MU'MİNUN🖋️
رفتن به کانال در Telegram
Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
نمایش بیشتر398
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-27 روز
-130 روز
آرشیو پست ها
399
Repost from أحاديث عربية - Ərəbcə hədislər
🌟 Buxari kimdir?
☑Adı: Muhəmməd ibn İsmail ibn İbrahim ibni-l-Muğirə ibn Bərdizbə əl-Cufi.
☑Kunyəsi: Əbu Abdullah.
☑Təvəllüdü: hicrətin 194-cü ilində şəvval ayının 13-ü Buxara şəhərində anadan olmuşdur.
☑O, uşaq ikən kor olur. Anası gecə-gündüz oğlu üçün dua edir və Uca Allah onun görmə qabiliyyətini qaytarır. Anası hicrətin 210-cu ilində onu və qardaşı Əhmədi Həccə aparır və hədis elminə olan həvəsinə görə onu Məkkə şəhərində qoyub gedir. Tarixçilər qeyd edirlər ki, o zaman əl-Buxari artıq yetmiş min hədis əzbər bilirdi.
📌 Artıq 18 yaşında o «Tarix» kitabını yazır. Sonralar hədisləri toplamaq üçün o Şam, Misir, Bəsrə, Hicaz, Kufə, Bağdad və bir çox başqa yerlərə səyahət edir.
📍 Onun haqqında deyilənlərdən:
✔ İbn Kəsir demişdir: «O, bir dəfə kitaba baxmaqla (oxumaqla) onu əzbərləyərdi».
✔ İbn Mücahid demişdir: «Muhəmməd ibn Səlləmin yanında idim. O mənə dedi: – Bir az əvvəl gəlmiş olsaydın, sənə yetmiş min hədis əzbər bilən uşağı göstərərdim».
✔ Quteybə ibn Səid demişdir: «Fəqihlərlə, zahidlərlə və abidlərlə oldum, lakin Muhəmməd ibn İsmail kimisini görmədim. O, öz zamanında Ömər (Allah ondan razı olsun!.) kimi idi».
🌸 Ardı var...
🌐 T.me/erebcehedisler
399
Repost from İKİ VƏHYİN MÜDAFİƏSİ
⚠️ 42. BİR GÜN DƏRK EDƏCƏKSƏN Kİ...
https://youtube.com/shorts/-DgxNEn1bbM
┈┈••❁••⚜️••❁••┈┈
📲 WhatsApp üçün qısa və faydalı video statuslar
ℹ️ Bu videoları paylaşın ki, bəlkə sizin əlinizlə kimsə hidayət olar.
⠀
🌴 ALLAH SİZƏ BƏRƏKƏT VERSİN
Youtube | Facebook | Instagram
🌐 https://t.me/ZD_vahyeyn
399
Repost from İslami sual-cavab
🔔 İ C A B Ə T / D U A E T!
✨ Ləə iləəhə illəə əntə subhəənəkə innii kuntu minəzzaalimiiin. Allahım mənim böyük-kiçik, bildiyim-bilmədiyim bütün günahlarımı əfv et. Məni bağışla. Bağışla ki, xeyir qapıları üzümə açılsın. Bağışla ki, istəklərim gerçəkləşsin. Yəə Mucib, bütün istəklərimi mənim üçün xeyirli şəkilə sal, sonra isə mənə nəsib et. İstəklərimə çatdıqdan sonra layiqli şükür etməyi mənə unutdurma.
✨ Allahım, biz Səndən Firdous Cənnətini və ona yaxınlaşdıran sözləri deməyi və əməlləri etməyi diləyirik və Sənə cəhənnəm odundan, ona yaxınlaşdıran sözləri deməkdən və əməlləri etməkdən sığınırıq.
✨ Allahım! Səndən Öz elminlə mənə kömək etməyi və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm. Səndən, Sənin böyük lütfünü diləyirəm. Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Mənə görünən və görünməyən, dünyam və axirətim üçün lazım olan bütün xeyirləri nəsib et. Məni görünən və görünməyən, dünyam və axirətim üçün zərərli olan bütün şərlərdən uzaq et.
