𝐋𝐚𝐧𝐛𝐥𝐫
رفتن به کانال در Telegram
၇ᩘ ᩘ ၇⃪⃖ৡ 𝐋 𝐀 𝐍 𝐁 𝐋 𝐑 ৡ⃪꫶⃗၇ᩘ ⊱ ஓ๑° 𝟏𝟗.𝟎𝟗.𝟐𝟎𝟏𝟗 °๑ஓ ⊰ _____
نمایش بیشتر1 414
مشترکین
-424 ساعت
-147 روز
-4130 روز
آرشیو پست ها
1 414
Mən anama Xanımlar xanımına (s.ə) aşiqəm, mənə dəli desin bu cəmiyyət amma onun əmanətini kamil şəkildə daşıyanlar anam bacılarımdı, mənim gələcək yoldaşımda onun əmanətinə sahib çıxmalı və onu qorumalıdı, mən onun Əli (ə.s) olub hər zaman ən böyük dəstəkçisi olacam, bu qəlb yalnız Allah və anamın əmanəti daşıyan üçün döyünəcək..
Həyatım alt üst olsada, ən böyük zərbəni hicablı bir qadından alsam belə ümidimi kəsmədim Allahın mənə verdi imtahandı deyim səbr etdim.. mənim həyatımda yalnız və yalnız əmanəti kamil şəkildə daşıyan bir qadın olacaq inşAllah!
Məndə onun imanına baxıb dahada çox Allaha yaxın olacağıq..
Canımı belə düşünmərəm sonu ölüm olsa belə Zəhra (s.ə) anamın bir sığalına…
1 414
Uzun müddətdir ki telegramda paylaşımları azaltmışam, demək olar ki artıq heç paylaşmıram, əslində heçnə paylaşmaq heçnə yazmaq isdəmirəm artıq, bununda bir çox səbəbləri var.
Bir hekayə paylaşım sizlərə bununlada yekun esədəcəm burda paylaşımı,
İlk öncə bu kanalda ilk günlərdən izləyən və bəyənən hərkəsə təşəkkür edirəm, məni tanıyan bir çox insanlar bilir ki hərkəslə yola gedib haqqı deyən və bacardığım qədər hərkəsə əl uzatmışam, amma bir o qədərdə insanlara nifrətim çoxdu. Həyatımın bir qismini danışacam artıq hərkəs görsün.
Mənim həyatımda ilk sevgini yaşadım həmdə çox gözəl yaşadım, və aldadıldığımı daha sonra qanında maddə axan bir insanı sevdiyimi öyrəndim, daha daha nələr nələrə şahidi oldum həmin gün mənim həyatım məhv oldu.. insanın öz canınan şirin heçnə yoxdu, mən 7-8 ay stres əsəb sağlamlığım, hərşeyimi itirdim. O gündən sonra qadın deyilən varlığa nifrət yarandı bir daha sevgi deyilən hislər heçnəyə yaxın qalmadım, hisslərin ölümünü danışan insanları başa düşmürdüm amma başıma gəldi.. bir qardaş bir dostunuz kimi deyirəm çox hətta çox pis birşeydi, bütün xəyallar, qurduğun bütün nə varsa uçub gedir birdaha qurulmur, çox axmaq birşeydi hislərin ölməyi.. çalışın hərşey diqqət edin isdər kişi isdərdə qadın, nə qədərdə çox tanısazda bir gün üzə çıxır hərşey. Artıq hərşey gec olur.
Uzun müddət mən mənim həyatıma heçkəs almadım, almaq isdədim amma gördüm ki alınmır nə özümü nədə qarşı tərəfi pis paha salmaq isdəmirəm..
insan olun deyərəm amma insanlıq yoxsu ədalət olsaydı bu dünyada nə qan axmazdı, nədə ailələr dağılmazdı.
Vaxt keçirib əylənən insanlardan olmadığım üçün nə o haqda nədə onlar haqqında birşey deyə bilmərəm..
tək halımla dostlarla, iş həyatım, ailə, isdədiyim əyləncəni yaşayıram. Mən bir qadına görə həyatımı sağlamlığımı məhv etdim, birdaha bunu yaşamamaq üçün qarşı cins varlıqlardan uzaq qaldım..
