mincom.gov.az
رفتن به کانال در Telegram
523
مشترکین
-224 ساعت
-27 روز
+1330 روز
آرشیو پست ها
+6
“KOICA” Azərbaycan Məzunlar Assosiasiyasının (#KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (#KOICA) dəstəyi, #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Uşaqlara #kiberqayğı 2” qrant layihəsi uğurla yekunlaşıb.
Sonuncu maarifləndirmə təlimi 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində təşkil olunub. Uşaqlara fərdi məlumatlar və onların mühafizəsi yolları, #internet və sosial mediadan təhlükəsiz istifadə üsulları, internetdə qarşılaşa biləcəkləri təhlükələr və #kibergigiyena qaydaları, rəqəmsal bacarıqları inkişaf etdirməyin yolları barədə məlumat verilib.
İnteraktiv formada keçən görüşdə uşaqların sualları cavablandırılıb və onları maraqlandıran mövzular izah olunub.
Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib.
Ətraflı: https://bit.ly/4x69JbK
#RİNN
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev kibertəhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Nazirliyin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Yeni Agentlik ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmə və nəzarəti həyata keçirəcək, informasiya infrastrukturunun dayanıqlılığının artırılması, kibertəhlükələrin aşkarlanması və qarşısının alınması, yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsinə qarşı tədbirlərin görülməsi, fərdi məlumatların mühafizəsi, eləcə də əhalinin və təşkilatların maarifləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Fərmana əsasən, Milli Kibertəhlükəsizlik Agentliyi Elektron Təhlükəsizlik Xidmətinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı Agentliyə keçir. Agentliyin fəaliyyətinə sədr və üç müavindən ibarət İdarə Heyəti rəhbərlik və nəzarət edəcək.
Sənədlə, həmçinin bir sıra normativ hüquqi aktlara dəyişiklik edilib, Elektron Təhlükəsizlik Xidməti ilə bağlı müddəalar yeni yaradılan Agentliyə uyğunlaşdırılıb.
Prezidentin Fərmanı ilə Milli Kibertəhlükəsizlik Agentliyinin Nizamnaməsi təsdiq edilib.
Ətraflı: https://bit.ly/3QgrrZB
#RİNN
+6
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyi “#Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində şəhid ailələrinin əl işlərinin V sərgi-satış yarmarkasını təşkil edib.
Ənənəvi olaraq keçirilən tədbir şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasına töhfə vermək, onlara mənəvi dəstək olmaq məqsədi daşıyır.
Sərgidə 32 nəfərin 430-a qədər rəsm əsəri və əl işi nümayiş olunub.
Nazirlik və tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşlarının fəal iştirakı nəticəsində təqdim olunan bütün məhsullar satılıb.
#RİNN
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı #rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlıq perspektivləri, süni #intellekt və #kibertəhlükəsizlik istiqamətlərində normativ-hüquqi bazanın genişləndirilməsi, eləcə də ölkəmizdə data mərkəzinin tikintisi məqsədilə ABŞ dövlət qurumları və şirkətləri ilə tərəfdaşlıq məsələləri müzakirə edilib.
Həmçinin Orta Dəhlizin genişləndirilməsi, Zəngəzur dəhlizinin inkişafı istiqamətində görülən və planlaşdırılan işlər, bu proseslərdə ABŞ şirkətlərinin iştirak perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
#RİNN
Mülki #aviasiya ölkəmizin #nəqliyyat sisteminin əsas sahələrindən biri olmaqla təhlükəsiz, sürətli və etibarlı hava nəqliyyatının təmin edilməsində xüsusi rol oynayır.
Bu sahənin inkişafına töhfə verən bütün aviasiya işçilərini peşə bayramı münasibətilə təbrik edirik!
#RİNN #DMAA
İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib ki:
- Nəqliyyat sahəsində əldə etdiyimiz nailiyyətlərlə də haqlı olaraq fəxr edə bilərik. Dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğumuz sərmayələr sayəsində yeni nəqliyyat dəhlizləri açmışıq və qitələri bir-biri ilə əlaqələndirmişik.
- Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcəkdir. Bu, ötən il avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti, Ermənistanın Baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsaslanır. Bütün bunlar hamımız üçün böyük sərvətdir.
Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb.
