fa
Feedback
Ormilitarism

Ormilitarism

رفتن به کانال در Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

نمایش بیشتر
7 281
مشترکین
-1124 ساعت
-197 روز
-7730 روز
آرشیو پست ها
Yenə deyirəm bu İranın Rusiyaya verdiyi PUA-lar bu qədər dəqiq deyildi.

ABŞ ordusunun təmir anqarının (ehtimal olunur ki, BƏƏ-dəki) ərazisinə endirilən zərbənin nəticələri. Zərbə anında texniki xid
+1
ABŞ ordusunun təmir anqarının (ehtimal olunur ki, BƏƏ-dəki) ərazisinə endirilən zərbənin nəticələri. Zərbə anında texniki xidmətdə olan HMMWV zirehli avtomobilləri və Oshkosh M983 dartıcıları görünür.

İranın Küveytdəki ABŞ ordusuna məxsus Arifcan bazasına endirdiyi dəqiq zərbələrin nəticələri. Dörd binaya dörd raketin dəqiql
+5
İranın Küveytdəki ABŞ ordusuna məxsus Arifcan bazasına endirdiyi dəqiq zərbələrin nəticələri. Dörd binaya dörd raketin dəqiqlik ilə endirildiyi, bir neçə anbar anqarının dağıdıldığı və 7 peyk rabitə antennasından 6-nın məhv edildiyi görünür.

İranda əməliyyat başlamazdan bir neçə gün əvvəl, ABŞ ordusunun "Joint Interagency Task Force 401" (JIATF 401) hərbi qulluqçul
İranda əməliyyat başlamazdan bir neçə gün əvvəl, ABŞ ordusunun "Joint Interagency Task Force 401" (JIATF 401) hərbi qulluqçuları Ukrayna Silahlı Qüvvələrinin, Rusiyanın kamikadze dronlarının zərbələrindən necə qorunduğunu öyrənmək məqsədilə Kiyevə səfər ediblər. JIATF 401-in vəzifələrinə kiçik PUA-larla mübarizə vasitələrinin əldə edilməsi və bütün qoşun növlərində tətbiqi daxildir. Briqada generali Mett Rossun rəhbərlik etdiyi JIATF 401 nümayəndə heyətinin ötən həftə başa çatan Kiyev səfəri, ölkələr arasında əvvəllər müzakirə edilmiş potensial PUA tədarükü müqaviləsi ilə bağlı olub. JIATF 401 PUA-lara qarşı mübarizə məsələləri üzrə Ukrayna Silahlı Qüvvələri ilə müntəzəm əsasda qarşılıqlı fəaliyyət göstərir.

Hürmüz boğazında mina maneələrinin qurulması imkanları ilə bağlı Tehranın fərqli imkanları. Ənənəvi mina düzülüşü üçün nəzərd
+2
Hürmüz boğazında mina maneələrinin qurulması imkanları ilə bağlı Tehranın fərqli imkanları. Ənənəvi mina düzülüşü üçün nəzərdə tutulan müxtəlif klassik dəniz minaları ilə yanaşı, hədəf bölgəsinə "Fajr-5" uzaqmənzilli yaylım atəşli reaktiv sisteminin 333 mm-lik reaktiv mərmisi ilə çatdırılan dəniz minası variantı da mövcuddur. Bu taktika 2025-ci ilin yanvarında SEPAH-ın "Böyük Peyğəmbər-19" təlimləri zamanı açıq şəkildə nümayiş etdirilib.

İranın ballistik raket buraxılış qurğularını maskalamasının nümunəsi. Onlar yürüş zamanı çox vaxt adi mülki yük maşınları kim
+3
İranın ballistik raket buraxılış qurğularını maskalamasının nümunəsi. Onlar yürüş zamanı çox vaxt adi mülki yük maşınları kimi görünürlər. Fotoda məhv edilmiş belə buraxılış qurğularından biri əks olunub. Sistem ya raketi buraxmağa imkan tapıb, ya da hələ doldurulmayıb. Xaricdən buraxılış qurğusunun gözə çarpmayan mavi rəngli mülki yük maşını olduğu aydın görünür. Belə şəraitdə buraxılış qurğularını izləmək və hədəfləri seçmək üçün nəhəng kəşfiyyat resursları tələb olunur ki, bu da hər bir halda qaçılmaz olaraq yanlış nəticələrə və ilkin olaraq mülki olan maşınlara zərbələr endirilməsinə gətirib çıxaracaq.

Ukrayna Silahlı Qüvvələrinin "Starlink"lə təchiz edilmiş kamikadze dronlarının tətbiqi. Bu dəfə rəqib, Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri ilə yanaşı, körfəzlərdə gizlənən Qara Dəniz Donanması və Sahil Mühafizə gəmilərinə də aktiv şəkildə diqqət yetirməyə başlanılıb. Hədəflər : 2 ədəd proyekt 22460 "Okhotnik" keşikçi gəmisi; Proyekt 1496M1 dəniz yedək gəmisi; Proyekt 16640 yanğınsöndürmə gəmisi; Proyekt 02510 "BK-16" nəqliyyat-desant kateri. Həmçinin S-500 radiolokasiya stansiyası (RLS) və Ka-27 helikopterinə də zərbələr endirilib. Ordakı zərbələr tam aydın deyil. Çox güman ki, dronlar yaxınlığa düşüb. Əlbəttə ki, belə bir dronla hətta nisbətən iri gəmini batırmaq qeyri-mümkündür, lakin həssas modullara zərbə endirsə, gəmiyə ciddi zədə vurmaq və onu uzunmüddətli təmirə göndərmək mümkündür. Hətda yanğın dərhal önlənməzsə gəmi yararsız halada düşə bilər.

