𝐋𝐚𝐧𝐛𝐥𝐫
رفتن به کانال در Telegram
၇ᩘ ᩘ ၇⃪⃖ৡ 𝐋 𝐀 𝐍 𝐁 𝐋 𝐑 ৡ⃪꫶⃗၇ᩘ ⊱ ஓ๑° 𝟏𝟗.𝟎𝟗.𝟐𝟎𝟏𝟗 °๑ஓ ⊰ _____
نمایش بیشتر1 475
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-37 روز
-1930 روز
آرشیو پست ها
1 475
Üzə gülüb arxada qəh*lik edən insanların zəmanəsindəyik. Ən yaxşı insan belə olsa gün gələr onunda masqası düşəcək. Həyat o qədər adi birşeydi ki bədənini pula satanların sayı az deyil. Ailəli olub hər hoqqanı verən 2 insandan nə gözləmək olar ? Belə xarab cəmiyyətdə ayaqda qalmaqda bir bacarıqdı artıq…
1 475
Zaman bir göz qırpımından ibarətdir. Və bu zaman keçmişə ilişib qalanlara əsla acımaz. Zaman anı yaşamasını və sabahkı gününə yön verə bilənlərin zamanıdır...
Yıxıldım, qırıldım deyə olduğun yerdə qalıb, şikayət etmə. Zaman göz yaşı tökəcək qədər uzun deyildir...
Bir insanı da çox sevib, ona səni qırıb, tökməsinə də izin vermə. Sənin sahib olduğun ən dəyərli şeyini, zamanını onun haqq etdiyi qədərini xərclə. Və sadəcə o zaman içində bir zaman ola bilənə qəlbini armağan et..
@qocalanadek 🍂
1 475
Sevgi əslində sənə qorxunun nədən ibarət olduğunu hiss etdirər. Hər zərrəsinə aşiq olduğun birini hər an itirə bilmə hissidir qorxu. Onu itirməmək üçün etdiyin hər şey gün keçdikcə səni tükədir və cəhdlərin onu səndən bir az da uzaqlaşdırır. Onun üçün savaşarkən düşdüyün yorğunluq onu da yorar. Qorxu hissi içində sahib olduğun bir şeyin xoşbəxtliyini yaşaya bilməzsən. Və bu da səndə sevgi deyilən hislərin üstünü qorxu ilə örtər. Yorulmuşam, sevgini hiss etmirəm düşünərsən. Amma əslində sevgi içində ən gizli yerində qalmış olar. Bitməsin, kimsə toxunmasın deyə ən dərin yerində saxlayırsan...
@qocalanadek 🍂
1 475
Son məktubumu sənə ayağı sınmış bir at çatdıracaq. O məktubu oxuduqdan sonra məni yaddaşından sil. Atı isə vurmağa məcbur qalacaqsan.
1 475
Uzun əzyətdən sonra artıq yekun edirəm 😍
Kitabımız tezliklə satışa çıxır, online web saytdan online şəkildə isdənilən ölkəyə və ya bölgəyə çatdırılma ediləcək, artıq kədəri bir kənara atıb uğura gedən yolda sevinc və xoşbəxt addım atmaq lazımdır..
Boş lazımsız insanlara vaxt ayırmayın, sevgi iadəyirsizsə ilk öncə pulunuzun gücünə güvənin! Pul varsa hərşey var deməkdir. Uğur və güc qazanın,
Tezliklə imza günümüzdə görüşənədək 🤎
@qocalanadek 🍂
1 475
Yaxşı olmağa çalışıram hamıya amma görürəm ki məcbur edirsiz məni prinsip saxlamağa.
Bu kanalda bütün nə yazılar varsa hamısı mənə məxsusdu kənardan alıb paylaşırlar bunada mən ica verirəm, boş boş danışıb məsələ yaratmayın.
Bişeydə deyim kənardan baxanlar burdakılarda bilsin bir insan mənə özəldə yazmasın mənə kömək lazımdı kiçik birşeydə olsa yazmayın yaxşılıq yaramır insanlara o qədər mundar saxdakar insanlar var ki artıq yaxşı insanları belə tanımaq olmur..
isdər mömin/ə isdər digərləri sadəcə “kanala baxın çıxın gedin” fikir bildirmək isdəyəndə bildirsin.
Əlavə sual kömək hər nə olsa belə nə kanala nədə özələ yazmayın.
