cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Mütaliələrdən Qeydlər.📚

Səhifə Zəmanə İmamına (ə.f) və İslam Şəhidlərinin Ruhuna İthaf olunur.

نمایش بیشتر
پست‌های تبلیغاتی
1 343
مشترکین
-124 ساعت
+297 روز
+4430 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

01:16
Video unavailableShow in Telegram
Din-Dövlət münasibətləri, zırt-pırt... https://t.me/ashegee313
نمایش همه...
5.63 MB
🔥 2
Hər bir cəmiyyətin ən böyük məğlubiyyəti, yaxşıyla pisi fərqləndirmək qabiliyyətini əldən verməsidir. Belə bir cəmiyyət heç vaxt səadət və xoşbəxtlik əldə edə bilməz. İslam və Qərb Mədəniyyəti.📚 https://t.me/ashegee313
نمایش همه...
Mütaliələrdən Qeydlər.📚

Səhifə Zəmanə İmamına (ə.f) və İslam Şəhidlərinin Ruhuna İthaf olunur.

👏 2🤣 1
Əzizlər, İranda prezident seçkiləri ikinci tura qaldı. Allahın iznilə yavaş-yavaş Səid Cəlilini təbrik edə bilərik. Azərbaycan Hakimiyyəti dünən ki, seçkilərdən çox ümidli idi. Çün hakimiyyət başına liberal və millətçi olan bir axmağın keçməsi arzusunda idilər. Buda düşmənə sərf edirdi. Amma anlamadıqları bir şey var ki, bu ölkə İslam ölkəsidir, xalqı şərafətli xalqdır. Həmçinin İranın bu cür fitnəkar məsələlərdə təcrübəsi çoxdur. Allah İslam hökumətini və bu hökumətin başında duranları qorusun. https://t.me/ashegee313
نمایش همه...
Mütaliələrdən Qeydlər.📚

Səhifə Zəmanə İmamına (ə.f) və İslam Şəhidlərinin Ruhuna İthaf olunur.

❤‍🔥 5👍 1🎉 1🤣 1
Qeyri-müsəlman xalqların İslam şüarlarına marağı. Müsəlman xalqlar İslam inqilabının səhnəyə gəlməsindən öncəyə qədər ədalət adının solçu və sosialist düşərgədə, rifahın və maddi inkişafın isə sağçı düşərgədə, yəni kapitalist quruluşunda olduğunu güman edirdilər. İslam səhnəyə çıxıb xalqa maddi rifah və ictimai ədalətlə yanaşı olan bir həyat vəd etdi, onlar bu şüara və bu möhtəşəm hərəkətə maraq göstərdilər. Odur ki, bütün İslam dünyasında İslam inqilabının və onun imamının adı gözəl və parlaq bir günəşə çevrildi. İnqilabın ilk illərində bizim İslam dünyasında geniş təbliğatımız olmasa da, İslam Respublikası quruluşundan müsəlmanların yaşadığı ucqar bölgələrə kim səfər edirdisə, imamın, inqilabın və İslam Respublikası quruluşunun adının və bu uca bayrağın müsəlman xalqların qəlblərində yer açdığını görürdü. Hətta bir çox qeyri-müsəlman xalqlar da bu şüara görə İslama maraq göstərdilər. Biz bu şüarlara əməl etməliyik. Qərbin Sonu.📚 https://t.me/ashegee313
نمایش همه...
Mütaliələrdən Qeydlər.📚

Səhifə Zəmanə İmamına (ə.f) və İslam Şəhidlərinin Ruhuna İthaf olunur.

