XƏBƏRLƏR l LİVE
رفتن به کانال در Telegram
7 588
مشترکین
-324 ساعت
-287 روز
-16330 روز
آرشیو پست ها
7 587
🔈🇦🇲 Van Ambarsumyan
🔴Ermənistan Respublikasında təcili Ümumi Səfərbərlik, Xalq, Ümumdövlət, Ümumerməni səfərbərlik elan edilməsinə ehtiyac var!
🔴Ermənistan Respublikasının Silahlı Qüvvələrini Birinci Döyüş Hazırlığına gətirmək lazımdır!
Hazırlaşmalıyıq.
Vəziyyət ciddidir!
🌐 Bu sözləri erməni hərbi ekspert Ambarsumyan paylaşıb.
t.me/xeberlerlive
06 آوریل 2024, 12:32
7 587
🇦🇿🇦🇲 Azərbaycan XİN:
➖"Azərbaycan bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq, sülh və quruculuq səylərini davam etdirəcək."
➖"Ermənistanın sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməlidir."
t.me/xeberlerlive
06 آوریل 2024, 08:31
7 587
⚡️Azərbaycan XİN Ermənistana cavab verib
Ermənistan tərəfinin son bir neçə gün ərzində müntəzəm şəkildə silahlı qüvvələrimizin bölmələrinə qarşı törətdiyi hərbi təxribatlardan, müxtəlif istiqamətlərdə hərbi qüvvələr cəmləşdirmək kimi addımlarından fikir yayındırmaq məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinin ölkəmizi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi qəbuledilməzdir və onların bu iddialarının heç bir əsası yoxdur.
t.me/xeberlerlive
06 آوریل 2024, 08:09
7 587
Repost from Miriyev TV
❗Erməni yalan maşınları dünəndən etibarən ciddi şəkildə yalan informasiyalar yaymağa cəhd edirlər.
Zəhmət olmasa rəsmi vəya etibarlı mənbələrin xəbərlərinə etimad edin.
t.me/miriyevtv
06 آوریل 2024, 05:52
7 587
⚡ Ötən sutka ərzində mövqelərimiz 30 dəfə atəşə tutulub
Aprelin 5-i saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Qeyd edək ki, ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub.
t.me/xeberlerlive
06 آوریل 2024, 03:35
7 587
🇺🇸🇦🇲🇪🇺ABŞ-Aİ-Ermənistan üçtərəfli sammiti başa çatdı, çünki İrəvana Brüsseldən bir neçə yüz milyonlar, Vaşinqtondan isə bir neçə on milyonlar çətinliklə gəlib. Görüş Ermənistanın istədiyi nəticələrlə bitməyib.
-Xarici KİV
t.me/xeberlerlive
05 آوریل 2024, 15:54
7 587
Azərbaycan Ordusunun əsgəri təlim atışı zamanı odlu silahdan açılmış atəş nəticəsində ölüb
N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlunun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölüb.
t.me/xeberlerlive
05 آوریل 2024, 14:32
7 587
ABŞ: Nəhayət Azərbaycan və Ermənistan arasında sülh bağlanmalıdır
⚡️ABŞ Dövlət Departamenti Ermənistanı Azərbaycanla razılaşmağa çağırıb.
t.me/xeberlerlive
05 آوریل 2024, 13:43
7 587
🇦🇲🇦🇿 Aprelin 5-i saat 15:10-dan 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribatlarına zəmin yaratmaq məqsədilə Azərbaycan Ordusunun Tovuz rayonunun Hacalı, Ağbulaq, Ağdam, Qaralar, Köhnə Qışlaq və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətlərindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Bundan başqa saat 17:25 radələrində Berd rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərdən Ordumuzun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
t.me/xeberlerlive
05 آوریل 2024, 10:20
7 587
🇦🇿Prezident İlham Əliyev:
▫️Qarabağı işğaldan azad etməyimiz, xüsusilə keçən ilin sentyabrında həyata keçirdiyimiz antiterror əməliyyatı bəzi qüvvələri narahat edib.
t.me/xeberlerlive
05 آوریل 2024, 07:55
7 587
🇦🇿İlham Əliyev Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan görüşü barədə:
▫️"Bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır".
t.me/xeberlerlive
05 آوریل 2024, 07:20
7 587
❗Paşinyan: Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir. Ermənistan ərazi bütövlüyü və suvcerenliyin qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiq qalır. Ermənistan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası, həmçinin ölkələrin suverenliyinə və qanunvericiliyinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların blokunun açılmasının tərəfdarıdır.
t.me/xeberlerlive
05 آوریل 2024, 07:09
7 587
🇦🇲🇪🇺🇺🇸 Avropa Komissiyası Ermənistana 4 il ərzində 270 milyon avro, ABŞ isə Ermənistana 65 milyon dollardan çox yardım ayırmaq niyyətindədir.
t.me/xeberlerlive
05 آوریل 2024, 06:42
7 587
Türkiyə 1990-cı ildə Parisdə NATO və Sovet İttifaqı ilə imzaladığı, soyuq müharibə dövründə Avropada silahlı qüvvələrin hərəkəti və texnikasına məhdudiyyətlər qoyan Silahlı Qüvvələr Müqaviləsindən çıxdığını açıqlayıb.
t.me/xeberlerlive
05 آوریل 2024, 06:08
7 587
🇮🇷 İranın Xuzistan əyalətində naməlum obyektlərin uçuşu müşahidə edilib.
🇮🇷🇮🇶İranda görülən cisimlər İraqda da görünməyə başladı.
İran mənbələri bunun meteor olduğunu bildirir.
t.me/xeberlerlive
04 آوریل 2024, 18:35
7 587
🇪🇺🇦🇿 Bu gün İlham Əliyevlə söhbətimdə biz sabit və firavan Cənubi Qafqaz çərçivəsində Aİ ilə Azərbaycan arasında mühüm əlaqələri müzakirə etdik.
📢 Biz minalardan təmizlənməsini dəstəkləmək üçün səyləri artırmağa hazırıq. Biz COP29-u Bakıda necə uğurla həyata keçirməyi də müzakirə etdik.
©️Ursula fon der Leyen
t.me/xeberlerlive
04 آوریل 2024, 15:19
7 587
🇮🇷🇦🇲Bir sıra Telegram kanallarında yayılan məlumata görə, İranın "IranAir" aviaşirkətinin "Boeing-747" təyyarəsi son 3 gündə Tehrandan İrəvana üçüncü reysini həyata keçirib.
Təyyarədə silah daşınması ehtimal edilir.
- Operativ Media
t.me/xeberlerlive
04 آوریل 2024, 14:50
7 587
🇹🇷❗️Türkiyə XİN: Brüsseldə Ermənistan, AB və ABŞ arasında üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq.
•Azərbaycanın iştirakını nəzərdə tutmayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etmək yerinə bölgənin geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq.
t.me/xeberlerlive
04 آوریل 2024, 13:12
7 587
SON DƏQİQƏ‼️Kəlbəcərdə 3.2 bal gücündə zəlzələ baş verib.
t.me/xeberlerlive
04 آوریل 2024, 06:23
