fa
Feedback
Capitalist.az

Capitalist.az

رفتن به کانال در Telegram
280
مشترکین
-124 ساعت
اطلاعاتی وجود ندارد7 روز
-230 روز
آرشیو پست ها
"Google"un süni intellekt proqramları hazırlayan şirkəti "DeepMind" süni intellektdən istifadə edərək insan DNT-sində xəstəli
"Google"un süni intellekt proqramları hazırlayan şirkəti "DeepMind" süni intellektdən istifadə edərək insan DNT-sində xəstəlik törədən genlərin aşkarlanmasını sürətləndirir. "BBC news" xəbər verir ki, istifadə edilən süni intellekt proqramı DNT-dəki dəyişiklikləri müəyyən edə bilir. "AlphaMissense" adlı yeni sistem insan DNT zəncirlərindəki komponentlərin sırasına nəzarət etməklə işləyir. 📌Ətraflı: https://capitalist.az/google-dnt-de-xestelik-toreden-genlerin-oyrenilmesini-suretlendirir/KZn4VoxMNqdLJ2YIUGN87Hpz/32d789314480f0cf8c39d42e2c5bc9e4 #Google #süniintellekt #proqram #DeepMind #DNT #BBC #sistem #zəncir #xəstəlik #elm #texnologiya #capitalist

Qloballaşma maliyyə məhsullarının, malların, texnologiyanın, məlumatların və iş yerlərinin milli sərhədlər və mədəniyyətlər a
Qloballaşma maliyyə məhsullarının, malların, texnologiyanın, məlumatların və iş yerlərinin milli sərhədlər və mədəniyyətlər arasında yayılmasıdır. Korporasiyalar qloballaşma yolu ilə müxtəlif sahələrdə rəqabət üstünlüyü əldə edirlər. 📌Ətraflı: https://capitalist.az/biznesde-qloballasma-nedir-ve-hansi-ustunlukleri-var/PgWhWDI97TuK2oXvSqETxKgq/f93e0e738aca6c25d5c93092d632ba76 #qloballaşma #biznes #biznesdəqloballaşma #korporasiya #dünya #urbanizasiya #maliyyə #iqtisadiyyat #capitalist

"Boeing" şirkəti Çinə yeni təyyarə tədarükü ilə bağlı 20 illik proqnozunu bir qədər artırıb. Şirkət bunu iqtisadi artım və da
"Boeing" şirkəti Çinə yeni təyyarə tədarükü ilə bağlı 20 illik proqnozunu bir qədər artırıb. Şirkət bunu iqtisadi artım və daxili səyahətə tələbatın artması ilə izah edib. Amerikalı təyyarə istehsalçısı, Çinin donanmasının növbəti 20 il ərzində iki dəfədən çox artaraq 9600-ə yaxın reaktiv olacağını və daxili aviasiya bazarının proqnoz dövrünün sonuna kimi dünyanın ən böyük aviasiya bazarı olacağını (6,470 təyyarə) bildirib. 📌Ətraflı: https://capitalist.az/cinin-gelecek-20-ilde-aviasiya-telebati-artacaq/rniOkqufR78LkaZq9B3knx3r/f93e0e738aca6c25d5c93092d632ba76 #Boeing #Çin #təyyarə #proqnoz #səyahət #istehsalçı #aviasiya #bazar #dünya #iqtisadiyyat #capitalist

Müştəri xidməti məhsul və ya xidmətin alınmasından əvvəl, alış zamanı və sonra göstərilən dəstək və yardımdır. Buraya müştəri
Müştəri xidməti məhsul və ya xidmətin alınmasından əvvəl, alış zamanı və sonra göstərilən dəstək və yardımdır. Buraya müştərilərlə qarşılıqlı əlaqə, şikayətlərin həlli, təlimatların verilməsi, sualların cavablandırılması və həll yollarının tapılması daxil olmaqla geniş fəaliyyətlər daxil ola bilər. 📌Ətraflı: https://capitalist.az/2023-cu-ilde-musteri-xidmetini-nece-tekmillesdirmek-olar/B1HmoqMrORHQl9hjK9LKlcBK/f93e0e738aca6c25d5c93092d632ba76 #müştərixidməti #biznes #müştəri #fərdiləşdirmə #müəssisə #investisiya #iqtisadiyyat #capitalist

Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman, "Instagram" və "Facebook Messenger"də başdan-sona şifrələmə və bunun
Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman, "Instagram" və "Facebook Messenger"də başdan-sona şifrələmə və bunun uşaqlar üçün yarada biləcəyi təhlükə ilə bağlı "Meta" ilə konstruktiv işləmək istədiyini bildirib. Hökumət "Meta"nı uşaqları cinsi istismardan qorumaq üçün bu iki platformada təhlükəsizlik tədbirləri olmadan şifrələməni yaymamağa çağırıb. 📌Ətraflı: https://capitalist.az/boyuk-britaniya-onlayn-tehlukesizliye-gore-meta-ile-calismaq-isteyir/qpLgUIuK10Arf7KDFkPlV9wW/32d789314480f0cf8c39d42e2c5bc9e4 #Britaniya #Instagram #Facebook #Meta #platforma #şifrə #sosialmedia #media #elm #texnologiya #capitalist

