fa
Feedback
MU'MİNUN🖋️

MU'MİNUN🖋️

رفتن به کانال در Telegram

Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️‍🩹

نمایش بیشتر
398
مشترکین
-124 ساعت
-37 روز
-130 روز
آرشیو پست ها
Nuh 71:10-12 فَقُلْتُ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ إِنَّهُۥ كَانَ غَفَّارًا [٧١:١٠] 10) dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır! يُرْسِلِ ٱلسَّمَآءَ عَلَيْكُم مِّدْرَارًا [٧١:١١] 11) O, sizin üzərinizə bol-bol yağış göndərər, وَيُمْدِدْكُم بِأَمْوَ‌ٰلٍ وَبَنِينَ وَيَجْعَل لَّكُمْ جَنَّـٰتٍ وَيَجْعَل لَّكُمْ أَنْهَـٰرًا [٧١:١٢] 12) var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar.
🎙Maher Al-Muaiqly

Ey Rəbbim, Ey məni məndən də gözəl tanıyan, Ey qəlbimin dərinliklərini bilən, sözsüz dualarımı eşidən, Ey gecələrimin sirdaşı, gündüzlərimin kölgəsi olan! Sənə sonsuz həmd və sənalar olsun, çünki mənə ləyaqətimdən çox nemət bəxş etdin, əlim çatmayan ümidlərimə vəsilə oldun. Ey könlümdəki sıxıntını sakitliklə əvəz edən, ey ağlayan qəlbimə səbr pıçıldayan, ey ruhuma təskinlik verən, məni Özünlə bəzəyən! Məni tək qoyma, yə Rabb... Məni nəfsimlə baş-başa buraxma... Hər an Sənə möhtacam. Dualarımı rəhmətinlə qarşıla, qəlbimi Sənin zikrinlə diri eylə. Sənə sığınıram, Səni istəyirəm, Səndən başqa dostum yoxdur. Səninlə bəsit görünən ağırlaşmaz, Sənsiz isə yüngül belə daş olar. (Burada istəyinə görə əlavə də edilə bilər.) Yə Rabb... Məni Sənə yaxın, günahdan uzaq, sükunətdə sabit, sevgində daimi eylə. آمين 🤍

Repost from N/a
"Allaha and olsun ki, əgər sənin adını - Allahı yad/zikr edənlər arasında qeyd edən mələklərin çığırtısını eşitsəydin, sevinc
"Allaha and olsun ki, əgər sənin adını - Allahı yad/zikr edənlər arasında qeyd edən mələklərin çığırtısını eşitsəydin, sevincdən ölərdin... və Onu yad etməyi dayandırmazdın."
📚İbn Qayyim, Təbsira, 2/85

Repost from N/a
    >>>>>>×<<<<<<< + Sifətini elə turşutmuşdu ki, bu gün salam verdim, heç salamımı belə almadı.... - Bəlkə bu gün (günlərdə) pis bir xəbər eşidibdir. Ola bilsin fikri dağınıqdır. + Mesaj yazmışam, adamı saymır sanki, heç baxmayıb belə, bəlkə vacib bir söz deyirəm... - Ola bilsin tək qalmağa ehtiyacı vardır , başının sakitləşməsi üçün mesajlara müvəqqəti olaraq baxmır. Bəlkə də nəzərindən qaçıb... bəlkə də telefonla yaxud proqramla bağlı problemi yaranıb... Bəlkə də cavablamaq üçün uyğun zamanı olmayıb hələ... Bəlkə................ + Haçan onunla söhbətləşirik ancaq özündən və işlərindən danışır. Özünü o qədər önə çəkir ki , guya bundan..... - Ola bilsin, ünsiyyət qurmaq, söhbətləşmək üçün bildiyi yol yalnız budur. Nə qədər insan var ki, söhbətləşməyə və ünsiyyət dostlarına ehtiyacı var lakin yetərli qədər söz ehtiyatı və fikir ehtiyatı olmadığı üçün tək qalır... Bəlkə də uşaqlığı tək keçmişdir... Söhbətdən və mövzu qurmaqdan kasıb insanların əhatəsində böyümüşdür. Buna onun seçimidir kimi baxma. Söhbətinizə rəng qatmaq üçün mövzuları sən fikirləş, ona bir şans verməyə çalış. + Filankəs çox bədbin insandır. Haçan onunla danışıram ancaq üzgün sifət ilə yola verir məni. Danışığı da insanın ruhunu sanki aşağı çəkir. -Bəlkə özü də halını yaxşı bilmədən səssiz bir depressiya içərisində çırpınır. Qaranlıq dünyasından çıxarmaq üçün bəlkə bir çıraq ola bilərsən onun üçün. Sən onun sözlərinə, söhbətinə görə müamilə aparma. Qəlbinin mərhəmət qapılarını açaraq onun halına görə yanaş. Əgər halının daha pis olduğunu düşünürsənsə haldan daha yaxşı anlayan birinə yönəlt, bəlkə ciddi bir müalicəyə ehtiyacı var... Sözümün canı)) 👇 Əgər insanlarla münasibətdə baş verən naxoş hallarda necə müamilə aparacağını, nə edəcəyini bilmirsənsə - ən azından gözəl zənn üzərində qal. Gözəl zənn demək - sağlam ruhlu, sağlam beyinli sən deməkdir. Sağlam ruh, sağlam əqil - gözəl iman və gözəl əxlaqın yuvasıdır. Gözəl zənn insanları ən rahat şəkildə yola vermək deməkdir. 👆Bir fayda götürə bildinsə - Dİ SALAMAT QAL! ©🌷

