cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

💫Huseynəbbas📿

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ Allah Mütəal Eliminizə Bərəkət Versin Kanalda Paylaşılanları İsdədiyiniz Yerdə Paylaşa Bilərsiz Halallığ Verilir Məqsədimiz İslama Xidmətdir 🌹Diqqət🌹Linkidə Paylaşmaq serti ile 🔺 https://t.me/HuseynEbbas313

نمایش بیشتر
کشور مشخص نشده استزبان مشخص نشده استدسته بندی مشخص نشده است
پست‌های تبلیغاتی
130
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

İmam Əli (ə) buyurub: "Xoş olsun o şəxsin halına ki, dua və ibadətini yalnız Allahın razılığı üçün yerinə yetirsin, gözlərinin gördüyü şeylərə qəlbini məşğul etməsin, qulaqlarının eşitdiklərinə xatir Allah zikrini yaddan çıxarmasın və Allahın başqalarına əta etdiyi nemətlərə görə qüssələnməsin." Mənbə:"Şeyx əl-Kuleyni Usulu-Kafi", c.2, "İmam və küfr" kitabı, "İxlas" fəsli, h.3.
نمایش همه...
İmam Sadiq (ə) buyurub: “iblisə (lənətullah) Adəmə səcdə etməsi əmr olundu, (iblis lənətullah) dedi: Ey Rəbbim! And olsun Sənin izzətinə ki, əgər Adəmə səcdə etməyimi üzərimdən götürsən, Sənə elə ibadət edərəm ki, heç kəs Sənə elə ibadət etməyibdir. Allah-təala buyurdu: Həqiqətən də, Mən, Öz buyurduğum (əmr etdiyim) kimi Mənə itaət olunmasını istəyirəm.” #Qeyd: Burada Allahın, iblisin (lənətullah) ibadətinə (onun öz istədiyi formada) ehtiyacı olmadığı və buyurduğu qaydada ibadət olunmasından danışılır. (Qisasul-Ənbiya (ə), ər-Ravəndi, səh 43, hədis 8.)
نمایش همه...
Sistani Ağanın müqəllidlərinə də kifayət edir nəzər Orucların aça bilərlər Yəni Məkadim Şirazi Ağanın Gözüylə Görməsi Sistani Ağanında müqəllidlərinı Kifayət edir Adil müctehidin fətvası kifayət etmir? Hər iki müctəhidin məbnası gözlə görməkdir Rəhbərin fətvası ona görə kifayət etmirdi ki teleskopla görülmüşdü Və həmin müctehidin nəzəri sizə yəqin hasil edirsə. Əlbətdə ki yəqin hasil edir çünki müctehid doğru danışandır
نمایش همه...
🌙 RAMAZAN AYININ SONUNCU GÜNÜN ƏMƏLLƏRİ 🔹 Ramazan ayının son gecəsi də çox şərafətli gecələrdən biridir. Həmin gecəni ehya saxlayıb Allaha ibadət və raz-niyazla keçirməyin fəzilət və savabı haqda nəql olunan hədislərin sayı az deyildir. Hətta rəvayətlərdə deyilir ki, “Qədr” gecəsi kimi xeyir-bərəkətli və fəzilətli bir gecədir və həmin gecəsinin bir neçə xüsusi əməli var ki, əziz möminlərin diqqətinə çatdırırıq: 1. Gün batdıqdan sonra qüsl etmək; 2. Həmin gecəni məsciddə gecələmək, dua etmək və tövbə edib Allahdan günahların bağışlanmasını diləmək və yüz dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək; 3. “Ənam”, “Kəhf” və “Yasin” surələrini oxumaq; 4. “Məğrib” və “İşa”, eləcə də, “Sübh” və “Fitr bayramı” namazlarından sonra bu duanı tərkrar-təkrar oxumaq: اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ وَ لِلَّهِ الْحَمْدُ الْحَمْدُ لِلَّهِ عَلَى مَا هَدَانَا وَ لَهُ الشُّكْرُ عَلَى مَا أَوْلانَا Duanın oxunuşu: Əllahu-əkbəru Əllahu-əkbər, la ilahə illəllahu vəllahu əkbər, Əllahu-əkbər və lillahil həmd, əlhəmdu lillahi əla ma hədana və ləhuş-şukru əla ma əvlana. Duanın tərcüməsi: Allah böyükdür. Allah böyükdür. Allahdan başqa heç bir tanrı yoxdur və Allah böyükdür. Allah böyükdür. Həmd Allaha məxsusdur. Həmd olsun o Allaha ki, bizi hidayət etdi. Bizi bağışladığına görə şükür olsun Ona! 5. “Məğrib” və “İşa” namazlarından sonra əlləri göyə qaldırıb bu duanı oxumaq: يَا ذَا الْمَنِّ وَ الطَّوْلِ يَا ذَا الْجُودِ يَا مُصْطَفِيَ مُحَمَّدٍ وَ نَاصِرَهُ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اغْفِرْ لِي كُلَّ ذَنْبٍ أَحْصَيْتَهُ وَ هُوَ عِنْدَكَ فِي كِتَابٍ مُبِينٍ Duanın oxunuşu: Ya zəl mənni vət-təvl, ya zəl cud, ya Mustəfiyə Muhəmmədin və nasirəh, səlli əla Muhəmmədin və ali-Muhəmməd, vəğfir li kullə zənbin əhsəytəh, və huvə indəkə fi kitabin mubin. Duanın tərcüməsi: Ey nemət və mərhəmət sahibi, ey bəxşiş sahibi, ey Mühəmmədi bəyənib seçən və Onun yardımçısı! Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, mənim saydığın və yanındakı aydın kitabında qeydə alınan bütün günahlarımı bağışla! Sonra səcdəyə gedib səcdədə yüz dəfə “Ətubu iləllah” – deyilməsi və Allahdan hacətlərin istənilməsi tövsiyə olunur. 6. İmam Hüseyni (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etmək; 7. Şeyx Kuleyninin imam Sadiqdən(ə) nəql etdiyi bu duanı oxumaq: اللَّهُمَّ هَذَا شَهْرُ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ وَ قَدْ تَصَرَّمَ وَ أَعُوذُ بِوَجْهِكَ الْكَرِيمِ يَا رَبِّ أَنْ يَطْلُعَ الْفَجْرُ مِنْ لَيْلَتِي هَذِهِ أَوْ يَتَصَرَّمَ شَهْرُ رَمَضَانَ وَ لَكَ قِبَلِي تَبِعَةٌ أَوْ ذَنْبٌ تُرِيدُ أَنْ تُعَذِّبَنِي بِهِ يَوْمَ أَلْقَاكَ Duanın oxunuşu: Əllahummə hazə şəhru Rəməzanəlləzi ənzəltə fihil Quran, və qəd təsərrəmə və əuzu bivəchikəl kərimi ya rəbbi, ən yətluəl fəcru min ləyləti hazihi, əv yətəsərrəmə şəhru Rəməzan, və ləkə qibəli təbiətun əv zənbun turidu ən tuəzzibəni bihi yəv­mə əlqak. Duanın tərcüməsi: İlahi, Qurani-Kərimi nazil etdiyin bu Ramazan ayı gəlib keçdi! Ey mənim Rəbbim, bu gecənin sübhü üzümə açıldığı halda, mənim üzərimdə Sənin tərəfindən bir cəza və ya Sənə qarşı bir günah qalaraq əzaba düçar olacağımdan Sənin böyük zatına sığınmışam! 8. Ramazan ayı ilə vidalaşma duasını oxumaq; Seyid ibn Tavus imam Sadiqdən (ə) nəql edir ki, hər kim mübarək Ramazan ayının axırında bu ayla vidalaşmaq istəsə, belə desin: اللَّهُمَّ لا تَجْعَلْهُ آخِرَ الْعَهْدِ مِنْ صِيَامِي لِشَهْرِ رَمَضَانَ وَ أَعُوذُ بِكَ أَنْ يَطْلُعَ فَجْرُ هَذِهِ اللَّيْلَةِ إِلا وَ قَدْ غَفَرْتَ لِي Duanın oxunuşu: Əllahummə la təcəlhu axirəl əhdi min siyami lişəhri Rəməzan, və əuzu bikə ən yətluə fəcru hazihil-ləyləh, illa və qəd ğəfərtə li. Duanın tərcüməsi: İlahi, bunu mənim Ramazan ayında tutduğum orucların axırıncısı qərar vermə! Mən Sənə sığınmışam ki, bu gecənin sübhü açıldıqda məni bağışlayasan.
نمایش همه...
_Səlamun ələykum və Rahmətullah._ *Ayətullah Xamenei ağanın* nəzərinə əsasən 13 May 1 Şəvval (bayramdır.) *Ayətullah Sistani ağanın* nəzərinə əsasən 13 May 30 Ramazan, 14 May isə 1 Şəvvaldır (bayramdır.)
نمایش همه...
🌙 Şəvval ayının hilalı. 🌙 🔹 Ayətullah Üzma Seyid Əli Hüseyni Sistaninin dəftərxanasından verilən rəsmi məlumata əsasən sabah, 13 may mübarək Ramazan ayının 30-u və cümə günü, 14 may isə Şəvval ayının 1-i və mübarək Fitr bayramıdır. 🔹 Allah Təala bizləri mübarək Ramazan ayında bağışladığı bəndələrindən qərar versin, inşaallah... 🌎 Ayetullah_Sistani
نمایش همه...
Salam ezizler sizden bir Ehli beyit asiqi momune balamizin dualariniza ehtiyaci var onun saglamligi ucun sefa tapmasi ucun kimin neye gücü catir dua zikir etmeynizi xayis edirem İmam Zaman Aganin Anasi Nerciz xanima hediye edek her agizda bir dua var umud yalniz allahdi allah butun xestelere sefa versin insallah Allah dualarinizi qebul etsin inşallah
نمایش همه...
Azərbaycanda 9 May – faşizm üzərində Qələbə Günü qeyd olunur. İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir.
نمایش همه...
🇦🇿Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin cənnətdəki ilk doğum günüdür. Hörmətlə anırıq!
نمایش همه...
bc8214ef5dd24d638d38a3abad89ddd3.mp41.59 MB
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.