cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Tarix-Turqut Mirzəsoyla...

MİQ,Sertifikasiya və Abituriyentlər üçün 💻Online dərs üçün müraciət edə bilərsiniz @MirzesoyTurqut 📌Müzakirə qrupu: https://t.me/MTKM3 📌Kanal:https://t.me/TTMF55 ©Kanaldan testləri,konspektləri kopyalayıb müəllifin adını silərək paylaşmaq qadağandır‼️

نمایش بیشتر
أذربيجان2 493آذربایجانی2 134حقایق6 194
پست‌های تبلیغاتی
344
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Salamlar,Sabahlarınız xeyir olsun... Davamke.... *S-Mezolit dövründə keçidin əsası qoyuldu?* C-İstehlak təsərrüfatından İstehsal təsərrüfatına *S-Rəvvadi hökmdarı Vəhsudanın Təbrizi tərk etməsinə səbəb oldu?* C-Zəlzələ baş verməsi(1042-ci ildə) *S-Ərdəbil ilk dəfə paytaxtı olmuşdur?* C-Sacilər dövlətinin *S-Saci hökmdarı Yusif İbn Əbu Sacın ərəblərlə müharibəyə başlamasının səbəbi?* C-Onun Ərəb xəzinəsinə göndərdiyi xəracı dayandırması(912-ci ildə) *S-Yusif ibn Əbu Sac 917-ci ildə?* C-Ərəb ordusunu məğlub etdi və öz adına pul kəsdirdi *S-Sacilər dövlətində öz adına ilk dəfə pul kəsdirdi?* C-Məhəmməd ibn Əbu Sac *S-Məhəmməd İbn Əbu Sac 893-cü ildə özünə tabe etmişdi?* C-Marağa və Dəbil şəhərlərini *S-Azərbaycan xəritəsində Marağa şəhərini necə tapa bilərəm?* C-Urmiya gölünün cənubundan sağa(şərqə),Təbriz şəhərinin aşağı hissəsində *S-Azərbaycan Xəritəsində Təbriz şəhərini necə tapa bilərəm?* C-Urmiya gölünün şimalından üzü Xəzərə doğru(sağa) istiqamət götürdükdə ilk qarşımıza çıxan şəhər *S-Təbriz şəhərindən bir az da sağa (Şərqə-Xəzərə)doğru hərəkət etdikdə qarşıma çıxacaq?* C-Ərdəbil şəhəri *S-Ərdəbil şəhərindən üzü şimala Xəzərin sahili ilə hərəkət etdikdə qarşıma çıxacaq Şimali Azərbaycan şəhəri?* C-Lənkəran şəhəri *S-Lənkərandan şimala doğru Xəzər sahili ilə hərəkəti davam etdirdikdə yarımadada qarşıma çıxacaq(qartalın baş hissəsi)?* C-Bakı şəhəri *S-Bakı şəhərindən üzü yuxarı(şimala) doğru hərəkəti Xəzər sahili ilə davam etdirdikdə qarşıma çıxacaq?* C-Quba şəhəri *S-Quba şəhərindən üzü yuxarı( şimala ) Xəzər sahili ilə hərəkəti davam etdirdikdə qarşıma çıxacaq?* C-Dərbənd şəhəri *S-Yuxarıdan(şimaldan) Quba ilə,sağından(şərqdən)Bakı ilə,solundan(qərbdən)Şəki ilə,aşağıdan(cənubdan) Kür çayı ilə sərhəd olan şəhəri axtarsam?* C-Şamaxı şəhəri *S-Şamaxı şəhəri ilə Şəki şəhəri arasında Qədim Albaniyanın paytaxtı olaraq tapa bilərəm?* C-Qəbələ şəhərini *S-Göyçə gölündən sağda(şərqdə) Kür çayından solda(qərbdə) yerləşən şəhərimizi tapsam?* C-Gəncə şəhəri *S-Gəncə şəhərindən bir az aşağı(cənuba)Kürün sahili ilə hərəkət etsəm?* C-Bərdə şəhəri *S-Kür və Araz çaylarının bir-birinə ən çox yaxınlaşdığı ərazidə tapa bilərəm?* C-Beyləqan şəhərini *S-Göyçə gölündən aşağıda(Cənub),Araz çayından yuxarıda(Şimal) tapa bilərəm?* C-Naxçıvan *S-Göyçə gölündən üzü sola(qərbə)doğru addımlasam tapa bilərəm?* C-Dəbil şəhərini *S-Urmiya gölündən sola(qərbə) doğru addımlasam tapa bilərəm?* C-Urmiya şəhərini *S-Marağa şəhərindən aşağı(Cənub)addımlasam tapa bilərəm?* C-Qədim İzirtunu və Qazakanı *S-Qazakanı yandırmışdı?* C-Bizanslılar *S-Sasani Bizans müharibələrinin sonuncusu başa çatdı?* C-629-cu ildə *S-629-cu ildəki yürüşündən fərqli olaraq 662-ci il yürüşü zaman gələn xəzərlər?* C-Tayfa yox,artıq dövlət idilər *S-Xəzərlər Şərqi Avropanı xilas etmiş oldu?* C-Ərəb hücumlarından *S-Ərəb xilafətinin sonuncu paytaxtı?* C-Bağdad şəhəri *S-Bağdadda 805-ci ildə fəaliyyətə başladı?* C-Bilik evi *S-Bağdadda 1066-cı ildə fəaliyyətə başladı?* C-Nizamiyyə mədrəsəsi *S-Nizamiyyə mədrəsəsində 40 il fəaliyyət göstərdi?* C-Xətib Təbrizi *S-Xətib Təbrizi təhsilini almışdır?* C-Suriyada *S-Suriyada həyatının dərsini aldı?* C-Napoleon Bonapart *S-Napoleon Bonapartı Suriyada oyuncağa çevirdi?* C-Yaşlı Osmanlı paşası *S-Napoleon hərbi uğurlarına görə Fransa tarixində amma ?* C-Ən gənc generallardan idi *S-Azərbaycanın ən gənc generalı oldu?* C-Cənab General Babək Ələkbərov Allah duruşu ilə dosta güvən,düşmənə qorxu verən bütün vətən oğullarını hifz eyləsin... Qeyd:Xəritədə şəhərlərin yerini testlərdə ən çox soruşulan şəhərləri tapmaq üçün asan dillə izah etməyə çalışmışam.Bəzi yanlışlar ola bilər... Davamı olacaq....
