2 831
مشترکین
-324 ساعت
-127 روز
-5530 روز
آرشیو پست ها
2 831
Azpulse kanalı 24 saat sizin xidmətinizdədir və xəbərləri ən operativ və yumor dili ilə sizlərə çatdırır
https://t.me/azepulse
2 831
Gücümüz raketdən deyil, Allahdandır!
Biz elə düşünürük ki, bir gücümüz var, amma həqiqət budur ki, hər bir hərəkət, hər bir fikir və hər bir addım Allahın qüdrətinin təcəllisidir.
Biz heç nəyik, O isə hər şeydir.
İmam Xomeyni (r)
2 831
5⃣
Sonda, sərvərimizə (Allah onun zühurunu tezləşdirsin) müraciətlə bildirirəm ki, biz Uca Allaha imanla, məsum imamlara (Allahın salavat və salamı onların üzərinə olsun) təvəssüllə və şəhid rəhbərimizi örnək götürərək, sizin bayrağınız altında küfr və istikbar cəbhəsinin qarşısında dayanmışıq. Eyni zamanda bu yolda ölkənin izzəti, müstəqilliyi, eləcə də İslamın və İslam İnqilabının ucalması naminə müxtəlif təbəqələrdən olan dəyərli şəhidlər vermişik və digər itkilərlə də üzləşmişik.
İndi isə bütün varlığımızla, istər danışıqlar meydanında, istərsə də döyüş meydanında düşmən üzərində qəti qələbə üçün sizin xüsusi dualarınıza ümid bağlamışıq və ümid edirik ki, tezliklə həm biz, həm də düşmənlərimiz onun möcüzəvi təsirini müşahidə edəcəyik, inşallah.
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkətuh.
Seyyid Müctəba Hüseyni Xamenei
20 / Fərvərdin / 1405
(09/ Aprel/ 2026)
❗️ Abunə olun: Rəhbər
2 831
4⃣
Şəhid rəhbərimiz rəhbərlik məsuliyyətini üzərinə götürdüyü zaman, İslam Cümhuriyyəti düşmənlərin çoxsaylı zərbələrinə məruz qalmış bir fidan kimi idi, lakin bütün bu zərbələrə dözümlə sinə gərmişdi. Lakin təxminən 37 ildən sonra ümmətin rəhbərlik kürsüsünü tərk edərkən, kökləri möhkəm olan və budaqları regionun və dünyanın mühüm hissələrinə kölgə salan bir “mübarək ağac” qoyub getdi.
“Daha güclü İran”a nail olma yolu cəmiyyətin müxtəlif təbəqələri arasında birliyin təmin edilməsindən keçir ki, bu da onun tərəfindən dəfələrlə vurğulanmışdır.
Bu birliyin nəzərəçarpan hissəsi son qırx gün ərzində reallaşmışdır. Belə ki, insanların qəlbləri bir-birinə yaxınlaşmış, fərqli baxışlara malik qruplar arasında olan buzlar əriməyə başlamış, hamı vətən bayrağı altında birləşmiş və bu birliyin həm sayı, həm də keyfiyyəti gündən-günə artmaqdadır.
Hələ bu cür iştiraka yaxından qoşula bilməyən bir çox insanlar da ürəkdən meydanlarda olanlarla həmrəy və həmfikirdirlər.
Bu günlərdə bir çox insan uzaq perspektivlərə yönələrək sivilizasiya baxışını təcrübə edir və özü üçün xəyali deyil, əksinə, indiki və gələcək reallıqlara əsaslanan bir təsəvvür formalaşdırır.
Bu, hələ bir müddət əvvəl yalnız şəhid rəhbərin başçılıq etdiyi azsaylı bir qrupda müşahidə olunan bir xüsusiyyət idi.
Məhz buna görə hər bir müşahidəçi bu xalqın sürətli və sanki möcüzəvi inkişafını dərk edir. Təsadüfi deyil ki, bu günlərdə dövrün adlı-sanlı müdriki və yüksək məqamlı fəqihi bu mövzudan danışarkən qəhər onun səsini düyünləyir və sözünü davam etdirməkdə çətinlik çəkirdi. (Ayətullah Cavad Amuli nəzərdə tutulur)
Yaranmış fürsətdən istifadə edərək İranın cənub qonşularına deyirəm ki, siz hazırda bir möcüzənin şahidisiniz. Buna görə də düzgün görün, düzgün dərk edin və düzgün mövqedə dayanın, həmçinin şeytanların yalan vədlərinə qarşı bədgüman olun.
