cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Orkhan Shahbaz

Sitatlar və fikirlər

نمایش بیشتر
پست‌های تبلیغاتی
3 986
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+97 روز
-2630 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Deyir ki, Həssas insan qırıldığı zaman sevməyi buraxmaz, göstərməyi buraxar. #ZİDD
نمایش همه...
27👍 6❤‍🔥 2🔥 2🕊 2
Avam insan imkanlı olanda hiyləgərə çevrilir, ağıllı insan imkanlı olanda isə hüzurlu birinə. Biri sui-istifadəni, biri də zövq almağı daha yaxşı anlayır. #ZİDD
نمایش همه...
👍 16🔥 14 4👏 2
1630-cu ildə Yaponiyada çox gənc ronin (ağasız qalmış samuray) gəlir varlı bir feodalın sarayına ki, Şoqun (ölkənin hərbi diktatoru) bizi məhv edib, ağalarımız ölüb, torpaqlarımız alınıb, illərdir kasıblıqla yaşayıram, icazə verin sizin sarayda Harakiri (şərəfli intihar) edim. Feodal buna yer ayırır, klanın bütün üzvərini toplayır. Ronini otuzdururlar mərkəzdə ki, öz qarnını öz xəncərinlə yar öl, biz də baxaq. Ronin qayıdır ki, fikrimdən daşındım icazə verin gedim. Deyirlər yox, bura elə belə toplaşmamışq, doğra özünü. Ronin yalvarır ki, mənə 2 gün möhlət verin, bir işim var görüm qayıdıram. Klan rəhbəri və muavin ağalar əl çəkmir ki, yox indi intihar et, samuray qanunlarına hörmət elə, yoxsa heyvan kimi səni burda kəsib adını ləkələyəcəyik! Ronin xəncərini qınından çıxardır. Hər kəs görür ki, bu əsl dəmir xəncər deyil, taxtadan düzəlmiş saxtadır. Əsl xəncər vermək əvəzinə elə bu taxta ilə qarnını doğramağa məcbur edirlər. Çox əzablı ölüm olur, taxta roninin canını gec alır. Klan rəhbərliyindən 3 ağa roninin meyidini aparıb evinə tullayır. 1 ay sonra eyni saraya çox yaşlı Ronin gəlir. Eyni sözləri təkrar edir ki, kasıblıqdan bezmişəm, icazə verin Harakiri edim. Deyirlər sənin kimi bir gənc də gəlmişdi, qılıncı da taxta çıxdı. Sonra da fikrindən daşındı. Ronin deyir mənim qınılncım dəmirdir, fikrim isə qətidir. Buna da yer ayırırlar, Klan üzvləri toplaşır tamaşaya. Deyirlər qarnıvı bir sağa, bir aşağı yar başıvı da filan adam kəsəcək. Yaşlı ronin deyir lap əla amma başımı Klanın 3 ağasından filan olanı kəssin, samuray qanununa gösə mənim seçim ixtiyarım var. Axtarırlar adı çəkilən adam yoxdur, soruşurlar, deyilir ki, xəstədi evində yatır. Deyirlər başqasını seç, o da ikinci ağanın adını çəkir, deyirlər o da xəstədir. Üçüncünün adı çəkilir, o da xəstədir. Ronin başlayır gülməyə ki, təsadüfə bax, Klanın 3 ağası birdən xəstələnib. Feodal anlayır ki, burda nə isə var, soruşur. Yaşlı Ronin danışır ki, mən 2 ay əvvəl taxta ilə qarnını əzablar içində cırmağa məcbur etdiyiniz gəncin qaynatasıyam. Davam edir, biz də sizin kimi varlı olmuşuq, axmaq şoqun ailəmizi dağıtdı, evimizə, torpağımıza çökdü. Bizim başımıza gələn sizin də başınıza