Technote
رفتن به کانال در Telegram
2 550
مشترکین
-124 ساعت
-57 روز
-2230 روز
آرشیو پست ها
2 550
TikTok Shop istifadəçilər üçün rəqəmsal hədiyyə kartları funksiyasını aktiv edib. Yeni imkan dostlara və ailə üzvlərinə tətbiq daxilində milyonlarla məhsuldan seçim etməyə şərait yaradır. Hədiyyə kartları hazırda yalnız ABŞ bazarında mövcuddur.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
NASA Hubble ilə Fomalhaut ulduzu ətrafında nadir kosmik hadisənin izlərini aşkar edib. Alimlər müşahidə olunan obyektin planet deyil, iki iri kosmik cismin toqquşması nəticəsində yaranan dağıntı buludu olduğunu bildirir. Bu hadisə planetlərin formalaşma prosesinin hələ də davam edə biləcəyini göstərir.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
Google süni intellekt strategiyasında dəyişiklik edərək Assistant-dan Gemini-yə keçidi təxirə salıb. Şirkət bildirir ki, keçidin problemsiz olması üçün daha çox zamana ehtiyac var. Prosesin 2026-cı ilin əvvəlinə qədər uzana biləcəyi qeyd olunur.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
Google və Apple əməkdaşlarına yaxın müddətdə beynəlxalq səfərlərdən çəkinməyi tövsiyə edib. Buna səbəb ABŞ vizalarına baxılma müddətinin uzanması və qeyri-müəyyənliyin artmasıdır. Xüsusilə etibarlı H-1B viza möhürü olmayanlar üçün risklərin yüksəldiyi bildirilir.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
OpenAI ChatGPT üçün yeni fərdiləşdirmə funksiyasını istifadəyə verib. Bu yeniliklə istifadəçilər çatbotun entuziazmını, emoji istifadəsini, eləcə də başlıq və siyahılardan yararlanma səviyyəsini tənzimləyə bilirlər. Ayarlar Personalization bölməsində yerləşir.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
SpaceX Starlink peyklərindən birində texniki nasazlıq baş verdiyini açıqlayıb. Hadisə nəticəsində kiçik miqyaslı partlayış qeydə alınıb və peykin orbitində təxminən 4 km azalma olub. Şirkət peyk qalıqlarını NASA ilə birlikdə izləyir.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
TikTok ABŞ hökuməti ilə gərginlik səbəbilə ABŞ-dəki biznesinə nəzarəti amerikalı investorlar qrupuna təhvil verir. Yeni struktur “TikTok U.S. Joint Venture” formatında qurulacaq. Məqsəd platformanın ABŞ-də fəaliyyətinin davamını təmin etməkdir.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
OpenAI ChatGPT üçün sabitlənmiş söhbətlər funksiyasını təqdim edib. Bu yenilik vacib dialoqları sol menyuda yuxarı hissədə saxlamağa imkan verir. Funksiya veb, iOS və Android versiyalarında mövcuddur.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
Honda çip çatışmazlığından təsirləndiyi üçün Yaponiyada 5–6 yanvar tarixlərində istehsalı dayandıracaq. Çindəki üç Guangqi Honda zavodunda isə fasilə 29 dekabr-2 yanvar tarixlərini əhatə edəcək.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
ChatGPT mobil tətbiqi yeni rekord müəyyənləşdirib. Tətbiq 2023-cü ilin mayından bu günə qədər iOS və Android-də 3 milyard dollar istehlakçı xərci toplayıb. Bu məbləğin 2,48 milyard dolları yalnız 2025-ci ilin payına düşür.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
iPhone 17 Pro və Pro Max üçün Selfix adlı yeni ağıllı örtük qoruyucusu təqdim olunub. Örtük arxa kameralarla selfi çəkmək üçün ikinci ekran əlavə edir və yaddaşı 2 TB-a qədər artırmağa imkan verir. Məhsulun 2026-cı ilin əvvəlində satışa çıxarılması planlaşdırılır.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
Apple M5 Max prosessorlu yeni iMac Pro modelini test edə bilər. Yeni sızıntılar görə, daxili test fayllarında bu modelə aid istinadların yer aldığını göstərir. Və cihazın Apple Silicon əsaslı olacağı bildirilir.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
Tesla elektromobilləri üçün Starlink peyk internetinin inteqrasiyasını nəzərdə tutan yeni patent müraciəti edib. Patent avtomobil damının radio dalğalarına şəffaf dizaynını təsvir edir. Bu yanaşma peyk rabitəsinin daha effektiv işləməsinə imkan yarada bilər.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
NASA-nın yeni rəhbəri nəhayət təsdiqlənib. ABŞ Senatı milyarder Jared Isaacman-ın agentliyin administratoru vəzifəsinə təyinatını səs çoxluğu ilə qəbul edib. Isaacman NASA-nı ciddi büdcə və kadr çətinlikləri fonunda idarə edəcək.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
OpenAI ChatGPT üçün App Directory adlı yeni tətbiq kataloqunu təqdim edib. Bu yenilik ChatGPT daxilində mövcud olan bütün alətləri və tətbiqləri bir araya gətirir. İstifadəçilər artıq tətbiqlərdən daha interaktiv yararlana biləcəklər.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
TikTok 2025-ci il üzrə Azərbaycan istifadəçilərini ən çox ilhamlandıran kontent yaradıcıları və trendlərini açıqlayıb. Platformada kulinariya, təhsil, səyahət, milli mədəniyyət və yerli biznes kontenti ön plana çıxıb. İl ərzində yaradıcı və maarifləndirici paylaşımlar geniş auditoriya qazanıb.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
OpenAI ChatGPT üçün yeni görüntü yaratma modeli GPT-Image-1.5-i təqdim edib. Yeni model daha dəqiq redaktə imkanları və 4 dəfəyə qədər sürətli generasiya təklif edir. GPT-Image-1.5 bütün istifadəçilər üçün mərhələli şəkildə əlçatan olacaq.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
Meta ağıllı eynəkləri üçün Conversation Focus adlı yeni Sİ funksiyasını istifadəyə verir. Bu funksiya səs-küylü mühitlərdə danışan şəxsin səsini ön plana çıxarır. Yeniləmə eyni zamanda Spotify üçün multimodal Sİ imkanlarını da əhatə edir.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
Instagram Reels artıq yalnız mobil ekranlarla məhdudlaşmır. Platforma IG for TV adlı yeni təcrübəni Amazon Fire TV cihazlarında sınaqdan keçirməyə başlayıb. Bu addım YouTube-la TV məkanında rəqabəti gücləndirməyi hədəfləyir.
📰 Xəbəri daha ətraflı oxu.
2 550
Kaliforniya DMV Tesla-nın Autopilot və FSD sistemlərini reallıqdan daha inkişaf etmiş kimi təqdim etdiyini açıqlayıb. Bu səbəbdən şirkətdən reklam materiallarını dayandırmaq və ya dəyişmək tələb olunub. Qərarın icrası 90 günlüyə təxirə salınıb.
📰 Xəbəri daha ətraflı oxu.
