cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Ailə

Rəhman və Rəhim Olan Allahın adı ilə İslamda Evlilik, Xoşbəxt Ailə, Övlad tərbiyəsi və.s mövzular barəsində paylasimlar olacaq kanalda.

نمایش بیشتر
پست‌های تبلیغاتی
2 029
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-137 روز
-6030 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

بسم الله الرحمن الرحیم Müasir dövrün sendromu: Proje uşaq böyütmək Valideynlər olaraq bizim vəzifəmiz nədir ? 🔹 Buraxaq uşaqlarımız, uşaqlıqlarını yaşasınlar. Oynasınlar, əylənsinlər, uşaqlıqlarına doysunlar. Çünki bu dövr, onlar üçün bir daha gəlməyəcək. 🔹 Uşaqlarımızla emosional bağlantı yaradaq, şəxsiyyətlərini sevək, qəlbimizdən gəldiyi kimi olaq, onların qəlblərindən gəldiyi kimi olmalarına fürsət yaradaq. 🔹 Uşaqlarımızın fitrətini pozmayaq və onları şəxsiyyətindən uzaqlaşdırmağa çalışmayaq. "Müvəffəq, çalışqan, sakit və s. olsan sevilərsən, təsdiqlənərsən" mesajı verməyək. “Səni olduğun kimi sevirəm və müvəffəq, əxlaqlı, dindar və s. olduğun zaman çox xoşbəxt oluram.” mesajı verək. 🔹 Uşağımızın ehtiyacı olmadığı bir şeyi onlara verməyək. Ehtiyyac olmadan verilən şey insanı israfa meyl etdirir və onu bir müddət sonra halından razı olmayan bir hala gətirir. İnsanların bəzi yoxluqları yaşamağı, qarşılaşdığı çətinliklərlə mübarizə aparmaq bacarığını inkişaf etdirir. 🔹 Vəzifəmiz uşaqlarımıza mükəmməl həyat şəraiti təqdim etmək deyildir. Onların qarşısına hazırı qoymaq yerinə həyatın yaxşı və pis tərəflərini yoxlama fürsəti vermək daha inkişaf etdirici olacaqdır. 🔹 Uşaqlarımıza xoşbəxtliyin, əlimizdə olanlarla kifayətlənmək və şükr edə bilməkdə gizli olduğunu öyrədək. 🔹 Onları öz həyatlarına hazırlayaq, yaşaya bilmədiklərimizi onlara yükləyib projemizi gerçəkləşdirməyə çalışmayaq. ⭕️ Sonda; uşaqlarımız bizim projemiz deyildir. Valideyn olaraq bizlər də onların sahibi deyil, sadəcə əmanətçisiyik. 🔹 Ayşə Yılmaz ©exlaq_channel @aile_kanali
نمایش همه...
بسم الله الرحمن الرحیم QUR'AN MÜSƏLMAN QADINDAN NƏ İSTƏYİR? #xanımlar_bilməlidir Quranın cəmiyyətin hər bir üzvünə görə öz istək və göstərişləri vardır. Quranın müsəlman qadından da öz istək və göstərişləri vardır. Qurani-Kərimin "Nisa” surəsinin 34-cü ayəsində Allah Təala buyurur: "Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən(qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar. (Müştərək həyatla bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin”. Bu ayədən göründüyü kimi, müsəlman qadının birinci vəzifəsi budur ki, ərinin himayəsi altında olsun və onun rəhbərliyini qəbul etsin. Belə ki, bu surənin 24-cü ayəsində oxuyuruq ki, Allah kişini ailənin rəhbəri təyin etmişdir. Bu yolla Allah müsəlman qadından istəyir ki, ərinə itaət etsin və onu bir rəhbər kimi qəbul etsin. Ərinin buyurduqları əgər Allahın əmrləri ilə müxalifətlik etmirsə, qadın ona itaət etməlidir. Əgər ər qadından haram işi istəyərsə, şübhəsiz ki, qadın bunu etməməlidir. Allah bu qayda və qanunu qadının təkamülə çatması üçün qərar vermişdir. Çünki əgər ailədə hər kəs bildiyini söyləsə, həmin ailənin axırı yaxşı olmaz. Quranın müsəlman qadından istədiyi başqa bir şey - iffətli olması və naz-qəmzəsindən yerində istifadə etməsidir. Belə ki, buyurur: "Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar”. "Nur” surəsi, ayə 31. Allah Təala bu ayədə buyurur ki, mömin qadınlar iffətli olmalı və zinətlərini və gözəlliklərini, naz və qəmzələrini ərləri üçün nümayiş etdirməlidirlər. Naməhrəmə deyil. Quran müsəlman qadınlardan istəyir ki, Peyğəmbərin (s) həyat yoldaşlarına buyurduğu kimi, təqvalı olsunlar və danışan zaman səs tonlarına diqqət etsinlər. "Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın”. "Əhzab” surəsi, ayə 32. Beləliklə, deyə bilərik ki, Quran mömin qadınlardan istəyir ki, ərlərinə itaət edib, onu ailənin başçısı kimi qəbul etsinlər. İffətli olub, zinətlərini nümayiş etdirməsinlər. Təqvalı olub, danışıq tonlarına diqqət etsinlər. ©exlaq_channel @aile_kanali
نمایش همه...
