cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Sağlam qəlb

Allahın adı ilə

نمایش بیشتر
پست‌های تبلیغاتی
367
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

🔊 🌸🍃 *Elan:* 🎨 🚨Övladıarınızın əlindən telefonu ala bilmirsiz?🙂 📌Elə isə onların əlindən tutub RƏSSAMLIQ sərgisinə gəlin. Qoyun onlar rəsm çəkməyə meyilli olsunlar. SİZİ: 🇦🇿🎨 *“Şəhidlik məktəbi və vətən şəhidləri Azərbaycan rəssamlarının fırçasında”* Devizli Sərgiyə dəvət edirik. 📣 *Sərgi Oktyabrın 1-i səhər 10:00-dan axşam 18:00-a kimi davam edəcək.* 🎨 Sərginin sonunda əsərlər satışa qoyulacaq. Arzu etdiyiniz rəsm əsərini almaq təklifini verə bilərsiz. 🖇️📌 Ünvan: Xətai Metrosu, ANA heykəlinin yanında : "XƏTAİ SƏNƏT EVİ" ÜÇÜNCÜ MƏRTƏBƏ 🥏 Məlumat üçün (Whatsapp) +99451 750 07 52
نمایش همه...
Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Şəhidlik zirvəsi mərdliyin, cəsarətin və qeyrətin simvoludur. Bu uca zirvəyə çatanların ömrü qısa olsa da, şərəfli və örnək sayılır. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq və hər bir şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın borcudur. ƏMANƏT ŞƏHİD VƏ QAZİ ÖVLADLARININ FƏRDİ İNKİŞAFINA DƏSTƏK LAYİHƏSİ də bu borcu layiqincə yerinə yetirməyə çalışır. Əmanət layihəsinin dəyərli üzvləri olan şəhid və qazi ailələrini tanımaq həmçinin layihənin gördüyü işlərdən xəbərdar olmaq üçün kanala abunə ola bilərsiniz! https://t.me/emanet_layihesi
نمایش همه...
ƏMANƏT- ŞƏHİD VƏ QAZİ ÖVLADLARININ FƏRDİ İNKİŞAFINA DƏSTƏK LAYİHƏSİ

Əmanət Şəhid və Qazi övladlarının fərdi inkişafına dəstək layihəsi ilə əlaqə @Turan_M_li

🚨Salam hörmətli qrup üzvləri. Ateistlər qiyamət günü mövzusunda bir videonu kəsərək paylaşıblar. Onların iddiasının puçluğunu sübut edən bu videonun altında bir rəy yazmaqla onları ifşa edin. Rəydə tərif yazmağa ehtiyac yoxdur. Sadəcə ateizmi tənqid etmək kifayət edər. https://youtu.be/8CqXxSNTd6g
نمایش همه...
🚨☝️ Ateist aksiomu inkar edir. cəmi 5 dəq.