Özünüzü sevin dəyər verin inanın ki xoşbəxt olacaqsız, mənhərkəsdən çox ailəcanlı, ailə sevən xəyalını quran adamıydım amma nə ailə həyatı quracaq nədə həyatıma alacaq bir qadın yoxdur, bəlkə fikirlərim bəzilər üçün pis məna daşıya bilər ola bilər amma mənim yaşadıqlarımı yaşamasaz məni heç vaxt başa düşə bilmərsiz…
İnsanlara güvənməyin, zamanədə ən böyük güc puldur pulun varsa hərşey sahib insansan..
Çox yazıb bezdirmək isdəmirəm sizləridə artıq məndən bu qədər, yazacaq bir həvəs, yazacaq bir hekayəm yoxdur artıq burda..
Kitaba gəldikdə artıq 2 ci kitab hazırlayıram cinayət və dedektiv janrda olacaq, bura yada düşərsə paylaşıb bildirərəm sizlər üçündə.
iferid.com saytına daxil olub məlumatlar əldə edə bilərsiz.
Həyatınıza birini aldıqdan sonra diqqət edin..
Bu gözlər nələrə şahit oldu bu qulaqlar nələri eşitdi bir daha nə sevgiyə nədə insanlara güvənçədim..
Bəzi insanlar yatağı, bəzilər pulu, bəziləridə ömürlərini bir birinə verəcək qədər gözəl həyat yaşadılar.
Gecəniz xeyrə, bu kanalda hərkəsə gözüm üsdə yeri var. Təşəkkürlər 🤎
1 414
Kamil hicab anamızdan bizə əmanətdir və Allahın əmridir! Onu qoruyub saxlamaq hərkəsin borcudur.
Hicab sadəcə zahiri bir örtük deyil; o, qadının daxili zənginliyinin, şəxsiyyətinin və mənəvi ucalığının cəmiyyətə nümayiş olunan ən gözəl möhürdür.
Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin zövcələrinə (evlərindən çıxdıqları zaman) çarşablarını örtmələrini söylə! Bu, onların tanınmaları və incidilməmələri üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir.
Əssəlamu əleyki ya bintə Rəsulillah! Əssəlamu əleyki ya bintə Fatihmə və Xədicə! Əssəlamu əleyki ya bintə Əmiril-möminin! Əssəlamu əleyki ya Seyyidətə nisaill-aləmin
1 414
Bəzən içimizdə elə bir boşluq olur ki, onu heç nə ilə doldura bilmirik... Amma səhifələri çevirdikcə anlayırsan ki, oxuduğun hər cümlə əslində sənin illərdir kiməsə demək istədiyin, amma deyə bilmədiyin sözlərdir.
Hər kəsin həyatında xatirələrə sığınıb susduğu anlar var. Mən sadəcə həmin susqunluğun səbəbini kağıza köçürdüm. İndi növbə səndədir... səhifələri aç və öz hekayəni tap.
@qocalanadek 🍂
1 414
Biri olsun sənə Sevməkdən qorxulu heçnə yoxdur deməyi öyrətsin .Oqədər çox sev , o qədər çox hiss etdir ki, bunu ona Sevmək sevilməkdən daha gözəl gəlsin onun ruhuna .Biri olsun Qacan qovalanır ançaq dəyər verməyən dəyər görür kimi deyimləri sənə unutdursun .Sən sevdikcə daha çox yanında olsun .İtirməkdən qorxduğun hər an ,sənə yanında olduağunu daha çox hiss elətdirsin.Zamanla itirməkdən qorxmaq sənin üçün sadəcə söz birləşməsi kimi olsun.Ən çirkin halında belə ,səndə gözəllik görə bilsin Mənasız danışdığında isə danışdıqlarında bir zəka görə bilsin .Biri olsun ,Bir dəfə olsun Min dəfə daha betər olsa belə, həmişə yanında olsun..