gələ bilər. On ildən çoxdur komada qalırıq, kürəkən yemək üçün qılıncını satmışdı, ona görə taxta idi. Mənim qızım və nəvəm bərk xəstələnmişdi, kürəkənim sizin qapıya gəlmişdi ki, bəlkə insafınız olar da, onu intihardan çəkindirib pul verərsiz. O da dərman alar. Siz isə onu əzablar içində öldürdünüz. Onun dalınca nəvəm və qızım da öldü. Mən bura sizin samuray qanunlarınızın, ideyanızın, inancınızın axmaq olmağını deməyə gəlmişəm. Feodal deyir, qanunlar alidir, ləkə götürməz. Səndə şərəf olsa çoxdan intihar edərdin. Ronin gülür, yaxasından üç saçaq çıxardır. Deyir bu sənin müavinlərinin saçağıdır, bir bir tapıb, döyüşdə qalib gəlib kəsərək şərəflərini ən pis tərzdə ləkələmişəm. Onlar isə intihar etmək əvəzinə evdə xəstə adı ilə gizlənib, saçlarının uzanmağını gözləyirlər. Feodal qəzəb içində əsir, əmr edir onu öldürsünlər, bütün klan cumur roninin üstünə. Qalib gələ bilmirlər, 4-ü ölür, 8-i ağır ayaralanır. Ronin baxır bunlar çoxdur, yorulub savaşa heyi qalmayıb, öz qarnını yarıb şərəflə intihar edir. Feodal əmr verir ki, bu söhbət bu sarayda qalsın. Ölənlər guya xəstəlikdən ölüb, yaralıları sağaldın, xalq bu biyabırçılığı bilməsin. P.S. Yarı yaşanmış hadisədir ki, 1962-ci ildə ekranlaşdırılıb, onlarla mükafat alıb, bugünə qədər ən çox müzakirə olunandır. Rejisor filmdə din, sistem rəhbərlərinin cahil insanları saxta ideyalar, saxta inanclar ətrafında özlərinə nökər etməyini canlandırır. Cahil insanları idarə etmək üçün davranışlarına istiqamət verən, qanunlar tərtib edən o rəhbərlərin əslində öz ideologiyalarına, yaydıqları qanunlarına riayət etmədiyini canlandırır. © Orxan Atabəy
نمایش همه...
👍 21 3👏 3😁 1
ZİDD də belə bir fikir yazmışam: Yüksək IQ ilə alınan nəticələr kütlə üçün lazımdır, uğurlu olmaq üçün isə yüksək EQ. İkisinin balansı ola bilərmi? - Bəli. Amma EQ həyatda bir addım öndədir. ZİDD
نمایش همه...
🔥 16👍 14
12 yaşımda böyüyüb anlamaq istəyirdim, 32 yaşımda anladığım: insan zehnindəki uşağı öldürəndə məhv olur. uşaqlıq: • neqativ duyğuların belə təbii olduğu tək dövrdür, • heçnəyi dərk etmədən maraqla yaşanan dövrdür, • saflığın, səmimiliyin, sadiqliyin olduğu dövrdür. Böyüyürsən, duyğuların aşınır, zədələnir amma özünü mənəvi və maddi müdafiəni öyrənirsən. Müdafiə etmək üçün itirirsən, güclənib əlində olanları daha yaxşı müdafiə edirsən, daha da güclənib ətrafını müdafiəyəyə alırsan... Öyrənirsən ki, sonrakılara ötürəsən. Öyrənirsən ki, gələcək uşaqların duyğuları daha az zədələnsin... Yaşında və ruhunda uşaqlıq yaşadan hər kəsin günü mübarək olsun 💛 Uşaqların Beynəlxalq Müdafiəsi Günü. #1iyun
نمایش همه...
34👍 10 2
Pis təcrübələr yaxşı bacarıqlar öyrədir. Bacarıqlar bizə maddi və mənəvi qazanc gətirir. Pisi yaşamaq yaxşıdır :) #ZİDD
نمایش همه...