İcazəsi olmadan müəyyən şəxsin məxfi məlumatlara giriş əldə etməsi məlumatların pozulması adlanır. Pozulmuş məlumatlara şəxsi
İcazəsi olmadan müəyyən şəxsin məxfi məlumatlara giriş əldə etməsi məlumatların pozulması adlanır. Pozulmuş məlumatlara şəxsi məlumatlar, maliyyə qeydləri, əqli mülkiyyət və ya yanlış əllərə keçən hər hansı digər qorunan məlumat daxil ola bilər. 📌Ətraflı: https://capitalist.az/kibertehlukesizlikde-melumatlarin-pozulmasi-nedir/ZcFSoksdcAiH0BGkhrjy5m3B/32d789314480f0cf8c39d42e2c5bc9e4 #şəxsiiməlumat #maaliyə #kiberhücüm #kibertəhlükə #kibercinayətkar #haker #elm #texnologiya #capitalist

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında İctimai şuraya seçkilərin təşkili məqsədi ilə yaradılmış Seçki Komiss
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında İctimai şuraya seçkilərin təşkili məqsədi ilə yaradılmış Seçki Komissiyasının ilk iclası keçirilib. İclasda İctimai şura üzvlərinin say həddinin müəyyən edilməsi, namizədlərin irəli sürülməsi, qeydiyyatın başlanılması və başa çatması vaxtının elan edilməsi məsələləri müzakirə edilib. Qeyd edək ki, İctimai şura üzvlərinin say həddi 7 nəfər müəyyən edilib. Müvafiq sahədə fəaliyyət göstərən hər bir vətəndaş cəmiyyəti institutu İctimai şura üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. 📌Ətraflı: https://capitalist.az/energetika-nazirliyi-yaninda-ictimai-sura-uzvuluyune-namizedlerin-ireli-surulme-vaxti-elan-edilib/1AJ0WX2ThulTsTjmY5G6pscS/f93e0e738aca6c25d5c93092d632ba76 #Azərbaycan #Energetika #şura #iclas #namizəd #qeydiyyat #iqtisadiyyat #seçki #capitalist

"Meta"nın baş direktoru Mark Zuckerberg-in xeyriyyəçilik müəssisəsi insan hüceyrələrini və xəstəliklərini öyrənmək üçün süni
"Meta"nın baş direktoru Mark Zuckerberg-in xeyriyyəçilik müəssisəsi insan hüceyrələrini və xəstəliklərini öyrənmək üçün süni intellektlə təchiz edilmiş hesablama sistemi qurmağı planlaşdırır. Xeyriyyə müəssisəsi bildirib ki, Zuckerberg və həyat yoldaşı Priscilla Chan tərəfindən yaradılan "The Chan Zuckerberg Initiative", açıq şəkildə mövcud süni intellekt modellərini idarə etmək üçün hesablama sistemindən istifadə edəcək. 📌Ətraflı: https://capitalist.az/zuckerberg-elmi-tedqiqatlarda-suni-intellekt-sisteminin-istifadesini-planlasdirir/39mHVWWT2gaF6RiOjEGcPovn/32d789314480f0cf8c39d42e2c5bc9e4 #Meta #Mark #Zuckerberg #xeyriyyə #xeyriyyəçilik #hüceyrə #süniintellekt #model #xəstəlik #elm #texnologiya #capitalist

💵2023-cü ildə ən çox qazanan 10 YouTuber-in illik qazancı⁠ ⁠ 🤝Kontent faydalı oldusa, səhifəni izləməyi və reaksiya bildirm
+6
💵2023-cü ildə ən çox qazanan 10 YouTuber-in illik qazancı⁠ ⁠ 🤝Kontent faydalı oldusa, səhifəni izləməyi və reaksiya bildirməyi unutmayın!⁠ ⁠ #video #youtube #fərdiinkişaf #texnologiya #youtuber #sosialmedia #capitalist

