Ormilitarism
رفتن به کانال در Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
نمایش بیشتر7 268
مشترکین
+324 ساعت
-107 روز
-7730 روز
آرشیو پست ها
7 266
YPG üzvləri Deyr əz-Zorun şərqində yerləşən Əl-Tayyana nəzarət-buraxılış məntəqəsindən tamamilə qaçıblar.
7 266
Suriya Xüsusi Təyinatlı Qüvvələri YPG/PKK üzvləri körpünü partlatmamışdan əvvəl Rakkanın qərbində yerləşən Şuayb əl-Zikr körpüsünə nəzarəti ələ keçirib.
7 266
+2
Sahədə kürdlərə qarşı sürətli və aqressiv hücum taktikası tətbiq olunur.
Suriya Ordusunun yaxın zamanda YPG/PKK nəzarətində olan Tabka hava bazasına daxil olacağı gözlənilir.
Tabkadan 3 fərqli istiqamət üzrə mülki əhaliyə xəbərdarlıq edilib.
7 266
Suriya Ordusu qaçmağa çalışan silahlı qrupların nəqliyyat vasitələrini kamikadze dronlarla vurub.
7 266
Fəratın qərb bölgəsi hərbi zona elan edilib
Qırmızı rənglə göstərilən zona: Suriya Ordusunun əməliyyat apardığı və nəzarət altına almağa çalışdığı ərazi. Bu sahə Tabka şəhərini və onun şərq-cənub istiqamətlərini əhatə edir.
Yaşıl rənglə göstərilən zona: Təhlükəsizləşdirilmiş və ya nəzarət altına alınmış ərazi. Xəritədə bu hissə Maskana və Deyr Hafir istiqamətinə düşür.
7 266
Suriya Ordusu Tabkanın cənubunda yerləşən Safyan neft quyularına nəzarəti ələ keçirib və Tabka hava limanı istiqamətində Tabkaya doğru irəliləyişini davam etdirir.
Tabkaya əlavə qüvvələrin göndərilməsi davam edir.
7 266
Cəlb olunan qüvvələrin qiymətləndirilməsi.
Videolardan birinə əsasən əməliyyatda iştirak edən helikopterlərin təxmini sayı müəyyən edilə bilər. Desant və müşayiət üçün 12 ədəd MH-60M, 5 ədəd MH-47G və əlavə olaraq 2 ədəd MH-60L/M (ehtimal ki, DAP versiyası). Reallıqda istifadə olunan helikopterlərin sayı, daha çox olub. 1-ci fotoda helikopter qrupunun təxmini marşrutu göstərilir.
1-ci videoda (2-ci fotoda narıncı bucaq) və 2-ci videoda (eyni fotoda mavi bucaq) şəhərdə elektrik enerjisi kəsildikdən sonra helikopterlərin Fort Tiuna vadisinə daxil olması görünür. Məlumatlar göstərir ki, qüvvələr bir neçə qrupa bölünüb: əsas qrup vadinin qərb hissəsi boyunca irəliləyib, sayca daha az olan qrup isə şərq cinahından yaxınlaşıb. Ehtimal ki, üçüncü qrup təpənin üst tərəfindən daxil olub. 6-cı fotoda üç qrupun təxmini uçuş sxemi verilib.
Həmin videoda iki MH-47G-nin gəlişi və üçüncü helikopterin enişi görünür (5-ci foto).
Videoda (geolokasiyası 7-ci fotoda göstərilib) iki MH-47G-nin aşağı ərazidə müəyyən bir zonaya doğru eniş etdiyi müşahidə olunur. 8-ci fotoda hər iki helikopterin eniş nöqtələrinin əlavə geolokasiyası təqdim edilib.
Venesuela Təhsil Nazirliyi tərəfindən 2025-ci ilin iyulunda yayımlanan rəsmi videoda Maduro bu eniş nöqtələrinə yaxın ərazidə videoya çəkilib. Maduronun burada qəhvə içməsi onun bu iqamətgahda vaxtaşırı olduğunu göstərir (9-cu foto).
İqamətgahın ərazisində böyük yaşayış evi yerləşir (10-cu foto). Bu, ərazidəki yeganə yeni tikilidir və tikintisinə 2018-ci ildə başlanıb. Ölçüləri və təcrid olunmuş mövqeyi nəzərə alındıqda, bu bina Maduronun şəxsi sığınacağı kimi istifadə olunub və bu da onu ələ keçirmə qrupunun əsas hədəfinə çevirib.
Uçuş trayektoriyalarının video materialların geolokasiyası ilə birləşdirilməsi konkret eniş zonasını müəyyən etməyə imkan verib. Bu cür analiz, sadəcə videolara baxmaqla müqayisədə yerdəki taktiki vəziyyətin daha dəqiq qiymətləndirilməsini təmin edir.
Nikolás Maduronun təsadüfən məhz bu ərazidə olması inandırıcı deyil. Onun son ictimai çıxışlarının geolokasiyası və mühafizə olunan, təcrid edilmiş iqamətgahın mövcudluğu 10.443637, 66.918400 koordinatlarını onun saxlanıldığı ən ehtimal olunan yer kimi göstərir.
Məlumdur ki, o, tez-tez yerini dəyişirdi, buna görə də ABŞ kəşfiyyatının məhz bu məkanı seçməsi məntiqli taktiki qərar olub. Fort Tiunanın digər hissələrindən nisbətən təcrid olunmuş olması Venesuela tərəfinin Cənubi Karakas istiqamətindən eniş və ya zərbə gözləmədiyini göstərir.
