MU'MİNUN🖋️
رفتن به کانال در Telegram
Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
نمایش بیشتر400
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-47 روز
+230 روز
آرشیو پست ها
399
Bu balaca qızcığazdan təsirlənib, göz yaşlarımı saxlaya bilmədim. Mənə yaxın olan bir neçə bacıya da bu hadisə barədə danışdım, onlardan da dua etmələrini xahiş etdim.
İcabət saatı dua edən zaman imkansızların Rəbbi olan Allaha yalvardım ki: “Yə Rabb, Sən ona şəfa ver və bizə möcüzə nəsib et. Şübhəsiz ki, Sən “كن فيكون” - ol deyərsən, olar.”
Bir neçə gün sonra, həftənin birinci günü həmin bacının mənə təkrar səs göndərdiyini gördüm və birinci gün olduğunu xatırlayıb ümidlə səsi dinlədim. Səsindəki sevinc, üzündə hiss etdiyim təbəssüm... Bacı bilirsinizmi nə dedi?
Dedi ki: Nəticələr bəlli olub və analizlər tər-təmiz çıxıb, həkimlər isə təəccüb ediblər ki, bu elə Cümə günü analiz verən uşaq deyil?
SubhənAllah, elə bacının səsini eşidəcək, tüklərim biz-biz oldu. Bir daha duanın möhtəşəm təsirini dərindən hiss etdim. Həqiqətən də, O imkansızların Rəbbidir.
Bu hadisə isə mənə bir ayəni xatırlatdı:
27. Nəml (Qarışqalar)
أَمَّن يُجِيبُ ٱلْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ ٱلسُّوٓءَ وَيَجْعَلُكُمْ خُلَفَآءَ ٱلْأَرْضِ ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ [٢٧:٦٢]
62) Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?
399
السلام عليكم ورحمة الله وبركاته
Dəyərli bacı və qardaşlarım! Sizlərlə bu yaxınlarda başıma gələn bir hadisəni bölüşmək istəyirəm. Ümid edirəm ki, hər birimiz üçün faydalı olacaq.
Bismilləh, əlhəmdulilləh!
Bir neçə həftə öncə elm məclislərinin birində dəyərli bir bacımızın başına gələn hadisəni danışdığının şahidi oldum. Hadisəni qısa şəkildə özət keçəcəm:
Bacının oğlunun bir yerdən yıxılaraq qolu sınmışdı və onun dediyinə əsasən sınıq çox pis görünürdü. Yəni, parçalanmış sınığa bənzəyirdi. Bunun ardınca bacı, övladını xəstəxanaya aparan zaman, yol üstündə Allah Subhənəhu və Təaləyə oğlu üçün dua edir və görün hansı kəlimələr ilə; “كن فيكون” - “Ol - deyər və olar!”.
Xəstəxanaya çatdıqdan sonra sınığa baxılır və həkim sınığı bir dəfəyə düzgün yerinə gətirir. Yəni, parçalanmış və ya çoxsaylı sınıq deyilmiş, əlhəmdulilləh.
Bacı danışır ki: Düşündüm ki, bəlkə də sınıq ağır idi, lakin “كن فيكون” kəlimələri ilə etdiyim dua sayəsində ağır sınıq, yüngül sınığa çevrildi. Çünki, O “Ol - deyər və olar!”.
Mən bu hadisədən çox təsirləndim. Həmin gün Cümə günü idi və bu dərsi dinlədiyim zaman artıq icabət saatı daxil olmuşdu.
Bu an uzun müddətdir ki, görmədiyim bir bacının mənə səsli mesaj göndərdiyini gördüm və səsi açıb dinlədim.
Ağlayırdı, yaxın qohumu olan 4 yaşlı bir qızcığaza həkimlərin 95% faiz Leykoz (qan xərçəngi) diaqnozu qoyduğunu deyirdi... Və məni özünə yaxın qəbul etdiyi üçün deyirdi ki: Xahiş edirəm, bu qızımız üçün dua et. Həkimlər 95% Leykoz olma ehtimalı, 5% faiz olmama ehtimalı olduğunu desələr də, Allah imkansızların Rəbbidir.
Əlavə olaraq dedi ki, gələn həftənin birinci günü yenidən analiz verib nəticələrə baxılacaq.
399
Repost from 📚 ✨ 𝑬𝒍𝒎 𝑵𝒖𝒓𝒅𝒖𝒓 ✨ 📚
⭕️Xatırlatma: İn şəə Allah dərsimiz bugün saat 22:00 da olacaq.
📚 "İnsanlara gözəl söz de"
(3⃣ - ci dərs)
Şeyx Muhəmməd bin Said Raslən (Allah onu qorusun)
Kanala daxil olub dərslərə qoşulmaq üçün -
Paylaşaq ⤵️
https://t.me/ElmNurdurr
399
السلام عليكم ورحمة الله وبركاته
🧡 Elanı mümkün qədər bütün sosial platformalarda paylaşaraq, vəsaitin tez toplanılmasına yardım edərək, böyük xeyirə vəsilə ola bilərsiniz.
