fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Düşüncə Kitab Evim

Düşüncə Kitab Evim

رفتن به کانال در Telegram

▪️Ölkə daxili metrolara çatdırılma 3₼ ▪️Ölkə daxili poçt vasitəsilə - min 3₼ ▪️Ölkə xarici çatdırılmalar mövcuddur. ▫️Müəyyən kitabların sifarişlə çapı mümkündür. Əlaqə: 0703123313 - 0553323033

نمایش بیشتر
316
مشترکین
-124 ساعت
-37 روز
-630 روز
آرشیو پست ها
Ayətullah Xoyinin "Əl-Bəyan" adlı əsəri Quran elmlərinə dair yazılmış ən mühüm şiə mənbələrindən biridir. Kitab Quranın mahiy
Ayətullah Xoyinin "Əl-Bəyan" adlı əsəri Quran elmlərinə dair yazılmış ən mühüm şiə mənbələrindən biridir. Kitab Quranın mahiyyəti, vəhyin xüsusiyyətləri və Quranın tarixçəsi mövzularını elmi şəkildə araşdırır. Əsərdə Quranın təhrif olunub-olunmaması məsələsi geniş şəkildə müzakirə edilir və Xoyi açıq şəkildə Quranın təhrifdən qorunduğunu müdafiə edir. Müəllif Quranın möcüzəvi yönlərini, xüsusilə də onun bəlağət və fəsahətini əsas arqumentlərə izah edir. ✔️Sifariş üçün əlaqə saxlaya bilərsiniz. T.me/dusunce_kitab_evim
29 نوامبر, 03:12

Məkrdən, fırıldaqdan uzaq oldum, bilin, mən, Açdım düyünlərini səmanın mən, külün mən. Dünyada çox müdrikin sözlərini anladım
Məkrdən, fırıldaqdan uzaq oldum, bilin, mən, Açdım düyünlərini səmanın mən, külün mən. Dünyada çox müdrikin sözlərini anladım, Ancaq aça bilmədim sirrini ölümün mən. ✔️Sifariş üçün: 0703123313 - 0553323033 T.me/dusunce_kitab_evim
28 نوامبر, 23:08

Kitabda məşhur müsəlman filosofu İbn Sinanın "Həyy ibn Yəqzan" və "Quş risaləsi" adlı fəlsəfi-alleqorik əsərlərinin ilk azərb
Kitabda məşhur müsəlman filosofu İbn Sinanın "Həyy ibn Yəqzan" və "Quş risaləsi" adlı fəlsəfi-alleqorik əsərlərinin ilk azərbaycanca tərcüməsi oxuculara təqdim olurur. "Həyy ibn Yaqzan" müsəlman ədəbiyyatında ilk fəlsəfi alleqoriyalardandır və İbn Sinanın əsas fəlsəfi baxışlarını yığcam və rəmzi şəkildə əks edir. Əsər əqli-mənəvi səyahətin mərhələlərindən bəhs edir. Burada məqsəd vücudun bütün mərtəbələrini tanımaqla dünyaların padşahına çatmaq və kamillik dərəcəsinə yetişməkdir. ✔️ 0703123313 - 0553323033 T.me/dusunce_kitab_evim
28 نوامبر, 13:22

Kitab insanın təkamülünün erkən mərhələlərinə bir baxış xarakteri daşıyır. Əsas qəhrəman "Mağara insanları" adlandırılan qrup
Kitab insanın təkamülünün erkən mərhələlərinə bir baxış xarakteri daşıyır. Əsas qəhrəman "Mağara insanları" adlandırılan qrupun üzvüdür və hekayə onun gözü ilə, onun dilindən nəql edilir. Lakin nəql edən şəxs hadisələrə daha geniş baxış bucağından yanaşır, sanki üçüncü bir göz kimi kənardan baxaraq müdrik şərhlər verir. Bu şərhlər müasir insanın biliyi ilə insan təkamülünün ilkin dövrlərinin izahı kimi təqdim olunur. Yəni qəhrəman həm birinci şəxsin, həm də üçüncü şəxsin nəqlçi rolunu daşıyır. Hekayədə mağara insanları ila yanaşı daha inkişaf etmiş "Od insanları" və daha az inkişaf etmiş, heyvani xüsusiyyətlərə malik "Ağac insanları" da yer alır. ✔️Sifariş üçün əlaqə saxlaya bilərsiniz. T.me/dusunce_kitab_evim
28 نوامبر, 11:20