Biz hələ də sizə qardaşlığımızı və xeyirxahlığımızı göstərmək üçün sizdən münasib bir reaksiya gözləyirik. Bu isə yalnız sizin hegemonlardan üz döndərməyinizlə mümkün olacaq. Hansı ki, onlar sizi alçaltmaq və istismar etmək üçün heç bir fürsəti əldən vermirlər.
Hamı bilməlidir ki, Uca Allahın izni ilə biz ölkəmizə hücum etmiş cinayətkar təcavüzkarları mütləq cəzasız qoymayacağıq. Mütləq şəkildə vurulmuş bütün zərərlərin təzminatını, şəhidlərin qan bahasını və bu müharibənin əlillərinin diyəsini tələb edəcəyik və mütləq Hörmüz boğazının idarəsini yeni mərhələyə keçirəcəyik.
Biz müharibə istəməmişik və istəmirik, lakin heç bir halda öz haqq-hüquqlarımızdan geri çəkilməyəcəyik və bu istiqamətdə bütün müqavimət cəbhəsini vahid şəkildə nəzərdə tuturuq.
Bu mərhələdə haqqımız olanın tam əldə olunmasına qədər, ilk növbədə bütün xalq bir-birinə qarşı diqqətli olmalı və yaranan çətinliklərə dözümlə yanaşmalıdır ki, müharibənin qaçılmaz nəticəsi olan çatışmazlıqların yükü cəmiyyətin müxtəlif təbəqələrinə daha az təsir etsin.
Əlbəttə ki, bu çatışmazlıqlar qarşı tərəfdə bəzi hallarda qat-qat daha çoxdur. Buna baxmayaraq, dövlət və digər qurumlarda çalışanların fasiləsiz səyləri nəticəsində vəziyyət ölkə daxilində əhəmiyyətli dərəcədə nəzarət altına alınıb.
İkincisi beynin və qəlbin pəncərəsi olan qulaqlarımızı düşmənin dəstəklədiyi və ya onunla həmrəy olan media vasitələrinə qarşı qorumaq zəruridir. Şübhəsiz ki, həmin media qurumları İran dövləti və xalqının xeyrini güdmür və bu, dəfələrlə sübut olunmuşdur.
Buna görə ya ümumiyyətlə onlarla təmasdan və istifadə etməkdən çəkinməliyik, ya da ən azı onların təqdim etdiyi hər bir məlumatı ciddi sui-zənn ilə qarşılamalıyıq.
Üçüncüsü, əziz xalq hər nə qədər öz əzəmətli rəhbərinin şəhadəti ilə bağlı rəsmi matəm müddətinin başa çatması ilə yas libasını üzərindən çıxarsa da, onun pak qanının, ikinci və üçüncü məcburi müharibənin bütün şəhidlərinin intiqamını almaq üçün qətiyyətli iradəni öz ruhunda və qəlbində diri saxlayacaq, həmçinin onun həyata keçməsini daim gözləyəcəkdir.
🔽🔽🔽
2 831
3⃣
Qeyd etmək lazımdır ki, bu böyük şəxsiyyətin həm mənəvi, həm də zahiri inkişaf prosesi sonrakı mərhələlərdə də davam etmişdir.
İndi isə böyük şəxsiyyətlərin, xüsusilə də belə bir insanın davranışlarından dərs götürmək baxımından, çox yerinə düşər ki, bir-birimizə qarşı səmimi xeyirxahlıq və qarşılıqlı dəstəyi öz həyat qaydamıza çevirək. Çünki bu xüsusiyyət və onunla yanaşı ilahi geniş mərhəmətə yönəlmək, haqq bayrağı altında dayananlarla batil bayrağı ətrafında toplaşanlar arasındakı mühüm fərqi müəyyən edir. Şübhəsiz ki, belə bir yolun davam etdirilməsi səma qapılarının açılmasına və müxtəlif ilahi, qeybi yardımların nazil olmasına səbəb olacaqdır. Belə ki, bu yardımlar rəhmət yağışının yağmasından tutmuş düşmən üzərində qələbəyə, hətta elmi və texnoloji inkişaflara qədər uzanır.