بارك الله فيكم
399
Repost from دروس اللغة العربية - Ərəb dili dərsləri
İmam Əhmədin Möhtəşəm Şüarı
İmam Əhməd (Allah ona rəhm etsin) elm yolunda elə bir ucalığa yetişmişdi ki, o dövrdə artıq hər kəs tərəfindən tanınır və barmaqla göstərilirdi. O, dində imamlıq dərəcəsinə çatmışdı və insanlar dünyanın hər tərəfindən onun yanına axışır, uzun yollar qət edirdilər.
Buna baxmayaraq, İmam Əhməd böyük bir təvazökarlıqla hələ də əlində elmi qeyd etmək üçün mürəkkəbqabı tutur və digər alimlərdən hədis dinləmək üçün elm tələbələri ilə birgə alimlərin dərslərinə yetişmək üçün elm məclislərinə can atırdı.
Onun bu halını görənlər heyrətlə soruşdular:
— "Ey Əbu Abdullah! Sən ki artıq bu məqama çatmısan, nə vaxta qədər bu mürəkkəbqabı ilə elm arxasınca qaçacaqsan?".
O, (Allah ona rəhm etsin) hər bir elm tələbəsi üçün çıraq olacaq o möhtəşəm sözünü dedi:
«مَعَ المِحْبَرَةِ إِلَى المَقْبَرَةِ»
"Mürəkkəbqabı ilə qəbirə qədər!".
Xülasə: Bilməliyik ki, elm ucu-bucağı olmayan bir ibadətdir və bu yolda mənzilə çatmaq deyə bir anlayış yoxdur. Həqiqi elm tələbəsi son nəfəsinə qədər öyrənməyə və özünü təkmilləşdirməyə davam edəndir. Kim "mən artıq elmdə kamilliyə çatmışam" deyərsə, məhz o zaman cəhalətin zirvəsinə addım atmış olar.
📝 Şeyx Saleh əs-Sindinin dərsindən alıntı..
©️ t.me/ixlasla
399
Repost from 📚 ✨ 𝑬𝒍𝒎 𝑵𝒖𝒓𝒅𝒖𝒓 ✨ 📚
⭕️Xatırlatma: İn şəə Allah dərsimiz bugün saat 22:00 da olacaq.
📚İmam Nəvəvi (رحمه الله) - 40 hədis ⤵️
13 - cü hədisin şərhi.
🔊🔊🔊🔊
Kanala daxil olub dərslərə qoşulmaq üçün -
Paylaşaq ⤵️
https://t.me/ElmNurdurr
399
Repost from N/a
السلام عليكم ورحمة الله وبركته. 🌟
🌟 Yeni ELAN 🌟
🌟 MƏDİNƏ_1 🌟 kursuna tələbə qəbulu başlayır.
🌟 Dərs vaxtı: : Bazar ertəsi
🌟 🌟🌟 : 🌟🌟
🌟 Yazılmaq üçün
🌟
@smmseaa
🌟 Sirac_academy
🌟 Sirac_quran
🌟 Sirac_ərəb dili
🌟 Sirac_kids
🌟 Sirac_elan
🌟 Sirac_academy
🌟 Kanalımızın linkini paylaş — sən də başqalarının elm yolunu işıqlandıran bir çıraq ol! 🌟 🌟" الدَّالُّ على الخَيْرِ كَفَاعِلِهِ " Xeyrə yönəldən, onu edən kimidir. 🌟 Səhih Cəmi, 3399.Allah faydalı elmimizi artırsın! 🌟 #elan
399
📖 Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!” [٢:٣٢]
399
Repost from 📚 ✨ 𝑬𝒍𝒎 𝑵𝒖𝒓𝒅𝒖𝒓 ✨ 📚
💢Xatırlatma:
👉 Fiqh dərsimiz bugün saat 22:00 dadır in şəə Allah.
Başqalarının da dərslərə qoşulması üçün linki paylaşaq ⤵️
https://t.me/ElmNurdurr
Allah rasulu ﷺ buyurmuşdur :
"الدَّالُّ عَلَى الْخَيْرِ كَفَاعِلِهِ"
"Xeyirə vəsilə olan onu etmiş kimidir."
📚 Muslim.
399
Əbul-Yəsər رضي الله عنه Peyğəmbərin 🤩 belə dediyini rəvayət etmişdir:🤩“Kim çətinliyə düşənə möhlət verərsə və ya borcunu silərsə, Allah onu Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə Öz kölgəsi altında kölgələndirəcək.”
🤩 Əhməd, 15560, 15606. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6106.
399
Peyğəmbər 🤩 belə demişdir:
“Yeddi qisim insan var ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə Öz kölgəsi altında kölgələndirəcək:
🤩Bunlar ədalətli rəhbər,
🤩Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc,
🤩Qəlbi məscidlərə bağlı olan kişi,
🤩Bir-birini Allah xatirinə sevən, Onun yolunda birləşib, Onun yolunda ayrılan iki nəfər,
🤩Sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən adam,
🤩Xəlvətə çəkilib Allahı yad etdikdən sonra gözləri yaşla dolan kişi (və ya qadın),
🤩Gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda “Mən Allahdan qorxuram!” – deyən kişidir”.
