280
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
-230 روز
آرشیو پست ها
Təxminən bir əsrdir ki neft sektoru iqtisadiyyatının əsası olan Səudiyyə Ərəbistanı indi iqtisadiyyatında müəyyən dəyişiklər edir.
Bir çox ölkələr kimi, Səudiyyə Ərəbistanının iqtisadiyyatı 2020-ci ildə pandemiya baş verəndə zərər çəkdi. Dünya Bankının məlumatlarına görə, ÜDM keçən il ilk dəfə olaraq 1 trilyon dolları ötüb, adambaşına düşən göstərici isə cəmi iki il ərzində təxminən 50% artaraq 30,436 dollar təşkil edib.
📌Ətraflı: https://capitalist.az/seudiyye-erebistani-iqtisadiyyatinda-deyisikler/clBBWp1mJ17egXp0s0arD2qt/f93e0e738aca6c25d5c93092d632ba76
#Ərəbistan #Səudiyyə #iqtisadiyyat #pandemiya #ÜDM #dwnya #bank #capitalist
Böyük Britaniyaya məxsus BP şirkəti 2030-cu ilə qədər Almaniyada aşağı karbonlu enerjiyə 10,75 milyard dollarlıq (10 milyard avro) sərmayə qoymağı planlaşdırır.
Şirkət Avropanın ən böyük iqtisadiyyatında elektrikli avtomobillərin doldurulmasını və neft emalı zavodlarının dekarbonlaşdırılmasını sürətləndirməyə çalışır.
📌Ətraflı: https://capitalist.az/bp-2030-cu-ile-qeder-almaniyaya-11-milyard-dollarliq-sermaye-qoymagi-planlasdirir/olaHmqWTDcBkANJiBPVNlnGx/37506d873664f23b7eac187eedf81a4b
#BP #Britaniya #Almaniya #Avropa #neft #zavod #avtomobil #capitalist
NEQSOL Holding Vüqar Səmədlinin Enerji Biznesinin rəhbəri, Kadri Özenin Kommunikasiyalar və Dayanıqlılıq üzrə Baş direktoru, Teymur Tağıyevin isə Aparat rəhbəri təyin edildiyi bəyan edir. Onlar NEQSOL Holding-in Baş direktoru Yusif Cabbarovun rəhbərlik etdiyi idarəetmə komandasına qoşulublar.
📌Ətraflı: https://capitalist.az/neqsol-holding-strateji-rehberlikde-teyinatlari-elan-edir/xTXly9mwXoAuMhqyUlqDFgE2/f93e0e738aca6c25d5c93092d632ba76
"Meta" (Facebook) və "Google" kimi böyük şirkətlər pullarının çox hissəsini reklamdan əldə edirlər.
Bütün bu böyük gəlirlilik adi istifadəçilərin vaxtlarını "Facebook", "Instagram" lentlərində və ya YouTube-da verilən reklamlara baxmağa sərf etməsindən irəli gəlir.
📌Ətraflı: https://capitalist.az/2024-cu-ilde-kriptolayiheler-ucun-en-yaxsi-marketinq-strategiyasi/3BqNgwwWhroqcCgFJzhGqlbx/e37fadf8b90c8d7339a4d1a8addcb900
#meta #facebook #google #reklam #instagram #youtube #gəlir #marketinq #capitalist
📌 Fransa "iPhone" 12-nin radiasiya qaydalarına uyğun olmadığına görə satışına qadağa qoyub.
Kanalı izləyin: @capitalistaz
📌 Dünyada 3,5 milyon insandan 4 milyard dollarlıq kriptovalyuta oğurladığı üçün "OneCoin"in həmtəsisçisi Karl Sebastian 20 il həbs cəzasına məhkum edildi.
Kanalı izləyin: @capitalistaz
💡Sizə ilham verəcək 5 uğur hekayəsi
🤝Kontent faydalı oldusa, səhifəni izləməyi və reaksiya bildirməyi unutmayın!
#apple #honda #udemy #alibaba #facebook #whatsapp #kfc #uğur #karyera #capitalist
Beynəlxalq Enerji Agentliyi: "Qlobal neftə tələb 2030-cu ilə qədər pik həddə çatacaq"
"Meta Business Suite" məzmunun idarə edilməsini, reklam kampaniyaları koordinasiyasını və marketinq analitikasını asanlaşdırır.