@qocalanadek 🍂
1 414
Sevgi sadəcə bir insana qarşı güclü hisslər bəsləmək deyil. Məncə, sevgi bir insanı olduğu kimi tanımaq, onun yaxşı tərəfləri ilə yanaşı çatışmazlıqlarını da görmək və bütün bunlara baxmayaraq ona dəyər verməkdir. Sevmək yalnız gözəl günlərdə həmin insanın yanında olmaq deyil, çətin vaxtlarında da onu tək buraxmamaq, danışmaq istəyəndə dinləmək və ehtiyacı olduğu zaman yanında olduğunu hiss etdirməkdir. Çünki insanı həqiqətən sevəndə onun yalnız xoşbəxt olduğu anları deyil, yorulduğu, səhv etdiyi və özünü pis hiss etdiyi vaxtları da qəbul edirsən.
Sevginin içində ən vacib şeylərdən biri hörmət və güvəndir. Sevdiyin insanın fikirlərinə, seçimlərinə və şəxsi sərhədlərinə hörmət etmədən sağlam bir münasibət qurmaq çətindir. Sevgi qarşı tərəfi öz istədiyin kimi dəyişdirmək, ona sahib çıxmaq adı altında hər addımını nəzarətdə saxlamaq və ya daim ondan nəsə tələb etmək deyil. Əksinə, onu olduğu kimi qəbul etmək və yanında özünü rahat, güvənli və dəyərli hiss etməsinə imkan verməkdir.
Sevgi bəzən böyük və möhtəşəm sözlərdə yox, ən sadə davranışlarda özünü göstərir. Qarşı tərəfin səsini eşidəndə onun necə olduğunu hiss etmək, yorğun olduğunu görüb bunu soruşmaq, danışdığı bir şeyi xatırlamaq, uğuruna ürəkdən sevinmək və pis günündə yanında olmaq da sevgidir. Bəzən “səni sevirəm” deməkdən daha çox, bunu davranışlarınla göstərmək vacib olur. Çünki söz demək asandır, amma həmin sözün məsuliyyətini daşımaq və sevgini hərəkətlərinlə göstərmək daha çətindir.
Əsl sevgi insanın özünü tamamilə itirməsi də deyil. Sevmək bütün həyatını bir insana bağlamaq, öz arzularından və şəxsiyyətindən imtina etmək demək deyil. Sağlam sevgi iki insanın bir-birinin həyatına gözəllik qatması, amma eyni zamanda hər ikisinin öz olaraq qala bilməsidir. Bir-birinə dayaq olmaq, amma bir-birinin yerinə yaşamağa çalışmamaqdır.
Bəzən insanlar sevgini yalnız həyəcan, darıxmaq və ya güclü emosiyalarla əlaqələndirirlər. Halbuki zaman keçdikcə ilk həyəcan dəyişə bilər. İnsan hər gün eyni hissləri yaşamaya bilər, amma həqiqi sevgi məhz belə vaxtlarda özünü göstərir. Qarşı tərəfi anlamağa çalışmaq, yaranan problemlərdən qaçmaq əvəzinə onları danışaraq həll etmək, səhv etdikdə üzr istəmək və münasibəti qorumaq üçün səy göstərmək sevginin daha real tərəfidir.
Məncə, sevginin ən gözəl tərəfi insanın qarşısındakı şəxsin xoşbəxtliyinə səmimi şəkildə sevinə bilməsidir. Onun yaxşı olmasını istəmək, uğurlarını öz uğurun kimi görmək, yanında olanda özünü rahat hiss etmək və eyni rahatlığı ona da yaşatmaqdır. Sevgi sahib olmaq deyil, paylaşmaqdır. Məcbur etmək deyil, könüllü şəkildə seçməkdir. Yalnız gözəl anları bölüşmək deyil, həyatın çətin tərəflərində də bir-birinə dayaq olmaqdır.