نمایش همه...
👍 13👏 3
Qubalı Şeyxəli xanın üsyanı zamanı ona yardım edən xanlığın tarixinə aiddir.Anonymous voting
  • Kürəkçay müqaviləsi ilə Rusiya himayəsinə keçmişdir
  • Kür çayından şimalda yerləşən xanlıqlarımızdan biri idi
  • Rusiya tərəfindən varlığına XlX əsrin ll rübündə son qoyulmuşdur
  • Gəncə xanlığının mühasirəsi zamanı da Cavad xana artilleriya ilə yardım etmişdir
  • Xanlıq olduqdan sonra iki dəfə rus qoşunları tərəfindən işğal edilmişdir
0 votes
👍 4
Salamlar,Sabahlarınız xeyir olsun.... Davamke... *S-Manna dövlətinin n güclü hökmdarı olmuşdur?* C-İranzu (e.ə 740-719-cu illər) *S-Rusanın təsiri ilə İranzunun hakimiyyətindən ilk ayrılan vilayət?* C-Zikertu vilayəti *S-Əvvəllər Lullubilər ölkəsi adlanan vilayət Zamua,bəs "ilxı evi" adlanırdı?* C-Subi Vilayəti *S-Orduları "Süvari oxatanlar" adlanan xalqlar tarixdə ilk dəfə?* C-Yandırılmış torpaq taktikasından istifadə etmişdir *S-İskitlər "yandırılmış torpaq"taktikasını ilk dəfə kimə qarşı istifadə etmişdir?* C-Əhəməni hökmdarı l Daraya qarşı *S-Əhəmənilərin Yunanlara qalib gəldiyi son döyüş?* C-Fermopil döyüşü (e.ə 480-ci il) *S-Fermopil keçidi birləşdirir?* C-Şimali və Orta Yunanıstanı *S-Orta Yunanıstanda yerləşən vilayət və şəhər* C-Attika vilayəti və Afina şəhəri *S-Afina-Sparta müharibəsi başladı?* C-e.ə 431-ci ildə *S-100 il sonra baş verən döyüş?* C-Qavqamela (Cancal) döyüşü (e.ə 331-ci il) *S-Qavqamela döyüşündə iştirak edən Azərbaycan tayfaları?* C-SAK-açar sözdür,S-Saklar,A-Albanlar,K-Kaspilər *S-Qavqamela döyüşündən 300-il sonra baş verən döyüş?* C-Aktsi döyüşü *S-Aktsi döyüşündən məğlub oldu?* C-Antoni,Oktavian Avqusta *S-Antoni,l Rusa və Hitler arasında oxşarlıq kimi götürə bilərik?* C-Məğlubiyyətə dözməyərək intihar etmələri *S-Məğlubiyyətə bərabər qələbə anlamına gəlir?* C-Pirr qələbəsi *S-ll Pirr qələbəsi adlanır?* C-Olmyust təhqiri (1850-ci il) *S-Olmyustda təhqir edildi?* C-Prusiyya krallığı *S-Prussiya,Rusiya və Fransa arasında imzalanan müqavilə?* C-Tilzit sülhü 1807-ci ildə *S-1807-ci ildə ABŞ-da başa çatdı?* C-Ticarətin qızıl dövrü(1793-1807-ci illər) *S-1807-ci ildə Osmanlıda başa çatdı?* C-Sultan lll Səlimin hakimiyyəti(1789-1807-ci illər) *S-1807-ci ildə İtaliyada başladı?* C-Karbonarilər (kömür çıxaranlar)hərəkatı Fransa işğalına qarşı 1832-ci ilə kimi davam etdi *S-Rusiya və Osmanlı arasında 1807-ci ildə baş verdi?* C-Gümrü döyüşü *S-Gümrü müqaviləsi imzalandı?* C-1920-ci il 2 dekabr tarixində Ermənistan Respublikası və Türkiyə Böyük Millət Məclisi arasında *S-Gümrü müqaviləsi qüvvədən düşdü?* C-Ermənistanda sovet hakimiyyəti qurulması ilə *S-Türkiyə-Ermənistan sərhəd xəttini müəyyən etdi?* C-Qars müqaviləsi ilə (1921-ci il 13 oktyabr) *S-Qars müqaviləsindən 100 il sonra şərtlərinə bir daha sadiq qalmaqla bağlandı?* C-Şuşa bəyannaməsi(2021-ci il 15 iyun) *S-Bəyannamənin tərəfləri?* C-Türkiyə və Azərbaycan *S-Vətən Müharibəsində ən böyük dəstəkçimiz?* C-Türkiyə Cümhuriyyəti *S-Zəfər Paradında( 2020-ci il 10 dekabr) iştirak edirdi?* C-Rəcəb Tayyib Ərdoğan *S-Parad zamanı qardaşlığımızın rəmzi olaraq?* C-Vətən müharibəsində şəhidlərimizin sayı qədər türk əsgərləri iştirak etdi... Nə yaxşı,nə yaxşı,Türk Qardaşım var... Davamı olacaq
نمایش همه...