Repost from N/a
👉 Naxoş zənnləri beynindən çıxar. Fikirlərini "incəlt" - məyə çalış! Sən də rahat ol, salamat qal, qarşındakı da...! İn şəə
👉 Naxoş zənnləri beynindən çıxar. Fikirlərini "incəlt" - məyə çalış! Sən də rahat ol, salamat qal, qarşındakı da...! İn şəə Allah 🌷 👇🌷👇🌷👇🌷👇🌷👇🌷👇🌷👇🌷

Repost from Fayda
⚠️TikTok tətbiqi. Onu silin. Əgər Allaha qarşı səmimisinizsə və Onu sevirsinizsə bu tətbiqi telefonunuzdan silin. Həqiqətən də bu tətbiq sənin üçün bir fəlakətdir. Qəlbləriniz üçün fəlakətdir. Evləriniz üçün fəlakətdir. Burada məsciddə bizimlə bərabər olan insan, səhər namazına diqqət göstərən bir gənc mənə dedi: - "Mən işimlə əlaqəli olaraq bu tətbiqi telefonuma yüklədim və sonra da otuz gün səhər namazından məhrum qaldım. Otuz gün qılmadım." Hər şey addım-addım irəliləyir. İlk öncə bir şəkil, sonra video deyə-deyə gerisini bilirsiniz. Bu şeytanın sizi tutduğu bir ipdir. O səni tələyə və çuxura salmaq üçün bununla aldadır. Düşünməyin ki, mən bunun öhdəsindən gələ bilərəm. Vallahi səndən daha güclü olan neçələri öhdəsindən gələ bilmədi. Fitnənin qarşısında durmağa heç kimin gücü yetmir. Allahdan əfv və afiyət (salamatlıq) istəyin. Allahdan qəlblərinizi sabit saxlamasını istəyin. Bu məsələ çox önəmli və təhlükəlidir. Ey Allahın qulları bu tətbiqi telefonunuzdan silin. Onun qəlb üzərində təsiri var. Haram olan şeylərə baxmaq və dinləmək. Bunların hamısı qəlbin xəstələnməsinə səbəb olur. ----------------------------- İbnul Qayyim (rahiməhullah) belə demişdir:
"Əgər günah edən şəxs sadəcə ibadətdən çəkindirilməklə cəzalandırılsaydı, bu cəza ona kifayət edərdi. Çünki günah başqa yolu da kəsir və insan nə qədər çox günah işlədirsə, onun nicatına səbəb olacaq digər ibadətlərin də qarşısını almış olur. Çünki hər bir ibadət dünya və içindəkilərdən daha üstündür."
📜İbnul Qayyim əl-Cəvziyyə" Dərd və Dəva" 🔖 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 |  t.me/ffayda

129. Bağışlanma diləmək və tövbə etmək (3/6) 📌 Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: Kim, أَسْتَغْفِرُ اللَّهَ الْعَظِيمَ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ وَأَتُوبُ إِلَيْهِ Əstəğfiru-llahəl-aziməl-ləzi lə ilahə illə huvəl-həyyul-qayyumu və ətubu ileyhi. «Özündən başqa məbud olmayan, Əzəmətli, Yaşayan, Qəyyum Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!» – deyərsə, döyüş meydanından qaçsa belə Allah onu bağışlayar.¹
¹ Əbu Davud, 2/85; ət-Tirmizi, 5/569; əl-Hakim, 1/511, O, bu hədisi "səhih" saymış, əz-Zəhəbi də bunu təsdiqləmişdir. Həmçinin əl-Albani onu "səhih" hesab etmiş. Bax: «Səhihu-t-Tirmizi», 3/182 və «Camiul-Usul li Əhadisir-Rəsul», 4/389-390, əl-Arnavutun təhqiqi.

