fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

رفتن به کانال در Telegram

Gündəmi 1 mesajla izləyin!

نمایش بیشتر
7 588
مشترکین
-324 ساعت
-287 روز
-16330 روز
آرشیو پست ها
Qazaxın Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlayıb, DSX-nin hərbi qulluqçusu İsmayılov Vüsal ayağından xəsarət alıb. t.me/xeberlerlive
29 آوریل 2024, 06:06

Leobank hətta internetsiz də işləyir 🚀 Hansısa səbəbdən internetiniz olmasa belə, Leobank tətbiqindən istifadə edə biləcəksiniz. Tətbiqimiz artıq oflayn rejimdə də əlçatandır. Əlavə heç nə etmək lazım deyil. Sadəcə tətbiqi açın və həmişəki qaydada istifadə edin (məsələn, mobil balansınızı artırın). Funksiya hazırda Azercell abunəçiləri üçün əlçatandır, lakin tezliklə digər mobil operatorların istifadəçiləri də bu imkandan yararlana biləcək. Yeri gəlmişkən, Azərbaycanın heç bir bankında hələ belə bir imkan yoxdur 😎 Yeni funksiyanı ilk siz sınayın! leobank.az/r/k8Te t.me/xeberlerlive
29 آوریل 2024, 05:37

⚡️Naxçıvan MR-nın Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov vəzifəsindən azad edilib. Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. t.me/xeberlerlive
29 آوریل 2024, 04:36

“AzərEnerji” tərəfindən bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək. t.me/xeberlerlive
29 آوریل 2024, 03:38

🥀 Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib. t.me/xeberlerlive
🥀 Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib. t.me/xeberlerlive
29 آوریل 2024, 03:12

❗Blinken İlham Əliyevə zəng edərək Ermənistan-Azərbaycan arasındakı son razılaşmalarla bağlı ABŞ-nin məmnunluğunu ifadə edib. • Antoni Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib. • Prezident İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkəmizdə demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb. • Dövlət katibi Antoni Blinken ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. • Telefon söhbəti zamanı COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. t.me/xeberlerlive / Prezidentin Mətbuat Xidməti
29 آوریل 2024, 02:33

🇹🇷🇦🇲Ermənistan Xarici İşlər Nazirliyi: “Türkiyə Ani körpüsünün bərpası ilə bağlı protokolu Ermənistana təhvil verib, hazı
🇹🇷🇦🇲Ermənistan Xarici İşlər Nazirliyi: “Türkiyə Ani körpüsünün bərpası ilə bağlı protokolu Ermənistana təhvil verib, hazırda tamamlanma mərhələsindədir və yaxın vaxtlarda Türkiyə tərəfinə təhvil veriləcək”. t.me/xeberlerlive
28 آوریل 2024, 10:46

SON DƏQİQƏ❗️ ▪️Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il  təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olub. Faktla bağlı Sədərək rayon prokurorluğunda araşdırma aparılır. t.me/xeberlerlive
28 آوریل 2024, 09:33

🇹🇷 🇦🇲 Ermənistan Türkiyəyə Ani sərhəd körpüsünün bərpası ilə bağlı yanaşmalarını çatdıracaq, Ermənistan Xarici İşlər Nazirliyi. t.me/xeberlerlive
28 آوریل 2024, 03:08

Bu gün magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək DİM-dən bildirilib ki, respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda keçirilən imtahan ümumilikdə 78 binada təşkil ediləcək. İmtahanda 19716 nəfərin iştirakı gözlənilir. İmtahan bütün binalarda saat 11:00-da başlanır. t.me/xeberlerlive
28 آوریل 2024, 02:38

❗️Ağdamda mina partlayışı olub, xəsarət alan var. Xəsarət alan şəxs 1994-cü il təvəllüdlü Hüseynov Vidadi Vüqar oğlu idarə etdiyi qreyder ilə yolu azaraq minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində Hüseynov Vidadi sağ əlindən xəsarətlər alıb. Zərərçəkən şəxs rayon xəstəxanasına təxliyə edilib. t.me/xeberlerlive
27 آوریل 2024, 17:35