👍 15
Salamlar,Sabahlarınız xeyir olsun ... Davamke... *S-Azərbaycan ərazisində yaranan ilk dövlət?* C-Manna dövləti *S-Manna dövləti yaranmışdır?* C-E.ə lX əsrdə *S-Manna dövləti yaranmışdır?* C-E.ə l minilliyin əvvəllərində *S-Manna dövləti yaranmışdır?* C-Cənubi Azərbaycanda,Urmiya gölü hövzəsində *S-Manna dövləti yaranmışdır?* C-Zamua vilayətinin hakimlərinin mübarizəsi nəticəsində *S-Mannadan sonra Cənubi Azərbaycanımızda yaranan ilk dövlət?* C-Atropatena dövləti *S-Atropatenanın paytaxtı Qazakanı yandırmışdı?* C-Bizans *S-Bizans Sasani sülhləri?* C-532-ci il,591-ci il,629-cu il *S-629-cu il Azərbaycan yürüşünə məruz qalmışdır?* C-Xəzərlərin *S-Xəzərlər Azərbaycanı tərk etdi?* C-630-cu ildə *S-630-632-ci illərdə Ərəb dövlətinin rəhbəri oldu?* C-Məhəmməd Peyğəmbər(s.a.) *S-630-642-ci illərdə Albaniyada hakimiyyətdə idi?* C-Varaz Qriqor *S-630-682-ci illərdə Göytürklər əsarətində idi?* C-Çinin *S-630-705-ci illərdə Albaniyanı idarə etmişdir?* C-Mehranilər sülaləsi *S-630-1258-ci illərdə mövcud olmuşdur?* C-Ərəb dövləti *S-Ərəb dövlətinin varlığına son qoymuşdur?* C-Monqollar *S-Monqolların ilk yürüşündə dağıdıb,Xarəzmşah Cəlaləddinin bərpa etdirdiyi şəhər?* C-Marağa şəhəri *S-Monqolların ilk yürüş zamanı tutmadığı,Cəlaləddinin tutduğu şəhər?* C-Təbriz şəhəri *S-Marağa və Təbrizin paytaxtları olduğu dövlət?* C-Hülakülər dövləti(Marağa,Təbriz,Sultaniyyə,Təbriz) *S-Ərdəbil və Tərbizin paytaxtı olduğu dövlət?* C-Rəvvadilər dövləti *S-Naxçıvan və Təbrizin paytaxtı olduğu dövlət?* C-Atabəylər dövləti *S-Bağdad və Təbrizin paytaxtı olduğu dövlət?* C-Cəlairilər dövləti *S-Urmiya və Təbrizin paytaxtı olduğu dövlət?* C-Urmiya xanlığı *S-Təbriz və Qəzvinin paytaxtı olduğu dövlət?* C-Səfəvilər dövləti *S-Sultaniyyə və Qəzvini XV əsrin əvvələrində ələ keçirtmiş Azərbaycan dövləti?* C-Qaraqoyunlular dövləti *S-Bu səbəbdən Azərbaycana hücum etmişdir?* C-Teymurilər dövləti(Şahrux) *S-Şahruxun hücumları zamanı ona dəstək verən Azərbaycan dövləti?* C-Şirvanşahlar dövləti (l Xəlilullah) *S-Şirvanşahların Teymurilərdən asılılığı qəbul etmiş hökmdarı(1386-cı il)?* C-Şirvanşah l İbrahim Dərbəndi *S-Şirvanşahların Səlcuqlardan asılılığı qəbul etmiş hökmdarı(1066-cı il)?* C-Şirvanşah l Fəribürz *S-Şirvanşahların Eldənizlərdən asılılığı qəbul etmiş hökmdarı(1160-cı il)?* C-Şirvanşah l Axsitan *S-Şirvanşahların Xarəzmşahlardan asılılığı qəbul etmiş hökmdarı(1227-ci il)?* C-lll Fəribürz *S-Şirvanşahların ll yürüşü zamanı Monqollardan asılılığı qəbul etmiş hökmdarı(1239-cu il)?* C-Şirvanşah lll Fəribürz *S-Şirvanşahların lll yürüşü zamanı Monqollardan asılılığı qəbul etmiş hökmdarı(1256-58-ci illər)?* C-Şirvanşah ll Axsitan *S-Şirvanşahların Cəlairilərdən asılılığı qəbul etmiş hökmdarı(1367-ci il)?* C-Kavus ibn Keyqubad *S-Şirvanşahların Qaraqoyunlulardan asılılığı qəbul etmiş hökmdarı(1412-ci il)?* C-Şirvanşah l İbrahim *S-Şirvanşahların Səfəvilərdən asılılığı qəbul etmiş ilk hökmdarı(XVl əsrin əvvəlləri)?* C-Şirvanşah Şeyxşah (ll İbrahim Dərbəndi) *S-Şirvanşahların varlığına son qoymuş hökmdar?* C-Səfəvi Şahı l Təhmasib (1538-ci ildə) *S-l Təhmasibin sifarişi ilə hazırlandı?* C-1539-cu ildə Şeyx Səfi xalçası *S-Bu xalça ingilislər tərəfindən satın alındı?* C-1893-cü ildə *S-İngilislər 1897-ci ildə satın aldı bizdən?* C-Tağıyevin Bibiheybətdəki neft mədənlərini *S-Tağıyev İlk səneyeçimiz idi ki...?