بسم الله الرحمن الرحیم #valideynlər_bilməlidir .. Oyun oynamaq ən yaxşı öyrənmə metodudur. 👶🏻 Oyun uşağın təxəyyülü, əyləncəsi və fərdi inkişafının ən əsas hissəsidir. Uşağın psixoloji, sosial və zehni inkişafında oyunlar əvəzsiz rol oynayır. 👶🏻 Uşaqların real həyatla ilk əlaqələrini qurduqları oyunların qarşısının alınması nəticəsində sağlam inkişaflarına mane olduğumuzu unutmamalıyıq. Oyun ən yaxşı öyrətmə metodudur. Çünki qalıcı davranış dəyişikliklərinə səbəb olur. 👶🏻 Uşaq üçün oyun bir işdir və bu iş çox vacibdir. Çünki uşağın özünü ən rahat ifadə etdiyi yer oyundur. Uşaq oyunla böyüyür. Oyunla inkişaf edir, oyunla yetkinləşir. Uşağa normal yollarla öyrədə bilməyəcəyiniz çox şeyi oyunla öyrədə bilərsiniz.. #Pediatr_və_Neonatoloq Uzman Dr. Altay Abdullaoğlu. ©exlaq_channel @aile_kanali
نمایش همه...
بسم الله الرحمن الرحیم #Xanımlara_tövsiyyə ƏRİNƏ QARŞI MƏHƏBBƏTLİ OL Əziz qadınlar! Ailə rabitələrinizi yaxşılaşdıra bilən məsələlərə səthi nəzərlə baxmayın. Onları öz həyatınızda tətbiq edin ki, qısa bir zamanda həyatınız yaxşılığa doğru dəyişilsin. Hər bir kəs öz şəxsiyyətini sevir və istəyir ki, başqa insanlar da ona hörmətlə yanaşsınlar. Belə ki, ona hörmət edən şəxs sevdiyinə çevrilir, onu alçaldanlara isə nifrət bəsləyir. Siz ərinizi uca tutun və ona hörmət edin. Ərinizi uca tutub, ona hörmət etmək sizi heç də kiçiltməz. Əksinə, siz bu işlə ona mənəvi güc verər və onu daha çox çalışmağa ruhlandırarsınız.Çünki özünü sevmə və ehtirama ehtiyac zəruri bir hissdir. Amma hamı ərinizin bu batini hissinə qarşılıq verməyə hazır deyildir. O, evdən kənarda müxtəlif insanlarla rastlaşır, bəzən şəxsiyyəti alçaldılır, mənliyinə zərbə dəyir. Belə olan halda əriniz yar və qəmxarı olan sizdən gözləyir ki, evdə onun hörmətini saxlayasız. Yenə də xatırladırıq, ona hörmət etməklə siz alçalmazsınız, əksinə bu işlə ona mənəvi dəstək olarsız. Əziz qadınlar! Sizə verəcəyimiz bu tövsiyələrə də diqqətli olun! Həyat yoldaşınıza hər gün salam verin. Ona həmişə gözəl sözlərlə müraciət edin. Danışdığı zaman sözünü kəsməyin, ona hörmət göstərin, onunla ədəblə danışın və başı üzərində çığırmayın. Əgər birlikdə qonaq getsəniz, onu önə buraxın. Onu adıyla səsləməyin. Başqalarının yanında onu tərifləyin. Atasına hörmət etməyi övladlarınıza da da təlqin edin. Ədəbsizlik edərlərsə, tərk etmələrini istəyin. Əgər ərinizin qonaqları gəlsə, qonaqlarının yanında ona hörmət və qulluq göstərin. Məbada belə vaxtda həyat yoldaşınıza saymamazlıq edib, bütün diqqətinizi qonaqlara yönəldəsiz. Həyat yoldaşınız evin qapısını döydükdə, qapını özünüz açmağa çalışın. Onu təbəssüm və gülərüzlə qarşılayın. Bilin ki, bu kiçik görünən əməl onun ruhunda çox böyük sevinc doğuracaq! Ona