✨ Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!
✨ Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş müsəlmanları bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!
✨ Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işləri görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!
✨ Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə! Məni Nəim bağının varislərindən et!
✨ Ey qəlbləri döndərən! Qəlbimi dinin üzərində sabit et!
✨ Ey Rəbbim! Köksümü açıb genişlət! İşimi yüngülləşdir!
✨ Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!
✨ Allahım! Öyrətdiklərinlə mənə fayda ver, fayda verəcək şeyləri mənə öyrət və elmimi artır!
✨ Allahım! Sən məni gözəl biçimdə yaratdın. Əxlaqımı da gözəl et!
✨ Allahım, hidayəti, Allah qorxusunu, iffətli və qənaətkar olmağı Səndən diləyirəm.
✨ Allahım, günahımı bağışla, yaşadığım yeri genişlət və mənə verdiyin ruzini bərəkətli et!
✨ Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!
✨ Allahım, mənə verdiyin nemətin tükənməsindən, verdiyin uğurun dəyişməsindən, qəfil qisas almağından və bütün qəzəbindən Sənə sığınıram!
✨ Ey Rəbbim! Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin yaxud yaratdıqlarından kiməsə öyrətdiyin yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et.
✨ Allahım! Mən özümə çoxlu zülm etmişəm. Günahları yalnız Sən bağışlayırsan. Özün günahımdan keçməklə məni bağışla və mənə rəhm et. Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!
✨ Allahım! İsmətli olan dinimi, yaşadığım dünyamı və qayıdacaq axirətimi islah et Xeyirli işlər üçün ömrümü artır, ölümümü isə şər əməllərdən qurtarmaq üçün rahatlıq vasitəsi et!
✨ Allahım, nəfsimi təqvalı et və onu təmizə çıxart, Sən təmizə çıxaranların ən xeyirlisisən. Sən nəfsimin qəyyumu və hamisisən!
✨ Allahım! Bilə-bilə Sənə şərik qoşmaqdan Sənə sığınıram və bilmədiklərimə görə də Səndən bağışlanma diləyirəm!
✨ Allahım! Filistində yaşayan müsəlmanlara öz qüdrətinlə yardım et! Onlara asanlıq ver, başlarına gələn müsibət üçün çoxlu səbr ver savablarına yaz! Allahım! Əqsa məscidini işğalçı yəhudilərin əlindən qurtar.
🌻 T.me/islamisualcavabb
399
Repost from Dinimiz Nəsihətdir
🎙️Şeyx AbdurRazzəq Əl - Bədr
Qeyd : Tərcümə Elm əhli tərəfindən yoxlanılıb .
Paylaşaraq Xeyirə Vəsilə Olaq
𝐓𝐄𝐋𝐄𝐆𝐑𝐀𝐌 : https://t.me/dinimiznesihetdir
399
İbn Qayyim (Allah ona rəhmət etsin) buyurmuşdur:
Kim qəlbinin genişlənməsini, günahlarının bağışlanmasını, sıxıntıdan qurtulmasını və üzüntüsünün ondan getməsini istəyərsə, Peyğəmbərə ﷺ salavat deməyi çoxaltsın.
Zəədul Mə'ad
Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın. | Quran 33:56 |
399
İbn Qayyum əl-Cəuziyyə (Allah ona rəhmət etsin) buyurur:
• Bilin ki, cəza özünü müxtəlif formalarda göstərir:
Gah tez gəlir, gah gec gəlir, gah nəzərə çarpır, gah da gözdən gizlənir.
• Ən şiddətli cəza imandan məhrum olmaq, qəlbin ölməsi, Allahla ünsiyyətin şirinliyindən məhrum olmaq, günahlara güclü şəkildə düşkün olmaq, Quranı unutmaq, Allahdan bağışlanma istəməmək və bənzərləridir.
• Ən az cəza isə bədənə aid olan cəzadır.
