fa
Feedback
Dövlət Proqramı

Dövlət Proqramı

رفتن به کانال در Telegram

Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar

نمایش بیشتر
1 785
مشترکین
-124 ساعت
+27 روز
+430 روز
آرشیو پست ها
🎓📚 "2022-2028 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş mə
🎓📚 "2022-2028 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş məzunlarımızı tanıyaq! #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #DPməzunu #məzun

❓Dövlət Proqramına müraciət zamanı “Yüksəliş” müsabiqəsinin qalibi olmuş namizədləri hansı güzəşt gözləyir? Bu sualın cavabını videoçarxı izləyərək öyrənə bilərsiniz. Xatırladaq ki, 2025/2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu davam edir. ⏳Müraciət üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur. #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #sənədqəbulu

📚✍🏻 BMU-nun rektoru Cənubi Koreyada təhsil alan BMU-İNHA İDP tələbələri ilə görüşüb Bakı Mühəndislik Universiteti (BMU) və
+3
📚✍🏻 BMU-nun rektoru Cənubi Koreyada təhsil alan BMU-İNHA İDP tələbələri ilə görüşüb Bakı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində təhsillərinin sonuncu kursunu Koreya Respublikasında davam etdirən tələbələrlə görüş keçirilib. ƏTRAFLI👇🏻 https://dp.edu.az/az/news/4923

👨‍👧‍👧1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür Uşaqlar Azərbaycanın gələcəyidir və ölkənin gələcəyi onların əlindədi
👨‍👧‍👧1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür Uşaqlar Azərbaycanın gələcəyidir və ölkənin gələcəyi onların əlindədir. Bu əlamətdar gün münasibəti ilə bütün uşaqları təbrik edirik. #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #1iyun#uşaqlarınbeynəlxalqmüdafiəsigünü

📚✍🏻 Cənubi Koreyada BMU-İNHA Beynəlxalq İkili Diplom Proqramının (BMU - İNHA İkili Diplom Proqramı) Rəhbər Komitə üzvlərini
+4
📚✍🏻 Cənubi Koreyada BMU-İNHA Beynəlxalq İkili Diplom Proqramının (BMU - İNHA İkili Diplom Proqramı) Rəhbər Komitə üzvlərinin növbəti görüşü baş tutub. 👉🏻DAHA ƏTRAFLI

✍🏻📚 Mayın 29-da Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-nin Corc Vaşinqton Universitetinin (CVU) birgə ikili
+5
✍🏻📚 Mayın 29-da Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-nin Corc Vaşinqton Universitetinin (CVU) birgə ikili diplom magistr proqramının dördüncü məzun buraxılışı keçirilib. 👉🏻DAHA ƏTRAFLI

📚🎓Dövlət Proqramı məzunu Firuzə Nəsibzadə, 17-19 may tarixlərində keçirilən “Qlobal Layihə İdarəetmə Forumu”nda “Qlobal Rəq
+2
📚🎓Dövlət Proqramı məzunu Firuzə Nəsibzadə, 17-19 may tarixlərində keçirilən “Qlobal Layihə İdarəetmə Forumu”nda “Qlobal Rəqəmsal Layihə İdarəetmə Cəmiyyəti Qurulması” mövzusu ilə spiker kimi çıxış edib. Təqdimatında “IPM Hub” platformasının qlobal layihə menecmenti şəbəkəsinin qurulmasına dair praktiki yol xəritəsini təqdim edərək rəqəmsal transformasiya və süni intellektin bu sahədəki rolunu vurğulayıb. Qeyd edək ki, Firuzə Nəsibzadə "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu "University College London (UCL)" ali təhsil müəssisəsində “Təhsil” ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alb. Dövlət Proqramı məzununu təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!