27👍 15
DÜŞÜNCƏ məktəbi - 1 Düşüncə həyatın özüdür, daha yaxşı düşünə bilmək isə özümüzü yenidən yaratmağın... "Düşüncə Məktəbi - 1" proqramının 4 əsas məqsədi var: 1. Şəxsi həyatda daha yaxşı düşünmək, 2. Sosiallaşmaq üçün effektiv düşüncəyə sahib olmaq, 3. Karyeramıza təsir edəcək güclü düşüncə sistemi yaratmaq, 4. Hadisələri düşüncəmizlə analiz edib, nəticələr əldə etmək. "Düşüncə Məktəbi - 1" in iştirakçılara özəl 2 aylıq proqramı: • Müddət 8 həftə (2 ay) olacaq: • Həftədə 1 dəfə 60 dəqiqə olmaqla online görüş keçiriləcək; • 2 ay ərzində ümumi 10 görüşümüz olacaq; • Görüşlər Google Meet üzərindən olacaq və həftə sonları edəcəyik, • Bütün görüşlərdə mentor Orxan Şahbaz olacaq; • “Düşüncə Məktəbi - 1” adlı qrupumuz olacaq və orda davamlı olaraq  mövzuları müzakirə edəcəyik; • Proqram boyunca təlimlərdən əlavə, mövzulara bağlı Orxan Şahbaza limitsiz suallar verə biləcəksiniz; • 2 ay müddətində iştirakçılarla daha yaxşı kommunikasiya qurmaq və bir-birimizi tanımaq üçün 2 dəfə əyani görüş olacaq; +Beləliklə 2 aylıq müddətdə 8 dəfə online, 2 dəfə də əyani görüşmüz baş tutacaq; Keçiriləcək mövzular: 1. DÜŞÜNCƏ SİSTEMİNİN ƏSASI, 2. ÖZÜNÜ TANIMAQ, ANALİZ VƏ ANLAMAQ, 3. SÜRƏTLİ DÜŞÜNƏ BİLMƏ, 4. YARADICI DÜŞÜNCƏ, 5. EFFEKTİV SUAL VERƏ BİLMƏ, 6. DİQQƏT ÇƏKİCİ NİTQ QURA BİLMƏK, 7. HİSSLƏRİN İDARƏ EDİLMƏSİ, 8.EMOSİONAL ZƏKA. QİYMƏT: 8 həftəlik (2 ay) 10 görüşdən ibarət proqram + limitsiz suallar + praktik tapşırıqlar + rəsmi sertifikat = 21 azn. Xüsusi qeyd: Qeydiyyat etdikdən sonra əməkdaşımız Aynur xanım sizinlə what’s app üzərindən əlaqə yaradacaq. Suallarınız olarsa onları cavablandıracaq. Ödəniş edib qeydiyyatı tamamladıqdan sonra isə ümumi “Düşüncə Məktəbi - 1” qrupuna daxil edəcək. Mövzu müzakirələri, kommunikasiya qurmaq, dərdləşmək, öyrənmək və.s bir yerdə maraqlı və düşüncəli vaxt keçirəcəyik. İşin ən maraqlı tərəfi də əvvəlcə bir-birimizi əyani olaraq tanımayacağıq amma düşüncəli müzakirələrimiz olacaq. Bu da daha yaxşı düşünmək üçün effektiv strategiyadır. Bizim üçün də ilk dəfə və fərqli təcrübədir. Qeydiyyat üçün what's app: https://wa.me/994557332313
نمایش همه...
10👍 4
00:33
Video unavailableShow in Telegram
Tam versiya youtube kanalımda
نمایش همه...
10.69 MB
6👍 2
Mənim üçün: Xoşbəxtliyim əsası - başqasını düşündürmək, Bədbəxtliyimin əsası - başqasını xoşbəxt etməyə çalışmaqdır. Seminarlarımda, fərdi görüşlərdə danışıram. Qarşıdakı insanın (insanların) üzündəki mimikalar necə dəyişir, yaxşı ya pis zehnində düşünməyə başlayır, qızarır, bozarır, haldan-hala düşür amma düşünür... Bax o anın xoşbəxtliyi möhtəşəmdir. Başqasını xoşbəxt etmək üçün bir-iki taktika edirsən alınır amma düşündürə bilmək üçün araşdırırsan, beynin yanır, çətin prosesdən keçirsən və nəticə alırsan. Düşünmək həyatın özüdür. #ZİDD
نمایش همه...
👍 21 4 3
Linkedin həm iş, həm də sosial əlaqə üçün mənə çoxlu insanlar tanıtdırıb. Ora kütləvi platforma deyil deyə "küt" lər demək olar ki, olmur. Getdiyim bütün yerlərdə təbliğatını aparıram ki, düşünən insanlar orda karyerası üçün işlər görsünlər. İndi diqqət edirəm: Linkedin profilim 17.6k olub. 1.5 il əvvəl 600 + izlənmə var idi. Orda mütləq profil yaradıbn, karyeranız üçün çox kömək edəcək: https://www.linkedin.com/in/orkhan-shahbaz
نمایش همه...
👍 16🙏 1
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.