6104799835_1_tiktok_6850bd5f122ce0_25957553.mp37.93 KB

photo content
+8

Repost from N/a
«Kim Allah üçün bir şeyi tərk edərsə, Allah onu daha xeyirlisi ilə əvəzləyər. İnsan alışdığı və adət etdiyi şeyləri yalnız Allahdan qeyrisi üçün tərk etdikdə məşəqqət tapır, ancaq kim onu sadiq və ixlaslı qəlblə Allah üçün tərk edərsə, həqiqətən, o bunda məşəqqət tapmaz, tapsa da yalnız başlanğıcda biraz tapar ki, imtahan olunsun ki, o, (bu əməlində) sadiqdir, yoxsa yalançı? Və əgər o, bu məşəqqətə biraz səbr edərsə, (onun üçün) ləzzətə çevrilər.»
İbnul Qayyim rahiməhullah (Fəvaid, 1/107)

Sual : Əs sələmu aleykum va rahmatullahi va bərəkətuhu Allah elminizə bərəkət versin Günümüzdə bəzi müsəlmanlar Zikr etmək ücün barmaqlardan deyildə yeni cixmiş cihazlardan zikr matikdən isdifadə edirlər . Və onlara bu narədə nəsihət olanda dəlil gətirirlərki Peyğənbər sallallahu aleyhi və səlləm deyibki asanlaşdirin çətinləşdirməyin və bu cihazlarla zikri bidətdən gormurlər bu cür müsəlmanlara nə nəsihət edərdiniz ? Cavab : 🎙️ Nadir Muradov 📒Paylaş Xeyrə Vəsilə Ol📒 𝐓𝐄𝐋𝐄𝐆𝐑𝐀𝐌:t.me/suallaracavab1

Nəml (Qarışqalar) 27:91-92
Nəml (Qarışqalar) 27:91-92

Repost from Towards Akhirah
📜İmam İbn Kəsir ☝ yazmışdır: Umm Gülsum,Əbu Bəkrin qızı belə nəql edir: 🌷Mən Allahdan elə bir yoldaş istədim ki,məni uşaq kimi sevən və Allaha ibadət edən biri olsun.🌷 Və Uca Allah ona Talhə ibn Ubeydullahı nəsib etdi — o,həyatda ikən Cənnətlə müjdələnən səhabələrdən biri idi. Umm Gülsum belə xatırlayır: 🌷O,məni gördükdə sevinirdi,səsimi eşidəndə gülümsəyirdi,mən ağlayanda məni sakitləşdirirdi və yatağımda isinməyimə əmin olmadan yatmazdı.Mən xəstələnəndə sanki o da xəstələnirdi,ağrını mənimlə birgə hiss edirdi.Mən onun həm gizli,həm də açıq şəkildə fəxri idim.🌷 📚Əl-Bidəyə və ən-Nihəyə 7/157.

Repost from Towards Akhirah
📜İmam İbn Kəsir ☝ yazmışdır: Umm Gülsum,Əbu Bəkrin qızı belə nəql edir: 🌷Mən Allahdan elə bir yoldaş istədim ki,məni uşaq kimi sevən və Allaha ibadət edən biri olsun.🌷 Və Uca Allah ona Talhə ibn Ubeydullahı nəsib etdi — o,həyatda ikən Cənnətlə müjdələnən səhabələrdən biri idi. Umm Gülsum belə xatırlayır: 🌷O,məni gördükdə sevinirdi,səsimi eşidəndə gülümsəyirdi,mən ağlayanda məni sakitləşdirirdi və yatağımda isinməyimə əmin olmadan yatmazdı.Mən xəstələnəndə sanki o da xəstələnirdi,ağrını mənimlə birgə hiss edirdi.Mən onun həm gizli,həm də açıq şəkildə fəxri idim.🌷 📚Əl-Bidəyə və ən-Nihəyə 7/157.

photo content

Repost from N/a
"Qələmlər qalxmış, səhifələr qurumuşdur." İnsan əli qalxmış, lakin faydasız bir enişdədir, Xoşbəxtlik yerdə deyil, göydədir, pul isə heç nədir. Səbr nədir bilən bir kəs daim xoşbəxtlik içindədir, Sözsüz ki, imtahan daim bir addım məsafədədir. İnsan düşünüb durmalı, bəs əsl səadət nədədir? Dünya həyatı fanidir, mömin bir səfərdədir, yolu isə Rəbbinədir. Yol ortasında tikanlar, ətraf mühit – günahlar, hər biri zəhərlidir. Çınqıl kimi günahlar artıq sıravidir, imtahan elə bunda yerləşir. Çəkindirmir qardaşı günahdan yoldaşı, əlini üzübdür – yoxdurmu bunun bir qurtuluş kitabı? Hər biri Qurandadır, lakin insan bixəbər. Bütün bunlar dünyadadır, axirətədir bu səfər. Günəş batdığı yerdən çıxdığı zaman, ağızlar açılar yalnız qorxudan. Mömin dərk edər o gün nə gündür, Kafir isə elə bilər bu bir sehrdir, böyük bir sehr. Alnında “kafir” yazılı bir insan çıxdığı zaman, yalnız mömindir həgigətə varan. Ölüm mələyi qarşında durduğu zaman, Hər şey boşdur, qorxudan gözlər tavana baxar, Lakin kənardakına tavan boşdur. Sol əlinə kitabı verilən şəxsə, Heç kəsin yoxdur faydası o zaman. İnsan ibrət alsa əgər, Quranın hər bir sözündə gizlidir həgigət.