📚✍🏻🏆 BMU - İNHA İkili Diplom Proqramı tələbələri Bitget Hackathon – Startap Müsabiqəsində II yerə layiq görülüblər Mayın 1
+1
📚✍🏻🏆 BMU - İNHA İkili Diplom Proqramı tələbələri Bitget Hackathon – Startap Müsabiqəsində II yerə layiq görülüblər Mayın 17-də Azərbaycan Texniki Universitetində (AzTu) “Bitget Hackathon – Startap” müsabiqəsinin yekun mərhələsi keçirildi. Müsabiqəyə AzTU, Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) tələbələrindən ibarət komandalar qatılaraq, “Blockchain”, “Kriptovalyuta”, “Süni İntellekt” və “Data Analitika” mövzuları üzrə 30-a yaxın startap layihəsini təqdim edilmişdi. Onlardan 19 layihə final mərhələsinə keçərək geniş təqdimat formatında nümayiş etdirildi. Layihələr 5 əsas meyar – komanda və təqdimat bacarığı, ideya, texniki əsaslandırma, praktiki tətbiq imkanı, kommersiya potensialı üzrə peşəkar münsiflər heyəti (Osman Gündüz, Elnur Quliyev, Orxan Əhmədov və Aytən Mövsümova) tərəfindən qiymətləndirildi. 👉🏻ƏTRAFLI

Bu gün Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. 🇦🇿 28 m
Bu gün Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. 🇦🇿 28 may 1918-ci il tarixində İstiqlal Bəyannaməsinin qəbulu Azərbaycan Xalq Cümhuriyyətini Müsəlman şərqində ilk parlamentli respublika, türk və İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsinə çevirdi. Xalqımızı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik! Müstəqilliyimiz əbədi, dönməz və sarsılmaz olsun! #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #28may #müstəqillikgünü #azərbaycan

📚✍🏻 Dövlət Proqramının iştirakçısı Ohayo Dövlət Universitetində təqdimatla çıxış edib Dövlət Proqramı iştirakçısı, ABŞ-nin
📚✍🏻 Dövlət Proqramının iştirakçısı Ohayo Dövlət Universitetində təqdimatla çıxış edib Dövlət Proqramı iştirakçısı, ABŞ-nin nüfuzlu Yale Hüquq Məktəbinin magistr tələbəsi Orxan Abdulkərimli Ohayo Dövlət Universitetində keçirilən “IV İllik Kibertəhlükəsizlik Hüququ və Siyasəti üzrə Tədqiqatçılar Konfransı” tədbirində “Açıq mənbə proqram təminatlarının kommersiya statusu” mövzusunda təqdimat ilə çıxış edib. Orxan Abdulkərimlinin təqdimatdakı məqaləsi “Avropa İttifaqının Kiberdayanıqlılıq Aktı kontekstində açıq mənbə proqram təminatlarının kommersiya statusunun müəyyənləşdirilməsi” mövzusuna həsr olunmuşdur. Məqalədə Avropa İttifaqının sözügedən Aktda təsbit etdiyi ikili (kommersiya/qeyri-kommersiya) yanaşmanın hüquqi və texnoloji baxımdan qeyri-kafi olduğu vurğulanmış və müəllifin təklif etdiyi üçölçülü model (proqramlaşdırma niyyəti, monetizasiya mexanizmləri və təchizat zəncirindəki rol) təqdim olunmuşdur.

📚✍🏻 İkili diplom proqramı çərçivəsində təhsil alan tələbələr ”Xarıbülbül” tədbiri təşkil ediblər Türkiyənin EGE Universitet
+3
📚✍🏻 İkili diplom proqramı çərçivəsində təhsil alan tələbələr ”Xarıbülbül” tədbiri təşkil ediblər Türkiyənin EGE Universitetində ADAU-EGE beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri tərəfindən ”Xarıbülbül” tədbiri keçirilib. Tədbirin məqsədi Azərbaycan mədəniyyətini, tarixini və zəngin milli irsini tanıtmaq olub. Proqram çərçivəsində iştirakçılara Azərbaycanın milli rəqsləri, yeməkləri, sənət əsərləri, musiqi və şerləri təqdim olunub.

