fa
Feedback
Ormilitarism

Ormilitarism

رفتن به کانال در Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

نمایش بیشتر
7 302
مشترکین
-324 ساعت
-217 روز
-6830 روز
آرشیو پست ها
OSINT tədqiqatçısı Monstas bildirir ki, Ukrayna tərəfindən Şahed tipli intihar dronlarının vurulma sayı artıb. Xüsusilə, okty
OSINT tədqiqatçısı Monstas bildirir ki, Ukrayna tərəfindən Şahed tipli intihar dronlarının vurulma sayı artıb. Xüsusilə, oktyabrda vurma nisbəti 79%, noyabrda 83,5%, dekabrda 80%, yanvarda 83,5% və fevralda 87% ikən, martda bu nisbət 90%-ə çatıb.

16 ədəd A-10C Yaxın Şərqə gəldi.

İran Bəhreyndə Amazon şirkətinin data mərkəzinə zərbələr endirib.

İsrail Müdafiə Qüvvələrinin (IDF) açıqlamasına görə, son iki gün ərzində İsrail 650 mərmi istifadə edərək 400 İran rejimi və SEPAH hədəflərinə zərbələr endirib. Hədəflər arasında hava müdafiə sistemləri, raket buraxılış məntəqələri, ballistik raketlərin və təyyarələrə yönəlmiş raketlərin istehsal və anbarları, eləcə də İran Müdafiə Nazirliyinin mərkəzi kompleksi daxil olmaqla 15 silah istehsal müəssisəsi olub.

Ukrayna FP-7 “Pelikan” ballistik raketini təqdim edib. Bu raket S-300 hava hücumundan müdafiə sisteminin 48N6 (5V55) zenit ra
Ukrayna FP-7 “Pelikan” ballistik raketini təqdim edib. Bu raket S-300 hava hücumundan müdafiə sisteminin 48N6 (5V55) zenit raketlərinə əsaslanaraq hazırlanıb. Hazırda bildirilir ki, FP-7 300 km-ə qədər məsafədə hədəfləri vurmaq qabiliyyətinə malikdir və 250 kq-lıq döyüş başlığı daşıyır. Ukrayna Silahlı Qüvvələri üçün daha güclü FP-9 ballistik raketi də hazırlanır. Onun mənzili 855 km-ə qədərdir və döyüş başlığı 800 kq-dır. Bu raketin iki ay ərzində təqdim ediləcəyi bildirilir. Raketin məqsədlərinin arasında Moskvaya zərbələr vurmaq olduğu açıq şəkildə deyilir.

Tehran

Azərbaycan ordu tarixinin əfsanəvi yetirməsi, Azərbaycan ordusunun ən böyük zabit itkilərindən biri. Milli Qəhrəman Murad Mirzəyevin şəhadətindən 10 il ötür.

Aprel döyüşlərindən 10 il keçir ! Bu yolda canından keçən qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm!
Aprel döyüşlərindən 10 il keçir ! Bu yolda canından keçən qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm!

İran qüvvələrinin Yaxın Şərqdəki ABŞ bazalarına zərbələrinin yeni nəticələri: Şimali Suriyanın Həsəkə əyalətində yerləşən Tel
+4
İran qüvvələrinin Yaxın Şərqdəki ABŞ bazalarına zərbələrinin yeni nəticələri: Şimali Suriyanın Həsəkə əyalətində yerləşən Tel-Beydar ABŞ bazasına zərbələr (1-ci foto); Küveytdə yerləşən Kemp-Arifcan ABŞ bazasında anqar və anbarların dağıdılması (2 və 3-cü fotolar); Küveytdə Hərbi Hava Qüvvələrinə məxsus Əli əl-Saləm aviabazasında anqarların zədələnməsi (4 və 5-ci fotolar).

ABŞ Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində İranın Shahed-171 (və ya Shahed-191) PUA-sı, ZRK 2K12 “Kub” kompleksinə aid 2P25 buraxılış qurğusu və boş zenit mövqeyi yaxınlığında park edilmiş pikap məhv edilib.

Ukraynaya məxsus kamikadze dronlar Krımdakı aerodromda Rusiyaya aid An-72P dəniz patrul təyyarəsini məhv edib.

ABŞ-İsrail hava zərbələri ilə bu gün Tehranın qərbində, Karac Şimalında yerləşən B1 körpüsünü vurub. Tehranı şimal bölgələrlə
+1
ABŞ-İsrail hava zərbələri ilə bu gün Tehranın qərbində, Karac Şimalında yerləşən B1 körpüsünü vurub. Tehranı şimal bölgələrlə birləşdirən əsas magistral layihənin bir hissəsi olan körpü zədələnib, bir neçə nəfər yaralanıb.

SEPAH-ın “Fatehin” xüsusi bölməsinin komandanı, briqada generalı Məhəmməd Əli Fətəlizadə hava zərbəsi nəticəsində öldürülüb.
SEPAH-ın “Fatehin” xüsusi bölməsinin komandanı, briqada generalı Məhəmməd Əli Fətəlizadə hava zərbəsi nəticəsində öldürülüb.

Çin dağlar, fəlakət zonaları və ya döyüş bölgələri kimi çətin çatılan və ya təhlükəli ərazilərə 600 kq‑a qədər yük daşıya bilən yeni ağır yük daşıyan helikopter tipli pilotsuz aparat təqdim edib.

Trinada və Tobaqo , Marşal Adaları , Çilinin iştirak etdiyi görüşə, Küveyt, Oman, Pakistan, Qətər, S.Ərəbistanı, Türkiyə Böyük Britaniya tərəfindən dəvət edilmib.

Böyük Britaniya Hörmüz boğazındakı vəziyyəti müzakirə etmək üçün aşağıdakı ölkələrin iştirakı ilə görüş keçirib :
Albaniya Avstraliya Bəhreyn Bolqarıstan Kanada Çili Xorvatiya Çexiya Danimarka Estoniya Finlandiya Fransa Almaniya İtaliya Yaponiya Kosovo Latviya Litva Marşal Adaları Moldova Monteneqro Yeni Zelandiya Nigeriya Şimali Makedoniya Norveç Panama Portuqaliya Cənubi Koreya Rumıniya Sloveniya İsveç Niderland Trinidad və Tobaqo Birləşmiş Ərəb Əmirlikləri

ABŞ-da NASA 54 ildən sonra ilk dəfə aya insan göndərib. NASA-nın dörd astronavtı daşıyan raketi Ay missiyası çərçivəsində uğurla start götürüb. Kosmik gəmi Yerdən rekord məsafədə 407 min km uzaqlaşacaq. Bu, pilotlu uçuşlar üçün indiyədək qeydə alınmış ən böyük məsafədir. Agentlik 2028-ci ilə qədər Aya eniş etməyi və peykdə baza qurmağı planlaşdırır.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcı təyyarəsi İranın Shahed-136 pilotsuz aparatını təqib etsə də, onu vurmağı bacarmır.

Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazının yenidən açılması üçün BMT-dən təcili tədbirlərin — o cümlədən mümkün hərbi güc tətbiqinin — təsdiqlənməsini istəyib.