MU'MİNUN🖋️
رفتن به کانال در Telegram
Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
نمایش بیشتر405
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+37 روز
+630 روز
آرشیو پست ها
405
Repost from 📒SUALLARA CAVAB📒
Faydalana biləcəyiniz səhih kanallar.
1. https://t.me/suallaracavab1
2. http://t.me/dinimiznesihetdir
3. https://t.me/ElmNurdurr
4. https://t.me/muminuntelegram
5. https://t.me/ilkinselefi
6. http://t.me/Rabbinaibadetet
7. https://t.me/Hikmetli_davet
8. https://t.me/islamfezileti
9. https://t.me/rebbine_don
10. https://t.me/dini_nusxeler
11. https://t.me/selefin_izi
12. https://t.me/ahl_al_tawhed
13. https://t.me/faavvaid
14. http://t.me/rebbinixatirla
15. https://t.me/elmehlindensorush
16. https://t.me/selefibacilar1
17. https://t.me/fayda_m
18. https://t.me/bacilarkanal
Allahın dininə yardım edin.
Paylaşın bu əməldə sizində əcriniz olsun
405
☪☪☪☪☪️
Rəvayət edilir ki, Miqdam ibn Mə'dikərib 🤩 demişdir: “Mən Rəsulullahın ☪ belə dediyini eşitmişəm:
⚪️“İnsanın ən çox şər doldurduğu tuluq - onun qarnıdır. Adəm övladına belini dik tutacaq qədər az miqdarda loxmalar yemək bəs edər. Və əgər daha çox yemək istəyirsə, onda mədəsinin üçdə birini yemək üçün, üçdə birini su üçün, üçdə birini də hava üçün ayırsın.”
⚪️(Bu hədisi İmam Əhməd, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişlər. Tirmizi: “Bu, həsən hədisdir” - demişdir.)
405
🤎🤎🤎🤎🤎🤎🤎🤎🤎
📕Bu gündən başlayaraq bir neçə gün ərzində “Qırx hədis və şərhi” kitabından sevimli Peyğəmbərimizin 🤎 israfa yol vermədən və həddi aşmadan, halal və təmiz nemətlərdən yeyib-içmək barədə hədisinin (47-ci hədis) şərhini hissə-hissə paylaşacağıq, inşəəAllah.
🌷Bizim üçün çox faydalı olduğunu düşündüyümüz üçün bu dəyərli şərhi sizlərlə də bölüşmək istədik. Allah Subhənəhu və Təalə faydalı etsin!
🪶Qeyd: Şəkil əvəzinə yazılı formada paylaşmağımızın səbəbi budur ki, bəzən uzun mətnli şəkilləri oxumadan keçirik. Düşündük ki, qısa hissələr şəklində paylaşılması, Allahın izni ilə, daha çox fayda verə bilər.
405
السلام عليكم ورحمة الله وبركاته
💌 Hörmətli kanal üzvləri, Qurban bayramınız mübarək!
🎁 تقبل الله منا ومنكم
Allah bizdən və sizdən qəbul etsin!
405
Repost from Favaidulquran
Həccdə olmayanlar üçün Ərafa günü nə vaxta qədər davam edir?
"Həccdə olmayanlar üçün Ərafa günü, Ərafa gününün sübhündən (namazından) başlayır Qurban bayramının (nəhr günü) sübhünə qədər davam edir. Bütün bu zaman, həccdə olmayanlar üçün Ərafa günüdür və bu vaxt ərzində dua etmək xeyirlidir.
Mömin kimsə (dua üçün) bir vaxtı digərindən ayırmamalıdır nə günorta vaxtından sonranı, nə əsrdən sonranı, nə də sübh namazından sonranı xüsusiləşdirməməlidir. Əksinə, nə zaman imkanı olarsa, o zaman dua etməli və bu gün boyu çalışmalıdır. Sübh namazından sonra, duha vaxtı, zöhrdən sonra, əsrdən sonra, məğribdən sonra və işa namazından sonra dua etməlidir.