"WhatsApp" bildirib ki, tətbiq Hindistanda rəqəmsal bir çox ödəniş provayderlərinin kredit kartı ödənişləri və xidmətlərini t
"WhatsApp" bildirib ki, tətbiq Hindistanda rəqəmsal bir çox ödəniş provayderlərinin kredit kartı ödənişləri və xidmətlərini təklif edəcək. Hindistanda tənzimləyicilərin tətbiqdaxili "WhatsApp Pay" xidmətini 100 milyon istifadəçi ilə məhdudlaşdırmağına baxmayaraq, ölkədə "WhatsApp"ın 500 milyondan çox istifadəçisi var. "WhatsApp"da alış-veriş edən insanlar "Google Pay", "Paytm" və "PhonePe" kimi məşhur xidmətlərdən istifadə etməklə də ödəniş edə bilərlər. 📌Ətraflı: https://capitalist.az/whatsapp-hindistanda-tetbiqdaxili-odenis-secimleri-teklif-edir/QBK1nvMqqVzx4g8e267NMzI6/32d789314480f0cf8c39d42e2c5bc9e4 #WhatsApp #Hindistan #ödəniş #Google #Pay #Paytm #PhonePe #xidmət #ödəniş #texnologiya #elm #kredit #kart #capitalist

Hər bir şirkət və ya müəssisə üçün əvvəlcədən hazırlanmış biznes planı olduqca önəmli rola sahibdir. Düzgün tərtib edilmiş bi
Hər bir şirkət və ya müəssisə üçün əvvəlcədən hazırlanmış biznes planı olduqca önəmli rola sahibdir. Düzgün tərtib edilmiş biznes planı qısamüddətli və uzunmüddətli hədəfləri, büdcəni və başlamaq üçün lazım ola biləcək hər şeyi əks etdirir. 📌Ətraflı: https://capitalist.az/biznes-plani-nece-hazirlanmalidir/5VIgRkpY4nuTlb7nq23H7xCs/37506d873664f23b7eac187eedf81a4b #plan #biznesplanı #şirkət #hədəf #büdcə #iş #məqsəd #maliyyə #capitalist

İxrac kvotaları və Asiyada artan neft emalı marjaları daxili dizelə tələbatın azaldığı bir vaxtda Çin neft emalı müəssisələri
İxrac kvotaları və Asiyada artan neft emalı marjaları daxili dizelə tələbatın azaldığı bir vaxtda Çin neft emalı müəssisələri bu il dizel ixracını üç dəfə artırıblar. Baş Gömrük İdarəsinin verdiyi məlumata görə, yanvar və avqust ayları arasında Çinin dizel ixracı 2022-ci ilin eyni səkkiz ayı ilə müqayisədə 197,2% artıb. Rəsmi Çin məlumatlarına görə, təkcə avqust ayı ərzində Çin dizel yanacağının ixracı illik müqayisədə 51,5% artıb. Yanvar-avqust aylarında benzin və təyyarə yanacağının ixracı da artıb. 📌Ətraflı: https://capitalist.az/cin-dizel-yanacaginin-ixracini-uc-defe-artirib/fJLw2cxgS29lz1LzdbEDi8U0/f93e0e738aca6c25d5c93092d632ba76 #İxrac #Asiya #neft #dizel #tələbat #Çin #benzin #təyyarə #iqtisadiyyat #maliyyə #capitalist

📌 "Scrum" nədir? #scrum #layihe #it #biznes #iş #proses #capitalist

"Apple" aparat, proqram təminatı və xidmətlər sahəsindəki yenilikləri ilə tanınır. Steve Jobs şirkətin innovasiya uğurunda hə
"Apple" aparat, proqram təminatı və xidmətlər sahəsindəki yenilikləri ilə tanınır. Steve Jobs şirkətin innovasiya uğurunda həlledici rol oynamışdır. CEO kimi qayıtdığı ilk ilində Jobs bütün biznes bölmələrinin baş menecerlərini işdən çıxartmış və bir-birindən fərqli funksional departamentləri birləşdirmişdir. 📌Ətraflı: https://capitalist.az/apple-innovativliyi-nece-teskil-edir/8AZN8jK5c9wy2U3cYXCQ8P3p/32d789314480f0cf8c39d42e2c5bc9e4 #apple #iphone #stevejobs #timcook #innovasiya #smartfon #programtəminatı #elm #texnologiya #capitalist

Elon Musk "Tesla"nın Səudiyyə Ərəbistanında elektrikli avtomobil fabriki tikmək üçün danışıqlar apardığı xəbərini təkzib edib
Elon Musk "Tesla"nın Səudiyyə Ərəbistanında elektrikli avtomobil fabriki tikmək üçün danışıqlar apardığı xəbərini təkzib edib. "Tesla" CEO-u heç bir təfərrüata varmadan "WSJ-dən daha bir yalan xəbər", deyə paylaşım edib. Qeyd edək ki, "Wall Street Journal" bazar ertəsi yazmışdı ki, Səudiyyə Ərəbistanı və "Tesla" ölkədə potensial elektrik fabrikinin tikintisi ilə bağlı danışıqlar aparır. Adı açıqlanmayan mənbələrə istinadən WSJ hesabatında danışıqların ilkin mərhələdə olduğunu qeyd etmişdi. 📌Ətraflı: https://capitalist.az/elon-musk-seudiyye-erebistaninda-tesla-zavodu-tikmek-planlari-ile-bagli-xeberi-tekzib-etdi/3y4G2p0ieXQ3WReqqkdJeEQi/f93e0e738aca6c25d5c93092d632ba76 #ElonMusk #Tesla #Ərəbistan #avtomobil #fabrik #elektrik #iqtisadiyyat #elm #texnologiya #car #Musk #capitalist

