fa
Feedback
XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

رفتن به کانال در Telegram

Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9

نمایش بیشتر
8 844
مشترکین
-1124 ساعت
-637 روز
-24530 روز
آرشیو پست ها
❗️Azərbaycan ərazisinə keçmiş iki erməni mülki şəxs Ermənistana təhvil verilib. t.me/xeberlerlive

❗️Paşinyan Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. t.me/xeberlerlive
❗️Paşinyan Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. t.me/xeberlerlive

Repost from N/a
🔥 Türkmənistanda “Cəhənnəm qapısı” adlı məşhur qaz kraterindəki yanğın üçdə biri qədər azaldılıb. 1971-ci ildən bəri yanan v
+2
🔥 Türkmənistanda “Cəhənnəm qapısı” adlı məşhur qaz kraterindəki yanğın üçdə biri qədər azaldılıb.
1971-ci ildən bəri yanan və “Qaraqum parıltısı” adı ilə də tanınan bu təbii qaz krateri ətrafında metan əldə etmək üçün çoxsaylı quyular qazılıb. “Türkmənqaz”ın direktoru İrina Luryevanın sözlərinə görə, əvvəllər kilometrlərlə uzaqdan görünən alov indi zəif bir yanma mənbəyinə çevrilib. ⛏️Kraterin yaranma səbəbi sovet dövründə qaz kəşfiyyatı zamanı torpağın çökməsi nəticəsində yaranan qaz sızmasının qarşısını almaq üçün onu yandırmaq qərarı olub. Geoloqlar bunun bir neçə günə sönəcəyini düşünürdülər, amma yanğın artıq 50 ildən çoxdur davam edir. 🌍 Beynəlxalq Enerji Agentliyi buranı metan tullantılarının dünyadakı ən iri mənbəyi adlandırır, lakin rəsmi Aşqabad bu iddianı qəbul etmir. Qeyd edək ki, Türkmənistan dünyanın ən böyük 4-cü təbii qaz ehtiyatına sahib ölkələrindən biridir.
t.me/vefadarmuallim

❗️Ermənistan MTX: İki yeniyetmə azaraq Azərbaycan ərazisinə keçib Bildirilir ki, Sünik rayonunun Tex icmasının sakinləri - 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci il təvəllüdlü Andrey Qyaqunts iyunun 6-na keçən gecə saat 01:20 radələrində Aravus kəndi ilə bitişik ərazidə azaraq Azərbaycan ərazisinə keçiblər. Ermənistan MTX bəyan edib ki, yeniyetmələrin yerinin müəyyən edilməsi və onların təhlükəsiz şəkildə geri qayıtması üçün bütün lazımi tədbirlər görülür. t.me/xeberlerlive

AXIRKİ❗️ DİM: Ekspert komissiyası tərəfindən aparılan müzakirələr nəticəsində “Səfəvilər dövründə Azərbaycan mədəniyyəti” mövzusunda aşağıda təqdim edilən test tapşırığının doğru cavabının 2 və 3-cü bəndlər olması elmi mənbələrdə öz əksini tapmasına baxmayaraq, 8-ci sinif üzrə müxtəlif illərdə nəşr olunan Azərbaycan tarixi dərsliklərinin bəzilərində Məhəmməd Tahir Vahidin Şah II Abbasın tarixçisi olub sonra vəzir vəzifəsinə qədər yüksəlməsi, digərlərində Şah II Abbasın tarixçisi olub sonra isə baş vəzir vəzifəsinədək yüksəlməsi ilə bağlı bir-biri ilə uzlaşmayan məlumatlara istinad edildiyinə görə həmin tapşırıq bütün abituriyentlər tərəfindən doğru cavablandırılmış hesab olunur. t.me/xeberlerlive