Bu günlərdə tez-tez eşidilir ki, əziz xalqın müxtəlif qrupları haqlı olaraq və müəyyən həsrətlə o bənzərsiz dövrü xatırlayır və getdikcə onun yüksək şəxsiyyətinin daha çox parlaq tərəfləri üzə çıxır.
Eyni zamanda, onun müəyyən davranışlarını örnək götürmək meyli də tədricən geniş yayılır. O cümlədən, əziz xalqımız onun şəhadəti anında sıxılmış yumruğundan dərslər çıxarmış və bu gün həmin sıxılmış yumruq bəziləri üçün ortaq bir əqidə rəmzinə çevrilmişdir.
Beləliklə, bir daha sübut olunur ki, şəhidin təsiri diri insandan daha güclüdür və onun tövhidə dəvət, haqq axtarışı, zülm və fəsada qarşı mübarizə çağırışı həyatda olduğu dövrlə müqayisədə daha gur səslənir və mesajı daha təsirli olur. Həmçinin bu böyük şəhidin bu xalqın və digər müsəlman xalqlarının səadətinə yönəlmiş ürəkdən arzuladığı məqsədlər indi əvvəlkindən daha çox reallığa yaxınlaşmışdır.
Əziz həmvətən qardaşlar və bacılar! Bu günə qədər, üçüncü müqəddəs müdafiə salnaməsinin bu mərhələsində əminliklə demək olar ki, siz qəhrəman İran xalqı bu meydanın qəti qalibi olmusunuz.
Bu gün İslam Cümhuriyyətinin böyük bir güc kimi yüksəlişinin ilk əlamətləri və hegemon qüvvələrin zəifləmə yoluna düşməsi hamının gözü qarşısında aydın şəkildə görünməkdədir.
Bu, şübhəsiz ki, şəhid rəhbərimizin və digər şəhidlərin, məzlum həmvətənlərimizin və Minabın “Şəcərəyi-Təyyibə” məktəbinin solmuş güllərinin qanı, eləcə də xalqın bütün təbəqələrinin ilahi dərgaha yönəlmiş duaları, onların meydanlarda, məhəllələrdə və məscidlərdə mücahidcəsinə iştirakı, həmçinin Sepah, ordu, polis qüvvələri, adsız əsgərlər və sərhədçilər sıralarında İslam döyüşçülərinin fədakar, minnətsiz və səmimi canfəşanlıqları sayəsində İran xalqına bəxş olunmuş ilahi bir nemətdir.
Bu nemətə də digər nemətlər kimi şükür olunmalıdır ki, davamlı və artan olsun. Necə ki, Quranda buyurulur: “Əgər şükür etsəniz, mən sizə (nemətimi) artıraram.”
Bu nemətin əməli şükrü isə güclü İranın qurulması istiqamətində fasiləsiz səylər göstərməkdir.
Hazırkı mərhələdə, şəhid rəhbərin bu şüar və strateji məqsədinə nail olmaq üçün zəruri olan əsas amil, əziz xalqımızın son qırx gündə olduğu kimi öz davamlı iştirakını qoruyub saxlamasıdır.
Bu iştirak, bu gün güclü İranın əldə etdiyi mövqenin əsas sütunlarından biri hesab olunur. Buna görə də, düşmənlə danışıqların başlanması ilə bağlı qərarın elan edilməsi fonunda belə bir təsəvvür yaranmamalıdır ki, xalqın meydanlara çıxması artıq zəruri deyil. Əksinə, əgər fərz etsək ki, hərbi qarşıdurma səhnəsində müvəqqəti sakitlik dövrü başlanıb, bu halda meydanlarda, məhəllələrdə və məscidlərdə fəal iştirak etmək imkanı olan bütün vətəndaşların üzərinə düşən məsuliyyət əvvəlkindən daha ağır görünür. Şübhəsiz ki, sizin meydanlarda ucaltdığınız səslər danışıqların nəticəsinə təsir göstərir. Eləcə də, “İran uğrunda can fəda” adlı milyonlarla insanın qoşulduğu və getdikcə artan kampaniya da bu sahədə təsir göstərən amillərdəndir.