göstərilən hörmət onu daha da ruhlandıracaq. Bilin ki, evdən kənarda bir çox çətinliklərlə üzləşib, yorğun, solğun ruhla evə dönərkən sizin onu gülərüzlə qarşılamağınız, ona "xoş gəldin" deməyiniz, onun yorğun könlünə yeni ruh bağışlayır, ona aramlıq verir. Mümkündür ki, xanımlar bu sözə təəccüb edib desinlər: Əcəb işdir! Qadın ərini qarşılayıb, "xoş gəldin" desin?! Ailə üzvüdür də, yad adam deyil ki, ona "xoş gəldin" deyəsən! Lakin belə tərzi təfəkkür yanlışdır. Evə qonaq gələndə qarşılayıb, "xoş gəldin" dediyimiz kimi, evin sahibini də belə hörmətlə qarşılasaq, daha yaxşı olar. Axı o, səhərdən-axşama kimi evin təminatı, ailənin rifah və asayişi üçün çalışıb vuruşur və bu yolda yüzlərlə çətinlik və pis adamlarla üzləşir və sonda evin qapısını döyür ki, qazandıqlarını ixtiyarınıza versin. Sizcə, bu qədər zəhmətin müqabilində bir təbəssüm edilməməlidir? Məgər bu qədər zəhmət bir təbəssümə dəyməzmi ki, ona hörmət göstərib, ürəyini sevindirəsiniz? Deməyin ki, hər gün ünsiyyətdəyik deyə, onun hörmət intizarı yoxdur. Nə bilirsiniz, bəlkə də o, sizdən hamıdan çox hörmət gözləyir. Əgər o, sükut edib bunu vurğulamırsa, bu o demək deyil ki, ona hörmət olunmasını istəmir, bəlkə sizə əziyyət etməmək üçün daxili ehtiyacını gizlədir. Əziz qadınlar! Bilin ki, həyat yoldaşınıza hörmət etsəniz, o da sizə qarşılıqlı hörmət göstərəcəkdir. Aranızdakı məhəbbət bağı möhkəmlənəcək və ailə səadətiniz davamlı olacaqdır. Dediyimiz tövsiyələrə əməl etsəniz, həyat yoldaşınız ailəsinə, həyata, işinə ruhlanacaq və bunun müsbət nəticəsi yenə də sizə qayıdacaqdır. ©exlaq_channel @aile_kanali
نمایش همه...
بسم الله الرحمن الرحیم #Səhər_axşam_idman #Pediatr_və_Neonatoloq Uzman Dr. Altay Abdullaoğlundan məsləhət: Uşaqların idmana və hərəkətli bir həyat tərzi keçirməyə vərdiş etdirmək lazımdır. Yeniyetmə dövründə alınan kilolarda xüsusilə qidalanma vərdişi əhəmiyyət daşıyır. Xüsusilə də məktəb yeməkxanalarında fast-food kimi düzgün olmayan qidalar və uşaqların idman etməməsi piylənməyə səbəb olur. Ona görə də uşaqlara cib xərcliyi vermək əvəzinə evdən özünüzün hazırladığınız buterbrod, meyvədən ibarət bir çanta hazırlayın. ©exlaq_channel @aile_kanali
نمایش همه...
بسم الله الرحمن الرحیم #Allaha_ən_yaxın_qadın 🌹 Həzrət Muhəmməd peyğəmbər (səlləllahu əleyhi və alih) öz səhabələrindən soruşdu: ✨ Hansı vaxtda qadın Allaha daha da yaxın olur? Heç bir cavab verilmədi. 🌹 Elə ki, Xanım Fatimə Zəhra (səlamullahi ələyha) atasının sualını eşitdi və belə cavab verdi: «ادْنی مَا یکونُ مِنْ رَبّها انْ تَلزِمَ قَعْرَ بَیتِها»؛ "O zaman qadın öz Rəbbinə daha yaxındır ki, həmişə öz evində olsun." 📚 "Biharul-ənvar" cild 43, səh 92. ©exlaq_channel @aile_kanali
نمایش همه...