* C-Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vururdu *S-H.Z.Tağıyev 1883-cü ildə tikdirmişdi?* C-Teatr binası *S-H.Z.Tağıyev 1901-ci ildə açdırmışdır?* C-Bakıda Qızlar məktəbi *S-H.Z Tağıyev Mərdəkanda tikdirmişdir?* C-Yoxsul uşaqlar üçün internat məktəbi *S-H.Z Tağıyev gənclərin xaricdə təhsil almaları üçün?* C-Vəsait ayırmışdır *S-H.Z Tağıyev Bakının içməli su problemini həll etmək üçün?* C-Bakıya Şollar suyunun çəkilməsinə nail olur *S-Bütün bu və digər xeyriyyəçilik əməllərinə görə H.Z Tağıyev adlanır?* C-Millətin Atası Allah milləti üçün,xalqı üçün çalışan,bu yolda əlindən gələni edən,adını bildiyimiz,bilmədiyimiz bütün xeyriyyəçilərimizdən razı olsun
نمایش همه...
13👍 7
Salamlar,Sabahlarınız xeyir olsun.... Davamke... *S-Azərbaycanda Alt Paleolit dövrü adlanır?* C-Quruçay mədəniyyəti dövrü *S-Quruçay vadisinin sol sahilində yerləşən mağara?* C-Azıx Mağarası *S-1960-cı illərdə Azıx Mağarasında axtarışlara başladı?* C-Məmmədəli Hüseynov *S-Bu axtarışlar nəticəsində Azıx adamının(Azıxantrop) alt çənə sümüyü tapıldı?* C-1968-ci ildə *S-1968-ci ildə Çexslovakiyada ləğv edildi?* C-Senzura *S-Senzura Azərbaycan Xalq Cümhuriyyətində nə zaman ləğv edilmişdir?* C-1918-ci il Noyabrda *S-1918-ci il Noyabrda Azərbaycanı tərk etməli oldu?* C-Osmanlı dövləti *S-Osmanlı rus hərbi donanmasına boğazlardan keçmək icazəsi verdi?* C-1805-ci ildə *S-Osmanlının 1529-cu il və 1683-cü ildə edə bilmədiyini 1805-ci ildə etdi?* C-Napoleon Bonapart,Vyananı tutdu *S-Napoleon Bonapartı 1805-ci ildə dəniz döyüşündə məğlub etdi?* C-Trafalqar döyüşündə İngiltərə *S-İngiltərə və Fransa 1827-ci ildə dəniz döyüşündə məğlub etdi?* C-Navarin döyüşündə Osmanlı dövlətini *S-Osmanlı dövləti 1828-29-cu illərdə müharibə aparmalı oldu?* C-Rusiya ilə *S-Müharibəni bitirən sülhün şərtlərinə əsasən osmanlı müstəqilliyini tanıyacağına təminat verdi?* C-Ədirnə sülhü ilə Yunanıstanın *S-Osmanlı Yunanıstanın müstəqilliyini tanıdığı ildə ABŞ-da?* C-İlk Dəmiryolu çəkildi(1830-cu ildə) *S-Dünyada ilk dəmiryolu çəkilmişdi?* C-İngiltərədə 1825-ci ildə *S-1825-ci il Dekabrında üsyan baş verdi?* C-Rusiya *S-Rusiya 1879-cu ildə kazak dəstələri təşkil etdi?* C-Qacarlar dövlətində *S-Qacarlar sülaləsinin idarəçilikdə Əfşarları əvəz etdiyi şimal xanlığımız?* C-İrəvan Xanlığı 1755--ci ildə *S-1755-ci ildə açılan universitet?* C-Moskva universiteti *S-Qərbi Avropada universitetlər yarandı?* C-Xll əsrdə *S-Avropalılar nə üçün bütün universitetlərdə asanlıqla təhsil ala bilərdi?* C-Dərslər hər yerdə Latın dilində keçildiyi üçün *S-Fransa rəsmi olaraq Latın dilindən imtina etdi?* C-1530-cu ildə *S-100 il öncə cadugərlikdə günahlandırıldı?* C-Janna D'Ark *S-Janna D'Ark mühasirədən xilas etdi?* C-Orlean şəhərini *S-Dərbənd şəhərini mühasirə zamanı müdafiə etdi?* C-Tuti Bikə *S-1724-də Muğanda Rusiya hakimiyyətinə qarşı üsyan qaldırdı?* C-Fatimə xanım *S-Babilər hərəkatının baçılarından olmuşdur?* C-Tahirə xanım(Zərrintac) *S-1898-ci ildə Təbrizdə möhtəkirliyə(süni qıtlıq) qarşı üsyan qaldırmışdı?* C-Zeynəb paşa *S-Şərqdə ilk diplomat xanım?* C-Sara xanım *S-Azərbaycanın göz xəstəliklərinin müalicə sahəsində uğurlarına görə Nobel mükafatına namizəd görülən ilk qadın həkimi?* C-Sona xanım Vəlixan *S-Azərbaycanın ilk qadın pilotu?* C-Leyla Məmmədbəyova *S-Azərbaycanın ilk qadın hərbi pilotu?* C-Züleyxa Seyidməmmədova *S-Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyətinin qurucusu?