Repost from Miriyev TV
⚡⚡⚡⚡⚡️"Azercell"dən yeni tarif siyasəti ilə bağlı rəsmi açıqlama Azercell: Tariflər dəyişmir Azercell yeni tarif mexanizmi ilə bağlı dəyişikliklərə aydınlıq gətirib: 19 iyun 2025-ci il tarixindən etibarən fakturasız xətt nömrələrində danışıq kartlarının istifadəsi ilə bağlı yeni yanaşma nədən ibarətdir? Yetərli vəsait olduğu halda, tarif paketinin aylıq abunə haqqı  balansdan avtomatik çıxılacaq və nömrə 30 gün müddətində ikitərəfli, bu müddətdən sonra isə 90 gün ərzində birtərəfli açıq qalmağa davam edəcək.   Qiymətlər artırmı? Danışıq tarifləri olduğu kimi qalır. Əvvəl balansa əlavə məbləğ yükləmək lazım idisə, indi yalnız tarif haqqını ödəməklə nömrəni tam 30 gün ikitərəfli aktiv saxlamaq mümkün olacaq.   “1 manat = 1 gün” prinsipi kimə və nə vaxt şamil olunacaq? Balansa yüklənən məbləğ tarifin aylıq abunə haqqından az olarsa, aktivlik müddəti yeni prinsipə (məsələn, 1 manat 1 gün, 2 manat 2 gün və s.) uyğun hesablanacaq. Lakin bu halda belə, nömrə 90 gün ərzində birtərəfli aktiv qalacaq.  Fakturasız xətt nömrələri üçün internet paketlərinə hansı dəyişikliklər edildi? Saatlıq paketlərdə tətbiq olunan 2 Mbps sürət məhdudiyyətini aradan qaldırılır, gündəlik paketlərin həcmi artırılır.  1 iyuldan etibarən “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6”, “GəncOl həftəlik”, “GəncOl 6” və “GəncOl 9” tariflərinə yeni qoşulmalar dayandırılır. Mənim istifadə etdiyim tarif necə olacaq? Dəyişiklik bu  tariflərin hazırkı abunəçilərinə deyil, 1 iyul tarixindən sonra sözügedən tarif paketlərinə qoşulmaq istəyən yeni istifadəçilərə şamil olunacaq.   t.me/miriyevtv

🗣️Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi ilə bağlı Əmək Məcəlləsinə ediləcək dəyişiklik Nazirlər Kabinetinə təqdim olunub. 💵Saatlıq əməkhaqqı üçün də minimumlar məlum olacaq. 💳Saatlıq əməkhaqqının hesablanması bir tərəfdən vətəndaşlara işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əməkhaqlarında artımların reallaşmasına gətirib çıxara bilər. Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov t.me/xeberlerlive

⚡️"Nar" rouminq paketlərində yenilik edəcəyini açıqlayıb.
1 iyul tarixindən etibarən “Rouminq 9", "Rouminq 15", "Rouminq 20", "Rouminq 28” paketləri ləğv olunacaq. Əvəzində isə səyahət zamanı müştərilərə digər internet paketləri təqdim olunur. Onların qiymətləri isə aşağıdakı kimidir.
● 200 MB, 1 gün, 3.90 AZN ● 1.5 GB, 10 gün, 19.90 AZN ● 5 GB, 30 gün, 34.90 AZN t.me/xeberlerlive

❗️Ermənistan Milli Arxivindən materiallar Azərbaycana təhvil verilib, dövlətə xəyanət və casusluq maddələri ilə cinayət işi başlanıb “Milli Arxivdən bəzi materialların Azərbaycana təhvil verilməsi ilə bağlı dövlətə xəyanət və casusluq maddələri ilə cinayət işi açılsa da, hüquq-mühafizə orqanları bu materialların nə vaxt ötürüldüyünü və hansı materiallardan söhbət getdiyini açıqlamırlar”. Bu barədə Ermənistanın “News.am” nəşri yazıb. Nəşr qeyd edib ki, mətbuatda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Milli Arxivin rəhbər qrupunu rəqibə material təqdim etdiyinə görə həbs etməsi ilə bağlı məlumatlar yayılmışdı. Ermənistan İstintaq Komitəsi “Pastinfo” nəşrinə cinayət işinin olduğunu təsdiqləyib. “Mənbənin məlumatına görə, bu proseslər çərçivəsində Milli Arxivin heç bir əməkdaşı həbs edilməyib və saxlanılmayıb. Lakin cinayət prosesində təqsirləndirilən şəxs var, görünür Milli Arxivin keçmiş əməkdaşıdır, amma İstintaq Komitəsi hələ də işi açmayıb, üstəlik, işin konkret nə vaxt başlandığı, nə vaxt və hansı materialların Azərbaycana təhvil verildiyi məlum deyil”, - deyə nəşr bildirib. t.me/xeberlerlive

⚡️Lerikdə 3.6 bal gücündə zəlzələ baş verib. t.me/xeberlerlive

SON DƏQİQƏ❗️“Bakcell” də tariflərdə dəyişiklik etdi
SON DƏQİQƏ❗️“Bakcell” də tariflərdə dəyişiklik etdi