Uca Allahın izni ilə, bu fəallıq və onun davamlılığı nəticəsində İran xalqının qarşısında açılan perspektiv möhtəşəm, parlaq, izzət, qürur və rifahla dolu bir dövrün başlanacağını vəd edir.
🔽🔽🔽
2 831
2⃣
O, bütün ömrünü İslam quruluşunun yaradılması, möhkəmləndirilməsi və davamlılığı uğrunda mübarizəyə həsr etmişdir. Eyni zamanda, onun baxışına görə, xalq olmadan İslam Cümhuriyyəti heç bir məna daşımırdı.
Bütün qətiyyət və iqtidarına baxmayaraq, o, düşüncə və yanaşmalarında incəliyə varardı. O, ölkənin potensialına, xüsusilə də gənclərə xüsusi diqqət yetirirdi. Elmə, texnologiyaya və bu sahələrdə inkişafa böyük önəm verirdi. Əziz şəhid ailələrinə, qazilərə və veteranlara xüsusi ehtiram göstərirdi.
Müxtəlif sahələrdə, bəzən onillikləri əhatə edən zəngin və dərin təcrübəyə malik idi və bundan əlavə, uzun bir siyahını təşkil edən çoxsaylı digər xüsusiyyətlərə sahib idi.
Bu günlərdə bəzi media vasitələrində onun sənətə münasibəti, sənəti tanıması və sənətin inkişafına verdiyi töhfələr barədə tez-tez danışılır. Bu xüsusiyyət, təkbaşına bir insanın şəxsiyyətinə böyük dəyər qata biləcək amil olsa da, xüsusilə əziz rəhbərimizdə ən yüksək səviyyədə mövcud olsa da, onun digər keyfiyyətləri və üstünlükləri ilə müqayisədə daha kiçik görünür.
Şəxsən mənim onun bir çox müxtəlif bacarıqlarından xəbərim var;
Onun az diqqət çəkən, lakin ən mühüm bacarıqlarından biri cəmiyyətin tərbiyəsi və formalaşdırılması sahəsindəki məharəti idi. O, geniş xalq kütlələrinin və müxtəlif sosial qrupların düşüncə tərzini, ruh halını və duyğularını formalaşdırmaqla cəmiyyəti tərbiyə və inkişaf etdirməyi bacarırdı.
Digər mühüm xüsusiyyəti isə məqsədyönlü institutların yaradılması idi. O, xüsusilə rəhbərliyinin ilk illərində uzaq üfüqləri nəzərə alaraq bu istiqamətdə ciddi və planlı addımlar atmışdır.
Onun digər bir məharəti ölkənin hərbi strukturunun gücləndirilməsi istiqamətində atdığı addımlar idi ki, İran xalqı son iki müharibədə bunun müsbət nəticələrindən xəbərdar olmuş və faydalanmışdır.
Həmçinin müxtəlif sahələrdə istər elmi, istər strateji, istərsə də siyasətqurma istiqamətində yenilik və yaradıcılıq qabiliyyəti onun digər məharətlərindən idi ki, bunun müəyyən nümunələri ümumi dövlət siyasətlərinin hazırlanmasında öz əksini tapmışdır.
Eyni zamanda, vaxtında yaradılmış terminlər və yeni ifadə birləşmələri vasitəsilə məna yaratmaq bacarığına malik idi ki, bu ifadələrin hər biri çoxsaylı mənaları formalaşdırır və daşıyır, nəticədə ümumi ictimai diskurs meydana gəlirdi.
Bundan əlavə, onun uca ruhunun çətinliklər, sınaqlar və imtahanlar içində cilalanması, haqq yolunda səbir və dözüm göstərməsi nəticəsində əldə etdiyi məharətlərdən biri də uzaq gələcəkdəki hadisələri öncədən görmək qabiliyyəti idi - “mömin Allahın nuru ilə baxar” (Peyğəmbərdən (s) hədis).
Həmçinin digər müsbət xüsusiyyətlər də mövcuddur ki, bu qısa mətn çərçivəsində onların hamısını sadalamaq mümkün deyil.
