MU'MİNUN🖋️
رفتن به کانال در Telegram
Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
نمایش بیشتر399
مشترکین
-124 ساعت
-67 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
399
❤️🩹 Həqiqətən, yaxşı işlər pis əməlləri yuyub aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır. [11:114]
399
Quran xətmi zamanı səsli, yoxsa səssiz oxumaq? — qısa xülasə
Bu sual çox verilir. Cavab sadədir:
Oruclu olub-olmamağın fərqi yoxdur.
Xətm zamanı ucadan oxumaq səsi yorar və uzun müddətdə boğaz problemlərinə (məsələn, farinqit) səbəb ola bilər.
Buna görə çox səssiz, lakin bütün məxrəclərin haqqını verərək oxumaq daha məsləhətlidir.
Yəni:
Dil və dodaqlar hərəkətdə olur,
Səs isə minimum səviyyədədir.
Namazda səcdədə və təşəhhüddə mırıldanaraq oxuduğumuz kimi oxumaq kifayətdir.
Bu şəkildə oxumaqda heç bir qəbahət yoxdur və həm səs, həm də təcvid qorunmuş olur.
-Yunus Əlihüseynli
399
Repost from İslami sual-cavab
‼️ DİQQƏT ‼️
🌙 Ay göründü.
Sabah (18 Fevral) Ramazan ayının 1-ci günüdür.
T.me/islamisualcavabb
399
Repost from İSLAM VƏ SUNNA
♦️Ramazan ayı görsənmədi. Sabah ayın 18 i 1 ci Təravih namazı qılınacaq. Fevral ayının 19 u Ramazan ayının 1 ci günüdür.
Sən də paylaş! Xeyrə səbəb ol
https://t.me/Islamvesunna
399
🤩 وقال إبن أبي نجيح: سأل رجل الحسن فقال: أمؤمن أنت؟ فقال: إن كنت تسألني عن الإيمان بالله وملائكته وكتبه ورسله واليوم الآخر والجنة والنار والبعث والحساب، فأنا بها مؤمن، وإن كنت تسألني عن قوله:
٨:٢
{ إِنَّمَا ٱلۡمُؤۡمِنُونَ ٱلَّذِینَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتۡ قُلُوبُهُمۡ }
الآية، فلا أدري أمنهم أنا أم لا؟
☁️ İbn Əbi Nəcih deyir: Bir nəfər Həsəndən soruşdu: “Sən möminsənmi?”
O dedi: “Əgər Allahın, mələklərinin, kitablarının, rəsullarının, axirət gününün, cənnətin, cəhənnəmin, dirilişin və hesabın varlığına iman barədə soruşursansa – bəli, mən bunlara iman gətirmişəm.
Amma ‘Həqiqətən, möminlər o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri titrəyər...’ ayəsində deyilən möminlərdən olub-olmadığımı soruşursansa, bilmirəm, onlardanam, yoxsa yox.”
🤩 تفسير البغوي: ٨:٢
399
Repost from 🌎«𝐁𝐮 𝐝ü𝐧𝐲𝐚𝐧ı𝐧 𝐜ə𝐧𝐧ə𝐭𝐢 𝐞𝐥𝐦 𝐭ə𝐥ə𝐛 𝐞𝐭𝐦ə𝐤𝐝𝐢𝐫.»
SubhənAllah..