🫡 4👍 1
Əzizlər, artıq İranda səsvermə sona çatdı. Bütün gözlər sabah günortadan sonra açılacaq səsvermənin nəticələrinə zillənəcək. Səsvermədən qabaq Azərbaycan media kanallarının Pezeşkiyanı təbliğ etməsini çoxumuz görürdük. Bu, sizi aldatmasın. Onlar Pezeşkiyana əsli Azərbaycanlı olduğu üçün aşiq deyillər. Aşiq olsalardı əsli Azərbaycanlı olan əziz Rəhbərimizi telekanallarda söydürməzdilər yaxud anası Ərdəbildən olan Səid Cəlilinidə təbliğ edərdilər. Azərbaycanın iki üzlü hakimiyyəti bu seçkilərdən çox gözləntilidir. Pezeşkiyanın seçilməsində ona görə maraqlıdırlar ki, bu seçiləcəyi təqdirdə Zəngəzur üçün Azərbaycan hakimiyyətinin üzünə yaşıq işıq yanmış olacaq. Bundan əlavə Brenda Şafferində, Pezeşkiyanı paylaşması gözdən qaçmır. Yeni seçilən prezident ümumi regiona çox təsir qoyacaq. Qənaətə gəldiyimiz (şəxsi fikrimiz) başqa bir nəticə budur ki, düşmənin canfəşanlığından bu nəticə irəli gəlir ki, İranın siyasəti qarşısında tab gətirə bilmədiyindən, Prezident Rəisini (r.ə) Şəhid etməklə öz təfəkküründə olan birini prezident kürsüsünə gətirib onun əli ilə iş görmək istəyirlər. İndi bildiniz niyə Azərbaycan media kanalları Pezeşkiyanı bu qədər təbliğ edirlər.? https://t.me/ashegee313
نمایش همه...
Mütaliələrdən Qeydlər.📚

Səhifə Zəmanə İmamına (ə.f) və İslam Şəhidlərinin Ruhuna İthaf olunur.

👏 12🤣 1
إِنْ يَنْصُرْكُمُ اللَّهُ فَلَا غَالِبَ لَكُمْ وَإِنْ يَخْذُلْكُمْ فَمَنْ ذَا الَّذِي يَنْصُرُكُمْ مِنْ بَعْدِهِ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ. Ali-imran surəsinin 160-cı ayəsində uca Allah buyurur: "Əgər Allah sizə kömək edərsə, heç kim sizə qalib gələ bilməz və əgər Allah sizi zəlil edərsə, bundan sonra kim sizə yardım edəcək? Odur ki, möminlər Allaha təvəkkül etsinlər". Uca Allahın sarsılmaz qüdrətinin və yenilməz hakimiyyətinin bəyan edildiyi bu ayədə bizlərə bir daha ilahi hakimiyyətin aləmi əhatə etdiyi bildirilir. İnsan həyatında və insan əməllərinin keyfiyyətində uca Allah bəndələrinə nisbi azadlıq vermişdir. Yəni, insan şəxsi həyatını və əməllərini özü təyin edir, özü müəyyənləşdirir və özü istədiyi yolunu seçir, lakin, ilahi hakimiyyətdən əsla kənara çıxa bilmir. Hər yerdə və istənilən halda uca Allahın iradəsi hakimdir. O, istədiyi kəsə kömək edərsə, bütün aləm o şəxsin əleyhinə birləşsə belə məğlubiyyətə məhkumdur. Firon həzrət Musanı hələ dünyaya gəlməmişdən əvvəl öldürmək istəsə də və bu məqsədlə kütləvi şəkildə oğlan uşaqlarını öldürsə də Allahın istəyi ilə bu körpə elə Fironun sarayında böyüyəcəkdi. Sonda isə Fironun suda qərq olub yoxa çıxması da bu körpənin vasitəsi ilə gerçəkləşəcəkdi. Bəli, bu uca Allahın bütün aləmə və azadlıq verdiyi insan həyatına olan hakimliyidir. İlahi hakimiyyətin ən sadə dəlil və əlamətlərindən biri Firon ilə Musanın hadisələridir. Kərimə Dövlət.📚 https://t.me/ashegee313
نمایش همه...
Mütaliələrdən Qeydlər.📚

Səhifə Zəmanə İmamına (ə.f) və İslam Şəhidlərinin Ruhuna İthaf olunur.