✍🏻📚Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb Böyük Britaniyaya səfəri çərçivəsində elm və təhs
+4
✍🏻📚Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb Böyük Britaniyaya səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Londonda Dövlət Proqramı çərçivəsində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib. Görüş Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyində, fövqəladə və səlahiyyətli səfir Elin Süleymanovun iştirakı ilə baş tutub. 👉🏻 DAHA ƏTRAFLI

✍🏻📚 İkili Diplom Proqramları çərçivəsində Rəhbər Komitə üzvləri ABŞ-yə səfər ediblər 12–16 may tarixlərində Elm və Təhsil N
+6
✍🏻📚 İkili Diplom Proqramları çərçivəsində Rəhbər Komitə üzvləri ABŞ-yə səfər ediblər 12–16 may tarixlərində Elm və Təhsil Nazirliyi və ADA Universitetinin nümayəndələri ABŞ-yə işgüzar səfər ediblər. Səfər ADA Universiteti və ABŞ-nin Corc Vaşinqton Universiteti ("GWU") arasında mövcud əməkdaşlığın qiymətləndirilməsi, qarşıdakı illər üçün tələbə qəbulu və təbliğat fəaliyyətlərinin müzakirəsi, müəllim heyətinin inkişafı və yeni akademik təşəbbüslərin nəzərdən keçirilməsi məqsədi daşıyıb. Nümayəndə heyətinin üzvləri Elm və Təhsil Nazirlnin müşaviri Nicat Məmmədli, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, ADA Universitetinin prorektorları Elkin Nurməmmədov və Günay Ziyadova, İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Abzatdin Adamovdan ibarət olub. 👉🏻DAHA ƏTRAFLI

Əziz tələbələr və məzunlar! Dövlət Proqramı İdarəetmə Qrupu ilə uğurlu karyera həyatınıza başlamaq üçün ilk addım atmağa hazı
Əziz tələbələr və məzunlar! Dövlət Proqramı İdarəetmə Qrupu ilə uğurlu karyera həyatınıza başlamaq üçün ilk addım atmağa hazırsınız❓ ✅Məqsədimiz karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak edərək, təcrübə qazanmaq imkanı yaratmaqdır. Təcrübəniz müddətində siz komanda işi ilə tanış olacaq, təhsil sahəsində təcrübə qazanacaq və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq enerji dolu layihələrdə iştirak edəcəksiniz. 3 ay müddətində davam edəcək könüllü təcrübə proqramının sonunda sizlərə tövsiyə məktubu təqdim olunacaq. Namizədlərdən CV-lərini “Könüllü” başlığı ilə Aysel.Amiraslanova@edu.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi🗓 26 may, 2025-ci il #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #təcrübəproqramı #karyeraimkanı

📚✍🏻 Dövlət Proqramı iştirakçısı Dünya Təhsil Forumunda iştirak edib Məlumat üçün bildiririk ki, Proqram iştirakçısı Şəbnəm
+2
📚✍🏻 Dövlət Proqramı iştirakçısı Dünya Təhsil Forumunda iştirak edib Məlumat üçün bildiririk ki, Proqram iştirakçısı Şəbnəm Tağıyeva Oksford Universitetinin Blavatnik Dövlət İdarəçiliyi Məktəbi tərəfindən seçilmiş 10 nəfər tələbədən ibarət heyətin tərkibində Londonda keçirilən “Dünya Təhsil Forumu 2025”də iştirak edib. Proqram iştirakçısı forum çərçivəsində müxtəlif ölkələrin təhsil nazirləri, siyasətçiləri və ekspertlərinin qatıldığı bir sıra panel müzakirələrində iştirak edərək, beynəlxalq təhsil gündəminin əsas istiqamətlərini yaxından izləmək imkanı qazanıb. Qeyd edək ki, Şəbnəm Tağıyeva "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu "University of Oxford" ali təhsil müəssisəsində “Dövlət idarəetməsi” ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alır.

