fa
Feedback
Ormilitarism

Ormilitarism

رفتن به کانال در Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

نمایش بیشتر
7 271
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-247 روز
-8130 روز
آرشیو پست ها
Türkiyənin ardınca, Misir Somalidə hərbi rolunu genişləndirərək əl-Şəbaba qarşı əks-terror əməliyyatlarını dəstəkləmək üçün b
+3
Türkiyənin ardınca, Misir Somalidə hərbi rolunu genişləndirərək əl-Şəbaba qarşı əks-terror əməliyyatlarını dəstəkləmək üçün bura helikopterlər, yüngül hücum təyyarələri yerləşdirib. Aktivlərəq Mi-24 hücum helikopterləri, Mi-17 nəqliyyat helikopterləri və AT-802 yüngül hücum/ISR təyyarələri daxildir.

Çində səhrada DF-31 qitələrarası ballistik raketinə aid olduğu düşünülən burun konusuna bənzər cism tapılıb. DF-31 (CSS-10) Çinin mobil, bərk yanacaqlı qitələrarası ballistik raketidir. 2006-cı ildən xidmətdədir. Bu raket ABŞ ərazisini mənzilinə ala bilir. Tək nüvə başlığı və ya çoxsaylı döyüş başlıqları (MIRV) daşıya bilər. Pekinin nüvə gücünün əsas elementlərindən biridir. Mənzili: təxminən 7 000 — 11 700 km

Təqaüddə olan türk generalları bildirirlər ki, terrorla mübarizə zamanı Türkiyə zəif kəşfiyyat səbəbindən İsrail istehsalı Heron PUA-larına güvənirdi, lakin bu dronlar yanlış koordinatlar verirdi, lazımi qaydada təhvil alınmamışdı və əksəriyyəti sonda qəzaya uğradı.

Sabah 3-4 günlük dağlara qalxıram. Mən nə vaxt dağa çölə getsəm hardasa əməliyyat başlayır. 3-4 gün səhifə biraz qeyri-aktif olacaq. Üzrlü sayarsız

ABŞ Silahlı Qüvvələrinə tədarük olunan F-35 döyüş təyyarələrinə Lockheed Martin tərəfindən quraşdırılan ballast yükünü. Bu, y
ABŞ Silahlı Qüvvələrinə tədarük olunan F-35 döyüş təyyarələrinə Lockheed Martin tərəfindən quraşdırılan ballast yükünü. Bu, yeni Northrop Grumman AN/APG-85 gəmi aviasiyası üçün radar sisteminin əvəzinə quraşdırılır. Çünki həmin radar hələ kütləvi istehsala verilməyib. Şəkildə ABŞ Dəniz Piyadaları Aviatsiyasının F-35B təyyarəsi görünür. Əvvəllər F-35 təyyarələrinə Northrop Grumman AN/APG-81 radarı quraşdırılırdı və bu radar bütün ixrac variantlarında hələ də istifadə olunur.

İordaniyada yerləşən Muwaffaq Salti aviabazasında, pilotsuz aparatlara qarşı mübarizə üçün xüsusi şəkildə uyğunlaşdırılmış Am
İordaniyada yerləşən Muwaffaq Salti aviabazasında, pilotsuz aparatlara qarşı mübarizə üçün xüsusi şəkildə uyğunlaşdırılmış Amerika F-15E Strike Eagle təyyarəsi. Təyyarə 6 ədəd LAU-131 blokuyla təchiz olunub və hər blokda 7 ədəd APKWS II raketi yerləşir (ümumilikdə 42 raket). Bundan əlavə, 2 ədəd AIM-120D AMRAAM “hava-hava” raketi və 4 ədəd AIM-9X Sidewinder “hava-hava” raketi daşıyır. Gövdə altında sağda Sniper pod, solda Lantirn pod.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 C-17, 16 ədəd KC-135 yanacaqdaşıyan təyyarə və 1 ədəd RC-135 Rivet Joint kəşfiyyat təyyar
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 C-17, 16 ədəd KC-135 yanacaqdaşıyan təyyarə və 1 ədəd RC-135 Rivet Joint kəşfiyyat təyyarəsi Qətərdə yerləşən Əl-Udeyd aviabazasında Çin peyki tərəfindən görüntülənib.

Belarusın Mogilyov vilayətində yerləşən “Kriçev-6” aerodromunun yeni peyk görüntülərində “Oreşnik” raket kompleksinə aid xara
+1
Belarusın Mogilyov vilayətində yerləşən “Kriçev-6” aerodromunun yeni peyk görüntülərində “Oreşnik” raket kompleksinə aid xarakterik maşınlar görünüb. 9 fevral 2026-cı il tarixli yayımlanmış görüntü açıq meydançalarda uzun, xarakterik 6 ədəd maşının olduğunu göstərir və onların ətrafında anqarların tikintisi aparılır. Xatırladaq ki, məhz Belarusun sərhədə yaxın yerləşən “Kriçev-6” aerodromu daha əvvəl bu kompleksin Belarus ərazisində yerləşdirildiyi məkan kimi müəyyən edilmişdi.

USS George H.W Bush əvəzinə, hazırda Karib dənizində aktiv olduğu zənn edilən dünyanın ən böyük təyyarədaşıyan gəmisi USS Gerald R. Ford Yaxın Şərqə yola düşmək üçün tapşırıq alıb və səfərə başlayıb.

