Ormilitarism
رفتن به کانال در Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
نمایش بیشتر7 264
مشترکین
-824 ساعت
-167 روز
-8630 روز
آرشیو پست ها
7 263
İran itirildiyi təqdirdə Çin daha bir cəbhədə uduzmuş olacaq.
İran üzərində ABŞ la Çin mübarizəsi izləyə bilərik. Lakin Çin həmişəki kimi səssiz iş görməyə davam edir.
İrandakı Starlink blokadasına hazırda Çin peykləri kömək edir.
7 263
“İranlı vətənpərvərlər, etirazları davam etdirin və hökumət binalarını nəzarətə alın. Qatillərin və səlahiyyətdən sui-istifadə edənlərin adlarını yadda saxlayın — onlar bunun ağır bədəlini ödəyəcəklər. Etirazçıların əsassız şəkildə öldürülməsi dayanana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etmişəm. Yardım yoldadır.”
— Tramp
7 263
+1
SEPAH-ın tətbiq etdiyi internet blokadasına baxmayaraq, Tehrandan son dərəcə ağır görüntülər yayılmağa davam edir.
Iran International-ın məlumatına görə, İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülənlərin sayı artıq 12 min nəfərə çatıb.
7 263
+3
İlham Əliyev Ağdərədə Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub.
Bu mərkəzin yaradılmasında məqsəd xüsusi təyinatlı bölmələrin müxtəlif ərazi, relyef və hava şəraitində hazırlıqlarının təmin edilməsi, həmçinin beynəlxalq hərbi əməkdaşlıq sazişləri əsasında tədbirlərin, o cümlədən təlimlərin, kursların keçirilməsidir. Mərkəzin geniş ərazisində çoxsaylı şəxsi heyətin iştirakı ilə təlim və məşqlərin keçirilməsi mümkün olacaq. Burada təlim sahələrinin, o cümlədən atıcı və iriçaplı silahların atış, pilotsuz uçuş aparatlarının, o cümlədən zərbə dronlarının, müxtəlif simulyasiya, xüsusi əməliyyatların, sürücülük, üzgüçülük hazırlıqlarının məşq sahələri yaradılacaq.
7 263
+2
Yüngül təyinatlı antidron zenit-raket kompleksi Tempest ilk dəfə Ukrayna Silahlı Qüvvələrinin silahlanmasında görüntülənib.
V2X şirkətinin istehsalı olan bu kompleks 2025-ci ilin oktyabrında Vaşinqtonda keçirilən AUSA 2025 sərgisində təqdim edilib və AGM-114L Hellfire LongBow raketləri ilə silahlandırılıb.
Raket millimetr diapazonlu radiolokasiya tuşlama başlığı ilə təchiz olunub və 8 km-ə qədər məsafədə hədəfi məhv etmək qabiliyyətinə malikdir. Ehtimal olunur ki, kompleks proqramlaşdırılan kontaktsız partladıcı və qəlpəli-fuqas döyüş başlığına sahib AGM-114L-7 modifikasiyası ilə təqdim edilib.
Daha əvvəl Tempest ZRK-larının Ukraynaya tədarükü barədə heç bir məlumat olmayıb. Güman edilir ki, hava hücumundan müdafiə kompleksləri sınaq məqsədilə məhdud sayda, yəni tək-tək kopyalar ötürülüb.
7 263
Ukraynanın xarici legionları rəsmi olaraq ləğv edilib və onların şəxsi heyəti hücum qoşunlarına köçürülüb.
Xarici legionun dörd bölməsi yenidən təşkil edilərək digər strukturlara birləşdirilib. Belə ki, 1-ci və 3-cü beynəlxalq legionlar 475-ci hücum polkunun tərkibinə daxil edilib. 2-ci legion ləğv olunub, onun şəxsi heyəti də 475-ci əlahiddə hücum polkuna köçürülüb. 4-cü legion isə yenidən təşkil edilərək 157-ci təlim mərkəzinə çevrilib.
7 263
Tehranın Şimal-şərqi Tehranpars məhəlləsindəki videokadrlarda güclü silah səsləri eşidilir. Rəşid Ticarət Mərkəzinin yaxınlığında təhlükəsizlik qüvvələri tərəfindən avtomatik silahlar və pulemyotlarla açılan atəş nəticəsində yüzlərlə insan öldürülüb.
7 263
İranın Starlink-ə çıxışı bağlamaq üçün hərbi radioelektron maneə vasitələrini də işə salıb.
İran müxalifətinə yaxın IranWire xəbər saytının bildirdiyinə görə, əvvəlcə Starlink-in giriş və çıxış trafikinin təxminən 30 faizi pozulub, bu göstərici isə qısa müddətdə 80 faizdən yuxarı qalxıb.
7 263
Tehranın cənubunda yerləşən Kəhrizək Məhkəmə-Tibbi Ekspertiza Mərkəzindən tam görüntülər.
7 263
Kəhrizək Məhkəmə-Tibbi Ekspertiza Mərkəzində davam edən hökumət əleyhinə etirazlar zamanı öldürülən yaxınlarını axtaran ailələr. Görüntülərdə 001–250 aralığında say var. Təkrar şəkilləridə nəzərə alsaq bu, cümə axşamı gecəsi Tehranda azı 150-200 nəfərin öldürüldüyünü ehtimal etməyə əsas verir.
7 263
Cümə günü, 9 yanvar tarixinə aid görüntülərdə isə Kəhrizək Məhkəmə-Tibbi Ekspertiza Mərkəzində yüzlərlə cəsədin olduğu görünür.