Şərti sərhəddə Azərbaycan əsgərlərinə tapança tuşlayan erməni SAXLANILDI
Ermənistanda Azərbaycan əsgərlərinə tapança tuşlayan vətəndaş saxlanılıb. Bu barədə Ermənistan KİV-i məlumat verib. Qeyd olunur ki, bir neçə həftə əvvəl Gorus şəhər polis şöbəsinə Teh icmasının inzibati ərazisində yerləşən şərti sərhəddə "Nissan" markalı avtomobilin sürücüsünün Azərbaycan əsgərlərinə tapança tuşlaması barədə siqnal daxil olub. Polis əməkdaşları əməliyyat yoxlamasından sonra Gorusda üç nəfəri saxlayaraq şöbəyə aparıblar. Eçmiədzində yaşayan 32 yaşlı kişi bildirib ki, şərti sərhəddə olarkən ədavət və qorxutmaq məqsədi ilə pnevmatik tapançanı çıxararaq Azərbaycan əsgərlərinə tuşlayıb. Ermənistan İstintaq Komitəsi bildirib ki, sözügedən hadisə ilə bağlı cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
t.me/xeberlerlive

Bir neçə ildən sonra çoxmərtəbəli binalara təbii qaz verilişi dayandırılacaq və mərkəzləşdirilmiş istilik təchizatı sistemləri yaradılacaq. Bu barədə energetika nazirinin müavini Elnur Soltanov bildirib. t.me/xeberlerlive

🇦🇿🇮🇱Netanyahu Azərbaycana İsrail-Türkiyə dialoquna təkan verilməsindəki roluna görə təşəkkür edib Bu fikirlər İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda yer alıb. "Mən Azərbaycanın yəhudi icmasına və mədəniyyətinə davamlı dəstəyini, habelə HƏMAS-ın ötən il oktyabrın 7-də hücumundan sonra İsrailə nümayiş etdirdiyi davamlı həmrəyliyi yüksək qiymətləndirirəm. Ölkəniz unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir", - məktubda, həmçinin bildirilir. t.me/xeberlerlive

Kürdəmirdə 3 ayın gəlini qaynı ilə qoşulub qaçıb. Ər boşanmaq və qardaşını da qohumluqdan çıxarmaq üçün müraciət edib. Bu hadisəni eşidən anasının ürəyi gedib, deyir boşanma məsələsinə razıyam, amma qardaşı qardaşlıqdan çıxarmaq istəyirsənsə ölümü gör. t.me/xeberlerlive

Repost from Miriyev TV
BELƏ ❗"Azercell” 1 iyul 2025-ci ildən fakturasız nömrələr (SimSim) üçün yeni şərtlər tətbiq edəcək. Bildirilir ki, iyul ayının 1-dən etibarən nömrənin balansına ödəmə kartı ilə 1 manat yükləndiyi zaman nömrənin aktiv qalma müddəti 1 gün olacaq. 1-1,99 manat – 1 gün; 2-2,99 manat – 2 gün; 3-4,99 manat – 3 gün; 5-9,99 manat – 5 gün; 10-24,99 manat – 10 gün; 25-49,99 manat – 25 gün; 50-99,99 manat – 50 gün; 100 + manat – 50 gün. Əgər nömrədə tarif varsa, həmin tarifin istifadə müddəti bitənə qədər nömrə aktiv qalacaq t.me/miriyevtv

❗️ "МАТЧ! ФУТБОЛ 1", "МАТЧ! ФУТБОЛ 2", "МАТЧ! ФУТБОЛ 3", "МАТЧ! ПРЕМЬЕРА", "МАТЧ! ИГРА", "МАТЧ! АРЕНА", "МАТЧ! СТРАНА", "МАТЧ!" Kanalların Azərbaycanda yayımı dayandırılıb t.me/xeberlerlive

Prezidentin qalib futbolçularla görüşündən FOTOLAR t.me/xeberlerlive
+6
Prezidentin qalib futbolçularla görüşündən FOTOLAR t.me/xeberlerlive

ÖLKƏ ❗Həbsdən yeni çıxmış şəxs Ağsuda qəribə oğurluq edib. Dəfələrlə oğurluq cinayətinə görə həbs edilən, Hövsan qəsəbə sakini Səbuhi Əliyev (soyad şərtidir) bir müddət əvvəl azadlığa çıxıb. Səbuhi qalmağa yeri olmadığı üçün Ağsu rayonuna - xalası Rayanın evinə gedərək onunla yaşamağa razılıq alıb. Bir neçə gün xalasının evində qalan Səbuhi Rayanın telefonundakı mobil tətbiq vasitəsilə xalasının pensiya kartındakı 164 manat pulu tanışının kartına, oradan isə öz kartına köçürüb. Hadisənin səhəri gün Səbuhi evdən çıxaraq Bakıya qayıdıb və paytaxtda yaşamağa başlayıb. Kreditini ödəmək istəyən Raya kartında pul olmadığını görüb polisə müraciət edib. Keçirilən əməliyyat nəticəsində pulun Səbuhi tərəfindən oğurlandığı müəyyən edilib və faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə Səbuhi 2 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub t.me/xeberlerlive