📚🅰️ Dövlət Proqramı iştirakçısı Əsmər Bayramova payız və yaz semestrlərini yüksək göstəricilərlə (“A/A”) başa vurmuşdur. Qe
📚🅰️ Dövlət Proqramı iştirakçısı Əsmər Bayramova payız və yaz semestrlərini yüksək göstəricilərlə (“A/A”) başa vurmuşdur. Qeyd edək ki, Əsmər Bayramova "2022-2028 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının "Georgia Institute of Technology" ali təhsil müəssisəsində Dövlət siyasəti ixtisası üzrə magistratura səviyyəsində təhsil alır. Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik. #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #akademikuğur

📚✍🏻 Dövlət Proqramı iştirakçısı ABŞ-nin nüfuzlu akademik fəxri cəmiyyəti olan "Phi Kappa Phi"yə üzv seçilib Məlumat üçün bi
+4
📚✍🏻 Dövlət Proqramı iştirakçısı ABŞ-nin nüfuzlu akademik fəxri cəmiyyəti olan "Phi Kappa Phi"yə üzv seçilib Məlumat üçün bildirmək istərdik ki, Dövlət Proqramı iştirakçısı Kənan Abdiyev ABŞ-nin ən nüfuzlu akademik fəxri cəmiyyətlərindən biri olan "Phi Kappa Phi"yə üzv seçilib. Bu təşkilata üzvlük yalnız dəvət əsasında mümkündür və yüksək akademik göstəricilərə malik şəxslərə təqdim olunur. Kənan Abdiyevin üzvlüyü, akademik müvəffəqiyyətlərinə əsaslanaraq Merilend Universitetinin “College Park” kampusunda ənənəvi mərasim ilə təsdiqlənib. Sözügedən mərasimdə çıxış edən Proqram iştirakçısı akademik uğurularında Azərbaycan dövlətinin xüsusi dəstəyini vurğulayıb. Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik! 👉🏻DAHA ƏTRAFLI

📚✍🏻İkili diplom proqramının uğurlu məzunları ilə görüşlər davam edir Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiy
+4
📚✍🏻İkili diplom proqramının uğurlu məzunları ilə görüşlər davam edir Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universitetin arasında birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramının “Bitki mühafizəsi” ixtisası üzrə ilk məzunlarından olan Fəridə Bayramova ilə həmin ixtisasın tələbələri arasında görüş təşkil edilib. 👉🏻 DAHA ƏTRAFLI

📚✍🏻 Dövlət Proqramı iştirakçısı “London Polymer Group 2025” simpoziumda iştirak edib Məlumat üçün bildiririk ki, Porqram iş
+2
📚✍🏻 Dövlət Proqramı iştirakçısı “London Polymer Group 2025” simpoziumda iştirak edib Məlumat üçün bildiririk ki, Porqram iştirakçısı Xədicə Axundova tədqiqat posteri ilə SEMS-nin (School of Engineering and Materials Science) daxilində keçirilən tədbirdə bütün tələbələr arasında “ən yaxşı poster” nominasiyasına layiq görülüb. Bu uğuru münasibətilə Xədicə Axundovanı məktəbin rəhbəri Prof. Hazel Screen də təbrik edib. Qeyd edək ki, Xədicə Axundova "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının "Queen Mary University of London" ali təhsil müəssisəsində “Mühəndislik" ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alır. Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik! #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #doktorantura #dpiq #proqramiştirakçıları #simpozium #akademikuğur

📚🥈 BMU - İNHA İkili Diplom Proqramı tələbəsi 2025 Robotex Azərbaycan-Avrasiya Çempionatında II yerin qalibi olub 👉🏻DAHA Ə
+1
📚🥈 BMU - İNHA İkili Diplom Proqramı tələbəsi 2025 Robotex Azərbaycan-Avrasiya Çempionatında II yerin qalibi olub 👉🏻DAHA ƏTRAFLI