Əgər günahları və asilikləri tərk etməyin qazandırdığı faydalar yalnız bunlar olsaydı belə kifayət edərdi:
➡️ Gözəl əxlaqın bərqərar olması
➡️ Şərəfin qorunması ,
➡️ hörmət və mövqeyin (nüfuzun) qorunması…
➡️ Allahın dünya və axirət rifahının dayağı etdiyi malın qorunması,
➡️ insanların sevgisi,
➡️ insanlar arasında sözünün keçərli olması,
➡️ yaşayışın islahı,
➡️ bədənin rahatlığı,
➡️ qəlbin gücü,
➡️ nəfsin xoşluğu,
➡️ qəlbin səadəti ,
➡️ köksün genişliyi,
➡️ fasiq və günahkarlardan gələcək qorxulardan əminlik,
➡️ qəm, kədər və hüznün azalması,
➡️ nəfsin zilləti daşımaqdan qorunması,
➡️ qəlbin nurunun günah zülməti ilə sönməməsi,
➡️ fasiq və günahkarlara dar gələn çıxış yolunun ona asanlaşdırılması,
➡️ gözləmədiyi yerdən ruzi ilə təmin edilməsi,
➡️ fasiq və asi olanlara çətin gələn işlərin onun üçün asanlaşdırılması,
➡️ itaətlərin onun üçün asanlaşdırılması,
➡️ elmin asanlaşdırılması,
➡️ insanlar arasında gözəl tərif,
➡️ onun üçün edilən duaların çoxluğu,
➡️ üzündə yaranan şirinlik və nur,
➡️ insanların qəlbində ona qarşı heybəti salınması,
➡️ ona zülm edildikdə insanların ona yardım etməsi və qeyrət göstərməsi,
➡️ qeybət edildikdə onun namusunu müdafiə etmələri,
➡️ duasına tez cavab verilməsi (qəbul olması),
➡️ onunla Allah arasında olan vəhşətin (uzaqlıq, qəriblik hissinin) aradan qalxması,
➡️ mələklərin ona yaxın olması,
➡️ insan və cin şeytanlarının ondan uzaq olması,
➡️ insanların ona xidmət etmək və ehtiyaclarını ödəmək üçün yarışması,
➡️ onun sevgisini və dostluğunu qazanmaq istəmələri,
➡️ ölümdən qorxmaması, əksinə Rəbbinə qovuşacağına görə sevinməsi,
➡️ dünyanın onun qəlbində kiçilməsi,
➡️ axirətin onun qəlbində böyüməsi,
➡️ oradakı böyük mülkə və böyük qurtuluşa həris olması,
➡️ itaətin şirinliyini dadması,
➡️ imanın şirinliyini hiss etməsi,
➡️ Ərşi daşıyan mələklərin və onların ətrafındakıların onun üçün dua etməsi,
➡️ əməl yazan mələklərin onunla sevinməsi və hər vaxt onun üçün dua etməsi,
➡️ ağlının, anlayışının, imanının və mərifəsinin artması,
➡️ Allahın onu sevməsi, ona yönəlməsi və tövbəsinə sevinməsi..
və Allah ona elə bir sevinc və sürur verər ki, bu, günah edərkən duyduğu sevinc və sürurla heç bir şəkildə müqayisə edilə bilməz.
Bunlar günahları tərk etməyin dünyadakı bəzi təsirləridir.
O öldüyü zaman isə mələklər onu Rəbbindən gələn cənnət müjdəsi ilə qarşılayar və ona bildirərlər ki, artıq onun üçün nə qorxu var, nə də kədər.
O, dünya zindanının və darlığının içindən çıxıb, Qiyamət gününə qədər nemət içində qalacağı cənnət bağlarından bir bağa köçər.
Qiyamət günü gəldikdə insanlar isti və tərlə əzab içində olduqları halda, o, Ərşin kölgəsində olar.
Allahın hüzurunda hesab tamamlandıqdan sonra o, təqvalı dostları və nicat tapan dəstə ilə birlikdə sağ tərəfdən aparılar.
﴿ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ﴾ [الحديد: ٢١]
“Bu, Allahın lütfüdür. Onu istədiyinə verir. Allah böyük lütf sahibidir.”
Hədid:21
İbn əl-Qayyim رحمه الله
📚Əl-Fəvaid
https://t.me/al_badr_fawaid0101
399
Repost from N/a
❗️Quranı tədəbbürlə oxumaq üçün nələr edə bilərik?
1) Allahın Ad və Sifətlərinə fikir ver.Quran oxuyarkən ayələrin sonlarında Allahın Adlarını gördükdə bir daha ayəyə qayıt və düşün, niyə bu ayə üçün məhz bu Ad gəlib deyə və ayələrin sonlarında gələn iki Ad arasındakı əlaqələri düşün.
2) Quranda gələn qissələr haqqında düşün.Salehlərin və kafir olanların qissələrinə diqqət yetir. Sən qissələrdə Allahın Adlarının, Feillərinin və Sifətlərinin necə izhar olunduğunu artıq görəcəksən. Görəcəksən ki, O möminlərlə necə müamələ edir, kafirlərlə necə müamələ edir və hər bir müamələsində o Adı, Sifəti sənə daha da yaxşı izhar olunacaq. Qissələrdən özün üçün mütləq dərslər çıxart.
