MU'MİNUN🖋️
رفتن به کانال در Telegram
Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
نمایش بیشتر399
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-47 روز
-130 روز
آرشیو پست ها
398
🌷 Ummu Sələmə (Allah ondan razı olsun!) deyir ki, mən Peyğəmbər ﷺ-in belə dediyini eşitdim:
«Başına müsibət gələn hər hansı bir müsəlman Allahın ona əmr etdiyini: “innə lilləhi və innə iləyhi raciun” Allahummə əcirni fi musibəti vəxluf li xeyrən minhə - deyərsə, Uca Allah mütləq ondan daha xeyirlisini ona nəsib edər».
Ummu Sələmə deyir ki, həyat yoldaşım Əbu Sələmə vəfat etdikdə mən öz-özlüyümdə dedim: hansı müsəlman Əbu Sələmədən daha xeyirli ola bilər. Axı onun evi, Peyğəmbər ﷺ-in yanına ilk hicrət edən ev idi. Sonra mən həmin duanı etdim və Allah mənə Peyğəmbər ﷺ-i nəsib etdi.¹
¹ Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir. № 5764. əl-Cənaiz: səh. 23. Müslim: 2/631/ № 918.
398
Səsin qiraəti, ruhun tilavəti
Quranı gözəl səslə oxumaq – bu qiraətdir.
Amma gözəlliyə ruh qatılıbsa, bu artıq tilavətdir.
Tilavət, səsi düzəltmək deyil – qəlbi oyatmaqdır.
Dil oxuyur, amma qəlb danışmırsa, bu bir təqdimatdır, ibadət deyil.
Əsl tilavət – Allahla söhbət etdiyini düşünərək oxumaqdır.
Ayə ilə nəfəs alırsan, əməl ilə cavab verirsən.
Səs qulağa çatar.
Tilavət isə ərşə yüksələr.
Yunus Alihüseynli
398
Repost from 📒SUALLARA CAVAB📒
Sual : Əs sələmu aleykum va rahmətullah.Allah elminizə bərəkət versin. Kişi zovcəsinə əsəbi halda üç dəfə bosadim deyerse nigah pozulur? Pozulursa nigaha yenidən nece girilməlidi?
Cavab : 🎙️ Əfsan İsmayılov
📝 Sualı olan yorum bölməsində sualını verə bilər
📚 Suallara : Nadir Muradov (Allah elminə bərəkət versin ) cavab verir.
𝐓𝐄𝐋𝐄𝐆𝐑𝐀𝐌: https://t.me/suallaracavab1
398
Repost from N/a
Birdən Cəhənnəmə Düşsən!?
Səni dəhşətə salan qorxu ilə və öz zəif bədəninlə Sirat körpüsünün üzərindən keçməyini təsəvvür et! Əgər qəzəbə tuş gəlmiş və bağışlanmamısansa, birdən-birə ayağının Siratdan sürüşdüyünü görərsən. Əgər Allah səni qorumazsa, ayağın Siratın üzərində sürüşərkən halını düşün. O zaman öz-özünə ″Əbədi olaraq məhv olub getdim!″ deyərsən. Ağlın çaşar. Sonra o biri ayağın da sürüşər. Baş aşağı yuvarlanarsan. Ayaqların Siratdan birdəfəlik üzülər. Dəmir qarmaqların dərinə və ətinə batmasından başqa bir şey hiss etməzsən. Onlar vasitəsilə atəşə doğru dartılarsan. Atəş isə sənin üzərinə amansızcasına hücum edər.
Cəhənnəm öz Rəbbinin qəzəbi üzündən qabarmış, şahə qalxmış bir haldadır. Atəş səni çəkdikcə sən Siratdan daha aşağıya doğru enərsən. Atəşin hərarətini hiss etdiyin anda ″Məhv oldum! Həlak oldum!″ deyə fəryad edərsən. Peşmanlıq və təəssüf bütün qəlbini bürümüşdür. Hələ dünyada ikən Əziz və Cəlil olan Allahı razı etməyi, Onun xoşlamadığı hər şeydən əl çəkməyi və beləcə də səni bağışlamasını əbəs yerə təmənna edərsən.
