дорогие друзья!❤️ Happy Novruz holiday, dear friends!❤️

Sual: PE 100 borularından hansı sahələrdə istifadə olunur? Cavab: PE 100 boruları müxtəlif sənaye və infrastruktur sahələrində geniş istifadə olunur. Onlar yeraltı və yerüstü su şəbəkələrində, drenaj və suvarma sistemlərində, neft və kimya sənayesində, bina və sənaye obyektlərinin tikintisində, mədən sənayesində və qaz xətlərinin çəkilişində tətbiq edilir. Dayanıqlı və etibarlı olması sayəsində bu borular içməli su, texniki su və qazın ötürülməsi kimi vacib proseslərdə mühüm rol oynayır.

Bu müqəddəs gündə torpaq oyanır, ruhumuz yenilənir, təbiət canlanır. Qoy bu Torpaq Çərşənbəsi bolluq, bərəkət və firavanlıq gətirsin! İlaxır çərşənbəniz mübarək!

Plastik qablaşdırma texnologiyası məhsullarınızın daha uzun müddət təzə qalmasını təmin edir! STP-nin yüksək keyfiyyətli poli
Plastik qablaşdırma texnologiyası məhsullarınızın daha uzun müddət təzə qalmasını təmin edir! STP-nin yüksək keyfiyyətli polietilendən hazırlanmış plastik qutuları: ✅ Dayanıqlı və sürüşməyə qarşı davamlıdır ✅ Temperatur dəyişmələrinə (-40°C-dən +80°C-yə) davamlıdır ✅ Metal və taxta qutulardan daha yüngüldür və daşınmanı asanlaşdırır ✅ 100% yenidən istifadə edilə biləndir, ətraf mühiti qoruyur Meyvə, tərəvəz və digər məhsullar üçün sağlam və gigiyenik həll! ☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ✉ info@stp.az⠀ 🌍 www.stp.az

2024-cü ildə STP Polymer mühüm nailiyyətlər əldə edib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə: ✅ Daxili satışlar – 1.4 dəfə artıb ✅ Xarici satışlar – 1.3 dəfə artıb STP Polymer STP Şirkətlər Qrupuna daxil olan polimer məhsullarının istehsalı və satışı üzrə ixtisaslaşmış, yerli və beynəlxalq bazarlarda güclü mövqeyə malik müəsisədir. Müasir texnologiyalar və yüksək keyfiyyət standartları ilə fəaliyyət göstərən şirkət, bazarın tələblərinə uyğun innovativ həllər təqdim edir.

Qadın - sevginin, gücün və gözəlliyin simvoludur. Bayramınız mübarək, əziz qadınlar!

Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz izlər qoymuşlar. İMZAİNFO xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində yer alıb. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanmaları yeni dövr tariximizin əlamətdar faktlarındandır. Mədəniyyət, elm, təhsil və səhiyyənin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqinin qadınları arasında ilk addımları atmaları onların yüksək yaradıcı potensialının nəticəsidir. Təqdirəlayiq haldır ki, müasir gənc xanımlarımız bu ənənələrə ehtiram bəsləyir, nəsillərin mənəvi varisliyi prinsipini lazımınca qoruyur, öz maarifpərvər, ziyalı sələflərinin yolunu uğurla davam etdirirlər. Ötən müddət ərzində milli dövlət quruculuğu prosesində yaxından iştirak edərək bütün sahələrdə əzmlə çalışan qadınlarımız Vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi naminə dolğun və səmərəli fəaliyyət göstərmiş, sosial-iqtisadi və mədəni inkişafda mühüm nailiyyətlər əldə etmişlər”. Müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınlarımızın ölkəmizin ictimai həyatında böyük nüfuza malik olduqlarını bildirən Prezident İlham Əliyev vurğulayıb: “Əminəm ki, onlar gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər”.

photo content

2025-ci ildə sənayedə robotlardan istifadə 35% artıb. Amma bu o qədər də qorxulu deyil, əksinə robotlar təhlükəli və ağır işl
2025-ci ildə sənayedə robotlardan istifadə 35% artıb. Amma bu o qədər də qorxulu deyil, əksinə robotlar təhlükəli və ağır işləri öz üzərinə götürür, insanlara isə daha yaradıcı və idarəedici rollar qalır. Məsələn, Tesla fabriklərində robotlar artıq 50%-dən çox işi yerinə yetirirlər. Amma bu insanların idarəçiliyi altında baş verir. Sizcə, robotlarla işləmək asan olacaq?

Odlar yurdunda Od çərşənbəsi qeyd olunur. İlin dörd axır çərşənbəsindən ikincisi olan Od çərşənbəsi xalq arasında Üskü çərşənbə və Addı çərşənbə kimi də tanınır. Qəlbiniz alov kimi isti, ocağınız daim nurlu olsun! Od çərşənbəniz mübarək! 🔥

Sual: Boru istehsalında hansı növ xammallardan istifadə olunur? Cavab: Boru istehsalında əsasən yüksək keyfiyyətli termoplastlar xammal kimi istifadə olunur. Bu materiallar boruların möhkəmliyini, uzunömürlülüyünü və müxtəlif şəraitlərə qarşı dayanıqlılığını təmin edir. Əsasən aşağıdakı termoplast növlərindən istifadə edilir: - Yüksək sıxlıqlı polietilen (PE 100) – Kimyəvi maddələrə, təzyiqə və mexaniki təsirlərə qarşı yüksək dayanıqlılığı ilə seçilir. Su, qaz və digər mayelərin daşınmasında geniş tətbiq edilir. - Random polipropilen (PPR) – İsti və soyuq su sistemlərində istifadə olunan, yüksək istilik və təzyiq müqavimətinə malik materialdır. - Homogen polipropilen (PPH) – Kimyəvi maddələrə qarşı yüksək müqaviməti ilə fərqlənən, əsasən sənaye boru sistemlərində istifadə edilən termoplast növüdür. Bu xammallar boruların keyfiyyətini və funksionallığını artıraraq, onların uzunmüddətli və etibarlı istifadəsini təmin edir. ☎ *0990⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀ ✉ info@stp.az⠀ 🌍 www.stp.az