🤩 əl-Buxari, 1423, 1334; Muslim, 1712, 2427.
399
Peyğəmbər ☪ buyurmuşdur:
“Üç şey insanı həlak edər, üç şey xilas edər, üç şey günahlara kəffarə olar və üç şey isə insana yüksək dərəcələr qazandırar.🤩
🌟Həlak edənlər:🤩İtaət olunan xəsislik (dünya malına bağlılıq və başqalarını qısqanmaq), 🤩Ardınca gedilən nəfsani istəklər (insanın öz nəfsini haqq və ədalətdən üstün tutması), 🤩İnsanın özünə heyran olması (özünü başqalarından üstün görməsi).
🌟Xilas edənlər:🤩Qəzəbli və ya razı halında belə həmişə ədalətli olmaq, 🤩Yoxsulluq və zənginlikdə orta yolu seçmək, 🤩Allahdan həm gizli, həm də aşkar şəkildə qorxmaq və Ona qarşı təqvalı olmaq.
🌟 Günahlara kəffarə olanlar:🤩Bir namazdan sonra digər namazı səbrlə və ümidlə gözləmək, 🤩Soyuq havada dəstəmazı tam və gözəl şəkildə almaq, 🤩Camaat namazına addımlayaraq getmək.
🌟 Yüksək dərəcələr qazandıranlar:🤩İnsanlara yemək yedirtmək, 🤩Salamı yaymaq (insanlara xeyir-dua ilə dolu salam vermək), 🤩İnsanlar yatarkən gecə namazı qılmaq (Allaha xüsusi ibadətlə yaxınlaşmaq).”
🌟 {Hədisi böyük alim əl-Albani rahiməhullah “həsən” olaraq təsnif etmişdir.}
399
Repost from Aخirətə Doغru...🌿⏳
Təsəvvür edin o savabları ..hər Quran oxuyanda ..elm öyrənəndə ..Quran öyrədəndə..hər gözləri üçün şükür edəndə..qəlbindəki sevinci ..qalxan kədəri ..Allah bizi səbəb etsin !
Ümid edirik Səxavətli Rəbbimiz bizimdə sıxıntılarımızı qaldırar ..O dəhşətli gündə ..
399
🌺Peyğəmbərimizin ☪ şəfqəti🌺
🤩 Əbu Hureyra 🤩 rəvayət edir ki, bir gün Allah elçisi ☪ günortaya yaxın bir vaxtda çölə çıxdı, məni məsciddə gördü və əlimdən tutdu. Mən də Peyğəmbərin ☪ əlindən tutaraq onunla yol yoldaşı oldum. Nə o mənə bir kəlmə söz dedi, nə də mən ona. Beləcə gəlib Qaynuqa bazarına çatdıq. Oranı dövr etdi, ətrafa göz gəzdirdi və keçib getdi. Mən də onunla birlikdə idim. Nəhayət, gəlib qızı Fatimənin evinə çatdı, həyətdə oturdu və “Balaca haradadır? Balaca haradadır? Əlinin oğlu Həsəni çağırın!” deyərək nəvəsini səslədi. Lakin səsinə səs verən olmadı. Sən demə, onun gəlməsinə anası Fatimə mane olmuş, (babası ilə görüşə hazırlanması üçün) əl-üzünü yumuş və boynuna ətirli güldən hazırlanmış bir boyunbağı
taxmışdı.
🤩 Allah rəsulu ☪ oradan ayrıldı, mən də onunla birgə getdim və gəlib məscidə çatdıq. Yerdə oturdu, dizlərini qucaqladı və “Balaca haradadır? Balacanı çağırın!” – dedi. Çox keçmədi ki, Həsən boynunda ətirli güldən hazırlanmış boyunbağı ilə qaça-qaça gəldi. Onu görəcək Allah rəsulu ☪ əllərini nəvəsinə doğru uzatdı. Balaca Həsən də əllərini açaraq qaça-qaça gəlib babasının qucağına atıldı, boynuna sarıldı. Allah rəsulu ☪ nəvəsini öpərək sinəsinə sıxdı. Həsən isə əlini Peyğəmbərin ☪ saqqalına saldı.
🤩 Sonra Allah Rəsulu ☪ mübarək dodaqlarını onun dodaqlarına toxundurdu və üç dəfə belə dedi:
“Allahım, mən onu sevirəm, Sən də onu və onu sevənləri sev!”
🤩 Əbu Hureyrə ☪ hər dəfəsində bu səhnəni xatırladıqda belə deyərdi:
“Hər dəfə Həsəni gördükdə gözlərim yaşla dolur”.
🤩 Humeydi, “əl-Müsnəd”, 1073, Əhməd, “əl-Müsnəd”, 7398, 8380, 10891, “Fədail əs-səhabə”, 1407, Buxari, 2122, 5884, “əlƏdəb əl-mufrad”, 1152, 1183, Müslim, 2421, İbn Macə, 142, İbn Hibban, 6963, “əl-Müstədrək” 3/169, 178, “əl-Hilyə” 2/35