Bütün bu bacarıqlar və üstünlüklərin mənbəyi yalnız Allahın xüsusi lütfləri, sərvərimiz, eləcə də onun pak atalarının (Allahın salavat və salamı onların üzərinə olsun) xüsusi diqqəti ilə mümkün olmuşdur. Demək olar ki, bu ilahi lütf və diqqətin ona yönəlməsinin əsas səbəbi, onun haqqın ucaldılması yolunda dayanmadan və xalis niyyətlə göstərdiyi səylər və mübarizə olmuşdur.
Lakin xüsusilə qeyd edilməlidir ki, xəyanətkar Pəhləvi rejimi ilə mübarizənin çətinliklərindən əlavə, o, vəzifəsini yerinə yetirmək yolunda başqa bir xüsusi fürsətdən yüksək dərəcədə faydalanmışdır ki, adətən ictimaiyyət bundan xəbərdar deyil.
Belə təqdir olunmuşdu ki, elmə böyük həvəs göstərən və eyni zamanda əməl sahibi olmağa çalışan gənc Seyyid, atasının görmə qabiliyyətini itirmək təhlükəsi ilə üzləşdiyi bir dövrdə, illərlə böyük alimlərin dərslərində iştirak etdikdən sonra Qumda mövcud olan bütün zahiri elmi inkişaf və gələcək karyerasını tərk edib ilahi lütfə güvənərək özünü atasına xidmətə həsr etsin.
Bu fədakarlığın ardınca ilahi lütf belə təzahür etdi ki, Seyyid Əli Xamenei hələ otuz yaşına çatmamış Xorasandan günəş kimi doğdu və qısa müddətdə həm fikir, həm də mübarizə sahəsində əsas sütunlardan birinə çevrildi. Eyni zamanda o, mövcud elmlərdə də nəzərəçarpacaq irəliləyişlər əldə etdi. Belə ki, 1970-ci illərdə SAVAK onu “Xorasanın Xomeynisi” adlandırırdı.
🔽🔽🔽
2 831
⚡️⚡️⚡️
🔴 TAM MƏTN
İslam İnqilabının böyük rəhbəri həzrət Ayətullah Seyyid Müctəba Hüseyni Xameneinin,
İnqilabın uca məqamlı mərhum rəhbərinin şəhadətinin qırxıncı günü münasibətilə və "üçüncü məcburi müharibə" (İran-İraq, 12 günlük və Ramazan ayı müharibəsi) ilə bağlı mühüm məsələlər haqqında bəyanatı
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُبِينًا لِيَغْفِرَ لَكَ اللَّهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعْمَتَهُ عَلَيْكَ وَيَهْدِيَكَ صِرَاطًا مُسْتَقِيمًا وَيَنْصُرَكَ اللَّهُ نَصْرًا عَزِيزًا
"Həqiqətən, Biz sənə açıq-aydın bir fəth (zəfər) bəxş etdik ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni doğru yola yönəltsin və Allah sənə şanlı bir zəfər bəxş etsin." (Fəth 1,2,3)
Bismillahir-Rəhmanir-Rəhim
Rəhman və Rəhim olan Allahın adı ilə
İslam və İran düşmənlərinin törətdiyi ən böyük cinayətlərdən və bu xalqın tarixində ən ağır ümummilli faciələrdən biri olan İslam İnqilabının əzəmətli rəhbərinin, İran xalqının atası, İslam ümmətinin rəhbəri və müasir dövrdə haqq axtaranların öncülü, İranın və müqavimət cəbhəsinin şəhidlər sərvərinin ürəkdağlayan şəhadətindən qırx gün keçir.
Qırx gündür ki, şəhid rəhbərimizin uca ruhu İlahi dərgahda övliyaların, siddiqlərin və şəhidlərin məclisindədir. Həmçinin bununla eyni vaxtda və ya onun ardınca çox sayda silahdaşlar, komandirlər, İslam döyüşçüləri və bir neçə günlük körpələrdən tutmuş ahıllara qədər məzlum həmvətənlər də bu böyük mərtəbəyə nail olmuşlar.