Düşüncə Kitab Evim: ▪️İnsanların həyatında sehr nə qədər rol oynayır? ▪️Onun vasitəsilə insanların həyatını dəyişmək mümkündü
Düşüncə Kitab Evim: ▪️İnsanların həyatında sehr nə qədər rol oynayır? ▪️Onun vasitəsilə insanların həyatını dəyişmək mümkündürmü? ▪️Görəsən nəzərə gəlməyin gerçəkliyi var və bəd-nəzər qüvvəsinə malik olan fərdlər mövcuddurmu? ▪️İslam maarifində ruh çağırmağın yeri haradır? ▪️Hipnotizmin xüsusiyyət və hökmü nədən ibarətdir? ▪️Görəsən bəxt bağlamaq bir gerçəklik hesab edilir, yoxsa xəyala aiddir? ▪️Dua yazanın işi cadugər və falçıların işi kimidirmi? ▪️Məsumlara (ə) ərizə yazmağın nə dərəcədə rolu var? ▪️Cinləri adi gözlə görmək mümkündürmü? ✔️ Sifariş üçün əlaqə saxlaya bilərsiniz. T.me/dusunce_kitab_evim
28 نوامبر, 06:39

▪️İnsanların həyatında sehr nə qədər rol oynayır? ▪️Onun vasitəsilə insanların həyatını dəyişmək mümkündürmü? ▪️Görəsən nəzərə gəlməyin gerçəkliyi var və bəd-nəzər qüvvəsinə malik olan fərdlər mövcuddurmu? ▪️İslam maarifində ruh çağırmağın yeri haradır? ▪️Hipnotizmin xüsusiyyət və hökmü nədən ibarətdir? ▪️Görəsən bəxt bağlamaq bir gerçəklik hesab edilir, yoxsa xəyala aiddir? ▪️Dua yazanın işi cadugər və falçıların işi kimidirmi? ▪️Məsumlara (ə) ərizə yazmağın nə dərəcədə rolu var? ▪️Cinləri adi gözlə görmək mümkündürmü? ✔️ Sifariş üçün əlaqə saxlaya bilərsiniz. T.me/dusunce_kitab_evim
28 نوامبر, 06:39
28 نوامبر, ~06:39

İmam Əli əleyhis-salam (danışmaq barəsində) buyurmuşdur: Danışın ki, tanınasınız. Çünki insan dilinin altında gizlənib. (Ağıl
İmam Əli əleyhis-salam (danışmaq barəsində) buyurmuşdur: Danışın ki, tanınasınız. Çünki insan dilinin altında gizlənib. (Ağıllılar və alimlər danışmayınca məqamları məlum olmaz. Cahil və nadanın danışmaması daha yaxşıdır. Çünki dilin bağlılığı qəbahət və rüsvayçılıqları gizli saxlayır.) Hikmətli sözlər - 384 ✔️Sifariş üçün əlaqə saxlaya bilərsiniz. T.me/dusunce_kitab_evim
26 نوامبر, 23:08

"O kamil insan bir hikmət qalxanına büründü. Ona yönəlib elm əldə etməkdən elmlə məşğul olmağa və onu tətbiq etməyə qədər hik
"O kamil insan bir hikmət qalxanına büründü. Ona yönəlib elm əldə etməkdən elmlə məşğul olmağa və onu tətbiq etməyə qədər hikmətin bütün ədəblərini öyrəndi. O öz ruhu üçiin hikməti axtardığı şey, hikməti tələb etməsini də özü üçün bir ehtiyac olaraq görmüşdür." ✔️ 0703123313 | 0553323033 T.me/dusunce_kitab_evim
26 نوامبر, 12:21

Qadın - Saleh Cəmiyyətin gizli Memarları📚 ✔️Sifariş üçün əlaqə saxlaya bilərsiniz. T.me/dusunce_kitab_evim
Qadın - Saleh Cəmiyyətin gizli Memarları📚 ✔️Sifariş üçün əlaqə saxlaya bilərsiniz. T.me/dusunce_kitab_evim
26 نوامبر, 08:17

Əlirza Pənahiyanın kitabları📚 ✔️Sifariş üçün əlaqə saxlaya bilərsiniz. 0703123313 - 0553323033 T.me/dusunce_kitab_evim
Əlirza Pənahiyanın kitabları📚 ✔️Sifariş üçün əlaqə saxlaya bilərsiniz. 0703123313 - 0553323033 T.me/dusunce_kitab_evim
26 نوامبر, 04:13

Xanım Zəhra (ə) Allahın əzəmət nurundan yaradılmış parlaq bir ulduzdur. Yer və göylər onun nuru ilə elə aydınlanmışdı ki, məl
Xanım Zəhra (ə) Allahın əzəmət nurundan yaradılmış parlaq bir ulduzdur. Yer və göylər onun nuru ilə elə aydınlanmışdı ki, mələklər səcdə etmiş və həmin nurun əzəməti barədə Allahdan soruşmuşdular. Xanım Zəhra (ə) Allahın bəşəriyyətin atası olan Həzrət Adəmi (ə) yaratmazdan öncə öz nurundan yaratmış olduğu insan simasında huri idi. Ona öz Ərşinin sütunu altında yer vermişdi və o, davamlı olaraq Allaha təsbih (Sübhanallah), təqdis (Sübbuhun Qüddus), təhlil (La ilahə illəllah) və təhmid (Əlhəmdülilləh) söyləməklə məşğul idi.. T.me/dusunce_kitab_evim
26 نوامبر, 00:09