* C-Hənifə Məlikova *S-Azərbaycanın ilk qadın aktrisası?* C-Şövkət Məmmədov *S-Azərbaycanın ilk opera yazan qadını?* C-Şəfiqə Axundova *S-Azərbaycanın ilk qadın snayperçisi?* C-Ziba Qəniyeva *S-Azərbaycanın l Qarabağ müharibəsində iştirak edən ilk qadın snayperçisi?* C-Növrəstə Yusifova *S-Azərbaycanın ilk qadın Milli Qəhrəmanı* C-Salatın Əsgərova *S-Azərbaycanın digər qadın Şəhid Milli Qəhrəmanı?* C-Gültəkin Əsgərova Allah,Vətən uğrunda canından keçən cümlə şəhidlərimizə qəni-qəni rəhmət etsin Qeyd:Məlumatlardan bəziləri dərslikdən kənar ola bilər,səbəb müsahibə zamanı qarşılaşa biləcəyiniz məlumatlardan olmasıdır Hər kəsə uğurlar Davamı olacaq
نمایش همه...
👏 12👍 9 2
Salamlar,sabahlarınız xeyir olsun.... Davamke... *S-e.ə l minillikdə Ön Asiyanın tarixində dönüş nöqtəsi oldu?* C-İskitlərin tarix səhnəsinə çıxması *S-İskitlər özləri üçün dövlətlər qura bildi?* C-Şərqdə Çin səddindən,qərbdə Dunay çayına kimi olan ərazilərdə *S-Çin səddindən başlayıb Avropaya kimi gedib çıxdı?* C-Hunlar *S-lV əsrin 70-ci illərində yaranıb,470-ci ildə süqut etdi?* C-Qərbi Hun(Avropa) imperatorluğu *S-Qərbi Hun(Avropa) imperatorluğu ilə eyni zamanda Türküstanda hunlar yaratdı?* C-Ağ Hun imperatorluğunu *S-Vl əsrin ortalarında Ağ Hun imperatoruluğunun qərb qonşusu?* C-Sasanilər *S-Sasanilər bu dövrdə şərq qonşusu idi?* C-Bizansın *S-Bizans və Göytürk xaqanlığının yaxınlaşma səbəbi?* C-Ortaq düşmən(Sasanilər) *S-Sasanilər Göytürklərlə birgə sonuna çıxmışdı?* C-Ağ Hunların *S-Ağ Hunlar Heratı nə zaman ələ keçirtdi?* C-V əsrin 80-ci illərində (484) *S-1458-ci ildə Heratı tutdu?* C-Qaraqoyuhlu Cahanşah *S-Qaraqoyunlu Cahanşahın Teymuri Şahruxdan asılılıq dövrü?* C-1436-1447-ci illərdə *S-1736-1747-ci illərdə mövcud oldu?* C-Nadir Şah imperiyası(Əfşarlar dövləti) *S-Əfşarlar dövlətinin dağılması ilə Azərbaycan başladı?* C-Feodal dağınıqlığı və Xanlıqlar dövrü *S-Azərbaycanda xanlıqlar dövrü əhatə edir?* C-XVlll əsrin ortalarından,XlX əsrin l rübünün sonuna kimi olan dövrü *S-Azərbaycan ərazisində Əfşar tayfalarının yaratdığı xanlıqlar?* C-TUZİ(Təbriz,Urmiya,Zəncan,İrəvan) *S-Urmiya xanlığının tabe edə bilmədiyi Cənub xanlıqlarımız?* C-ZƏM-Zəncan,Ərdəbil,Maku *S-Maku,Naxçıvan və İrəvan xanlıqları ərazisində yaranmışdı?* C-Çuxursəəd bəylərbəyliyinin *S-1608-ci ildə Çuxursəəd bəylərbəyliyinin ərazisində məskunlaşdı?* C-Cəlalilər hərəkatının üzvləri *S-Cəlalilər hərəkatının Azərbaycanda ilk böyük çıxışı?* C-1591-ci il Təbrizdə *S-1891-ci il Təbrizdə başladı?* C-Tənbəki üsyanı *S-Tənbəki üsyanı ilk antiimperialist çıxış idi?* C-İranda *S-İran nə zamandan diplomatik yazışmalarda rəsmi İran kimi tanınmağa başlandı?* C-1935-ci ildən *S-1935-ci ildən yenidən adı dəyişdirildi?* C-Gəncə,Kirovabad adlandırıldı *S-Kirov öldürüldü?* C-1934-cü ildə *S-1934-cü ildə Kirovun öldürülməsi ilə başlandı?* C-Repressiyalar *S-Azərbaycanda repressiyaların əsası qoyuldu?* C-1936-cı ildə *S-Repressiyalar zirvə nöqtəsinə çatdı?* C-1937-ci ildə *S-1937-ci ildə tamaşaya qoyuldu?* C-Koroğlu operasının *S-1937-ci ildə İran bölündü?* C-3 ostanlığa(vilayət) *S-1937-ci ildə birbaşa uçuşlar başladı?* C-Bakıdan Moskvaya *S-1937-ci ildə qəbul edildi?* C-Azərbaycan SSR-nin ll Konstitusiyası(ilki 1921-ci il) *S-1937-ci ildə İraq,İran,Əfqanıstan və Suriya arasında imzalandı?* C-Səədabad paktı *S-Bu paktın imzalanması ilə əsasl qoyuldu?* C-Türkiyənin ll Dünya müharibəsində bitərəfliyinin *S-ll Dünya müharibəsinin gedişində Almaniyanın SSRİ-ə hücumu ilə başladı?