cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

🌹🤍Eşq_Səfəri🤍🌹

*بِسْــــــــــــــــــــــمِ اﷲِارَّحْمَنِ ارَّحِيم* *Allahın Peyğəmbəri (s.) buyurub:* “Hər dərdin dərmanı var. Günahların dərmanı da istiğfardır (bağışlanmaq diləmək).” *_📿Əstəğfirullahə Rabbi və ətubu iləyh_* Təklif və Reklam üçün : @asiqim

نمایش بیشتر
کشور مشخص نشده استزبان مشخص نشده استدسته بندی مشخص نشده است
پست‌های تبلیغاتی
377
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

1.40 MB
Amin inşallah...🤲
نمایش همه...
3.82 MB
Salam bayamiz mubarek.indi aldiğimiz deqiq melumatlara gore ay Azerbaycan erazisinde gorsenib.ona gore butun muctehidlerin muqellidleri orucu acmalidi.Allah ibadetlerimizi qebul elesin.
نمایش همه...
(اَللَّهُمَّ اَهْلَ الْكِبْرِياءِ وَ الْعَظَمَةِ وَ اَهْلَ الْجُودِ وَ الْجَبَرُوتِ وَ اَهْلَ الْعَفْوِ وَ الرَّحْمَةِ وَ اَهْلَ التَّقْوى وَ الْمَغْفِرَةِ اَسْأَلُكَ بِحَقِّ هذَا الْيَوْمِ الَّذِي جَعَلْتَهُ لِلْمُسْلِمِينَ عِيْداً وَ لُِمحَمَّدٍ صلى الله عليه وآله وسلم ذُخْراً وَ مَزِيداً اَنْ تُصَلِّيَ عَلى مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ وَ اَنْ تُدْخِلَنِي فِي كُلِّ خَيْرٍ اَدْخَلْتَ فِيهِ مُحَمَّداً وَ الَ مُحَمَّدٍ وَ اَنْ تُخْرِجَنِي مِنْ كُلِّ سُوءٍ اَخْرَجْتَ مِنْهُ مُحَمَّداً وَ الَ مُحَمَّدٍ صَلَواتُكَ عَلَيْهِ وَ عَلَيْهِمْ، اَللَّهُمَّ اِنِّي اَسْأَلُكَ خَيْرَ ما سَأَلَكَ بِهِ عِبادُكَ الصَّالِحُونَ وَ اَعُوذُ بِكَ مِمَّا اسْتَعاذَ مِنْهُ عِبادُكَ الصَّالِحُونَ (اَلُْمخْلَصُونَ،
نمایش همه...
Fitir Bayram namazının qılınma qaydası. Fitir bayramının namazı Azan və İqamə oxunmadan niyyətlə başlayır. Fitir bayramı namazı iki rükət qılınır. Birinci rükətdə "Həmd" (Fatihə) və surədən sonra beş təkbir (Allahu Əkbər) deyilir və hər təkbirdən sonra bir qunut tutulur. Beşinci qunutdan sonra yenidən təkbir deyilib ruku və ikinci səcdə yerinə yetirilir. İkinci rükətdə isə "Həmd" və surədən sonra dörd təkbir deyilir və hər birinin arasında qunut tutulur. Sonuncu qunutdan sonra təkbir deyilib birinci rükətdə olduğu kimi, rüku və iki səcdə yerinə yetirilir. Yaxşı olar ki, Fitir namazı ucadan və üstüaçıq yerdə qılınsın. Birinci və ikinci Rükətdə "Həmd" surəsindən sonra istənilən surəni oxumaq olar. Amma yaxşı olar ki, birinci rükətdə "Həmd" surəsindən sonra "Şəms", ikinci rükətdə isə "Əla" surəsi oxunsun. Fitir bayramı namazının qunuqtunda istənilən duanı oxumaq olar (doğma ana dilində olsa belə). Amma bu dua oxunarsa, daha yaxşı olar. Qunut (Allahummə əhləl kibriyayi vəl əzəmə və əhləl cudi və-cəbərut və əhləl əfvi vər-rəhmə və əhlət-təqva və məğfirə. Əsəlukə bihəqqi hazəl yəumi əlləzi cəəltəhu lilmusliminə ida Və İl Muhəmmədin səllallahu ələyhi və alih zuxrən və şərəfən mə kəramətən və məzida. Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd. Və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədə və ali Muhəmməd. Və ən tuxricəni min kuli suin əxrəctə minhu muhəmmədən və ali Muhəmməd. Sələvatukə ələyhi və alih. Allahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəl muxləsun və əuzu bikə mimmastəfzu minhu ibadukəl muxləsun.)