🚨😳Ölüm qorxusu: Bəli yoxluq, heçlik təəssüratının yaranması uşaqlıqdan qalan, bəzən kədərlə xatırlanan, bəzən də qorxu ilə yaşanan hissdir. Necə də qəribə və mənfi hissdir. Yəni bir gün sən yoxsan heç yerdə, yaxud bir gün filan insan artıq yoxdur yalnız zehinlərdədir... Belə bir psixoloji durumda qəlbi rahatladan və ona sakitlik verən dolayısı ilə bəndəsini tək qoymayan həmişə diri olan Allaha eşq olsun. Öz sevgisini bəndəsinin qəlbinə ilham etməklə onu bu qaranlıq qüssədən çıxara bilən bir Allaha eşq olsun. Bəndəsinə sanki "o ölməyib, mənim yanımdadır" demək istəyən, Allaha eşq olsun. Sanki hündür bir qayadan aşağı yuvarlanırsan və o an bir görünməz əl səni qucaqlayıb yenidən yuxarı qaldırır. O andan bildim ki, tək deyiləm və hisslərimdən xəbəri olan var. Heç kimə demədiyim sözləri və düşüncələri nöqtəsinə qədər bilən var. Axı uşaqlıqda oxuduğum ölümə qalib gələn dirilik suyu və solmayan çiçəyin daim axtarışında olmağımı "həmən suyu və həmən çiçəyi məhz mən tapmalıyam" düşüncəsini də mən heç kimə deməmişdim. Nə gözəl hissdir bu. Yox bu hiss deyil, bu həqiqətən mövcud olan böyük bir Varlığın var olmasını anlayandan sonra qəlbə dolan sevincdir əslində. Qorxduğum ölüm onun varlığının yanında kiçildi. Nə yaxşı ki, özünü mənə tanıtdı. Ən azı anladım ki, heç vaxt ölməyən biri var. O məni necə duydu axı? Necə oldu ki, milyardlarla insanın içində məni tapdı, məni özünə tanıtdı, qəlbimə sakitlik verdi??? Bu necə ola bilir? Mən ki, hisslərimi dərininə kimi heç kimə açmamışdım?! Deməli o bildiyimdən də çox uca, çox bilikli və çox lütfkardır. Amma bəzən köhnə hisslərim yenə mənə qayıdır, məni sarsıdır, özümə qapandırır. Hətta qorxudur. Bəs onun lütfü niyə azaldı? Niyə bu hisslər məndən bu günə qədər əl çəkmir? Düşünüb tapacam bu sualı....Deyəsən tapdım..Bu qəmginlik, yoxluq və təklik üstəgəl qorxu hissləri əslində bir dəfə mənə Onu tapmaq üçün yardım etdi axı... axı mən bu hisslərimə və cavabsız suallarıma cavab tapmaq yolunda Onunla tanış oldum. Yox O məni özü ilə tanış etdi. Yəni zülmətdə qaldığımı görüb mənə nicat verdi. Deməli bu qorxular indi də mənə lazımdır... Onlar mənə Nicat verənlə ilk tanışlığımı xatırlatmaq istəyir...yəni məni yenə vüsala qovuşdurmaq istəyir...Ey mənə ən çətin vaxtımda nicat verən...Səsimə səs ver...yenə sənə möhtacam... mən həmişə sənə möhtacam..çünki mən bəzən diri ikən ölürəm..amma sən heç vaxt ölmürsən, həmişə dirsən və dirilmək istəyəni də dirildə bilirsən ...məni də dirilt....özün kimi həmişəyaşar et...bu yerdə Yasin surəsində nicata çatan o nəccarın kəlmələrini xatırladım: yə ləytə qovmi yə'ləmun - kaş ki, qövmüm biləydi...
نمایش همه...
Видео от Fazil Ahmedli
نمایش همه...
VID-20210512-WA0545.mp410.54 MB
🚨Paylaşmağa halallıq verilir.
نمایش همه...
Видео от Fazil Ahmedli
نمایش همه...
VID-20210502-WA0021.mp41.11 MB
Hansı ölkəni Azərbaycanın dostu hesab edirsiniz ?Anonymous voting
  • 🇮🇷İRAN
  • 🇮🇱İSRAİL
  • ✅HƏR İKİSİNİ
  • ☑️HEÇ BİRİNİ
0 votes
🌷 İmam Əlinin (ə) munacatı 🔹Mənim Mövlam! Ey mənim mövlam! Sən Mövlasan və mən bəndəyəm. Bəndəyə mövladan başqa kim rəhm edə bilər?! 🔹Mənim Mövlam! Ey mənim mövlam! Sən Əzizsən və mən zəliləm. Zəlilə əzizdən başqa kim rəhm edə bilər?! 🔹Mənim Mövlam! Ey mənim mövlam! Sən Xaliqsən və mən məxluqam. Məxluqa xaliqdən başqa kim rəhm edə bilər?! 🔹Mənim Mövlam! Ey mənim mövlam! Sən güclüsən və mən zəifəm. Zəifə güclüdən başqa kim rəhm edə bilər?! 🔹Mənim Mövlam! Ey mənim mövlam! Sən varlısan və mən fəqirəm. Fəqirə varlıdan başqa kim rəhm edə bilər?! 🌱 İmam Əlinin (ə) munacatından 💟 @saglam_qelb
نمایش همه...
🚨 Cəmi 54 san. Bütün resurslarda paylaşın
نمایش همه...
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.