Mən də Fatiməni (ə) bir neçə kəlmə ilə təqdim etmək istədim: "Fatimə (ə) böyük Xədicənin (ə) qızıdır" - dedim, kifayət etmədi
Mən də Fatiməni (ə) bir neçə kəlmə ilə təqdim etmək istədim: "Fatimə (ə) böyük Xədicənin (ə) qızıdır" - dedim, kifayət etmədi. "Fatimə (ə) Muhəmmədin (s) qızıdır" - dedim, kifayət etmədi. "Fatimə (ə) Əlinin (ə) xanımıdır" - dedim, kifayət etmədi. "Fatimə (ə) Həsən və Hüseynin (ə) anasıdır" - dedim, kifayət etmədi. Bütün deyilənlər az oldu və qərara gəldim ki, Fatimə Fatimədir! T.me/dusunce_kitab_evim
25 نوامبر, 12:21

İlahi, cəmiyyətimizin bütün fərdlərinin qulaqlarını vicdanın səsi ilə tanış et ki, onun səsi ilə öz yollarını insanlarla əlaq
İlahi, cəmiyyətimizin bütün fərdlərinin qulaqlarını vicdanın səsi ilə tanış et ki, onun səsi ilə öz yollarını insanlarla əlaqə saxlamağa xərcləsinlər və cəmiyyətin fərqli təbəqələrindən olan fərdlər onların qabiliyyətindən faydalansınlar.. ✔️Sifariş üçün əlaqə saxlaya bilərsiniz. T.me/dusunce_kitab_evim
25 نوامبر, 09:18

Aləmin zahiri ilə batininin arasındakı əlaqə səbəbilə bir-birlərindən qarşılıqlı olaraq təsirləndikləri kimi, insanın ruh və
Aləmin zahiri ilə batininin arasındakı əlaqə səbəbilə bir-birlərindən qarşılıqlı olaraq təsirləndikləri kimi, insanın ruh və bədəninin arasında da tam və kamil bir əlaqə var. Həm bədən ruha, həm ruh bədənə təsir edir. Əgər həm ruhun, həm də bədənin təmizliyinə riayət olunsa, ikilikdə insana çox böyük təsir edə bilərlər. Ona görə də insanın həm zahiri (bədən və libas paklığı kimi) təharətə, həm də batini (nəfs, əql, xəyal, vəhm, qəlb paklığı kimi) təharətə ehtiyacı var. Bədənin paklığı ruhun paklığı üçün başlanğıc olmalıdır. Ona görə də Ustad "təharət" bəhsinin əvvəlində belə deyir: "Bədənin pisliklərdən, çirkinliklərdən, düşüncələrimizin isə lazımsız fikirlərdən təmizlənməsi lazımdır'. Bədənin pisliklərdən pak olması həmin zahiri nəcasətdən paklanması deməkdir. Yəni insan çirkinlikləri və nəcasəti aradan aparandan sonra özünü paklamalıdır. ✔️ 0703123313 - 0553323033 T.me/dusunce_kitab_evim
25 نوامبر, 05:14

Varlığın harmoniyasının musiqisi insanın ruhunda oxuyarkən onun bəstələdiyi bütün musiqi və simfoniyaları bir kənara qoyub, s
Varlığın harmoniyasının musiqisi insanın ruhunda oxuyarkən onun bəstələdiyi bütün musiqi və simfoniyaları bir kənara qoyub, sadəcə gerçəyin səs və çağırışı ruhunu nəvaziş edərkən Doktor Cəfəridən nə gözləmək olar? Bu musiqi ilə onun bütün vücudu vəcdə gəlir, bununla da sonda yuxarıdan gələn bir neçə ah ilə həyat və varlığın məna və izahına yerləşən sevinc halı "olduğu kimi"dən "olması gərəkən kimi"yə çevrilir, yolçunu da həmin yola dəvət edir.. ✔️Sifariş üçün əlaqə saxlaya bilərsiniz. T.me/dusunce_kitab_evim
25 نوامبر, 02:11