❗️❗️Adıyaman Altınşehir Polis Bölməsində polis əməkdaşları arasında mübahisə silahlı qarşıdurmaya çevrilib. 2 polis əməkdaşı şəhid olub, 8 polis əməkdaşı yaralanıb.
27 آوریل 2024, 15:04

❗️Hikmət Hacıyev: Demək olar ki, hər gün Azərbaycanın mülki əhalisi ölümcül “müharibə qalıqları” ilə – Ermənistanın yerləşdir
❗️Hikmət Hacıyev: Demək olar ki, hər gün Azərbaycanın mülki əhalisi ölümcül “müharibə qalıqları” ilə – Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bu gün daha bir mina partlayışı baş verib və ANAMA-nın minatəmizləmə əməliyyatçısı ağır yaralanıb. t.me/xeberlerlive
27 آوریل 2024, 13:45

Ermənistan Baş naziri Nikol Paşinyan Qavar şəhərində gənclərlə keçirilən görüşündə bildirib ki, ermənilər xəyali və real olmayan sərhədlərdən imtina etməlidir. t.me/xeberlerlive
27 آوریل 2024, 11:40

🇦🇲🇦🇿 Nikol Paşinyan: ▫️"Sizə sual verirəm, siz nə istəyirsiniz? Yenə də bizə hücum olunsun, övladlarınız həlak olsun? " ▫️"Bundan əvvəlki hakimiyyətlər sizi aldadıblar, sizə aid olmayanı sizin olduğuna inandırıblar, biz 21-ci əsrdə yaşayırıq, sərhədlər var, biz buna uyğun yaşamalıyıq, biz bu istiqamətdə sülhə doğru addım atmalıyıq." ▫️"Artıq qan tökülməsinə, ölümlərə, itkilərə son deməliyik, Qafqazı daimi sülh, rifah və əməkdaşlıq regionuna çevirməliyik." t.me/xeberlerlive
27 آوریل 2024, 10:45

🇦🇲 Nikol Paşinyan: 🗣️Biz Azərbaycana dörd kənd vermirik, biz Ermənistanın işğalçı dövlət olmadığı arqumentini Azərbaycandan alırıq. t.me/xeberlerlive
27 آوریل 2024, 08:27

🧑🏻‍⚖️ Ali Məhkəmənin hakimi özünü asdı. Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib. “AzNews
🧑🏻‍⚖️ Ali Məhkəmənin hakimi özünü asdı. Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib. “AzNews_Tv” APA-ya istinadən xəbər verir ki, 62 yaşlı hakim yaşadığı Abşeron rayonunda yaşadığı evdə özünü asaraq intihar edib. Məlumata görə, o, ağır xəstəlikdən - şəkərli diabetdən əziyyət çəkirmiş. Xəstəlik səbəbindən depressiv vəziyyətə düşən hakim intihar edib. t.me/xeberlerlive
27 آوریل 2024, 07:33

Şuşa rayonunun Qaybalı kəndi ərazisində mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb. t.me/xeberlerlive
27 آوریل 2024, 05:00

🇦🇲 Dünən silahı yerə qoyaraq Kirants ərazisində etirazçılara qoşulmuş hərbçilər, bu gün bildiriblər ki, "təssüf edirik ki,
🇦🇲 Dünən silahı yerə qoyaraq Kirants ərazisində etirazçılara qoşulmuş hərbçilər, bu gün bildiriblər ki, "təssüf edirik ki, atmosferə düşərək bu addımı atdıq" Hazırda Ermənistan MN bu hərbçilərə qarşı cinayət işinə start verib. Səbəb isə silahı yerə qoyaraq əmrə tabe olmamaq. t.me/xeberlerlive
27 آوریل 2024, 03:41

❗Ermənistan Silahlı Qüvvələrinin Tovuzqalada 3-cü Ordu Korpusunun bir qrup hərbi qulluqçusu Qazax rayonunun dörd qeyri-anklav kəndinin Azərbaycana qaytarılmasına qarşı etirazçılara qoşulub. Hərbçilərin bu aksiyaya qoşulması vəziyyəti gərginləşdirir və revanşist qüvvələri həvəsləndirir. Ermənistan tərəfi dərhal addımlar atmalıdır. Törədiləcək istənilən təxribatda məsuliyyət Ermənistanın üzərinə düşəcək. t.me/xeberlerlive
26 آوریل 2024, 17:02