Nəhayət sən atəşin ortasına çatınca alovlar sənin üstünü tamamən örtər. Ürəyinin həsrət və müdhiş bir peşmanlıq hissi son nöqtəsinə çatar. Üzüquylu Cəhənnəmə yuvarlanaraq fəryad və fəğan etdiyin anda Əziz və Cəlil olan Allah Cəhənnəmdən ″Doldun mu?″ deyə soruşar. Sən həm Cənab Haqqın səslənməsini, həm də Cəhənnəmin bu cavabını eşidərsən: ″Yenə də var mı?″ (Qaf surəsi: 30) Sən atəşin içində ikən, alovlar vücudunu bürümüşkən və bütün bədənin başdan-başa yaralar içində ikən Uca Allah: ″Boş yerin var mı?″ deyər. Sonra çox keçməz ki, vücudun axar, ətlərin tökülər, sadəcə sümüklərin qalar. Daha sonra atəş daxilinə hücum edər. Orada nə varsa, hamısını yeyib qurtarar. Sən fəryad edərsən, atəş isə ciyərlərinin içinə girər. Ciyərlərinin halını təsəvvür edə bilərsən? Sən ağlayaraq peşmançılığını hayqırdığın anda belə artıq sənə heç kimin yazığı gəlməz. Bir daha günaha dönməyəcəyinə söz verib tövbələr etsən də, nə tövbən qəbul edilər, nə də fəryadına bir cavab verilər.
398
Oxunuşu: “Rabbi əinni va lə tuin aleyyə, vansurni va lə tənsur aleyyə, vamkur li va lə təmkur aleyyə, vahdini va yəssiril-hudə li, vansurni alə mən bəğa aleyyə, Allahummə-calni ləkə şəkiran, ləkə zəkiran, ləkə rahibən, ləkə mitvaən, ləkə muxbitən, ileykə əvvahən munibən, Rabbi təqabbəl təubəti, vağsil həubəti, va əcib dəvəti, va səbbit hüccəti, vahdi qalbi, va səddid lisəni, vaslul səximətə sadri”
398
Peyğəmbər ﷺ belə dua edərdi:
🌼 // “Rəbbim mənə yardım et, əleyhimə yardım etmə! Mənə qələbə ver, mənim üzərimdə qələbə çaldırma! Mənim xeyrimə hiylə işlət, əleyhimə hiylə işlətmə! Məni hidayət et və hidayəti mənim üçün asanlaşdır! Mənə qarşı həddini aşanları məğlub etməkdə mənə yardım et! Allahım məni Sənə şükr edənlərdən et, Səni zikr edənlərdən et, Səndən qorxanlardan et, Sənə itaətkar qul et, Sənə müti (qul) et, Sənə çox yalvaran, tövbə edib Sənə üz tutanlardan et! Rəbbim, tövbəmi qəbul et, günahlarımı yu, dualarımı qəbul et, hüccətimi möhkəmləndir, qəlbimə hidayət ver, dilimi doğrult və sinəmdəki pislikləri çıxart!”
Əbu Davud, Ət-Tirmizi və İbni Məca rəvayət etmişlər. Şeyx Albani “Səhihus-Sunən Əbu Davud” əsərində “səhihdir” demişdir.
398
Repost from أحاديث عربية - Ərəbcə hədislər
+1
Səhər və axşam zikrləri fəsli - Səhər və axşam zikrləri:⏺Peyğəmbər ☪ səhərə çıxdıqda deyərdi: – Allahım! Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə axşama çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Qayıdış Sənədir! ⏺Axşama çıxdıqda isə deyərdi: – Allahım! Sənin sayəndə axşama çıxdıq, Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Dönüş Sənədir!