Ustad Mühəqqiq Damad - Müqəddəs Cəhalətin faciəsi və Məhkəməsi kitabları. Bu kitab Kərbəlada İmam Hüseyn (ə) şəhid edən müsəl
Ustad Mühəqqiq Damad - Müqəddəs Cəhalətin faciəsi və Məhkəməsi kitabları. Bu kitab Kərbəlada İmam Hüseyn (ə) şəhid edən müsəlmanların hərəkatını fəlsəfi, psixoloji analiz edərək oxucuda fərqli fikir yaradır... 📖 2 cild, ümümi səhifə sayı 693. Mütləq oxunmalı! T.me/dusunce_kitab_evim
24 نوامبر, 23:08

Bədənində bu qədər çox yara varkən İmam Hüseyndə (ə) gördüyünüz bu şövq və ümid qeyb aləminin məfhumu ilə deyil, varlığı ilə
Bədənində bu qədər çox yara varkən İmam Hüseyndə (ə) gördüyünüz bu şövq və ümid qeyb aləminin məfhumu ilə deyil, varlığı ilə əlaqəli olan qəlbdən başqa bir şeylə əldə edilib?! ✔️Sifariş üçün əlaqə saxlaya bilərsiniz. T.me/dusunce_kitab_evim
24 نوامبر, 13:22

Bu kitabın məntiqində hakim, dövlət başçısı insan hüquqlarının əmanətdarı və müdafiəçisidir, onların qarşısında məsuldur. Əgə
Bu kitabın məntiqində hakim, dövlət başçısı insan hüquqlarının əmanətdarı və müdafiəçisidir, onların qarşısında məsuldur. Əgər bu ikisindən (hakim və xalq) birinin digəri üçün yaranmış olduğunu fərz etsək, o zaman demək lazımdır ki, xalq hakim üçün yox, əksinə, hakim xalq üçün yaranıb. Sədi Şirazi bu mənanı bir şeirdə bəyan etrnişdir: Qoyun çoban üçün deyil, Çoban ona xidmət etmək üçündür. ✔️sifariş üçün əlaqə saxlaya bilərsiniz. T.me/dusunce_kitab_evim
24 نوامبر, 11:20

..Ertəsi gün Hz.Peyğəmbər (s) Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseynlə (ə) birlikdə xristianların qarşısına çıxdı Xristia
..Ertəsi gün Hz.Peyğəmbər (s) Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseynlə (ə) birlikdə xristianların qarşısına çıxdı Xristianların başçısı onlara dedi. "Mənim gördüyüm kişi öz qərarında möhkəmdir, mübahiləyə şücaətlə gəlmişdir. Qorxuram ki, haqq olsa, ağır bəlaya düçar olaq!" Sonra üzünü Peyğəmbərə tutub dedi: "Ey Muhəmməd! Biz qərara gəldik ki, səninlə mübahilə yox, sülh edək!" Bəzi rəvayətlərdə isə onun belə dediyi nəql olunmuşdur:" Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər onlar Allahdan istəsələr, dağ yerindən qopar! Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız!" Fəxrəddin Razi bundan sonra yazır: "Həm keçmişdə, həm də indinin özündə şiələr bu ayəyə istinad edərək, Əlinin (ə) Peyğəmbərin (s) nəfsi və özü kimi bilirlər. Belə ki, bu ifadə onun Hz.Peyğəmbərin (s) bütün xüsusiyyətlərinə malik olduğunu və bütün səhabələrdən üstünlüyünü göstərir. Buna əsasən, Hz.Əli (ə) hamıdan fəzilətli sayılır." ✔️Sifariş üçün əlaqə saxlaya bilərsiniz. T.me/dusunce_kitab_evim
24 نوامبر, 07:16

Ruhun doğru yuxuda bədən olmadan, sonradan xüsusi bir zaman və məkanda ortaya çıxacaq hadisələrdə iştirak etdiyi deyildi. Yən
Ruhun doğru yuxuda bədən olmadan, sonradan xüsusi bir zaman və məkanda ortaya çıxacaq hadisələrdə iştirak etdiyi deyildi. Yəni idrak edən nəfs özünün doğru yuxusunda "zaman və məkan" məhdudiyyətindən xaric şəkildə, hələ özünə məxsus zamanda baş verməmiş bir səhnə ilə qarşılaşır. Bu, o deməkdir ki, insanın ruhu həmin hadisəni zaman və məkandan azad halda görüb. İnsanın nəfsi, o hadisənin zamanından azad olmasından və onu öz zamanından kənarda görməsindən əlavə, hətta həmin hadisənin məkanından da azad idi və o hadisə ilə onun xüsusi məkanından kənarda qarşılaşmışdı. Baxmayaraq ki, o hadisə hələ özünə məxsus məkanda baş verməmişdi.. ✔️Sifariş üçün əlaqə saxlaya bilərsiniz. T.me/dusunce_kitab_evim
24 نوامبر, 04:13