Yaradıcılıq və zəka arasında xüsusi əlaqə nədir? İnsan zəka olmadan yaradıcı ola bilərmi? Zəka və yaradıcılıq həmişə ayrı dav
Yaradıcılıq və zəka arasında xüsusi əlaqə nədir? İnsan zəka olmadan yaradıcı ola bilərmi? Zəka və yaradıcılıq həmişə ayrı davranışlar hesab edilib. Bəzi psixoloqlar zəkaya mücərrəd düşünmək, hadisələr arasında əlaqələr qurmaq və özünü tənqid etmək qabiliyyəti kimi yanaşırlar. 📌Ətraflı: https://capitalist.az/yaradiciliq-ve-zeka-biznes-dunyasinda-yaradici-zehniyyet/XI6R4MFsWT3UqodRfYtnP7or/61e752978cf7214590659b38493ba45a #yaradıcılıq #zəka #insan #psixoloq #psixologiya #intelleket #psixologiya #fərdiinkişaf #capitalist

📌ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları keçib. Kanalı izləyin: @capitalistaz

Keçdiyimiz günlərdə milyarder sahibkar Elon Musk-a məxsus startap olan "Neuralink" beyin implantının ilk insan sınaqlarına ba
Keçdiyimiz günlərdə milyarder sahibkar Elon Musk-a məxsus startap olan "Neuralink" beyin implantının ilk insan sınaqlarına başlamaq üçün müstəqil araşdırma şurasından icazə aldığını bildirib. Şirkət servikal onurğa beyni zədəsi və ya amyotrofik lateral skleroz səbəbiylə iflic olanların tədqiqat üçün uyğun ola biləcəyini bildirib. Lakin tamamlanması təxminən altı il çəkəcək sınaqda neçə nəfərin iştirak edəcəyi açıqlanmayıb. 📌Ətraflı: https://capitalist.az/neuralink-iflic-xesteleri-ucun-beyin-implantinin-sinaqlarina-baslayacaq/oupGnGuihRdGgupJrGiTGQQL/32d789314480f0cf8c39d42e2c5bc9e4 #ElonMusk #Neuralink #startap #implant #sınaq #iflic #tədqiqat #elm #texnologiya #capitalist

Alimlər Yerin Ayda suyun yaranmasına kömək edə biləcəyini müəyyən ediblər. Yeni dərc edilən araşdırmaya görə, planetimizdən g
Alimlər Yerin Ayda suyun yaranmasına kömək edə biləcəyini müəyyən ediblər. Yeni dərc edilən araşdırmaya görə, planetimizdən gələn görünməz elektronlar Ayın səthində su əmələ gətirə bilər. Tapıntı elm adamlarına suyun peykimizə necə gəldiyinin sirrini açmağa və Mars kimi planetlərə dərin kosmik missiyalar zamanı nə qədər suyun mövcud olacağını anlamağa kömək edə bilər. 📌Ətraflı: https://capitalist.az/ayda-su-yarana-biler/l2CtAb5VwSfbkPZBcffvLzjp/32d789314480f0cf8c39d42e2c5bc9e4 #Alim #Yer #Ay #su #planet #peyk #Mars #kosmik #missiya #kosmos #elm #texnologiya #air #hava #capitalist

Bulud hesablamaları, robotlaşdırılmış proseslərin avtomatlaşdırılması və proqnozlaşdırıcı analitika kimi texnoloji yeniliklər
Bulud hesablamaları, robotlaşdırılmış proseslərin avtomatlaşdırılması və proqnozlaşdırıcı analitika kimi texnoloji yeniliklər təşkilatlara inteqrasiya olunduqca, bu, onları kiber təhlükələrə qarşı daha həssas edir. Təəssüf ki, kiber riski başa düşmək asan deyil. Təşkilatlar tez-tez kibertəhlükələrlə bağlı maliyyə itkisini düzgün qiymətləndirmirlər. 📌Ətraflı: https://capitalist.az/diqqet-etmeli-oldugunuz-4-kiber-risk-sahesi/U5FU5KkO4PnhiGWPiCJpZbL5/32d789314480f0cf8c39d42e2c5bc9e4 #buludhesablama #robot #kibertəhlükəsizlik #kiberrisk #kiberhücüm #təşkilat #elm #texnologiya #capitalist