Qırx gecə-gündüzdür ki, Uca Allah bu ümmətin rəhbərini Öz hüzuruna çağırmışdır, lakin bu dəfə, Kəlimullahın (həzrət Musa) dövründən fərqli olaraq, şəhid rəhbərin səhabələri və onun ümməti haqqı bərqərar etmək və batillə mübarizə aparmaq üçün məb'us oldular (təyinatlandırıldılar), Samiri və onun buzovuna qarşı möhkəm dağlar kimi dayanmış və göydən yağan od kimi təcavüzkarların və fironların başına düşdülər.
Qırx gecə-gündüzdür ki, dünya müstəkbirləri (hegemonları) aldadıcı və yalançı maskalarını üzlərindən çıxararaq qətl, zülm, təcavüz, yalan, təkəbbür, uşaq qətli, istibdad və fəsadın çirkin və şeytani simasını açıq şəkildə nümayiş etdirmişlər.
Lakin bunun qarşısında, artıq qırx gecə-gündüzdür ki, böyük Xomeyninin və əziz şəhid Xameneinin qeyrətli davamçıları, eləcə də Muhəmmədin (s) pak İslamının tərəfdarları misilsiz əzm və cəsarətlə meydanlarda, küçələrdə və döyüş mövqelərində fəal şəkildə iştirak edirlər. Düşmənin vəhşi hücumlarının vurduğu zərər və itkilərə baxmayaraq, onlar üçüncü məcburi müharibəni üçüncü müqəddəs müdafiə dastanına çevirməyi bacarmışlar.
Agah və ayıq İran xalqı göstərdi ki, şəhid rəhbərinin itkisinin böyük kədərini yaşasa da, Hüseynin (ə) Aşurası yolunun birbaşa davamçılarından ilham alaraq bu kədəri qəhrəmanlığa, matəmi isə mübarizə ruhuna çevirdilər.
Bütün bunlar təpədən dırnağa qədər silahlanmış düşməni çaşqınlıq və acizlik içində qoymuş, eyni zamanda dünyanın azad insanlarını heyran etmiş və onlarda rəğbət yaratmışdır.
Bu dəfə məhz müstəkbirlərin cahilliyi və nadanlığı nəticəsində bu ilin Esfənd (fevral-mart) ayı İranın və İslam İnqilabının güclənməsi və yüksəlişinin yeni mərhələsinin başlanğıcına çevrildi. Bu gün İran İslam Respublikasının bayrağı yalnız ölkə sərhədləri daxilində deyil, həm də dünya üzrə haqq axtaran insanların qəlblərində ucalmaqdadır.
Bu münasibət, əzəmətli rəhbərin qısa da olsa tanıtdırılması üçün əlverişli bir fürsətdir. Söhbət elə bir şəxsiyyətdən gedir ki, nə qədər məşhur olsa da, layiqincə tanınmamışdır.
Hamıya məlumdur ki, bizim şəhid rəhbərimiz dövrünü düzgün dərk edən və uzaqgörən bir fəqih, yorulmaz bir mücahid, dağ kimi möhkəm, elminə əməl edən rəbbani alim idi. O, zikr, ibadət və Rəbbin dərgahında yalvarış, həmçinin məsumların pak zatlarına (Allahın salamı onların üzərinə olsun) təvəssül əhli idi və qəlbinin dərinliyindən ilahi vədlərə iman gətirmişdi.
Onun digər xüsusiyyətlərindən biri də İrana sevgi və əziz İranın daha çox müstəqilliyi uğrunda davamlı səyləri idi. Bununla yanaşı, o, milli birlik və həmrəyliyin qorunmasına xüsusi önəm verirdi.
🔽🔽🔽
2 831
Telziklə Rəhbər Müctəba Xameneinin son bəyanatı pdf formasında tərcümə olunaraq paylaşılacaq
2 831
🔹Amerika it kimidir: Əgər ondan qorxub qaçsan, arxandan gələcək; amma möhkəm dayanıb üz-üzə gəlsən, quyruğunu yığar və qaçar🔹
İmam Xomeyni (r)
2 831
Özünü böyüklərə oxşatmaq və övliyalara mənsub etmək dünyanın zirək adamlarının işidir
Şəhid Rəhbər
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
