Key Molla
رفتن به کانال در Telegram
677
مشترکین
-224 ساعت
-17 روز
-630 روز
آرشیو پست ها
677
🇦🇲🗣️ "Biz Rusiya ilə münasibətləri pisləşdirmək üçün heç bir addım atmırıq.Əksinə, biz yaxşı qonşuluq münasibətlərini qorumaq üçün hər şeyi etmişik və etməyə davam edirik.
🔻 Ermənistan biznesinə qarşı ədalətsiz və əsassız məhdudiyyətlər nə Ermənistan-Rusiya münasibətlərinin ruhuna, nə də Avrasiya İqtisadi Birliyinin qaydalarına uyğun deyil."
- Ermənistan Parlamentinin sədri Ruben Rubinyan
677
🇹🇷🇸🇾⚡️🇮🇱 “Əlləri günahsız insanların qanına batmış cinayət şəbəkələri bundan narahat olur deyə, qonşularımızın yenidən toparlanmasına dəstək verməkdən imtina etməyəcəyik.”
- R.T. Ərdoğan
677
🇦🇿🇦🇲Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan və Ermənistan xalqları ən etibarlı sülhməramlılardır.
Paşinyanın sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və digər xarici sülhməramlı qüvvələrin Ermənistan ərazisinə daxil olmasına ehtiyac yoxdur, çünki sülh bərqərar olub.
O qeyd edib ki, heç bir xarici sülhməramlı qüvvə Ermənistan ərazisinə daxil olmayacaq.
677
🇦🇲 Qarabağ canisi, Xocalı soyqırımı iştirakçısı Serj Sarkisyana qarşı cinayət işi açıldı.
677
🇦🇿🇦🇲Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və “Azərenerji” ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib.
Görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə ediblər.
677
🇷🇺🗣️ "Nikol Paşinyan əmin addımlarla Saakaşvili və narkoman(Zelenski) olmaq yolunda irəliləyir".
- Dmitri Medvedev
677
🇷🇺🗣️ “Avropa İttifaqına üzvlük müraciətinə gəlincə, Türkiyənin və bir sıra digər ölkələrin təcrübəsini xatırlamağı məsləhət görürəm. Onların müraciət etməsindən onilliklər keçib, amma məsələ hələ də yerində sayır.
🔻 Burada Rusiya nümayəndələrinin, o cümlədən ölkə rəhbərinin də əvvəllər diqqət çəkdiyi mühüm bir məqam var.
🔻 Müraciət təqdim edildikdən sonra Ermənistan müxtəlif sahələrdə öz qanunvericiliyini Aİ normalarına uyğunlaşdırmaq prosesinə başlamalı olacaq. Bu normalar Rusiyada və Avrasiya İqtisadi İttifaqı məkanında qəbul edilən qaydalarla üst-üstə düşmür. Bu halda tərəflər “dərin ziddiyyətlərlə” üzləşə bilərlər.Bu ziddiyyətlər ilk növbədə Ermənistanın özünə zərər verəcək”.
- Kreml
677
🇦🇲🗣️ "Ermənistanı KTMT-dən çıxarsalar bundan yalnız məmnun qalacağıq.
🔻 Ermənistan Aİ-yə üzvlük üçün müraciət edəcək. Rusiya dəmiryolları şirkəti Ermənistan dəmiryollarındakı payını bizə və ya üçüncü bir tərəfə satmalıdır".
- Nikol Paşinyan
677
🇦🇲 Robert Köçəryanın oğlu Sedrak Köçəryan da həbs olunub.
🔻 Onlar Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində saxlanılıblar.
677
🇦🇲 #SONDƏQİQƏ
🔻 Ermənistan Anti-korrupsiya komitəsi Ermənistanın sabiq prezidenti, terrorçubaşı Robert Koçaryanı həbs etdi. Onun ofisində axtarış aparılır.
677
⭕ "Boz Zona" Dövrü Bitdi: Tehranla iqtisadi əlaqə saxlayan istənilən fiziki və hüquqi şəxs ABŞ-ın birbaşa sanksiya hədəfinə çevriləcək.