O, onlayn mövcudluğu gücləndirərək brendinq və reklam kampaniyasına nəzarət üçün mərkəzləşdirilmiş idarəetmə paneli kimi çıxış edir.
📌Ətraflı: https://capitalist.az/niye-meta-business-suiteden-niye-istifade-etmeliyik/3xmG6ofvNy43mDEh8piMoeHC/32d789314480f0cf8c39d42e2c5bc9e4
#meta #instagram #threads #facebook #reklam #brendinq #elm #texnologiya #capitalist
ABŞ-ın texnologiya nəhəngi "Apple", "Wonderlust" tədbirində maraqla gözlənilən "iPhone 15" seriyasını və "Apple Watch" ailəsinin yeni məhsullarını təqdim etdi.
Şirkət "iPhone 15" üçün yeni rəng seçimlərini də açıqlayıb. "iPhone 15" və 15 Plus qara, bej, açıq mavi, sarı və mərcan çəhrayısı rənglərdə satışa çıxarılacaq.
📌Ətraflı: https://capitalist.az/apple-iphone-15-ve-watch-ailesinin-yeni-mehsullarini-teqdim-etdi/4fAkpMwo2g91GQvST7YyrdU2/32d789314480f0cf8c39d42e2c5bc9e4
#ABŞ #Apple #Wonderlust #iPhone #iPhone15 #elm #texnologiya #capitalist
FDA (Qida və Dərman İdarəsi), "Moderna" və "Pfizer" tərəfindən istehsal olunan 2023-2024-cü illər üçün yenilənmiş Covid-19 peyvəndlərinin təsdiqlənməsi ilə bağlı açıqlama verib.
Açıqlamada, Covid-19-un təsirlərindən daha yaxşı qorunmaq üçün təsdiqlənmiş yeni "mRNA" vaksinlərinin təcili istifadəsinə icazə verildiyi bildirilib.
📌Ətraflı: https://capitalist.az/fda-yenilenmis-covid-vaksinlerini-tesdiqleyir/IEx84aXujrfXqs9yueyiSmw0/32d789314480f0cf8c39d42e2c5bc9e4
#FDA #Pfizer #peyvənd #covid #vaksin #dərman #elm #capitalist
Yeni hesabata görə, dünyada 400.000-ə yaxın insan ultra yüksək sərvətə sahib kimi qeydə alınıb. Bu, 8 milyardlıq dünya əhalisinin təxminən 0,005%-ni təşkil edir.
Yüksək xalis sərvətli insanları tədqiq edən "Wealth-X"in hesabatına görə, dünya üzrə yüksək sərvətli insanların toplaşdığı 10 şəhər bunlardır:
1. Honq Konq
2. Nyu York
3. London
4. Los Angeles
5. San Fransisko
6. Chicago
7. Sinqapur
8. Paris
9. Tokio
10. Vaşinqton, D.C
📌Ətraflı: https://capitalist.az/dunyada-varli-insanlarin-en-cox-meskunlasdigi-ilk-10-seher/qzak3hLk5yL01BhWNgX978xE/f93e0e738aca6c25d5c93092d632ba76
#dünya #şəhər #böyük #qazanc #gəlir #iqtisadiyyat #zəngin #capitalist
"Microsoft" bildirib ki, xərçəngi müəyyən edə bilən və dünyanın ən böyük təsvirə əsaslanan süni intellekt modelini yaratmaq üçün "Paige" ilə əməkdaşlıq edir.
Verilən məlumatlara görə, süni intellekt modeli milyardlarla təsviri özündə birləşdirən misli görünməmiş miqdarda məlumat üzərində çalışır. O, həm ümumi xərçəngləri, həm də diaqnozu çətin olan nadir xərçəngləri müəyyən edə bilər. Tədqiqatçılar bunun kadr çatışmazlığı və artan iş yükləri ilə mübarizə aparan həkimlərə kömək edəcəyinə ümid edirlər.
📌Ətraflı: https://capitalist.az/microsoft-ve-paige-xercengi-askarlaya-bilecek-suni-intellekt-modeli-qururlar/yaQaWo3hnWaE3bfNrYCY6RnA/32d789314480f0cf8c39d42e2c5bc9e4
#Microsoft #xərçəng #süniintellekt #diaqnoz #həkim #elm #texnologiya #capitalist