Sonda sevgi mənim üçün bir anda yaranıb sonra öz-özünə davam edən bir hiss deyil. Sevgi zamanla qurulan güvən, hörmət, anlayış, qayğı və sədaqətdir. Bir insanı mükəmməl olduğu üçün yox, onu həqiqətən tanıdığın halda bütün xüsusiyyətləri ilə qəbul etdiyin üçün sevməkdir. Ən əsası isə sevgini yalnız sözlə deyil, münasibətin, davranışların və qarşı tərəfə verdiyin dəyərlə göstərməkdir. Çünki həqiqi sevgi insanın dilində deyil, ən çox onun davranışlarında görünür
@qocalanadek 🍂
1 414
Kitabı satışa çıxarmaqda niyyətim özümü tanıtmaq və ya məhşur etmək deyil, yazdığım hekayədə insanlar məna çıxarmaları fikir bildirmələri mənim üçün maraqlıdır, bu mənim ilk kitabımdı bəlkə mükəmməl kitab ola bilməz amma ən azınan insanların hislərinə toxunacaq qədəq cümlələr sıraladım…
Çox az sayda kitabın adını və üz dizaynını bəyənən var amma yüzlərlə insan kitabı bəyəndi hətta ön sifariş edənlər belə az deyil.
Bacacara bilərəm düşüncəsi ilə kitab yazdım saytımı qurdum, insanların diqqətini cəlb edici sözlər hörmət və s. birçox şeylər əlbətdə bunlar hamısı bir sevinc uğurdu. Hər zaman açıq sözlü olmuşam hərkəsə, bu kitabdan əlavə gəlir tutmaq niyyətim belə yoxdu, maddiyatı zəif olanlara kömək bir çox tanış insanlara hədiyyə sözü belə vermişəm, məqsəd kitabı bəyəndikləri üçün… yüzlərlə gözəl fikirlərin arasında, kiçik mənfi rəylər artıq toz olur gedir.. bu il sizlərə söz hərkəsə nəsib olacaq necə ki kitabımızın adı kimi Qəlbim Nəsibin Olsun..
bizə nəsib olmadı, bizlərdə sizin nəsibinizə dua edək. Birlikdə gözəl və davamlı xoşbəxt həyat yaşayasız.
Həyatınızda uğurlar diləyirik ❤️
@lanblr @qocalanadek iferid.com
1 414
Hicabın altında hər f*işəliyi edən, hər hoqqadan çıxan “qadın” otellərdə kiminsə altında yatanın qanı xarabdısa hicabın nə günahı var? Alnını səcdəyə qoyub barlarda içən, qadınlarla yatan hər zinanı edənin namusu qeyrəti yoxdusa namazın nə günahı var ? Övladına çörəy verməyib qə*bələrə pul paylayan “kişi”, yoldaşının gəliri və uzaq bir məsafədə yaşadığı halda, və onan gizli başqa kişilərlə danışan qanı xarablar gözü başqasının pulunda olan nəfsinə hakim olmayan qadındısa ailə qurmağın nə günahı var? İnsanlar özləri hər mundarçılığı edir amma səhvi, günahı, hərşey başqa birşeylərdə görürlər… çox iyrənirəm insanlardan… hələ ki qadın deyilən varlığa nə güvənim nədə etibarım yoxdu…
1 414
Təsəvvür et... sevdiyin insanı itirirsən. Amma onu unutduğun üçün yox, qismətin hələ yazılmadığı üçün...
Bəzən sevgi qovuşmaq deyil.
Bəzən sevgi gözləməkdir.
Bəzən isə ən böyük sevgi, sevdiyin insanın xoşbəxtliyi üçün səssizcə dua etməkdir.
"Qəlbim Nəsibin Olsun" məhz bu hissləri yaşayan insanlar üçün yazılıb.
Bu kitabı oxuyarkən bəzən gülümsəyəcək, bəzən susacaq, bəzən də "elə bil mənim həyatımı yazıb" deyəcəksən.
Çünki bəzi hekayələr oxunmur... Onlar yaşanır.