🗣️ "Artıq qeyri-müəyyən və ya boz zonalarda qalmaq mümkün deyil. Dünya liderləri üçün seçim vaxtıdır: ya Amerika, ya İran!" — Skott Bessent.
677
🇺🇸⚡️🇮🇷 ABŞ-dən Tehrana qarşı qlobal iqtisadi hücum: "Ya bizimləsiniz, ya İranla!"
⭕ ABŞ Maliyyə naziri Skott Bessent Vaşinqtonun İrana qarşı genişmiqyaslı və kompromissiz iqtisadi təzyiq kampaniyasına start verdiyini bəyan edib.Əsas tezislər:
🔻Qlobal İqtisadi Təzyiq: ABŞ dünya miqyasında Tehrana qarşı tammiqyaslı iqtisadi hücuma keçir və sanksiyalarda "sıfır sızma" (boşluq buraxmamaq) doktrinasını tətbiq edir.
🔺SEPAH-ın Gəlir Mənbələri: İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) bütün potensial maliyyə kanalları tamamilə bloklanacaq, rejimi ayaqda saxlayan iqtisadi həyat xətləri kəsiləcək.
🔻Bank Sektoruna Zərbə: Bütün dövlətlərdən öz ərazilərində fəaliyyət göstərən İran banklarının filiallarını təcili bağlamaq tələb olunacaq.
🔺Məhdud Müddət və Xəbərdarlıq: Qadağan olunmuş iqtisadi fəaliyyətləri dayandırmaq üçün üçüncü ölkələrə konkret və məhdud vaxt veriləcək.
677
🇷🇺🗣️ “Görünür, Ermənistan heç vaxt ağır xroniki xəstəliklərdən əziyyət çəkən Avropa İttifaqına daxil olmayacaq, amma Rusiya və digər Avrasiya İqtisadi İttifaqı ölkələri ilə münasibətlərini uzun müddətə korlayacaq.
🔸 Bu, kiçik bir ölkənin hazırkı rəhbərinin milli maraqlara xəyanətlə, Sorosun pulları ilə və Erməni Apostol Kilsəsinə qarşı şeytani təqiblərlə qarışmış şizofrenik ambisiyalarının qiymətidir.
🔸 Bununla belə, indiki Ermənistan hakimiyyətinə münasibətdə yalnız bir qayda keçərlidir — “Non mittite margaritas ante porcos” (“İncilərini donuzların qarşısına atma” — yəni dəyərli bir şeyi onu qiymətləndirməyənlərə təqdim etmə)”.
— Dmitri Medvedev
677
🇦🇲 Ermənistanın Baş naziri Nikol Paşinyan:
🔴Artıq başqa bir vətən arzusunda olmamalıyıq. Çünki Ermənistan Respublikası xəyallarımızın vətənidir və biz ona sahib olduğumuz üçün şanslıyıq.
🔴Etməli olduğumuz şey bu dövləti inkişaf etdirmək və onu nəsildən-nəslə əbədi olaraq ötürməkdir.
677
🇦🇲🇪🇺 Paşinyan: Ermənistan Aİ-yə üzvlüklə bağlı referendum keçirəcək və üzvlük üçün müraciət prosesinə başlayacaq.
677
🇺🇲🗣️ “Sabah İrana qarşı bu günə qədər ən böyük maliyyə hücumuna başlayacağıq.”
- ABŞ Maliyyə Naziri Bessente
677
🇮🇷🗣️ "İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai:
🔻 İran istənilən ölkənin ABŞ-ın İslam Respublikasına qarşı iqtisadi müharibəsində iştirakını və ya dəstəkləməsini müharibə aktı kimi qiymətləndirəcək".
677
🇮🇷🗣️ "İranlı rəsmi Ərəb mediasına:
🔻 İran tərəfi Məkkə anlaşmasına dəvəti yüksək qiymətləndirir. Nəhayət məzhəb məsələlərini siyasi fikir ayrılıqlarını kənara qoyub islam birliyini qurmaq zamanıdır. Biz bu anlaşmanı yüksək qiymətləndiririk"