~Dərsdən alıntı (davamı paylaşılacaq in şəə Allah)
399
Sələflərdən bəziləri belə demişlər:
🌟Hər bir şeyin bir qısa yolu vardır və Cənnətin qısa yolu isə Peyğəmbərə ﷺ çoxlu salavat deməkdir.🌟
📒 Nəvadir vən-Nutəf, 763
399
📖 Ali-İmran surəsi, 185-186
🎙️ Yasser Al Dosari
Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz:⬇
https://youtube.com/shorts/BaSvB4IlIrA?si=4HXldjZinyo6L9IS
399
Repost from N/a
🌟 Əssələmu aleykum və rahmətullahi və bərakətuhu, dəyərli bacı və qardaşlarımız!
🌟 Allahın izni ilə paylaşdığımız bu PDF faylları Peyğəmbərimizin ﷺ Sira dərslərinin konspektlərindən ibarətdir. Ümid edirik ki, faydalı olar və hamımız üçün xeyrə vəsilə olar.
🌟 Bu xeyirli işdə sizin də payınızın olmasını istəyirsinizsə, kanalımızı paylaşaraq dəstək ola bilərsiniz.
Bu PDF-lərin hazırlanmasında əziyyət çəkən hər kəs üçün dualarınızı əsirgəməməyinizi rica edirik. Allah onların zəhmətini qəbul etsin, əməl dəftərlərinə xeyirli savablar yazsın və hamımıza faydalı etsin. 🌟🌟 https://t.me/sira_dersleri
399
🖼Kanal sahibləri üçün vacibdir:
Telegram yeni funksiyalar tətbiq edir və süni intellekt (Sİ) vasitəsilə qadağan olunmuş məzmunun silinməsini sınaqdan keçirir.
Telegram profil şəkillərini avtomatik filtrləmək üçün süni intellekt alqoritmlərini yeniləyib.
Yeni sistem şəkilləri qəbulolunmaz məzmunun olub-olmaması baxımından skan edir. Sistemin həssaslığı səbəbindən bəzi şəkillər üçün texniki səhvlər (məsələn, yanlış bloklama) baş verə bilər, çünki sistem onları şübhəli hesab edə bilər.
Ümid edirik ki, tezliklə hər şey həll olunacaq.
ان شاء الله 🌟
🌟 Sirac_academy
399
📖 Əl-İsra surəsi, 42-44
🎙️ Yusuf Al-Aidrous
Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz:⬇
https://youtube.com/shorts/IZ5JIL1YR5c?si=PlyjYrB3J58i4-gI
399
📖 Əraf (Sədd) 7:200-201وَإِمَّا یَنزَغَنَّكَ مِنَ ٱلشَّیۡطَـٰنِ نَزۡغࣱ فَٱسۡتَعِذۡ بِٱللَّهِۚ إِنَّهُۥ سَمِیعٌ عَلِیمٌ Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, eşidəndir, biləndir. إِنَّ ٱلَّذِینَ ٱتَّقَوۡا۟ إِذَا مَسَّهُمۡ طَـٰۤىِٕفࣱ مِّنَ ٱلشَّیۡطَـٰنِ تَذَكَّرُوا۟ فَإِذَا هُم مُّبۡصِرُونَ Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman dərhal Allahı xatırlayar və (bunun şeytandan olduğunu) bilərlər.
399
Repost from N/a
🌙 Şaban ayının ağ günləri (13, 14, 15) orucu
«Peyğəmbər ﷺ hər ayın 13, 14, 15-ci günlərində oruc tutardı.»
📚 İbn Məcə, Siyam, 1647; Əbu Davud, Siyam, 2260
Başlama tarixi: Bazar günü, 1 fevral 2026
Oruc tutulan günlər:
📌 Bazar, 1 fevral 2026
📌 Bazar ertəsi, 2 fevral 2026
📌 Çərşənbə axşamı, 3 fevral 2026
https://t.me/faydailim
399
Repost from N/a
+3
Dəyərmi Allah qatında ağcaqanadın qanadı qədər belə dəyəri olmayan bu dünya üçün bunlar? Halbuki onlardan Yer üzündə neçə il qaldınız deyə soruşulduqda, bir gün yaxud bir gündən də az deyə cavab verəcəklər..
De: “Bu yaxşıdır, yoxsa müttəqilərə bir mükafat və dönüş yeri olaraq vəd edilən Əbədiyyət bağı?” (Furqan'15)
399
Repost from N/a
+3
Düşünərək oxumağınızı şiddətlə tövsiyə edirəm və oxuyan hər kəs üçün Rəbbimdən bağışlanma və Onun xüsusi rəhmətinə nail olmağı diləyirəm🌹
📚Əl-Cənaiz: səh.159. Əhməd: 7/74/ № 53. Əbu Davud: 13/89/ № 4727.
