fa
Feedback
Ormilitarism

Ormilitarism

رفتن به کانال در Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

نمایش بیشتر
7 271
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-247 روز
-8130 روز
آرشیو پست ها
Vens: “Bəlkə də bir çoxları bundan xəbərdar deyil, lakin Əfqanıstanda vəziyyətin ən ağır dövründə oranı tərk edən son dövlətlərdən biri Azərbaycan olub. Buna görə Sizə təşəkkür edirik, cənab Prezident.”

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb.

Qayığın əsas təyinatı : Anti-sualtı və anti-səth döyüş missiyaları Kəşfiyyat, nəzarət və müşahidə Xüsusi əməliyyat qüvvələrinə dəstək və yerləşdirmə Tomahawk raketləri ilə atəş dəstəyi Minaəleyhinə döyüş missiyaları.

Peyk görüntüləri ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus, nüvə mühərrikli Virginia sinifli “USS South Dakota” (SSN-790) hücum sual
Peyk görüntüləri ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus, nüvə mühərrikli Virginia sinifli “USS South Dakota” (SSN-790) hücum sualtı qayığının Diego Garciada olduğunu təsdiqləyib.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıdadır.
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıdadır.

Khoriv 2.0». İlkin versiyadan böyüdülmüş korpusu ilə fərqlənir və daha çox faydalı yük daşımağa imkan verir. Şirkət bildirir ki, müvafiq sifariş olduğu halda bu tipdən 30–40 dron istehsal etmək mümkündür. Bundan əlavə, Ukraynanın 9-cu pilotsuz sistemlər briqadasının tərkibində «Neptun Shadow» adlı 443-cü dəniz dronları divizionunun formalaşdırıldığı məlum olub. Bu bölmə Ukraynada dördüncü ixtisaslaşmış ayrıca pilotsuz bölmədir.

Ukraynanın «Aquatechnique» şirkəti «Marichka» sualtı dronundan əlavə, öz istehsalı olan bir sıra ekipajsız katerləri də təqdi
+9
Ukraynanın «Aquatechnique» şirkəti «Marichka» sualtı dronundan əlavə, öz istehsalı olan bir sıra ekipajsız katerləri də təqdim edib. «Khoriv». Şirkətin 2023-cü ildə yığılmış ilk layihəsidir. Optik naqil ilə idarə olunan, 20–25 kq kütləyə malik döyüş başlığı daşıyan aşağısürətli drondur. «Harpoon». Optik naqil vasitəsilə 30 kilometrədək məsafədə idarəetmə həyata keçirilir. Alternativ idarəetmə variantları da mövcuddur ki, bu da dronun 80–100 kilometr məsafədə tətbiqinə imkan verir. Əvvəlki modeldən fərqli olaraq, «Harpoon» su reaktivli mühərriklə təchiz olunub. «Dzyga». Faydalı yükü 70 kq-dəkdir, maksimal sürəti 40 km/saat, hərəkət məsafəsi isə 70 kilometrədəkdir. Rabitə itirildiyi halda proqram təminatına hədəfin koordinatlarının daxil edildiyi avtopilot funksiyası əlavə olunub. Həm zərbə tapşırıqları, həm də təchizat məqsədləri üçün istifadə oluna bilər.

Zaporojye vilayətinin Zalizniçnoye qəsəbəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinin hücum cəhdi zamanı Avstraliyadan tədarük
+1
Zaporojye vilayətinin Zalizniçnoye qəsəbəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinin hücum cəhdi zamanı Avstraliyadan tədarük edilən M1A1 AIM Abrams tankının FPV-dronlarla vurulması.

Starlink terminallarının son vəziyəti

+3
Bəli ruslar bunu etdi FPV-dronlara qarşı nəzərdə tutulmuş eksperimental mühafizə sisteminə malik Rusiya istehsalı vasitə.