ABŞ İsrailə 151.8 milyon dollar dəyərində təcili silah satışını təsdiqləyib. Buraya 12,000 ədəd BLU-110 tipli 1,000 funtluq (
ABŞ İsrailə 151.8 milyon dollar dəyərində təcili silah satışını təsdiqləyib. Buraya 12,000 ədəd BLU-110 tipli 1,000 funtluq (təxminən 450 kq) gövdə daxildir.

İordaniyadakı aviabazada THAAD raketdən müdafiə sisteminin tərkib hissəsi olan zədələnmiş ABŞ-ın AN/TPY-2 radarı.
İordaniyadakı aviabazada THAAD raketdən müdafiə sisteminin tərkib hissəsi olan zədələnmiş ABŞ-ın AN/TPY-2 radarı.

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcını USS George H.W. Bush göndərməyə hazırlaşır.
ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcını USS George H.W. Bush göndərməyə hazırlaşır.

CENTCOM yazır : “Əvvəlcə İran rejimi beş gün ard-arda "USS Abraham Lincoln" (CVN 72) gəmisini batırdığını iddia etdi. İndi is
CENTCOM yazır : “Əvvəlcə İran rejimi beş gün ard-arda "USS Abraham Lincoln" (CVN 72) gəmisini batırdığını iddia etdi. İndi isə rejim iddia edir ki, aviadaşıyıcı möcüzəvi şəkildə yenidən üzə çıxıb və "İran raketləri və dronları ilə qarşılaşdıqdan sonra" "döyüş meydanını tərk edib". Daha nəsə deməyə ehtiyac varmı?”

Tehranın qərbində yerləşən Mehrabad Beynəlxalq Hava Limanı İsrail və ABŞ-ın endirdiyi zərbələrdən sonra yanır.
+1
Tehranın qərbində yerləşən Mehrabad Beynəlxalq Hava Limanı İsrail və ABŞ-ın endirdiyi zərbələrdən sonra yanır.

İraqın Milli Təhlükəsizlik Xidməti ölkədə şübhəli casusluq şəbəkəsini aşkar etdikdən sonra Polşa pasportu daşıyan və İsrail c
İraqın Milli Təhlükəsizlik Xidməti ölkədə şübhəli casusluq şəbəkəsini aşkar etdikdən sonra Polşa pasportu daşıyan və İsrail casusu olduğu iddia edilən beş nəfəri həbs etdiyini bildirib.

ABŞ, İordaniyada zərbə nəticəsində zədələnmiş THAAD raketdən müdafiə radarını təcili olaraq yenisi ilə əvəzləməyə çalışır.
ABŞ, İordaniyada zərbə nəticəsində zədələnmiş THAAD raketdən müdafiə radarını təcili olaraq yenisi ilə əvəzləməyə çalışır.

İranın pilotsuz uçuş aparatları Bəsrədəki Burcesiya neft kompleksi, Rumeyla neft yatağı və Bəsrə hava limanı daxil olmaqla bir çox enerji infrastrukturuna zərbələr endirib.

ABŞ, Şri-Lankadakı iranlı dənizçiləri geri İrana göndərməməyə çağırır. Şri-Lanka "Dena" gəmisindən 32 nəfəri xilas edib və "IRIS Booshehr"in 208 heyət üzvünü qonaq edib. Vaşinqton Şri-Lankadan dənizçiləri saxlamasını istəyir.

Səudiyyə Ərəbistanı Yaxın Şərqdə böyüyən münaqişəni yumşaltmaq və onun daha geniş müharibəyə çevrilməsinin qarşısını almaq üçün İranla birbaşa qeyri-rəsmi danışıqları intensivləşdirib.

Türk və digər xarici media qurumları bilərəkdən Azərbaycanın İranla müharibəyə hazırlaşdığını yazır və mövcud vəziyyəti daha da gərginləşdirməyə, insanlar arasında narahatlıq yaratmağa çalışır. Azərbaycanın bu gün gördüyü tədbirlər istənilən dövlətin qonşusunda müharibə getdiyi zaman gördüyü tədbirlər ilə eynidir. Zərər çekmiş tərəf olaraq isə Azərbaycan bunun cavab tədbirini əlbətdə verəcək ama bu zamanı yetişdikdə olacaq. İranla ümumi sərhəd boyu təkcə bir dənə Astara istiqamətində dağ silsiləsi var. Qalan hər yer düzənlikdir. Müharibə üçün nə qarşı tərəf nədə biz lazımlı mühəndis istehkam tədbiri görməmişik. Qüvvə artımıda yoxdur. Səbrli olun. İzləmədə qalın.

İsrail Xameneiyə məxsus olduğu bildirilən yeraltı kompleksin sxemini və giriş-çıxış animasiyasını hazırlayıb. Bildirilib ki, İAF'a məxsus 50 qırıcı təyyarə hücum zamanı 100-dən çox “Blue Sparrow” raketindən istifadə edib. Hər raketin çəkisi təxminən 1900 kiloqramdır.

Like qəhrəmanları o qədər savadsızdır ki, video paylaşanda da fikirləşmirlərki rənglər dəyişilib… Amma onlarda bu qram savad
Like qəhrəmanları o qədər savadsızdır ki, video paylaşanda da fikirləşmirlərki rənglər dəyişilib… Amma onlarda bu qram savad bir qram mənlik olsa idi ümumən bu görüntülər olmazdı.