7❤‍🔥 1
Əziz qardaş və bacılar! Bizim ölkəmizdə diktatorlar həmişə xarici istismarçılara arxalanmışlar. Pəhləvi və ondan öncə başqa bir formada Qacar rejiminin diktatura və hegemonluğu onların əcnəbi qüvvələrə söykəndiyinə görə idi. Rza xan İngiltərəyə arxalanırdı. Məhəmmədrza əvvəlcə İngiltərəyə arxanlanırdı, sonra isə Amerikaya üz tutdu. O, Amerikanın maraqlarını və nüfuzunu onların istəyinə uyğun şəkildə təmin edirdi. Onlar da onu müdafiə edir, sonra bu ölkəyə və bu xalqa qarşı istədikləri işi görürdülər. Bu xalqı əlli il repressiya şəraitində saxladılar. Beynəlxalq baxımdan inkişaf üçün ən yaxşı və ən hazırlıqlı bir dövrdə bu xalqın elm, sənaye, mədəniyyət və əxalq inkişafının qarşısını aldılar, bu xalqı və bu ölkəni geriyə saldılar. Onların məqsədi eyş-işrət, sərvət toplamaq və öz xarici ərbablarına xidmət göstərmək idi. Onlar həmin xarici qüvvəyə arxalanaraq özlərini İranda tam möhkəmlətmişdilər. Onları uzaqlaşdırmaq, bu əyri, zərərli, lənət, nifrət və uğursuqla dolu rejimi devirmək hər kəsin işi deyildi. Böyük İmam İslam bayrağı ilə hərəkat yaratdı. İmamın prinsipləri İslam prinsipləri, ədaləti İslam ədaləti idi. İnqilab təlimləri.📚. https://t.me/ashegee313
نمایش همه...
Mütaliələrdən Qeydlər.📚

Səhifə Zəmanə İmamına (ə.f) və İslam Şəhidlərinin Ruhuna İthaf olunur.

👏 6👍 1🤣 1
İslam inqilabı - kapitalizm dünyası üçün potensial təhlükə. İslam inqilabı qəfildən Qərb müstəmləkəsinin və kapitalizm dünyasının bütün varlığını və dəyər sistemini sual altına saldı, gələcəyini tamamilə təhdid etdi və qaranlıq göstərdi. Bu inqilab İslam inqilabı olduğundan nəticə etibarilə harada müsəlman olsa, bu inqilabın baş verməsi mümkündür. Sonra da onun nümunələrini Əfqanıstandan tutmuş İndoneziyaya, Malayziyaya, Misirə, Tunisə və hətta dırnaqarası inqilabi quruluşu olan ölkələrə, məsələn, Əlcəzairə və Liviyaya qədər ardıcıl şəkildə gördülər, bu İslamın oralarda baş qaldırıb meydan oxuduğunu və gələcəyi təsvir etdiyini duydular. Bunlar qorxuya düşüblər. İndi bütün kapitalist və hegemon dünya İslama qarşı dayanmaq üçün əl-ələ vermişlər. Qərbin Sonu.📚 https://t.me/ashegee313
نمایش همه...
Mütaliələrdən Qeydlər.📚

Səhifə Zəmanə İmamına (ə.f) və İslam Şəhidlərinin Ruhuna İthaf olunur.

4
00:52
Video unavailableShow in Telegram
Oyuna getməyin.! https://t.me/ashegee313
نمایش همه...
10.08 MB
👏 12👍 2🤣 1
Qlobal hegemonizm xalqların imanından qorxur.! Bu gün qlobal hegemonizm hər hansı bir xalqda olan dərin imandan qorxur və çəkinir. Bu gün dünyanın istismarçı və hegemon qurumları bilirlər ki, onların qarşısında dayanan imanlı, qeyrətli, bir sıra prinsip və dəyərlərə etiqadlı insanlardır. Onlar yalnız hegemonizmin istismarçılığı və hegemonluğu qarşısında dayanırlar. Düşmən bunlardan qorxur və onlara qarşı mübarizə aparır. Qərbin Sonu.📚 https://t.me/ashegee313
نمایش همه...
Mütaliələrdən Qeydlər.📚

Səhifə Zəmanə İmamına (ə.f) və İslam Şəhidlərinin Ruhuna İthaf olunur.

🫡 4👍 1
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.