cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Əli Novruzovun kanalı

Yazıçı, tənqidçi, "Yeddi hekayə" (2013) kitabının müəllifi

نمایش بیشتر
أذربيجان2 525آذربایجانی2 219آموزش79 546
پست‌های تبلیغاتی
988
مشترکین
+124 ساعت
+27 روز
+2230 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Trampın vitse namizədi J.D. Vance oldu. Yenə şüar kimi qışqırmaq rahat olacaq. Keçən dəfə deyirdilər TRAMP-PENS, bu dəfə də cığıracaqlar TRAMP-VƏNS. Amma ən vacib sual—Vens kimdir? Vens niyə? Vens Silikon vadisindəki mühafizəkar milyarderlərin və amerikan sənayeçilərinin inanılan adamıdır. Cavan olmağına baxmayın, ciddi adamdır. Trampa da əvvəllər itin sözünü deyirdi, sonra çağırıb başa saldılar, dərhal oldu sadiq trumpista.
نمایش همه...
👍 8
Photo unavailableShow in Telegram
Bu da bir özbək nəşriyyatının kitabları. Şəkli kitab sərgisində çəkmişdim.
نمایش همه...
👍 5
Photo unavailableShow in Telegram
Şəkli Bişkekdən göndəriblər.
نمایش همه...
👍 9
18+ Bu filmə illər əvvəl bir dəfə televizorda baxmışdım, indi təkrar baxanda bir az da çaşdım. Bunu teleziviyada necə göstəriblər? Seks, çılpaq təsvirlər, narkotika, «məişət pozğunluğu», alkoqolizm... Yəqin rus kanalı olub, ya da liberal zamana imiş. Bir sənət əsəri kimi hər baxımdan xeyli qüsurları var, amma elə bu qüsurlar da filmi çox qiymətli artefakta çevirir. Dünənə qədər standart sovet filmləri çəkən Rasim Ocaqov, sovet ssenarisi yazan Rüstəm İbrahimbəyov, sovet kinolarında oynayan aktyorlar yeni reallığa, post-sovet reallığına öyrəşməyə çalışır. İki epoxanın arasında ilişib qalmış zaman kapsulu kimi çox qiymətli materialdır, amma kino kimi—yox, yaxşı alınmayıb.
نمایش همه...
Семь дней после убийства (1991 год) детективная драма

★ ПОДПИСЫВАЙТЕСЬ на канал и смотрите более 1000 фильмов:

https://www.youtube.com/channel/UC7-_uJKpRJXmsxD2B0idDqg?sub_confirmation=1

В семье известного генерала происходит страшная трагедия: убита одна из дочерей. Ведущий дело следователь понимает, что внешне благополучная и дружная семья только кажется абсолютно счастливой. В ходе расследования выясняется, что личный шофер генерала Рауф, которого принимают в доме как родного сына, был любовником обеих замужних дочерей. Более того, покойной женщине шофер поставлял наркотики. Следователь подозревает в убийстве Рауфа, так как он был последним, кто находился в загородном доме с жертвой. Однако одно обстоятельство противоречит выстроенной схеме - тело было найдено совсем в другом месте, его привезли на дачу уже после преступления. #классикажанра #семьднейпослеубийства #драма #детектив

👍 7
Photo unavailableShow in Telegram
Political violence is so un-American!—ya da məşhur sovet klassikasında deyildiyi kimi, dzer nmannere xaytarakumen respublikan!
نمایش همه...
😁 5
Detallara varmayaq, indi xəbərləri açıb baxacaqsız, özünüz də görəcəksiz ki, bizim kanalın qlobal miqyasda necə bir reklamı gedib. Dostlar, lütfən bizi izləməyə davam edin.
نمایش همه...
👍 10😁 5 1
«Səhranın bəyaz günəşi» filmində hansı obraz axırda ölmür?Anonymous voting
  • Gömrük məmuru Vereşşagin
  • Qara Abdulla
  • Petruxa
  • Səid
  • Muzeyin rəhbəri Lebedev
  • Gülçatay
0 votes
Bu filmə əvvəl baxmamışdım. Televizora baxdığım illərdə də rastıma çıxmamışdı, nə əcəbsə. Ssenaristi Maqsud İbrahimbəyovdur, rejissor da standart sovet kinosu çəkib. Hətta bir az mokumentari elementləri var. Yaxşı kinodur, amma yaxşı kino olmağı bu faktı dəyişmir ki, tipik propaqanda filmidir, sovet təbliğatı. Sovet təbliğatı olsa da, sovetlərin dağılmasından 33 il sonra oturub bu filmi böyük maraqla izlədim. Bircə balıq dükanında olan səhnə mənə ürəkbulandırıcı yalan kimi gəldi. Qalan yerləri okey. Hekayədən çıxan dərs—bu propaqanda ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də vacib. Onu bacarıqlı, istedadlı insanlara həvalə etmək lazımdır.
نمایش همه...
Мезозойская история (1976)