* C-Böyük Vətən Müharibəsi *S-Böyük Vətən Müharibəsi zamanı Yuqoslaviyada Mehdi Hüseynzadə tanınırdı?* C-Mixaylo ləqəbi ilə *S-Mixaylo ləqəbi ilə tanınan şəhid Milli Qəhrəmanımız?* C-Tofiq Hüseynov *S-Tofiq Hüseynov hansı şəhərin müdafiəsi zamanı şəhid düşdü?* C-Xocalı şəhərinin *S-Şəhid Şəhər adlanırdı?* C-Xocalı şəhəri *S-Xocalı soyqırımı törədildi?* C-1992-ci il 25-26 fevral tarixlərində *S-Xocalı soyqırımı qurbanları xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi?* C-1997-ci il 25 fevral *S-Xocalı həqiqətlərini videokamera ilə dünyaya çatdırdı?* C-Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev Allah cəmi şəhidlərimizə rəhmət etsin... Davamı olacaq...
نمایش همه...
👍 13 4👏 2🤩 2🤯 1
Salamlar,Sabahlarınız xeyir olsun Davamke... *S-İnsanlar arasında sosial bərabərsizlik yarandı?* C-Erkən tunc dövründə *S-Erkən tunc dövründə ağır zəhmət səbəbindən anaxaqanlığını əvəz etdi?* C-Ataxaqanlıq *S-Roma şəhərinin əsasının ataları tərəfindən qoyulduğunu iddia edirdi?* C-Patrisilər *S-Patrisilər vəzifə tutmasına icazə vermirdi?* C-Plebeylərin *S-Plebeylər öz hüquqlarını müdafiə etmək üçün e.ə V əsrdən seçməyə başladı?* C-Xalq tribunu *S-Romada ən böyük cinayət idi?* C-Xalq tribununu öldürmək *S-Romada "danışan əmək alətlərinin"(qulların) öldürülməsini qadağan etdi?* C-İmperator Adrian ll əsrdə *S-ll əsrdə çin mənbələrində haqqında ilk məlumatlar verildi?* C-Uyğurlar haqqında *S-Uyğurların Çinin daxili işlərinə qarışmasına imkan yaratdı?* C-Talas döyüşü *S-Talas döyüşündən 1000 il sonra Fransada yaradıldı?* C-Ensiklopediya *S-Həmin ildə (1751-ci il)Amerikada yaradıldı?* C-İlk teatr *S-Azərbaycanda ilk teatr tamaşası səhnələndi?* C-1873-cü ildə *S-İlk teatr binamız tikildi?* C-1883-cü ildə *S-Cənubi Azərbaycanda ilk teatr tamaşası səhnələndi?* C-1909-cu ildə *S-Cənubi Azərbaycanda ilk teatr binası tikildi?* C-1916-cı ildə *S-Bakı Artistlər cəmiyyəti yaradıldı?* C-1895-ci ildə *S-1895-ci ildə Lumyer qardaşları tərəfindən çəkildi?* C-İlk səssiz kino *S-Azərbaycanın ilk səssiz kinosu çəkildi?* C-1916-cı ildə "Neft və milyonlar səltənətində" filmi *S-Azərbaycanın ilk səsli kinosu çəkildi?* C- 1935-ci ildə "Mavi Dəniz Sahilində" *S-Bundan 10 (on) il sonra dünya ekranlarına çıxan ilk kinomuz?* C-Arşın mal alan filmi 1945-ci ildə *S-Böyük Vətən müharibəsi (1941-45-ci illər) illərində müharibə mövzusunda çəkilən filmlərimiz?* C-"Vətən oğlu","Bəxtiyar","T-9 sualtı gəmisi" filmləri *S-1954-58-ci illərdə çəkilən kinolarımız?* C-"Qızmar günəş altında","Uzaq sahillərdə","O olmasın,bu olsun","Ögey ana" və s. *S-1970-80-ci illərdə çəkilən kinolarımız hansılardır?* C-"Yeddi oğul istərəm","İstintaq","Nəsimi","Babək","Axırıncı aşırım","Dədə Qorqud" filmləri *S-Bu filmlərdən qızıl fonda daxil edilmişdir?* C-"Nəsimi","Babək","Axırıncı aşırım","Dədə Qorqud" *Bura qədər filmləri toplamaqda məqsədim bu gün kino günü olması və müsahibə zamanı lazım olar deyə düşünməm idi"* *S-Kinolarda görüb fantastika dediklərimizi 44 gündə gerçəyə çevirə bildi?* C-Şanlı Azərbaycan Ordusu *S-Ordumuz müharibənin ilk günlərində azad etdiyi yüksəklik?* C-Murovdağ *S-Murov Qartalı adlanırdı?* C-Palkovnik-leytenant Raquf Orucov *S-Raquf Orucov Şəhid düşdü?* C-Aprel döyüşləri zamanı Allah Vətən uğrunda canından keçən hər kəsə qəni-qəni rəhmət etsin,ruhları qarşısında baş əyirik Davamı olacaq
نمایش همه...