Buxari / Ədəbul-Mufrad🌐 T.me/erebcehedisler
398
🌿 Əz-Zuxruf surəsi, 67-70
🎙 Muhammad Al Luhaidan
Linkə keçid edib, videonu YouTube kanalımızdan da izləyə bilərsiniz. ⤵️
https://youtube.com/shorts/n57KdRGZ89M?si=VLWBLMlsQPqysh9S
398
Useyd ibn əl-Hudeyrin həyatındanUseyd Qurana vurğun olduğu kimi, Peyğəmbərə ﷺ məftun olmuşdu. Onun öz sözlərinə görə, o, Quran oxuyanda, yaxud Peyğəmbəri ﷺ onun xütbəsi və söhbətləri zamanı görəndə və eşidəndə, qəlbi təmiz və şəffaf olurdu. Useyd Peyğəmbərə ﷺ toxunub onu öpmək istəyirdi. Tezliklə onun əlinə belə imkan düşdü. Günlərin bir günü Useyd məclisdəkiləri öz zarafatları və hekayətləri ilə əyləndirirdi. Onun zarafatlarının birinə heyran olan Peyğəmbər ﷺ onun böyründən itələdi. Useyd qışqırdı: - Ey Peyğəmbər, bu məni incitdi! Peyğəmbər ﷺ təklif etdi: - Onda məni cəzalandır. Useyd dedi: - Sənin əynində köynək var, amma sən məni itələyəndə mənim əynimdə köynək yox idi. Peyğəmbər ﷺ köynəyi çıxaran kimi Useyd onu bərk qucaqlayıb böyrünü öpərək dedi: - Sən mənə həm anasan, həm ata, ey Peyğəmbər. Mən səni tanıyandan bu mənim ən böyük arzum idi, o da yerinə yetdi.
"Səhabələrinin Həyatı" kitabından
398
🌷 Səhər-axşam zikrlərini gündəlik rahat şəkildə yerinə yetirmək üçün kanala daxil ola bilərsiniz.
(Əlavə olaraq kanaldan dərs vəsaiti kimi də istifadə edə bilərsiniz.)
https://t.me/seheraxsamzikleri
398
🌷 Səhər-axşam zikrlərini gündəlik rahat şəkildə yerinə yetirmək üçün kanala daxil ola bilərsiniz. (Əlavə olaraq kanaldan dərs vəsaiti kimi də istifadə edə bilərsiniz.)https://t.me/seheraxsamzikleri
398
https://t.me/seheraxsamzikleri
🌷 Səhər-axşam zikrlərini gündəlik rahat şəkildə yerinə yetirmək üçün kanala daxil ola bilərsiniz. (Əlavə olaraq kanaldan dərs vəsaiti kimi də istifadə edə bilərsiniz.)
398
Repost from İslami sual-cavab
📢 Yeni kanalımız:
➿ T.me/medine_erebdili ➿
🔖Abunə olmağı, faydalanmağı və paylaşmağı unutmayın...🔖
398
Əl-Əhzab surəsi - سورة الأحزاب
41) Ey iman gətirənlər! Allahı tez-tez yada salın!
42) Səhər-axşam Onun şəninə təriflər deyin!
43) Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də sizin üçün bağışlanma diləyərlər. Allah möminlərə qarşı Rəhmlidir.
44) Möminlərin Ona qovuşacaqları gün xeyir-duaları “salam” olacaqdır. Allah onlara olduqca gözəl mükafat hazırlamışdır.
Qari: Badr al-Turki
398
سورة الأحزاب - əl-Əhzab surəsi
41) Ey iman gətirənlər! Allahı tez-tez yada salın!
42) Səhər-axşam Onun şəninə təriflər deyin!
43) Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də sizin üçün bağışlanma diləyərlər. Allah möminlərə qarşı Rəhmlidir.
44) Möminlərin Ona qovuşacaqları gün xeyir-duaları “salam” olacaqdır. Allah onlara olduqca gözəl mükafat hazırlamışdır.
Qari: Badr al-Turki