بسم الله الرحمن الرحیم #valideynlər_bilməlidir .. UŞAQLARA "YOX" DEMƏYİN YOLLARI. #Pediatr_və_Neonatoloq Uzman Dr. Altay Abdullaoğlundan məsləhətlər. 1⃣ HİSSLƏRİNİ TƏSDİQLƏMƏK. Uşağınızı başa düşdüyünüzü göstərərək konkret formada "xeyr" deməyin əlbəttə ki, bir yolu var. "Parka getməyi çox istəyirsən amma indi gedə bilmərik". 2⃣ SƏBƏBLƏRİ AÇIQLAMAQ. Yaş neçə olursa olsun uşaqlar rədd edildiyində istəklərinin niyə reallaşdırılmadığını bilmək istəyir. Başa düşəcəyi dildə istəklərini niyə edə bilməyəcəyini izah edə bilərsiniz. 3⃣ BAŞQA GÜNƏ ERTƏLƏMƏK. İstədiyi bir istəyə "yox" dedinizsə, bu konkret olmalıdır. "Bəlkə sonra, "Günorta gedə bilərik", "Bu gün olmaz, amma gələn səfər edərik" kimi cümlələr istifadə edə bilərsiniz. 4⃣ ALTERNATİV VERMƏK. "Yox" deməyin başqa mənası olmadığı mənasına gəlməz. Uşağın bir fərd olduğunu qəbul edib edib, ona alternativlər təqdim etməlisiniz. ©exlaq_channel @aile_kanali
نمایش همه...
بسم الله الرحمن الرحیم #Qadın_hüquqları 🅰 Əxlaq baxımından vacib nöqtələr: 1⃣ Kişi öz həyat yoldaşına xidmətçi kimi deyil, əksinə xanım kimi baxmalıdır. Ona gül kimi qiymət verməlidir ki, onun iyi və təravəti aradan getməsin. Ondan bacarmadığı işi tələb etməsin. 2⃣ Gündəlik yaşayış üçün lazım olan məişət əşyalarının qadının ixtiyarında qoyulması. Məsələn: imkan qədər zəmanəyə uyğun elektrik malları, geyim, yemək və sair. Bayramlarda isə ona hədiyyə almağı unutmasın. 3⃣ Ailənin mühüm işlərində qadınla məsləhətləşmək ailənin davamına bais olar. 4⃣ Yaxınlıq zamanı bütün etika normalarına riayət etmək. 🅱 Hüquq baxımından olan vəzifələr: Bu vəzifə də iki hissəyə ortaq və xüsusi vəzifələrə bölünür. Birinci hissə qadının və kişinin ortaq hüquqlarıdır. Kişinin qadının üzərində xüsusi olan vəzifəsi və hüququ: 🅰 Qadının bütün gündəlik tələbatı kişinin öhdəsində olmalıdır. 1⃣ Zamana və məkana uyğun olaraq gündəlik yeyinti mallarının hazırlanması. 2⃣ Zamana və məkana uyğun olaraq geyim əşyalarının hazırlanması. 3⃣ Zamana və məkana uyğun olaraq bəzək əşyalarının hazırlanması. 4⃣ Zamana və məkana uyğun olaraq yaşayış yerinin (ev), hazırlanması. 5⃣ Ev əşyalarının və məişət əşyalarının kişi tərəfindən hazırlanması. 6⃣ Əgər zaman və şərait tələb edərsə, evdə xidmətçinin olması. 7⃣ Qadının bütün xəstəliklərinin dəvası üçün lazım olan hər bir şey kişinin öhdəsindədir. 🅱 Kişinin qadınla yaxınlıq zamanı öhdəsinə düşən vəzifə: Bu mövzuda qanun susaraq öz yerini gözəl rəftara və əxlaqa verir. Amma müctəhidlər bu məsələyə 2⃣ prizmadan yanaşırlar: 1⃣ Qadının kişinin üzərində olan vəzifəsi budur ki, qadın bakirə olarsa, toydan sonra kişi gərək onun yanında yeddi gün qalsın. Əgər kişinin ondan başqa üç arvadı varsa dörd gündən bir dəfə onun yanında qalmalıdır. Yəni hər gün bir arvadın yanında qalsın. 2⃣ Cinsi yaxınlıq: Kişinin dörd ayda bir dəfə öz xanımı ilə yaxınlıq etmək hüququ var. Mənbə: İxlas.az saytına istinadən ©exlaq_channel @aile_kanali
نمایش همه...