👍 12 6👏 2
Photo unavailableShow in Telegram
‎🇦🇿 adlı şəxsdən foto
نمایش همه...
1
Salam,Sabahlarınız xeyir olsun... Davamke... *S-Azərbaycanda iri tayfa ittifaqları yarandı?* C-Orta tunc dövründə *S-Orta tunc dövründə meydana gələn yeni təsərrüfat sahələri?* C-Bağçılıq,bostançılıq,üzümçülük,şərabçılıq *S-Mannada üzümçülüyün inkişaf etdiyinin göstəricisi idi?* C-Həsənlidən tapılan iri şərab küpləri *S-Yunanıstanda şərab və zeytun yağı saxlamaq üçün istifadə olunan iki qulplu,dar boğazlı iri tutumlu küplər adlanırdı?* C-Amforalar *S-Aqora nə idi?* C-Bazar meydanı *S-Erkən orta əsrlərdə bütün müsəlman şəhərlərində olduğu kimi Azərbaycanda da bazar meydanının yaxınlığında yerləşirdi?* C-Cümə məscidi *S-Şamaxıda Cümə məscidi nə zaman tikilmişdir?* C-Vlll əsrdə *S-Ərdəbildə Cümə məscidi nə zaman tikilmişdir?* C-Xl əsrdə *S-Naxçıvanda Cümə məscidi nə zaman tikilmişdir?* C-Xll əsrdə *S-Xll əsrin ll yarısında paytaxt statusu qazanmış şəhərlərimiz?* C-Bakı və Təbriz *S-1501-ci ilin yazında Bakını,həmin ilin payızında Təbrizi tutmaqla dövlət yaratdı?* C-İsmayıl Mirzə *S-Səfəvilər dövləti mövcud olmuşdu?* C-1501-1736-cı illər arasında 235 il *S-235 il zaman aralığı ilə baş verən eyni adlı döyüşlər?* C-l və ll Panipat döyüşü 1526 və 1761-ci illər *S-ll Panipat döyüşü sonunun başlanğıcı oldu?* C-Böyük Moğol dövlətinin *S-Böyük Moğol dövləti mövcud olmuşdur?* C-1526-1859-cu illərdə *S-1600-1859-cu illərdə mövcud oldu?* C-Ost-Hind şirkəti İngiltərənin *S-1834-1859-cu illərdə baş vermişdir?* C-Şeyx Şamil hərəkatı *S-1846-1859-cu illərdə mövcud olmuşdur?* C-Şamaxı Quberniyası *S-1857-1859-cu illərdə baş vermişdir?* C-Sipahilər üsyanı *S-1859-cu ildə rus kapitalistlər tərəfindən açılmışdır?* C-Suraxanıda neft emal zavodu *S-Suxanıda Atəşgah nə zaman tikilmişdir?* C-XVll əsrdə *S-XVll əsrdə Gəncədə tikildi?* C-Şah Abbas məscidi (Cümə məscidi) *S-XVll əsrdə Ordubadda tikildi?* C-Qeysəriyyələr *S-XVll əsrdə Nardaranda tikildi?* C-Məscid (1663-cü il) *S-XVll əsrdə Şamaxıda tikildi?* C-Kələxana məqbərəsi(1663-cü il) *S-XVll əsrdə Təbrizdə tikildi?* C-Şibli karvansarası *S-XVll əsrdə Laçında tikildi?* C-Sarı Aşıq məbərəsi *S-Bu məqbərə erməni vandalizminin qurbanı oldu?* C-1993-cü ildə *S-1993-cü ildə Gəncədə baş qaldırdı?* C-Sürət Hüseynov *S-Sürət Hüseynov qiyamından sonra itirdiyimiz ərazilər?* C-Ağdərə(17 iyun),Ağdam (23 iyul),Cəbrayıl və Füzuli(23 avqust),Qubadlı (31 avqust),Zəngilan 30 oktyabr *S-Əslən Qubadlı rayonundan olub Ermənistana 3 gün matəm saxladan Milli Qəhramanımız?* C-ƏLİYAR ƏLİYEV *S-Qubadlı Rayonu işğaldan azad edildi?* C-25 Oktyabr 2020-ci ildə Ruhun şad olsun Əliyar Əliyev,Məzarın erməni tapdağında deyil.Sənin yolundan gedənlər,sənin yarım qoyduqlarını bitirdi.Allah bu yolda canından keçənlərə qəni-qəni rəhmət etsin Davamı olacaq...