@qocalanadek 🍂
iferid.com 📖
1 414
Bu kanalın keçmiş paylaşımlarına baxıram əvvəlki günlərim xatirələrimə dönürəm, keçmişdə olan hərşey necədə gözəldir.. bu kanalı bəzi çirkin mundar insanlarda uzaq saxlayaraq təmiz saxladım öz həyatım şahidi olduğum həyatı müzakirələri, hərşey bu kanala bölüşdüm, ola bilər bir insan olmasa belə bir imsandan yaxşıdır… hər zamanda buranı gözəl saxlayacam.. son zamanlarda həyatım o qədər qarma qarışıq keçir ki, o qarısıqlığı burada yansıdıram və öz əllərim ilə sevən insanları uzaqlaşdırdım burdan.. olsun bu qədər yazılar ilk gündən tək qalaraq tək dərdimi bölüşəcək yer olaraq gördüm buranı… mənə qalan burdakı gözəl xatirələr oldu.. bu kanal yoxdursa artıq bilin ki məndə bu həyatda yoxam.. qəlbim üzərində yeriniz var hər zaman.
@qocalanadek 🍂
1 414
Bilirsən? Mənim sevgilim olmadi hasinki xəyalini
çox qurmuşdum. Əl-ələ dənizdə gəzmək, hansiki
həycanla görüşlərə tələsmək, birinə tələsmək
bu cümlənin mənim üçün nə qədər anlam
daşidigin bilə bilməzsən, birinə tələsmək... və
o sevinc o həycan bunlar heç bir vaxt sözlə
ifadə edə bilməyəcəyim hisslərdir. Tələsə tələsə
yollari həycanla qaça qaça atdimlamag
gecikməməy üçün əldən ayagdan gedmək. Və ona çatdigda boynuna atilib dərindən ah çəkmək. İçindəki o rahatligi bütün vücudunla
@qocalanadek 🍁
1 414
İlərdi bu platformadayam bir çox qrupum və dostlarım olub burda, biraz keçmişə qayıtsam daha gözəl vaxtlar 2018-21 qədər maraqlı keçib, son 2 ildə telegram artıq elə bir vəyətə gəlib çıxıb ki yaxşı insanı tapmaq qeyri mümkün olub, insanlar öz günahını görmür və yaxşı əməl etdiklərini düşünürlər.
Bu kanal olmasaydı bəlkə insanlar iç üzünü bilməzdim təbii ki reallıqla yaşayan biriyəm amma bu kanala görə mən, çox insanlar gördüm..
sizə bir məsləhət verim sosial platforma kimi axmaq mundar bir yer yoxdu.. insanlar belə artıq qudurublar.. masqa taxıb hər rolu oynayanları belə var..
çalışın özünüz haqda çox məlumat yaymayın axmaq insanlar çoxdu..
telegramda artıq uzun müddətdir ki varam hazırda jihad və dia fedi kimi mundar insanların toplandığı və insanları ifşa edildiyi yer kimi tanınır. Ola bilər mənə təhqir və ya artıq söz desinlar amma minlərlə belə olsa bir zərəri ola bilməz. Çaqqal kimi hürüb keçə bilərlər. Səssizlik çəkinmək deyil əksizə zəif nöktəni tapıb ordan vurmaqdı. Bunlar kimi masqa geyinib qrupda gəzən insanlar çoxdu, bunlara qarşı ehtiyad edin. Hər birirnin yazışmaları və söhbətləri ekran görüntüsünə alınıb video kimi saxlamışam, zaman zaman tanıdacam mən tək hər bir insanı buna inamdıra bilmərəm amma bunların hər sirrini hər pis əməllərini sizlərə paylaşacaq qədər məlumatlıyam.
Əgər sizi qorxudurlarsa qorxmayın çəkinməyin çaqqal ancaq hürməyi bilir, bunlar qorxaq insanlardı, ədəb əxlaqlı qadınları montaj edib özləri ilə fəxr edənlərdi.. namaz qılıram deyib sizə özlərini təmiz göstərirlər. Arxa planda islamı təhqir edənlərdi təbliğ edənlərdi. Bunların hər biri göstərəcəm sizlərə sadəcə mən isdəyimə çatana qədərdi…
Mən bu halnan tək bunlarla bacarıram minlərlə qrup sahibləri adamlarını itirməsin deyə bacara bilmir.