بسم الله الرحمن الرحیم #valideynlər_bilməlidir .. 💢 Kənar səslər uşaqların nitqinin inkişafına mənfi təsir göstərir.. 🔻 Alimlər televiziya verilişlərinin uşaqların inkişafına mənfi təsirini bir daha təsdiq ediblər. ⭕️ Valideyinlərin çoxu hətta öz övladları ilə ünsiyyətdə olan zaman da televizoru söndürməyi lazım bilmirlər. Alimlərin araşdırmaları isə təsdiq edib ki, bu cür davranış yolverilməzdir. Çünki fonda gələn səslər uşaqların danışıq qabiliyyətinin inkşafına ciddi əngəl törədir. 🔺 Tiffani Pempek adlı alimin rəhbərliyi ilə alimlər qrupu bir yaşından 3 yaşına qədər olan 49 uşağın öz valideynləri ilə ünsiyyətlərini izləyiblər. İki il ərzində davam edən müşahidələr zamanı həmişə fonda televizor səsi olub. Müşahidələrdən məlum olub ki, həmin fon səsi uşaqların nitqinin inkişafına mənfi təsir göstərib. Bu səbəbdən ABŞ pediatorlar akademiyası valideynlərə tövsiyə edir ki, övladları ilə ünsiyyətdə olarkən bütün kənar səsləri ləğv etsinlər ki, uşaqların nitqi daha yaxşı inkişaf eləsin. ©exlaq_channel @aile_kanali
نمایش همه...
بسم الله الرحمن الرحیم #xanımlar_bilməlidir Şəriət qanunları əsasında. Qadının ərinin qarşısında qanuni vəzifəsi nədir❓ Qadınların şəri baxımdan ərlərinin müqabilində olan vəzifələrini və kişilərin qadınlarının üzərində olan hüquqlarını aşağıda qeyd edirik: 🔹 Kişinin ailə başçılığını qəbul etmək; 🔸 Qadın kişi müqabilində təmkinli olmalıdır, 🔹 Qadın öz ərinin bütün cinsi istəklərini yerinə yetirməlidir. Əgər qadının xüsusi bir problemi olarsa (heyz və sair) bu məsələdə üzürlü hesab olunur. 🔸 Qadın kişinin harada məskunlaşdığını nəzərə almayaraq ona tabe olub, onunla getməlidir; 🔹 Evdən çıxmaq və evə kimisə dəvət etmək məsələsində kişinin icazəsi şərtdir; 🔸 Əgər kişi icazə verməsə qadının evdən bayırda işləmək hüququ yoxdur. 📚 HƏDİSLƏRƏ ƏSASƏN: 🕋 Peyğəmbərimiz (səlləllahu əleyhi və alih) buyurmuşdur: "Əgər Allah Taaladan başqasına səcdə etmək icazəsi olsaydı, əmr edərdim qadınlar ərlərinə səcdə etsinlər." 🔹 "Qadının cihadı kişinin zəhmətlərinə səbr etməkdir." 🔹 "Kişi qadınından narazı olarsa, qadının əməlləri qəbul deyildir." 🔹 "Əgər qadın ərindən başqasına meylli olarsa Allahın yanında zinakar sayılır." 🔹 "Qadın ərinin icazəsi olmadan müstəhəbb oruc tuta bilməz. Qadının namazının uzun olması kişinin ehtiyaclarının ödənməsinə mane olarsa savabı azalar." 🔹 "Qadın ərinin icazəsi olmadan sədəqə verə bilməz." 🔹 "Əgər qadın ərinin icazəsi olmadan evdən çölə çıxarsa mələklər ona lənət yağdırır." 🔹 "Əgər qadın ərindən başqası üçün bəzənib ətirlənərsə, onun ibadətləri qəbul olmaz." QADINLARLA YAXŞI RƏFTAR ETMƏYİN DƏYƏRİ: 🔸 "Qadını sevmək Peyğəmbərin əxlaqıdır." 🔸 "Allah yanında ən sevimli o kəslərdir ki, öz həyat yoldaşı ilə gözəl rəftar etsin." ©exlaq_channel @aile_kanali
نمایش همه...
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.