7 263
Tehranın cənubunda yerləşən Kəhrizəkdən yayılan görüntülərdə toplanma məntəqəsində 20 yə yaxın tutulmuş meyit torbaları görünür. İddia olunur ki, bunlar son iki gecə ərzində təhlükəsizlik qüvvələri tərəfindən öldürülən etirazçılara aiddir. Yerli mənbələr isə bildirir ki, təkcə Tehranın özündə azı 200 nəfər həlak olub.
7 263
Lockheed Martin 2025-ci ildə 191 ədəd F-35 qırıcısının tədarük edildiyini açıqlayıb ki, bu da yeni rekord sayılır.
Hazırda F-35 qırıcılarının ümumi parkı 1300-dən çox təyyarəni ötür və onlar 19-dan artıq ölkədə istismar olunur. Bu da F-35-i ABŞ və müttəfiq ölkələr üçün əsas döyüş təyyarələrindən birinə çevirir.
Rekord göstəricilərlə yadda qalan il eyni zamanda qlobal satınalma öhdəliklərində artımla müşayiət olunub. İtaliya proqramını 25 təyyarə artırıb, Danimarka isə əlavə 16 ədəd F-35A almaq planlarını təsdiqləyib. Finlandiya və Belçika ilk F-35-lərini alıblar, Norveç isə Şimali Avropada bu qırıcıları tam şəkildə təhvil alan ilk ölkə olub.
Rusiya Hava-Kosmik Qüvvələrinin tərkibində olan Su-57 qırıcılarının sayı təxminən 32 ədəd olaraq qiymətləndirilir. 2028-ci ilə qədər silahlanmada 76 ədəd 5-ci nəsil Su-57 qırıcısının olması planlaşdırılır.
7 263
ABŞ-ın İran müdaxiləsi ilə bağlı bəzi KIV-lər yazsada hazır ki reallıq onu göstərir ki, ABŞ hər hansısa bir hərbi müdaxilə üçün hazırlıq görməyib. Bu cür hazırlıqları müasir dövrdə maskalamak mümkünsüzdür.
İranda baş verəcək hadisələrə müdaxilənin daha qısa və effektiv olacağı məntiqə daha uyğundur.
7 263
Raketin konstruksiyası ehtimal olunur ki, fərdi hədəflənən döyüş başlıqları olan, iki pilləli bərk yanacaqlı raketdir və döyüş bloklarının ayrılması üçün ayrıca mərhələyə malikdir.
Raketdə hər biri öz idarəetmə sistemi və mühərriki ilə təchiz edilmiş fərdi şəkildə ayrılan döyüş bloklarından ibarət yeni tip başlığın istifadə edildiyi ehtimal olunur.
Raketin bütün mərhələlərinin yürüş mühərrikləri bərk yanacaqlı raket mühərrikləridir.
Ehtimal olunur ki, döyüş bloklarının çıxarılması mərhələsi çoxlu mator çıxışlı bərk yanacaqlı mühərrik–qaz generatoru ilə idarə olunur.
Döyüş təchizatı: Raket qeyri-nüvə döyüş təchizatı daşıyır.
Ehtimala görə, buraxılışlar zamanı hər birində 6 döyüş elementi olan 6 qrupdan ibarət kaset tipli döyüş başlığı və ya HHM sistemlərini aldatmaq üçün ağır yalançı hədəflər dəsti istifadə olunub. Böyük ehtimalla döyüş elementləri sürətləndirici bərk yanacaqlı raket mühərrikləri ilə təchiz edilib. Gələcəkdə raketin nüvə döyüş başlığı variantının da istisna olunmadığı bildirilir. Döyüş elementlərinin səthinin qızma temperaturu təxminən 4000 dərəcəyə çata bilər.
Raket kompleksinin tərkibi: ehtimal olunur ki, “Oreşnik” RК-nın bir divizionuna aşağıdakılar daxildir:
– MZKT-79291 şassisi üzərində 3 ədəd “Oreşnik” avtonom buraxılış qurğusu;
– 15V240M tipli döyüş növbətçiliyinin təminatı maşını;
– 15V180 tipli döyüş idarəetmə maşını (komanda məntəqəsi);
– 15V190 tipli rabitə maşını;
– 15M69M tipli mühəndis təminatı və maskalanma maşını (ehtimal olunur);
– UTM-80M unifikasiya olunmuş istilik maşını (ehtimal olunur).
Ehtimal olunur ki, mobil yerüstü raket kompleksi üçün “Yars”, “Topol-M” və s. komplekslərdə olduğu kimi, müşayiət üçün təlim maşını da yaradılıb və ya yaradılacaq.
7 263
IRBM “Oreşnik” barədə məlum olanlar.
Komplekslə bağlı məlumatlar məxfi olduğu üçün, açıq mənbələrdə yer alan demək olar ki, bütün məlumatlar ehtimal statusunda sayılır.
“Oreşnik” orta mənzilli ballistik raketə malik raket kompleksidir. Kompleks Moskva Texnika İnstitutu (MİT) tərəfindən hazırlanıb. 2023-cü ilin iyul ayında ölkə rəhbərliyi tərəfindən qitələrarası ballistik raket “Rubej” bazasında qeyri-nüvə təchizatlı variantın hazırlanması barədə qərar qəbul edilib. Ehtimal olunur ki, “Kedr” adı altında bu tip kompleksin nəzəri işlənməsi 2022-ci ildən və ya daha əvvəl başlanıb. Raket MİT tərəfindən hazırlanmış digər raket kompleksləri – “Yars”, “Bulava” və s. üzrə toplanmış təcrübə əsasında yaradılıb.
7 263
+2
Geolokasiya məlumatlarına əsasən, “Oreşnik” raketinin döyüş başlıqlarının bir hissəsinin hədəfi Lvov hava limanı ərazisi və Lvov Dövlət Aviasiya Təmiri Zavodu (və ya onun yaxınlığındakı obyektlər) ola bilər.