Bu gün siz bunlara göz yumursuzsa sizin qohum ailə, tanış dost, sevgilinizə rast gələrsə nə edəcəksiz ? Artıq iş işdən keçəcək…
Bir söz var zalımın düşməni, məzlumun köməkçisi olun. Bacardığım qədər hərkəsə əl uzadıram, bu gün bu kanal sayı qrup yığmıramsa belə insanlara görə, mən tək qalaram amma bu kimi əxlaqsız insanları əhatəmdə saxlamaram.. ola bilər ətrafımda azdı yaxşı insanlar amma mənim bir sözümə baxır bir neçə insan yığmağım. Mənim hər yerdə əlim var eyniylədə bəzi qruplarınızda izləyirəm. Hərbirinizə çatdıqdan sonra mənim etdiklərimi izləyərsiz…
1 414
İnsan tanımadığı birini xəyalı ilə sevir, tanıdığı birini isə həqiqəti ilə ya qəbul edir, ya da rədd edir. Bir insanı uzaqdan gördüyümüz zaman onun haqqında boş qalan yerləri öz arzularımızla doldururuq. Səssizliyini təvazökarlıq, sərtliyini qürur, gülüşünü səmimiyyət hesab edirik. Əslində isə qarşımızdakı insanı yox, beynimizdə yaratdığımız obrazı sevirik. Tanışlıq dərinləşdikcə maskalar yavaş-yavaş düşür. Sözlər, davranışlar, seçimlər və xasiyyət üzə çıxır. Məhz həmin anda sevginin ilk sınağı başlayır. Əgər gördüklərimiz gözlədiklərimizlə üst-üstə düşərsə, sevgi möhkəmlənir yox əgər xəyal etdiyimiz insanla qarşımızdakı insan arasında böyük fərq yaranarsa, məyusluq başlayır. Nifrət isə çox vaxt tanımadığımız insandan deyil, tanıyıb yanlış tanıdığımızı anladığımız insandan doğur. Çünki ən böyük qırğın yalanlardan yox, puç olmuş ümidlərdən yaranır. Bəzən bir insan dəyişmir. Sadəcə onu ilk dəfə olduğu kimi görməyə başlayırıq və anlayırıq ki, sevdiyimiz onun özü deyilmiş, beynimizdə qurduğumuz hekayə imiş. Ona görə də deyirlər sevgi insanı tanımağa aparır, tanımaq isə sevginin həqiqi olub olmadığını göstərir.. Çünki insanı tanıdıqdan sonra sevmək xarakterə aşiq olmaqdır, tanıdıqdan sonra nifrət etmək isə xəyalların həqiqətlə toqquşmasının nəticəsidir.
@qocalanadek 🍂
1 414
Bəlkə bu gün, bəlkə sabah, bəlkə başqa bir vaxt, başqa bir yerdə bilmirəm. Amma yarım qalmış hərşey tamamlanmağa möhtacdır. Tamamlayın bir-birinizi. Siz tamamlamasaz da təəssüf ki, başqası sizin yarım buraxdığınız birşeyi tamamlayacaq.
Çalışın yarım buraxmayın. Çünki sizin yarım buraxdığınız birşeyi başqasının tamamlamasını görmək ölümdəndə betərdir..
@qocalanadek 🍂
1 414
Nə üçün çəkirsən qüssə, kədər, qəm?
Təzədən doğulub ölməyəcəksən.
Özünə yaxşı bax, ey bəni-adəm,
Bir də bu dünyaya gəlməyəcəksən.
1 414
Sizə aid olmayan biri üçün mübarizə aparmayın, zaman dəyərlidi və dəyərləndirin. xoşbəxtlik həyatımızda bir qadın və ya bir kişi olmasınan ibarət deyil, ilk olaraq valideynlər qohumlar daha sonra dostlarla gəzmək əylənmək xoşbəxtlik insan özlüyündə yaradır.. heçkəsə aid olmayın. Çalışın özünüzü sevin ən sonda görəcəksiz ki dərd etdiyimiz kimsə üçün boşa vaxt sərf etmişik, siz sadəcə kədərdən özünüzü uzaq tutmaq üçün məcbur edin çətində olsa fikirlərinizi başqa yerlərə yönəldin..
insan öz əlləri ilə öz həyatını məhv etməyi, xoşbəxt etməyidə bilir. Bunu sizə heçkim etmir.. hərkəsə gözəl həyat xoşbəxtlik arzu edirəm
@qocalanadek 🍂