Bu sözlərimə görə incimiyin mənən artıq yaxşı insan olsa belə ona etibar etmirəm belə olmasını isdəməzdim və bu paylaşımı çoxdan kanalda etməliydim…
1 475
Artıq olmayan heç bir xəyal üçün heyiflənmirəm. Çünki, ümid edirəm. Addım atıramsa, bundan daha gözəl dünyalara qapı aça bilərəm. Əgər, alınmırsa zorlamıram. Güclü qalmağı seçirəm və bunun üçün nəfəs aldığım hər bir anı daha da gözəlləşdirmək üçün özümü zorlamıram. Necə olacaqsa, olsun. Mən razıyam. Özümü xoşbəxt hiss edirəm. Sanki qəlbimdə yaranan boşluqlar kəpənəyə çevrilib. Xoşbəxtliyim bir kəpənək ömrü qədər də olsa, mən həmin kəpənəyə qəlbimdə yaşaması üçün bir həyat verdim. Artıq yaranan hər bir kədər verici hadisəyi normal qarşılayıram. Bir növ qəbullanıram demək də olar. Həyatımın hər bir anını olub bitənləri qəbul edərək davam edəcəm. Əgər qəlbinizdə boşluqlar varsa, əhəmiyyətsiz hisslərlə doldurmaq üçün tələsməyin. Zamanın sizə nə bəxş edəcəyini bilə bilməzsiniz..
@qocalanadek 🍂
1 475
Hər kəs həyatına daxil olarkən özünü yaxşı insan kimi tanıdır. Sözləri etibar qazandırır, davranışları isə ümid yaradır. Amma zaman keçdikcə başa düşürsən ki, insanı tanıdan dedikləri yox, göstərdiyi həqiqətlərdir. Çünki günün sonunda hər kəs maskasını çıxarır və gizlətdiyi simasını ortaya qoyur. Elə o an başa düşürsən ki, insanları sözlərinə görə deyil, zamanın onlardan üzə çıxardığı həqiqətlərə görə tanımaq lazımdır…
1 475
Əlhəmdulillahi rabil aləmin Assalatu wassalam ya Rəsulullah,
Allahım rəbbim ey yerlərin göylərin sahibi, ey bütün nöqsanlardan, qüsurlardan, bütün yanlışlardan münəzzam olan Allah heç bir şərik olmayan özündən üstün güc qüvvə sahibi olmayan ey Rəhman və Rəhim, Allahım mən səndən bağışlanmağı diləyirəm etdiyim yanlış və qüsurlarıma görə səndən əf diləyirəm ya rəbbil aləmin. Allahım bilmədiyim birşeydə sənə şərik qoşmaqda, Allahım bilə bilə sənə şərik qoşmaqda Allahım qəzəbinə səbəb olacaq əməllərdə sənə sığınıram. Allahım dostuma düşmən düşmənimə dost olmaqdan sənə sığınıram, Allahım haqqı batil, batili haq görməkdən sənə sığınıram. Qiyamət günündə üzü qaralananlardan deyil üzü ağ olanlardan et ya Rəbbim, ya Rəbbim bizi sevdiklərimizə nəsib et, ya Rəbbim bizi qəlbinizdəkilərə qovuşdur nəsib olmayanı hallalıq et ey Rəbbim sən qüdrətlisən qəlbimizdəkiler halal et bizlərə Rəbbim…
1 475
Mən artıq insanlara nifrət etdiyim üçün deyil, özümü qorumağı öyrəndiyim üçün heç kimə güvənmirəm. Keçmişdə aldığım yaralar sadəcə canımı incitmədi, insanlara baxışımı da dəyişdi. Bir zamanlar düşünürdüm ki, hər yeni tanışlıq əvvəlkilərdən fərqli olacaq, hər gələn insan yaralarımı sağaldacaq. Amma zaman mənə tam əksini göstərdi. Keçmişdə məni incidənlər bir xatirəyə çevrildi, bu gün qarşıma çıxanlar isə həmin xatirələrin davamı oldu. Adlar dəyişdi, simalar dəyişdi, amma yaşatdıqları hisslər heç dəyişmədi.İndi həyatımın qapısını hər kəsin üzünə açmıram. Çünki bilirəm ki, insanı ən çox yıxan düşmən deyil, güvəndiyi insandır. İnsan tanımadığı birindən zərbə gözləyər, amma ürəyini açdığı birindən gələn zərbə bütün dünyasını dağıdar. Mən də bunu dəfələrlə yaşadım. Hər dəfə "bəlkə bu dəfə fərqli olar" dedim, amma hər dəfə eyni hekayənin başqa bir səhifəsini oxudum.Artıq heç kimə özümü sübut etmək istəmirəm, heç kimə dəyərimi anlatmağa çalışmıram. Çünki həqiqətən sevən insan dəyər axtarmaz, onu hiss edər. İnsan məni itirəndən sonra qiymətimi başa düşəcəksə, bu artıq mənim üçün heç nə ifadə etmir. Gecikmiş peşmanlıqlar qırılmış etibarı geri qaytarmır.Bəzən deyirlər ki, "hamı eyni deyil". Mən də bunun doğru olduğunu bilirəm. Amma insanın içində ölən şey ümid olanda, qarşısına gələn yaxşı insanı belə pis insanlardan ayıracaq gücü qalmır. Çünki yaralar insana insanları deyil, ehtimalları belə şübhə ilə qarşılamağı öyrədir.
