Ormilitarism
رفتن به کانال در Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
نمایش بیشتر7 302
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-297 روز
-7230 روز
آرشیو پست ها
7 302
+3
Amerikaya məxsus USS Tripoli desant hücum gəmisi Arleigh Burke sinifli esmineslə birlikdə Hörmüz boğazının girişində, Oman sahillərindən təxminən 115 km, İrandan isə 465 km məsafədə müşahidə olunub.
Onun göyərtəsində ABŞ Dəniz Piyadalarının 31-ci ekspedisiya dəstəsi yerləşir. Ehtimal olunur ki, Trampın tətbiq etdiyi blokada çərçivəsində ələ keçirilmiş tankerlərə əməliyyatları məhz bu qüvvə həyata keçirir.
Maraqlıdır ki, Arleigh Burke sinifli iki esmineslə müşayiət olunan USS Abraham Lincoln aviadaşıyıcısı İrana daha da yaxın məsafədə — cəmi 330 km uzaqlıqda yerləşir ki, bu da İranın gəmiəleyhinə raketlərindən istifadə ehtimalı fonunda gəmi üçün risk yaradır.
7 302
Şənbə günü gedən döyüşlər zamanı Kidal bazasında “Afrika korpusu” və Mali Silahlı Qüvvələrinə qarşı FPV-dron zərbələri endirilib.
7 302
+6
Ukrayna GUR-u tərəfindən Rusiyaya məxsus yeni S-71K “Kovyor” (“Monoxrom”) döyüş sursatının qalıqları yayımlanıb.
Bu qanadlı raket/süzən döyüş sursatı 300 km-ə qədər məsafədə hədəfləri vurmaq və 250 kq-lıq döyüş başlığı daşımaq qabiliyyətinə malikdir.
Döyüş başlığı kimi OFAB-250-270 aviabombasından, mühərrik kimi isə kiçikhəcmli REYNOLDS R500 turboreaktiv mühərrikdən istifadə edir.
Bildirildiyinə görə, bu sursat Su-57 qırıcı təyyarəsindən atılır. Gələcəkdə S-70 “Oxotnik” ağır zərbə PUA-sından da buraxıla bilər.
7 302
Türkiyə ölkə üzrə milyonlarla dron istehsal etməyi planlaşdırır
SAHA İdarə Heyətinin sədri və BAYKAR-ın baş direktoru Haluk Bayraktar bildirib ki, Türkiyə 81 vilayətin hamısında dron istehsalı və təlim mərkəzləri yaratmağı planlaşdırır.
Məqsəd zərurət yarandıqda qısa müddətdə milyonlarla dron istehsal edə bilən ümumölkə şəbəkəsi formalaşdırmaqdır.
7 302
Bamako paytaxtı yaxınlığındakı Modibo Keyta adına Beynəlxalq Hava Limanındakı döyüşləri əks etdirən daha geniş video yayılıb. Döyüşdə “Afrika korpusu”nun döyüşçüləri və Mali Silahlı Qüvvələri iştirak edib.
Korpus tərəfdən döyüşə BMP-3, BTR-82A, bir neçə 590951 “Spartak”, “Tiqr-M” və Z-STS “Axmat” zirehli texnikasından ibarət qrup cəlb olunub, havadan isə Mi-24P helikopteri dəstək verib.
Uzaqda yerləşən Kidal ilə müqayisədə bu mövqe uğurla qorunub.
7 302
Təhvil verilmiş Kidal şəhərində tərk edilmiş Bayraktar TB2 PUA idarəetmə stansiyası və Mali ordusuna (FAMa) məxsus SX2190 yük maşınları.
Mali uzun müddətdir Türkiyə istehsalı “Bayraktar” PUA-larını alan ölkələrdən biridir və bu sistemlər daha əvvəl silahlı qruplaşmalara qarşı əməliyyatlarda mütəmadi istifadə olunub.
7 302
+1
Bir baxarsan Yusuf quyuda, çətin vəziyyətdədir, bir də baxarsan Yusuf Misirdə sultandır.
Ətrafınızda sizi başqaları ilə fərqləndirib, flankəs bu yaşında bunu etdi deyənlərə aldırmayın. Hər bir şəxsin özünə məxsus zamanı vardır.
7 302
+1
Şimali Koreyaa xarici hərbi əməliyyatlarda əldə olunmuş “müharibə qənimətləri”ni nümayiş etdirmək üçün açdığı muzeydə Leopard və Abrams tankları ilə yanaşı, BMC istehsalı olan Kirpi 1 və Kirpi 2 zirehli maşınlarını da sərgiləyib.
7 302
+2
İran ABŞ və İsrail Hərbi Hava Qüvvələri tərəfindən müharibə zamanı istifadə edilmiş CBU-58 kaset tipli aviabombalarının və onların BLU-63 sub-sursatlarının qalıqlarını əks etdirən görüntülər yayımlayıb.
7 302
Heyf…
Dünən Dnepropetrovskda aşkar edilən yeni AIM-120C-8 AMRAAM raketinin qalıq hissəsi.
Raketin “Geran-2” kamikadze dronlarını vurmaq üçün ya F-16 qırıcılarından, ya da NASAMS zenit-raket sistemindən istifadə edildiyi bildirilir.
7 302
Livanın cənubunda Taybə kəndində yaralıların təxliyəsi zamanı İsrail hərbçilərinin yaxınlığında “Hizbullah”a məxsus FPV-dronun zərbəsi.
7 302
Kadrlara əsasən FLA və JNIM silahlılarının Kidalda “Afrika korpusu”na məxsus bazada sərbəst hərəkət etdiyi görünür.
7 302
+1
Axios-un iddiasına görə, İsrail İranla müharibənin başlanğıcında “Iron Dome” (Dəmir Qübbə) zenit-raket kompleksinin bir batareyasını BƏƏ ərazisinə yerləşdirib.
Bu, həmin hava hücumundan müdafiə sisteminin İsrail və ABŞ-dan kənara ilk dəfə göndərilməsi kimi qiymətləndirilir.
Batareyanın köçürülməsi BƏƏ-yə məxsus C-17A Globemaster III və İl-76 hərbi nəqliyyat təyyarələrinin fevralın sonu – martın əvvəlində İsrailin Nevatim aviabazasına həyata keçirdiyi bir neçə uçuşla da təsdiqlənir.
7 302
+1
Döyüşlər zamanı FLA-JNIM silahlılarının ələ keçirdiyi “Afrika korpusu”/Mali ordusuna (FAMA) məxsus daha bir neçə zədələnmiş VP11 zirehli avtomobili.
Korpusun hərbçiləri arasında itkilərin olduğu bildirilir.
#Afrika
Mənbə: Hərbi Məlumatlandırıcı
7 302
Malidə “Afrika korpusu”na məxsus yanmış BTR-82A və VP11 zirehli avtomobili.
Daha əvvəl Kidal şəhərindən yayılan kadrlarda görünən və FLA-JNIM silahlıları tərəfindən ələ keçirilən “Tornado-U” zirehli yük maşını.
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