Çünki Peyğəmbər ﷺ buyurmuşdur: 'Ən xeyirli dua, Ərafa günü edilən duadır.' Peyğəmbər ﷺ bu xeyirliyi günün özünə bağlamış, (həccdə olanların) Ərafada dayanmasına bağlamamışdır.
Allahın lütfü isə çox genişdir..."
[📚 Şeyx Süleyman ər-Ruheyli (Allah onu qorusun), "Ərafa və Qurban bayramı" mühazirəsindən.]
📌https://whatsapp.com/channel/0029Vb63rAg7DAX1wbAsrn3J
🌹 Allah sizə bərəkət versin.
405
Repost from Sən Xatırlat
📚Şeyx AbdurRazzəq əl-Bədr'in tərtib etdiyi "Cəvamiul Əd'iyə ən-Nəbəviyyəh" kitabındakı duaları sizin üçün tərcümə və transkripsiya ilə bir yerə topladıq.
❗️Bu dualar az sözlərdən ibarət olub, geniş mənaları əhatə edən dualardır.
Allah bərəkətli və faydalı etsin♥️
405
Allahım, qəlbimdə insanlara olan bağlılıq düyünlərini aç və məni möhkəm şəkildə Özünə bağla. 🤲
405
Repost from • العربية/الأذرية •
بسم الله الرحمن الرحيم...
🌟İldə bir dəfə olan Ərafa günü üçün gözəl cədvəl:
▪ 1. Ərafa gecəsi erkən yat ki, Allaha itaət etməyə gücün olsun.
▪ 2. Sübh namazından əvvəl oyan və bu günü oruc tutmaq niyyəti ilə sahur et.
▪ 3. Sonra ən azı iki və ya dörd rükət namaz qıl, səcdədə olarkən Rəbbindən dünya və axirət xeyirlərini istə və Ona həmd et ki, səni rəhmətlərin və bağışlanmanın endiyi Ərafa gününə çatdırdı.
▪ 4. Sübhə qədər vaxtını istiğfarla keçir ki, Allah qatında səhər vaxtı istiğfar edənlərdən yazılasan.
▪ 5. Sübh azanından beş dəqiqə əvvəl namaza hazırlaş və dəstəmaz alarkən günahlarının son damla ilə birlikdə töküldüyünü hiss et.
▪ 6. Sonra dəstəmaz duasını oxu.
▪ 7. Sübh namazını qıl və günəş çıxdıqdan 15 dəqiqə sonraya qədər namazgahında (namaz qıldığın yerdə) otur.
▪ 8. Salamdan dərhal sonra təkbir gətirməyə başla.
▪ 9. İndi günəş çıxana qədər namaz yerində oturaraq Quran oxu, təsbih et, təhlil et, Allaha həmd et və səhər zikrlərini unutma.
▪ 10. Günəş çıxdıqdan təxminən 20 dəqiqə sonra duha namazının iki rükətini qıl. Onu əsla əldən vermə.
▪ 11. İndi seçim sənindir: əgər bacarsan, bu günü tamamilə oyaq keçir və bir saniyəni belə zikr və dua etmədən zay etmə. Yoxsa bir saat yat və bu yuxunu Allaha itaətdə güclənmək niyyəti ilə et.
▪ 12. Sonra oyandıqda dəstəmaz al və duha namazını qılmayanlardansansa ən azı dörd rükət duha namazı qıl. İbadətləri müxtəlif et ki, yorulmayasan.
▪ 13. Təkbir, zikr, Quran tilavəti et və xüsusilə bunu çox de: "Ləə iləəhə illəllahu vəhdəhu ləə şəriikə ləh, ləhul-mulku və ləhul-həmd və huvə aləə kulli şəy'in Qadiir." Çünki bu, Ərafa gününün ən fəzilətli zikridir.
▪ 14. Əsr namazını qıl, təkbir gətir, Quran oxu və axşam zikrlərini et.
▪ 15. Məğribə təxminən bir saat qalmışa qədər Quran oxu, sonra isə xuşu ilə dua etməyə başla. Allahın qarşısında dayanacağını xatırla və dünyanın hər yerindəki müsəlman qardaşların üçün dua etməyi unutma.