Mən artıq tək qalmaqdan qorxmuram. Əksinə, yanlış insanların arasında özümü itirməkdənsə, tək qalmaq daha rahat gəlir. Səssizlik mənə xəyanət etmir, tənhalıq məni aldatmır, gözləntilər isə artıq məni incitmir. Bəzən insanın ən güclü qalası məhz heç kimə ehtiyac duymadığı an olur.
Ola bilsin ki, bir gün həyat qarşıma həqiqətən fərqli bir insan çıxarsın. Amma o günə qədər mən qəlbimin qapısını bağlı saxlayacağam. Çünki hər gələnə inanacaq qədər sadəlövh deyiləm. Mən artıq bilirəm ki, etibar bir dəfə qırılanda onu yenidən qurmaq illər tələb edir, dağıtmaq isə cəmi bir neçə saniyə.Bu həyatda qazandığım ən ağır dərs budur: insanı hər zaman düşməni yox, "heç vaxt incitmər" dediyi insan dəyişdirir. Mən də dəyişdim. İndi əvvəlki kimi tez inanmıram, tez bağlanmıram, tez sevmirəm. Çünki bəzi yaralar sağalsa da, izləri ömür boyu insanın ruhunda qalır. Və o izlər hər yeni tanışlıqda pıçıldayır:
“bir dəfə də ehtiyatlı ol…”
1 475
Uçub dağılmış həyatımın bir küncünsə sakit tənhə yaşamaq isdəyirəm onuda qoymadılar, elə bir bərbat dağıtdı ki həyatımı bir daha altınan çıxa bilməyəcəyim ölü hislərin ağırlığı altında yaşamaq məcburiyyətində qaldım. Bu dünyanı mənə cəhənnəm edildi.. gözəl yaşa bilərəm əylənə bilərəm hərşey edə bilərəm amma sevgi artıq məndə bitdi. Soruşsalar haqqın halaldı yox deyərəm, çünki mənə elə bir zərbə dəydi ki son nəfəsə qədər yarası qalacaq, günlər aylar illər keçsə belə Allaha həvalə edəcəm, haqqımda haram olsun… məni kimsə incitmir məni incidən məni yıxan bilirsiz nədi uşaqlıq xəyalım və o xəyal üzərində qurulan arzu dua, məhv oldu məhv… getdi uçdu getdi yoxdu artıq… mənim güvənimdə getdi hislərimdə məhv oldu getdi, mənə qalan nə oldu ? Nə qaldıda mənə ? Bir uçurumda yol axdarıb tapmağım… deyin mənə mənim ən gözəl xəyallarımı kim qaytaracaq ? Qorxu içində sevgi ilə yaşamaq yoxsa keçmişdə ki xəyal arzu hislərin ən gözəl yaşayan sevgisi ilə yaşamaq ? Mənə qorxu içində yaşamaq qaldı.. yoxdu yolum uçurum kənarında tənhalığım ilə üz üzə qalmışam. Qadın deyilən varlıqdan o qədər soyumuşam ki həyatıma belə heçkəsi salmaq isdəmirəm.. iman desən oda məni tərk etdi, nəfsim ilə imanım arasında get gəl edib qalmışam, artıq o qədər yorgunam ki, verilən nəsihətlər, məsləhətlər, sözlərə kar qalmışam günaha gedən yolda mən özümü tərbiyə edib saxlamışam, birdəfə olsun belə nə saxda hislərim nədə şəhvətimin qurbanı olum. Olacamsa mən özümü bağışlamaram! Zəif düşə bilərəm amma nəfsimin qurbanı heç vaxt olmaram! Çətin olacaq yəni çətinsiz həyat yoxdur, səbrlə yola vermək olar hərşeyi, amma güvən sevgi dualar bu dağılmış hislər geri dönməsi artıq Allahın işidir mənim edəcək nə gücüm nə də ki marağım yoxdu. Mən o zərbəni almamalıydım… içimdəki əsəbim soyumayacaq, məni həmin zamnlarda qoruyub saxlayan qəlbdəki Allah qorxusu oldu yoxsa ağıla gəlməyən bütün gücümlə hər zəbni vuracaydım…
Bu il mütləq kitab satışa çıxacaq bəyənilən kitab olsa kədərli sözlərdən çıxıb daha aktiv maraqlı paylaşımlar edəcəm kanalda, və xoşbəxt yaşamaq üçün bacardığım qədər əl uzadacam hərkəsə…
1 475
Aşura gecəsində İmam Hüseyn (ə.s.) səhabələrini bir yerə topladı, şamları söndürdü və belə buyurdu:
"Bu gecə sizi azad buraxdım. Kim getmək istəyirsə, utanc çəkməsin, qaranlıqdan istifadə edib çıxa bilər."