Azərbaycan Yunanıstanın Patras şəhərində Balkan və Qara Dəniz regionlarının #nəqliyyat bağlantılarına həsr edilən beynəlxalq konfransda təmsil olunub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) nəzdində fəaliyyət göstərən Beynəlxalq Nəqliyyat Forumunun (#BNF) analitiki, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin BNF-yə ezam olunan nümayəndəsi Əliş İsmayılov konfrans çərçivəsində keçirilən sessiyada çıxış edib.
Çıxışı zamanı Əliş İsmayılov bildirib ki, son illərdə qlobal təchizat zəncirləri ciddi sınaqlarla üzləşib, Avropa ilə Asiya arasında alternativ və dayanıqlı nəqliyyat marşrutlarının əhəmiyyəti daha da artıb. Bu kontekstdə Orta Dəhliz Avropa və Asiyanı birləşdirən strateji, iqtisadi cəhətdən səmərəli və dayanıqlı bağlantı xətti kimi formalaşır.
Həmçinin vurğulanıb ki, beynəlxalq bağlantıların gücləndirilməsi Azərbaycanın BNF-yə 2025 – 2026-cı illərdə həyata keçirdiyi sədrliyin əsas prioritetlərindən olub. Orta Dəhlizlə bağlı mövzu təşkilatın gündəliyində xüsusi yer tutub və gələcəkdə də bu istiqamətdə müzakirələrin davam etdirilməsi gözlənilir.
Ətraflı: https://bit.ly/49A133j
#RİNN
+2
“KOICA” Azərbaycan Məzunlar Assosiasiyasının (#KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (#KOICA) dəstəyi və #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə icra olunan “Uşaqlara #kiberqayğı 2” qrant layihəsi davam edir.
Növbəti maarifləndirici tədbir “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində keçirilib.
Ətraflı: https://bit.ly/4u9AABb
#RİNN
Azərbaycanda ilk #poçt kontorunun yaranması ilə ölkəmizdə poçt və rabitə xidmətlərinin formalaşması və inkişafının əsası qoyuldu.
Ölkəmizdə bu sahənin inkişafına töhfə verən bütün əməkdaşları təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!
#RİNN
Uşaqların hüquqlarının qorunması, sağlam, təhlükəsiz və layiqli mühitdə böyüməsi istiqamətində atılan hər bir addım gələcəyimizin etibarlı şəkildə formalaşmasına xidmət edir və onların hərtərəfli inkişafı üçün möhkəm zəmin yaradır.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edir, onlara parlaq gələcək arzulayırıq!
#RİNN #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #İnsanHüquqlarıAylığı #HumanRightsMonth
28 May – Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə davamlı inkişaf arzulayırıq!
Müstəqilliyimiz əbədi olsun!
#RİNN #MüstəqillikGünü
Qurban bayramı münasibətilə xalqımızı təbrik edir, süfrələrə bol ruzi-bərəkət arzulayırıq!
#RİNN #QurbanBayramı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ayın ən vacib və aktual yeniliklərini sizə təqdim edir.
Budəfəki buraxılışda:
✅ Pensiyaçı endirim barkodundan “mygov” mobil tətbiqi vasitəsilə istifadə;
✅ Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilməsi
və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız.
#RİNN #NaRİNN
+6
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin təşəbbüsü, Mərkəzi Qan Bankının təşkilati dəstəyi ilə qanvermə aksiyası keçirilib. Aksiyada Nazirliyin, habelə tabeli qurumların əməkdaşları fəal iştirak ediblər.
Əvvəlcə donor olmaq istəyən şəxslərin sağlamlığı yoxlanılıb, sonra uyğun olanlardan qan götürülüb. Toplanan qan ehtiyatı talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə ediləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində könüllü qanvermə aksiyaları mütəmadi olaraq təşkil edilir.
#RİNN
+5
“KOICA Azərbaycan Məzunlar Assosiasiyasının (#KOAZ) təşəbbüsü, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (#KOICA) dəstəyi və #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə icra olunan “Uşaqlara #kiberqayğı 2” qrant layihəsi çərçivəsində 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində maarifləndirici təlim təşkil edilib.
Ətraflı: https://bit.ly/4fLdWLE
#RİNN
+1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 22 may tarixində Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində #Xızı, #Abşeron, #Zəngilan, #Qubadlı rayonları və #Sumqayıt şəhər sakinlərini qəbul edib.
Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
#RİNN #VətəndaşQəbulu