Komso­molsk-na-Amur şəhərindəki Dzəmgi hava limanında peyk görüntülərinə eyni anda 15 Su-57, 18 Su-35S və 3 MiQ-31BM təyyarəs
+7
Komso­molsk-na-Amur şəhərindəki Dzəmgi hava limanında peyk görüntülərinə eyni anda 15 Su-57, 18 Su-35S və 3 MiQ-31BM təyyarəsi düşüb. Şəkildə ehtimal ki, son vaxtlar Rusiya Hava Qüvvələrinə təhvil verilmiş və ya təhvil verilməyə hazırlaşan təyyarələrin ən azı bir hissəsi əks olunub, çünki Su-35S və Su-57 təyyarələrinin yığımı məhz Dzəmgidə yerləşən Yu.A. Qaqarinin adına hava zavodunda aparılır.

+2
Rusiyaya məxsus “Geran‑2” PUA‑sı Türkiyənin Ordu şəhərinin sahilində tapılıb.

Çərşənbə günü Karib dənizində yanacaq ötürülməsi zamanı Arleigh Burke sinifli raket qırıcısı USS Truxtun (DDG-103) ilə Supply
Çərşənbə günü Karib dənizində yanacaq ötürülməsi zamanı Arleigh Burke sinifli raket qırıcısı USS Truxtun (DDG-103) ilə Supply sinifli sürətli döyüş dəstək gəmisi USNS Supply (T-AOE-6) toqquşub. Hadisə nəticəsində iki dənizçi yüngül xəsarət alıb.

El Paso sərhəd şəhərinin üzərində qısa müddətli hava sahəsinin bağlanması, Federal Aviasiya Administrasiyası (FAA) ilə Pentaqon rəsmiləri arasında dronlarla bağlı testlər barədə fikir ayrılığından qaynaqlanıb. Pentaqon Fort Bliss yaxınlığında dronları məhv etməyi təcrübədən keçirmək üçün hərbi texnologiyadan istifadə ilə bağlı geniş planlaşdırma aparmışdı. İstifadə olunan texnologiyanın yüksək enerjili lazer olduğu müəyyən edilib Təhlükəsizlik təsirləri barədə görüşlər planlaşdırılmışdı, lakin Pentaqon rəsmiləri texnologiyanı daha tez sınamaq istəyirdi və bəzi obyektlərin pilotsuz uçan vasitələrdən qorunmasını tənzimləyən ABŞ Kodu 130 tələblərinin yerinə yetirildiyini bildirirdi. Buna baxmayaraq, çərşənbə axşamı gecəsi FAA Administratoru Bryan Bedford Ağ Evə, Pentaqona və ya Daxili Təhlükəsizlik Nazirliyinə xəbər vermədən hava sahəsini bağlamağa qərar verib. Bedford rəsmilərə bildirib ki, hava sahəsi məhdudiyyətləri, məsələlər Pentaqon ilə həll olunana qədər təhlükəsizliyi təmin etmək məqsədilə qüvvədə olacaq.

Keçən ayın sonlarında BBC-nin Planet Labs vasitəsilə çəkdiyi peyk görüntülərində Qətərin Əl-Udeyd Hərbi Hava Bazasında əlavə
Keçən ayın sonlarında BBC-nin Planet Labs vasitəsilə çəkdiyi peyk görüntülərində Qətərin Əl-Udeyd Hərbi Hava Bazasında əlavə hava hücumundan müdafiə sistemlərinin, yerləşdirildiyi göstərilib.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli kanallar bu gün süni intellekt vasitəsilə hazırlanmış video paylaşıblar. Videoda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Abraham Lincoln (CVN-72) aviadaşıyıcısı və onun Zərbə Qrupuna qarşı Ərəbistan dənizində dronlar, sürətli hücum qayıqları, raketlər və sualtı qayıqlarla hücum səhnəsi təsvir olunub.

Əsas funksiyaları bunlardır: • Qırıcı təyyarələrin döyüş uçuşlarını yerinə yetirmək (pilotlar) • Təyyarələrin texniki xidməti və silahlandırılması • Hava hücumundan müdafiə və baza mühafizəsi • Kəşfiyyat, müşahidə və hədəf təyini • Yanacaq, logistika və təchizat təminatı • Komanda-idarəetmə və rabitə

ABŞ Hərbi Hava Qüvvələrinin 332-ci Ekspedisiya Hava Qanadının (332 AEW) hərbçiləri İordaniyadakı Muwaffaq Salti Hava Bazasına
ABŞ Hərbi Hava Qüvvələrinin 332-ci Ekspedisiya Hava Qanadının (332 AEW) hərbçiləri İordaniyadakı Muwaffaq Salti Hava Bazasına ön xətt üzrə yerləşdirilib

TikTok-da Benjamin Netanyahu tərəfindən repost edilən videoda, Ərəbistan dənizində yerləşdirilmiş ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Abraham Lincoln (CVN-72) aviadaşıyıcısı və onun Zərbə Qrupu ilə İran əleyhinə mümkün zərbələrdən bəhs olunur.

Bu paylaşdıqlarımın heç cüzi forması belə hazırda bölgədə yoxdur. Texnika və toplara girişmədim heç.

Uzaq Məsafəli və Strateji Bazalar : Diego Garcia (Hind Okeanı): B-52H Stratofortress (təxminən 20-25 ədəd) və B-1B bombardmançıları.