نمایش همه...
👍 20 3👏 2🤩 1
Salam,Sabahlarınız xeyir olsun Davamke... *S-Manna dövlətini süqut uğratdı?* C-e.ə 590-cı ildə Midiya dövləti *S-Midiyada Assur əleyhinə üsyanlara dəstək olan Manna hökmdarı?* C-Manna hökmdarı Ahşeri *S-Manna hökmdarı Ahşerini cəzalandırdı?* C-Assur hökmdarı Aşşurbanipal *S-Aşşurbanipal İzurtunu yandırdı?* C-e.ə 650-ci ildə *S-ll Sarqon İzurtunu yandırdı?* C-E.ə 716-cı ildə *S-B.e 716-cı ildə hakimiyyətə gəldi?* C-ll Göytürk xaqanı Bilgə xaqan *S-Bilgə xaqana buddist məbədlər tikməməyi və paytaxtın ətrafına divar çəkməməyi məsləhət gördü?* C-Vəzir Tonyukuk (Türklərin Bismarkı) *S-Sultan Alparslan və Məlikşahın vəziri?* C-Nizamülmülk *S-Hülakü xanın məsləhətçisi,Abaqa xanın vəziri?* C-Nəsrəddin Tusi *S-Mahmud xanın(Qazan xan) vəziri?* C-Fəzilullah Rəşidəddin *S-Şah ll Abbasın vəziri?* C-Məhəmməd Tahir Vahid *S-Xoy və Təbriz xanlıqlarının Vəziri?* C-Əbdürrəzaq Dünbuli *S-Ədürrəzaq Dünbulinin XVlll əsrin sonu-XlX əsrin əvvəllərindən bəhs edən əsəri?* C-Məaser-i Sultaniyyə *S-Bu əsərin yeganə nüsxəsi saxlanılır?* C-Matenadaran Əlyazmalar İnstitunda *S-Matenadaranda saxlanılan 1687-ci ilə aid alqı-satqı sənədi sübut edir ki?* C-İrəvanda ermənilərə məxsus heç bir yaşayış məntəqəsi olmamışdır *S-Tərtib edilən bu sənəddən 100 il sonra (1687+100=1787) qəbul edildi?* C-ABŞ-da konstitusiya *S-Bu ildə başlayan müharibə?* C-Növbəti rus-osmanlı müharibəsi *S-Müharibənin bu mərhələsi başa çatdı?* C-Yassı sülhü ilə(1791-ci ildə) *S-1791-ci ildə ABŞ-da?* C-Konstitusiyaya ilk düzəliş edildi *S-ABŞ konstitusiyasına ll düzəliş nə zaman edildi?* C-1866-cı ildə *S-1866-cı ildə Rusiyada ləğv edildi?* C-Dövlət kəndlilərinin təhkimçilik hüququ *S-ABŞ konstitusiyasına növbəti düzəliş edildi?* C-1913-cü ildə *S-1913-cü ildə diktatura qurdu?* C-Ənvər Paşa *S-Ənvər Paşa AXC-nə yardıma yolladı?* C-Qardaşı Nuru Paşanı *S-Nuru paşanın etimad göstərmədiyi hökümət?* C-AXC-nin l hökümət kabineti *S-AXC-nin heç bir paytaxtında fəaliyyət göstərməyən höküməti?* C-l Hökümət *S-AXC-nin hər iki paytaxtında fəaliyyət göstərən höküməti?* C-ll Höküməti *S-ll Hökümət Milli Şura və Parlament olmadığı üçün?* C-İcraedici orqan olmaqla yanaşı qanunverici orqan da idi *S-AXC-nin koalisiyalı höküməti idi?* C-lll hökümət *S-İlk 3(üç) hökümətin başçısı idi?* C-Fətəli xan Xoyski *S-Osmanlı l höküməti tanımasa da(etimad etməsə də) İngiltərə tanıdı?* C-lll Höküməti *S-Sovet Rusiyası ilə iqtisadi əlaqələrin qurulmasına tərəfdar olan hökümət kabineti?* C-lV hökümət kabineti *S-AXC-nin son hökümət kabineti?* C-V hökümət kabineti *S-lV və V hökümət kabinetlərinə başçılıq edirdi?* C-Nəsib bəy Yusifbəyli *S-Nəsib bəy Yusifbəyli öldürüldü?* C-Kürdəmirdə,daşnaklar tərəfindən *S-daşnaklar tərəfindən Tiflisdə öldürüldü?* C-F.Xoyski və H.Ağayev *S-Nemezis nədir?* C-AXC-nin qurucularına qarşı həyata keçirilən terror əməliyyatı Tək sərvəti Vətən,Millət,Dövlət sevgisi olan Cümhuriyyətimizin Qurucularına Allahdan rəhmət arzulayıram... Davamı olacaq
نمایش همه...
👏 15 4👍 2🤩 1
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.