+5
Rostex xəbər verir ki, Birləşmiş Aviasiya Korporasiyası yenilənmiş silah kompleksi və bort sistemləri ilə təchiz olunmuş beşinci nəsil Su-57 qırıcılarının seriyalı yeni partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib. Təyyarələrin əvvəlki partiyası 2024-cü ilin noyabrında təhvil verilmişdi.

Ön cəbhədə bir 06

Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığı maraqlı bir video yayımlayıb. Kadrlarda 7 fevral tarixində hava hücumunun dəf edilməsi əks olunub. Görüntülər arasında hava hücumundan müdafiə raketlərinin buraxılışı da var və bu raketlərin konteyner tipli buraxılış qurğusuna bənzər bir sistemdən atıldığı ehtimal olunur. Lakin video göstərilən sistemi birbaşa və qəti şəkildə identifikasiya etmək olmur. Buna görə də bunun eyni platforma olduğunu tam demək mümkün deyil. Bununla belə, bu görüntülərin Britaniyada istehsal olunan Gravehawk hava hücumundan müdafiə sisteminin fəaliyyətini göstərən ilk açıq video olması ehtimal edilir.

Ukrayna NATO olmasın deyə əlləşərkən Cənubi Qafqaza ABŞ-ın gəldiyini görən rus :
Ukrayna NATO olmasın deyə əlləşərkən Cənubi Qafqaza ABŞ-ın gəldiyini görən rus :

Ermənistan ABŞ-dən V-BAT dronları alıb.
Ermənistan ABŞ-dən V-BAT dronları alıb.

Gələk texniki tərəfinə. Bəli Gripen əla qırıcıdır və bir çox funksiyaları ilə önə keçir. Onun əsas üstünlükləri hamıya məlumdur. Bəs təminat və parça dəstəyi necə olacaq? Bu qırıcının mühərriki ABŞ istehsalıdır. General Electric istehsalı mühərrikə malikdir. Tək matorludu. 6.5 milyard dolları biz iqtisadi və siyasi münasibətimiz olmadığı bir dövlətə riskə atmarıq. Atsaq belə Gripenlərin satışında ABŞ razılığı olmalıdır.

Bir neçə yerli media saytında və hərbi sənaye mənbələrində Azərbaycanın İsveçin Saab JAS 39 Gripen E/F döyüş təyyarələri ilə
Bir neçə yerli media saytında və hərbi sənaye mənbələrində Azərbaycanın İsveçin Saab JAS 39 Gripen E/F döyüş təyyarələri ilə maraqlandığı, bunun mümkün alınma variantı kimi baxıldığı barədə xəbərlər yayımlanıb. Amma heç bir rəsmi alım elan edilməyib və heç bir dövlət qurumu bu barədə təsdiqlənmiş məlumat verməyib. Gələk məsələnin siyasi tərəfinə. Azərbaycanın İsveç ilə silah alqı satqısı edəcək dərəcədə açıqlanmış siyasi əlaqəsi mövcud deyil. Son 1 il ərzində araşdırsaq görərik ki, biz tərəfdən İsveç ilə siyasi və iqtisadi görüşlər tamam başka məsələlər üzərində aparılıb. Azərbaycan siyasi olaraq bir başa əlaqə qurmadığı ölkələr ilə silah alış verişi etməyib. Təkcə Azərbaycan deyil bütün dövlətlər bu prinsiplə alış veriş edirlər. Təbiiki bura qara bazar ait deyil amma Gripen qara bazarda satılacaq vasitə deyil. 2030 a qədər 6.5 milyard dollarlıq bir alışdan söz gedir ki, buda Azərbaycan hərbi büdcəsindən təxmini 1.4 milyard çoxdur. Tək qırıcı alımı üçün bu məbləğ əlavə yükdür.

Yaxın şərqə göndərilən ABŞ qoşunlarının ümumi sayı və qoşun çeşidliliyi böyük bir hərbi əməliyyat üçün kifayət sayılacaq qədərdə deyil.