-Ləm yəlid vəl əm yuləd və ləmyəkulləhu kufuvən əhəd. Fitir bayramı gecəsi məğrib və işa namazlarından sonra, habelə bayram günü sübh namazından sonra yaxşı olar ki, bu zikrlər oxunsun: (Allahu əkbər, Allahu əkbər, la ilahə illəllah vallahu əkbər və lillahi həmd, Allahu əkbər əla ma hədana)- (Allah böyükdür, Allah böyükdür, Allahdan başqa Allah yoxdur, Allah böyükdür, bizi hidayət edən Allaha şükürlər olsun. Allah böyükdür!). Bayram namazı zöhr namazına qədər qılınmalıdır, qılınmadıqda qəzasını yerinə yetirmək vacib deyil.
نمایش همه...
*Fitr bayramına görə bir coxlarını maraqlandıran şəri suallara cavablar. Paylaşın ki bilməyənlərdə məlumatlansınlar.* *Sual:* Fitrə nə vaxt ayrılmalı və nə vaxt ödənməlidir? Bütün müctəhidlərin rəyi: Fitr bayramı namazı qılırsa, vacib ehtiyata əsasən, gərək namazdan qabaq versin və ya ayırsın. Əgər bayram namazı qılmasa günün zöhrünə (günortasına) qədər vaxtı vardır. *Sual:* Fitrəni yoxsula ramazan ayından qabaq vermək olarmı? Bütün müctəhidlərin rəyi: Xeyr, amma onu borc ünvanında verib fitr bayramı günü fitrə hesab etmək olar. *Sual:* Fitrəni ayıran şəxs ondan istifadə edib yerinə (əvəzinə) başqa mal və ya pul qoya bilərmi? Bütün müctəhidlərin rəyi: Xeyr, gərək ayırdığını fitrə versin. *Sual:* Fitrə verməyən və onu ayırmayan şəxsin hökmü nədir? Bütün müctəhidlərin rəyi (Behcət, Təbrizi və Xameneidən başqa): Günah etmişdir və vacib ehtiyat budur ki, gələcəkdə (əda və qəza niyyəti etmədən) fitrəni versin. *Təbrizi və Xamenei:* Günah etmişdir və gələcəkdə (əda və qəza niyyəti etmədən) fitrəni verməlidir. Behcət: Günah etmişdir və müstəhəb ehtiyat budur ki, gələcəkdə onu qəza etsin. *Sual:* İmkanı olmayan şəxsin fitrə zəkatı ödəməsi vacibdirmi? Bütün müctəhidlərin rəyi: Yoxsul olarsa, fitrə ödəməsi vacib deyil. Əgər 3 kq buğda və ya onun qiymətində bir şeyi varsa, onu fitrə zəkatı adı ilə verməsi müstəhəbdir. Əgər himayəsində bir neçə nəfər varsa, onu fitrə niyyəti ilə ailə üzvləri arasında bir-birinə ötürsünlər. Sonuncu ailə üzvü isə aldığı fitrə zəkatını ailə üzvü olmayan başqa bir şəxsə versə yaxşı olar. *Sual:* İnsan öz ata-anasına (onlar müstəhəqq olduqda) fitrə zəkatı verə bilərmi? Bütün müctəhidlərin rəyi: Ata-ana yoxsul olarlarsa, övladlar onların vacib xərclərini ödəməlidir və onlara fitrə zəkatı vermək olmaz. *Sual:* fitrə zəkatını ehtiyaclı olan tələbə övladına verə bilərmi? Bütün müctəhidlərin rəyi: Övladlar yoxsul olarlarsa ata-ana onların zəruri yaşayış xərclərini ödəməlidir. Amma fitrə zəkatından onlara verə bilməzlər. *Sual:* Fitrə zəkatını hədiyyə ünvanında abırlı və müstəhəqq olan qohumlara vermək olarmı? Bütün müctəhidlərin rəyi: Bəli, hədiyyə ünvanında vermək olar və fitrə zəkatı olduğunu bildirmək zəruri deyil. Amma zəkat vermək məqsədi ilə verilməlidir.
نمایش همه...
Allah zalım qövmə lə'nət eləsin inşallah
نمایش همه...
7.08 KB
یک طرح متفاوت انتخاب کنید

طرح فعلی شما تنها برای 5 کانال تجزیه و تحلیل را مجاز می کند. برای بیشتر، لطفا یک طرح دیگر انتخاب کنید.