MEZOZOY ƏHVALATI 12+ Kinopovestin mərkəzində əsl həyat yolunu, səadəti, məhəbbəti zəhmətdə, neft sənayesinin inkişafında tapan alimlərin, mühəndisləri, dəniz neft birliyi rəhbərliyinin birgə fəaliyyəti, onların qarşılıqlı əlaqəsi və neft uğrunda mübarizəsi durur. Yaradıcı qrup bu kino əsəri vasitəsilə demək istəyir ki, həyat həqiqətən hünər meydanı, sınaq meydanıdır. Yalnız zəhmətə qatılaşanlar bu meydanda qalib çıxar, istədiklərinə nail ola bilərlər. Ssenari müəllifi: Maqsud İbrahimbəyov Quruluşçu rejissor: Rəşid Atamalıbəyov Quruluşçu operator: Aleksandr Panasyuk Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Mobil Babayev Rollarda: Tofiq Mirzəyev, Məlik Dadaşov , Anatoli Tatarov, Yaşar Nuri , Amaliya Pənahova Regina Temir-Bulat, Sadıq Həsənzadə

👍 1
Partiya çox amansızdır, çox allahsızdır. Amerikan siyasəti, özləri demiş, həmişə boğaz kəsən (cutthroat) siyasət olub, amma Partiya tərəfindən öz prezidentinə və seçkidə öz namizədinə qarşı belə balta zərbəsi (hatchet job) məni də şoka saldı. Sandersə qarşı etdiklərindən sonra onlardan hər şey gözləyirdim, amma döşəməni dağıdıb bir mərtəbə də aşağı düşdülər. Bayden belə münasibətə layiq deyildi, vallah.
نمایش همه...
Parkinson’s Expert Visited the White House Eight Times in Eight Months

The White House has said that President Biden has no signs of the disease and that there has been no reason to update the most recent testing, conducted in February.

👏 2
Stanislavskinin xatirələrini oxuyuram, ağlımda elə hey bir fikir dolaşır ki, Azərbaycan teatrının tarixini doğru yazmayıblar. Bizim teatrın tarixinə baxanda belə bir təəssürat yaranır ki, sanki bir ovuc fədakar vətənpərvər ziyalı durduqları yerdə öz kaprizləri ilə bu savadsız xalq üçün teatr yaradıb, məqsədləri də oxuyub yazmağı bacarmayan qara camaatı teatr vasitəsilə maarifləndirmək olub. Stanislavskidən görürən odur ki, eyni dövrdə Rusiya imperiyasında böyük bir həvəskar teatr bumu var imiş. Hər iki paytaxtda, böyük və balaca şəhərlərdə, ucqar əyalətlərdə hamı həvəskar teatr tamaşaları göstərirmiş. Şəxsi evlərdə, müəssisələrdə, məktəblərdə, klublarda, peşəkar birliklərin salonlarında; aristokratlar, hərbçilər, ticarət burjuaziyası, varlı fabrikantlar, məmurlar, müəllimlər, tələbələr, fəhlələr və s. və i.a. Hətta Stanislavski öz təşkil etdiyi həvəskar tamaşalarda adını çəkmədiyi bir mülki generalın epizodik rollarda oynadığını deyir. Rusiyanın ən varlı fabrikantlarından Mamontov da məhz həvəskar teatrlar üçün pyeslər yazırdı. Bakı və Qafqaz Rusiya imperiyasının tərkibində olduğu üçün eyni trend burada da olmaya bilməzdi. Hələ üstəlik, məsələn, Zərdabi və Vəzirov Moskvada, Haqverdiyev Peterburqda bu həvəskar teatr qızdırmasını birbaşa canlı olaraq görməmiş deyildilər. Bizim milli teatrın yaranması tarixini, daha doğru olardı ki, əslində Rusiyada həvəskar teatr hərəkatının kontekstində araşdırmaq lazımdır. Bax, sizə yaxşı dissertasiya mövzusu verdim, gedin, yazın, danabaşlar imkan versə—müdafiə edin. Halal edirəm.
نمایش همه...
9👍 2🤝 2
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.