7 266
+9
“OSINT Me That” layihəsi tərəfindən ABŞ xüsusi təyinatlıları tərəfindən saxlanıldığı an Nikolás Maduronun təxmini harada olması ilə bağlı aparılmış analiz.
7 266
İranda hökumət qüvvələri tərəfindən öldürülən etirazçıların şəxsiyyətinin müəyyənləşdirilməsi davam edir.
7 266
Razılaşmanı yenidən pozuldu.
YPG/PKK üzvləri yaşayış məntəqəsinə yaxın ərazidəki patrulu hədəf alaraq Suriya Ordusunun 2 əsgərini öldürüb.
7 266
+9
GUR tərəfindən yayımlanan “Geran-2” kamikadze dronunun “Verba” raketi və onun ayrı-ayrı komplektləşdirici hissələrinin fotoları.
Qeyd olunur ki, raketin buraxma tətik mexanizmi kabel vasitəsilə daim basılı vəziyyətdə sabitlənib. Bu da hədəfə öz-özünə istiqamətlənən başlıq tərəfindən kilidlənən kimi avtomatik buraxılışı təmin edir.
Daha əvvəl aşkar edilmiş R-60 “hava–hava” sinifli raketlə təchiz olunmuş dron versiyasından fərqli olaraq, DZRK-lı versiya döyüş başlığına malikdir. 5-ci fotoda TBBÇ-50m termobarik döyüş başlığı göstərilir. Beləliklə, zenit raketi atıldıqdan sonra dron öz zərbə funksiyasını icra etmək qabiliyyətini saxlayır.
İnertial naviqasiya sistemində ilk dəfə olaraq Yaponiyanın Murata şirkəti tərəfindən istehsal olunan və 2024-cü ilin sonunda təqdim edilən ən yeni 6 oxlu inertial modul SCH1633-D0I-nin (8-ci foto) istifadə edildiyi qeydə alınıb.
7 266
Səriştəsizlik və ehtiyat hissələrinin çatışmazlığı Venesuela hava hücumundan müdafiə sistemində.
Venesuela Rusiya istehsalı olan hərbi texnikaya xidmət göstərməkdə ciddi çətinliklər yaşayıb. Nə ehtiyat hissələri, nə texnikaya qulluq nədə onu idarə etmək üçün yetərli texniki biliklər mövcud olmayıb.
Venesuela S-300 və “Buk” zenit-raket komplekslərini lazımi qaydada saxlayıb istismar edə bilməyib.
Hava hücumundan müdafiə sistemlərinin bir hissəsi radarlara qoşulmayıb;
Digər bir hissə isə hücum zamanı Katiya-la-Mar bölgəsində anbarlarda saxlanılırdı və ehtimal ki, uzun illərdir işlək vəziyyətdə olmayıb
Başqa bir hissə isə ABŞ Hərbi Hava Qüvvələrinin aviazərbələri ilə öz mövqelərində — La-Quayra limanında, La-Karlota aviabazasında və İqueroto hava limanında məhv edilib.
Uzun illər davam edən korrupsiya, zəif logistika və sanksiyalar Venesuelanın hava hücumundan müdafiə sistemlərinin döyüş hazırlığını,, aşağı salıb.
The New York Times belə nəticəyə gəlir ki, Venesuela hərbçilərinin səriştəsizliyi ABŞ-ın uğurunda mühüm rol oynayıb və Vaşinqtonun aylarla davam edən hədələrinə baxmayaraq, Venesuela ordusu Amerika əməliyyatı qarşısında hazırlıqsız yaxalanıb.
7 266
Bağlanmış ixrac müqavilələri üzrə Rusiya silahlarının sifariş portfeli rekord həddə — 70 milyard ABŞ dollarına çatıb.
Bu barədə Rusiya Federasiyasının birinci vitse-premyeri Denis Manturov prezident Vladimir Putinə təqdim etdiyi məruzədə bildirib.
7 266
Suriya Demokratik Qüvvələrinin (SDF) baş komandanı Mazlum Abdi bildirib ki, SDF-yə tabe olan qüvvələr şənbə günü, yanvarın 17-də saat 07:00-dan etibarən Hələb şəhərinin şərqindəki müdafiə mövqelərindən geri çəkilməyə başlayacaq və Suriyanın şimalında Fərat çayının şərqinə yenidən yerləşdiriləcək.
7 266
Jurnalist: “Ərəb və İsrail rəsmiləri sizi İrana zərbə endirməməyə razı saldılarmı?”
Tramp: “Məni heç kim razı salmadı, mən özüm qərar verdim. Dünən üçün 800-dən çox edam planlaşdırılmışdı. Onlar heç kimi edam etmədilər. Edamları ləğv etdilər. Bu, böyük təsir göstərdi.”
7 266
Cümə axşamı ABŞ-ın Venesuelanın paytaxtı Karakasda həyata keçirdiyi hərbi əməliyyat zamanı həlak olan 32 kubalının kremasiya edilmiş qalıqları Kubaya, Havanaya qaytarılıb. Öldürülən kubalılar Maduronu və onun həyat yoldaşını qoruyurdular.
7 266
Qrenlandiyaya yerləşdirilməsi planlaşdırılan Avropa hərbçilərinin siyahısı:
Fransa — təxminən 15 hərbçi
Almaniya — təxminən 13 hərbçi
Norveç — 2 hərbçi
İsveç — 3 hərbçi
Böyük Britaniya — 1 hərbçi
Finlandiya — 2 hərbçi
Niderland — 1 hərbçi