▪ 16. Allahdan dilə ki, Ərafa gününün günəşi batmamış səni Cəhənnəmdən azad etdiyi qullarından etsin.
▪ 17. Allahdan dünya və axirət xeyirlərini istə. Övladların, həyat yoldaşın, valideynlərin, qohumların, sənə elm öyrədənlər, qonşuların, dostların, üzərində haqqı olanlar, səndən dua istəyənlər, xəstələr, vəfat edənlər, müsibət və fəlakət içində olanlar üçün dua et.
▪ 18. Məğrib azanı veriləndə iftara başla və unutma ki, oruclunun rədd olunmayan bir duası vardır.
🔹Bunu ailənə və sevdiklərinə də xatırlat.
🔹Allah məni də, sizi də Cəhənnəmdən azad olunanlardan və əməlləri qəbul edilənlərdən etsin.
💎Allah bunu ailəsinə və qardaşlarına xatırladan hər kəsi xeyirlə mükafatlandırsın.
• T.me/arabiazeri •
405
Repost from • العربية/الأذرية •
Vədinə yəqin olaraq qəlbinin dərinliklərindən gələn sözləri Rəbbinə danışmağın ən gözəl vaxtıdır. Dünyanın ən fəzilətli günlərindən biri, ilin ən xeyirli cüməsi və cümənin də son saatı..
• T.me/arabiazeri •
405
Repost from Towards Akhirah
السلام عليكم ورحمة الله وبركته.
✉️ ELAN✉️
❗️
QADINLAR ÜÇÜN🤩
✨ƏRƏBCƏ QISA HƏDİSLƏRİN
ƏZBƏRİ✨ qrupuna tələbə qəbulu.
🗓️Dərs vaxtı: Çərşənbə axşamı və Şənbə
⏱️1⃣9⃣:0⃣0⃣
📌Şərt: Mədinə 2-nin ilk 10 dərsini bilmək; Dərslərə qarşı məsuliyyətli yanaşmaq
📚 Kitaba keçid
🌟Yazılmaq üçün kanalın mesaj bölməsinə yazaraq bildirin🌸
☑️Elanı paylaşaraq başqalarının da faydalanmasına səbəb ola bilərsiniz الدَّالُّ على الخَيْرِ كَفَاعِلِهِ Xeyrə yönəldən,onu edən kimidir. 📖Səhih Cəmi,3399Allah faydalı elmimizi artırsın! 🤲 #elan
405
❤️🩹 ~ Bu on gün Ramazana bənzəmir; bu günlərdə şeytanların buxovlanması, ruha yardım edən o mühit — insanların toplaşması, dolu məscidlər və ibadətdəki asanlıq yoxdur.
🧎♂ ~ Zülhiccənin ilk on günü ixlas sahibləri üçün bir meydan, Allaha həsrət duyanlar üçün isə xüsusi bir zamandır. Bu günlərdə bəndənin Allaha olan səmimiyyəti üzə çıxır. Çünki o, yanında şeytan, ətrafında isə qayğı və məsuliyyətlərlə dolu bir dünya olduğu halda bu günlərə qədəm qoyur.
405
Muqayyad təkbir - Ərafa gününün fəcrindən Zulhiccənin 13-cü gününədək davam edir.
Muqayyad (qeydli, vaxtlı) təkbirlər- fərz namazlardan sonra edilir.Təkbirin forması: Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəllah. Vallahu Əkbər, Allahu Əkbər, Vəlilləhil Həmd. Sual: Muqayyad təkbirlər namazı bitirdikdən dərhal sonramı deyilməlidir, yoxsa zikrləri etdikdən sonra? Cavab: Bu barədə bir neçə rəy var. Şeyx ibn Bəzz 🇧🇬 və İbn Useymin 🇧🇬 - “3 dəfə Əstəğfirullah, Allahummə əntəs-sələm və minkəs-sələm, təbəraktə yə Zəl-Cələli vəl-İkram” zikrindən sonra deyilməli olduğunu bildiriblər, düzünü Allah bilir. Sual: Neçə dəfə deyilməlidir? Cavab: Bu barədə heç bir müəyyən dəlil olmadığından, müəyyən say yoxdur. 1 də olar, 3 də olar və s. (Tək sayda olması isə daha yaxşıdır.)
t.me/RADsuresi28
405
Repost from • العربية/الأذرية •
الله أكبر كبيراً، والحمدلله كثيراً، وسبحان الله بكرة وأصيلاً .