Bu sözlərlə İmam (ə.s.), heç kəsi öz yanında qalmağa məcbur etmədi. O, sədaqəti, eşqi və fədakarlığı məcbur yox, seçimlə istədi. Bu gecə səhabələrin sınaqdan keçdiyi, sevginin imtahana çəkildiyi bir gecə idi. İmamın işıqdan qaranlığa keçidi, həqiqi nurla qalacaq olanları üzə çıxartdı
1 475

Unlock for
313
İnsan başa düşür ki, həyat xaotik deyil, onun sadəcə özünəməxsus bir strukturu var. İllər keçdikcə üzərimizə götürdüyümüz yüklər bizi ağırlaşdırmır, əksinə, yerə daha möhkəm basmağımızı təmin edir. Bişmək artıq hər rəngi deyil, yalnız sənə aid olan çalarları seçmək bacarığıdır.
1 475
Ömrümüz həsrətlərə qurban verildi..Nə həsrətimiz bitdi, nə də darıxmalar.. Hər kəs bir şeylər üçün darıxar..Kimisi ötən günlər üçün, kimisi yaşaya bilmədiyi günlər üçün, kimisi sevilmək üçün, kimisi də sevdiyi üçün..
Biz, sevərkən sevdiyimizə, yaşarkən yaşamağa həsrətik..Bir ömür içində bir həyata həsrətik..Nə qəribədir, həsrətimdə olduğumuzun dərmanı da həsrətində olduqlarımızdır..
@qocalanadek 🍂
1 475
Dünyaya gətirirlər adamı...
Sözdə hamısı səni çox istəyir,amma heç kim necə sevməyin düzgün olduğunu öyrətmir.
Böyüyürsən necə gəldi sevirsən və yaralanıb qalırsan yandığın yerdə.Bir də onu sağaltmaqla məşğul olub durursan.
Xəyanət pisdir deyirlər, amma heç kim də izah eləmir ki niyə pisdir. Edən niyə edir edilən nə hiss edir!?
Hər şeyə bir ad qoyurlar amma heç birinin tərifini vermirlər. Məcbur yaşayırsan.Yaşayırsan ki öyrənəsən.Bir də baxırsan ki, ömrünün yarısı səhv etməklə keçib.Özün özünü böyütmüsən. Qalan hissəni də düzləri yaşamaqla keçirirsən ki bir də səhv etməyəsən.Sonra bir gün güzgünün qarşısına keçib üzünə baxırsan.
Başqalarında o üz yaşlanmışdır amma səndə yaşanmış.Madam hər şeyi özüm öyrənəcəkdim,o zaman böyüklər niyə vardı?Elə göydən düşməklə eyni deyilmi bu? sualını verirsən.
Göydən düşmək.. Dünyaya ya gəlirsən, ya çırpılırsan səmadan və dərd orasıdır ki, gələnlər çırpılanlara heyranlıqla baxırlar ki, sən nə çox şey bilirsən. Daha deyə bilmirsən ki adam yerə çırpılanda başqa seçimi qalmır..
1 475
İnsanlar danışmağı çox yaxşı bacarırlar. kimisi getmə deyir, kimisi səni itirmək istəmirəm deyir, amma zaman keçir və sən bir gün geri dönüb baxanda görürsən ki, sənin üçün qurulan o böyük cümlələrin çoxu sadəcə o anın hissləri imiş, çünki sən olmayanda da hər şey əvvəlki kimi davam edib. Bəzi insanlar üçün sən sadəcə həyatlarının müəyyən bir dövrüsən o dövr bitəndə isə xatirələrin də səninlə birlikdə uzaqlaşır..
Artıq heç kimin məni seçməsini gözləmirəm, çünki öyrəndim ki, həqiqətən dəyər verən insan seçim qarşısında qalanda tərəddüd etməz, səni itirmək qorxusu onun qərarını səndən əvvəl verər.
1 475
Sənsiz mən neylərəm deyən insanın mənsiz xoşbəxt olduğunu gördükdən sonra Sənsiz mən neylərəm deyənlərin mənsiz xoşbəxt olacağını bilirəm artıq...
Mən özümə heç yaxşı baxmadım. Mənim üçün həmişə önəmli olan başqaları idi... İndi isə, bədənim stressin, üzüntünün və əsəbin hesabını mənə kəsir...