#zulhiccə #təkbirlər
Dünyanın ən əzəmətli və fəzilətli günlərinin ilk gecəsindən təkbirlər başlayır.
1. Mütləq (vaxtsız) təkbirlər bu gecədən başlayır- Zulhiccənin 13-cü gününə qədər davam edir.
2. Mütləq təkbir - yəni hər bir halında məsciddə, evində, bazarda, işində hər zaman edə bilər.
3. Muqayyad təkbir - Ərafa gününün fəcrindən Zulhiccənin 13-cü gününədək davam edir.
4. Muqayyad (qeydli, vaxtlı) təkbirlər- fərz namazlardan sonra edilir.
5. Ərafa günü və Zulhiccənin 13-cü gününədək iki cür təkbir də birləşir: Mütləq və Muqayyad.
6. Təkbirin növlərindən biri də: Allahu Əkbər Allahu Əkbər Lə iləhə illəllah
Allahu Əkbər Allahu Əkbər Va lilləhil həmd.
@arabiazeri
405
Repost from 🌴Allahın zikri ilə...🌴
🔘"Mutləq" və "muqayyad" təkbirlər
Zilhiccə ayının əvvəlində edilən təkbir iki növdür:
◆Mutləq təkbir
◆Muqayyəd təkbir
▪️Zilhiccə ayının ilk 10 gününün bütün günlərində, həmçinin hər iki bayram gecələrində "mütləq təkbir" (hər hansı bir namaza və ya vaxta bağlı olmayan, sərbəst təkbir nəzərdə tutulur) gətirmək müstəhəbdir.
▪️Arafə günü fəcr namazından başlayaraq təşriq günlərinin sonuncu günündə əsr namazına qədər fərz namazlarından sonra "muqayyəd təkbir" (bu növ təkbirin bir vaxta bağlanması ilə əlaqədardır; yəni bir qeydə bağlanmışdır və bu, fərz namazlarından sonra etməklə olur) gətirmək də müstəhəbdir.
🔘İbn Ömərdən (radıyallahu anhu) rəvayət olunduğuna görə, peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir:
"Allah üçün bu 10 gündə edilən əməllərdən daha böyüyü və daha sevimlisi yoxdur, bu günlərdə
🔺təhlili (Lə iləhə illəllah),
🔺təkbiri (Allahu Əkbər) və
🔺həmd (Əlhəmdulilləh) etməyi çoxaldın!"
{Tabərani/hədis səhihdir}
🔘İbn Ömər və Əbu Hureyrə (radıyallahu anhumə) bu 10 gündə bazara çıxardılar, təkbir gətirərdilər və camaat da onlarla bir təkbir gətirərdilər. Həmçinin İbn Ömər həmin bu günlərdə Minada olarkən, namazlardan sonra, yatağında olarkən, məclislərdə, gəzərkən, bütün günlərdə və hər yerdə təkbir gətirərdi. {Səhih Buxari}
🔘Ən məhşur olan təkbir şəkli aşağıdakıdır:
◆"Allahu Əkbər, Allah Əkbər, Lə iləhə illəllah. Allahu Əkbər, Allahu Əkbər, Va lilləhi-l-həmd".
{Allah ən Böyükdür, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Allah ən Böyükdür və bütün həmd-sənalar, təriflər Uca Allah üçündür!}
https://telegram.me/RADsuresi28
Insta.com/quran_rad28
✍🏼 Qeyd: Kanalda paylaşılan materialların səhihliyinə Mədinə İslam Universitetinin məzunu Vüqar Qurbanov nəzarət edir
🌿Paylaşaraq xeyrə səbəb olun.
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
