fa
Feedback
𝐇Ə𝕯İ𝕾

𝐇Ə𝕯İ𝕾

رفتن به کانال در Telegram

✍️ Admin: Mədinə İslam Universitetinin tələbəsi Nail Paşa

نمایش بیشتر
2 916
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-67 روز
-2330 روز
آرشیو پست ها
🌙 Məhərrəm ayında oruc tutmaqSual: Məhərrəm ayının birindən otuzuna qədər tam şəkildə oruc tutmağın hökmü nədir? ✍️ Şeyx ibn Useymin (رحمه الله) demişdir: ❗Cavab: Bu sünnədir, çünki, Rəsulullah ﷺ demişdir ki: «Ramazandan sonra ən əfzəl oruc Allahın ayı olan Məhərrəm ayının orucudur» (Muslim, 1163) 📼 [Fətəva Nur aləd-Dərb, Kaset no: 374] •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

💫 Cümə günü Əsr və Məğrib arası duaların qəbul olan vaxtıdır ❗ ⚡ «Allah ﷻ buyurur: "Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim..." ﴾Ğafir, 60﴿» •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

🍂 Ötüb keçən xatırlanmaz.. 📚 Məsud əl-Həməzəni (رحمه الله) insanları çox əfv edər və belə deyərdi: “Ötüb keçən xatırlanmaz”. Öldükdən sonra onu yuxuda gördülər və ona belə deyildi: “Allah sənə nə etdi?” O isə cavabında belə dedi: “Allah məni Öz hüzurunda saxladı və mənə dedi: «Ötüb keçən xatırlanmaz! Onu Cənnətə aparın»” 📔〖Tərixul-İsləm | Əz-Zəhəbi: 42/327〗 •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

🌴 Saleh insanların cəmiyyətə faydası ✍️ İbn Mundəkir (رحمه الله) demişdir: 🔸 «Şübhəsiz ki, Allah saleh bir insan səbəbilə onun övladını, övladının övladını (nəvələrini) və ətrafındakı kiçik evləri də qoruyar. Beləliklə, onlar daim Allahın qoruması və himayəsi altında olarlar» 📔〖Camiul-Ulum val-Hikam: s.467 〗 •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

📌 Göy və yer kiməsə ağlayırmı? ✍️ İbn Abbasdan (رضي الله عنهما) soruşdular: — Göy və yer kiməsə ağlayırmı? Dedi: — Bəli. Məxluqatdan elə bir kəs yoxdur ki, onun üçün göydə bir qapı olmasın. Ruzi o qapıdan enər, əməlləri də oradan yüksələr. Mömin vəfat etdikdə isə həmin qapı onu itirdiyi üçün ona ağlayar. Yer üzündə onun getdiyi yerlər və Allahı zikr etdiyi gözəl izlər də onun üçün ağlayar. Firon əhlinin isə nə saleh əməlləri vardı, nə də yer üzündə gözəl izləri. 📔〖Əbu Davudun “əz-Zühd” əsərindən〗 •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

🌙 Bayram günləri 📚 Allah Rəsulu ﷺ buyurmuşdur: 🔸 «Ərafa günü, Qurban kəsimi günü, Təşriq günləri bizim bayramımızdır, islam əhlinin bayramıdır. Bu günlər yemək və içmək günləridir» 📔 〖Nəsai, Əbu Davud, Tirmizi/Şeyx Albani hədisi səhihləşdirmişdir〗 📌 Təşriq günləri 3 gündür: May ayının 28-i, 29-u və 30-u. •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

🌴 Arafa orucu 🔸 «Arafa gününün orucu alimlərin icması ilə ən əfzəl nafilə orucudur» 📔〖Tovdihul-Əhkəm: 3/210〗 •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

🌾 Qəm-qüssənin yaranmasına səbəb ✍️ İbn Qeyyim (رحمه الله) demişdir: 🔸 «Qəm-qüssə və kədər əsasən iki səbəbdən yaranır: Dünyaya həddindən artıq meyl etmək və ona həris olmaqla,Saleh əməllərdə və itaətdə səhlənkarlıq etməklə» 📔〖Uddətus-Sabirin: 256〗 •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

🌙 Əziz müsəlmanlar! Bu gün axşam kanalımızda canlı dərs keçiriləcək inşəAllah. 📖 Mövzu: “Zil-Hiccə ayının ilk on günlüyündə gizlənən böyük sirr” 🎙 Mühazirəçi: Nail Paşa 🕰 Vaxt: 22:15 — Bakı vaxtı ilə 📍 Faydalı olacağını düşündüyünüz şəxslərlə paylaşmağı unutmayın. •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

✍️ Səid ibn Cubeyr Həsən ibn Hərisə yazaraq belə deyir: 🔸 «Ey qardaşım, əgər bir günaha düşən görsən, səni bundan salamat saxlayan Allaha həmd et. Şeytanın səni fitnəyə salacağından arxayın olma!» 📔〖Şuabul-İman: 6282〗 •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

✍️ Cəfər ibn Suleyman (رحمه الله) deyir ki, Malik ibn Dinardan eşitdim ki, o, Həsənin belə dediyini rəvayət edir: 🔸 «Dörd şey bədbəxtçiliyin əlamətindəndir: ❶ Qəlbin daşlaşmasıGözün durğunluğu (ağlamaması)Uzun-uzadı ümidlənməkDünyaya hərislik» 📔〖Zəmmid-Dunyə: s.36〗 •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

✍️ Fudeyl ibn İyyad (رحمه الله) demişdir: 🔸«Beş şey xöşbəxtlikdəndir: 1️⃣ Qəlbdə yəqinlik 2️⃣ Dində təqvalı olmaq 3️⃣ Dünyada zahidlik 4️⃣ Həya 5️⃣ Elm 📔 (Əl-Hilyətu/Əbu Nueym əl-İsbəhə'ni) •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

🌱 Ömrün uzanmasına səbəb olan əməl ✍️ Şeyx ibn Useymin (رحمه الله) demişdir: 🔸«Bəzi saleh əməllər ömrün uzanmasına səbəbdir, buna misal olaraq da qohumluq əlaqələrini saxlamaqdır; Allah Rəsulu ﷺ buyurmuşdur: “Kim ruzisinin artmasını və ömrünün uzanmasını istəyirsə, qohumluq əlaqələrini saxlasın”» 📔 [Şərhu Riyadus-Salihin, 2/107] •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

🌾 Sevinc və kədər ✍️ İkrimə (رحمه الله) demişdir: 🔸 «Elə bir kəs yoxdur ki, o, sevinməsin və kədərlənməsin. Lakin, sevincinizi şükürlə edin, kədərinizi isə səbirlə» 📔〖Təfsirul-Qur'anil-Azim, 8/27〗 •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

✍️ İmam ibn Abdul-Bər (رحمه الله) demişdir: 🔸 Kədərli yaşayış üç şeydədir: ❶ Pis qonşudaValideyninə asi övladdaPis əxlaqlı zövcədə 📔〖Behcətul-Məcə'lis və Ənsul-Məcə'lis: s.199〗 •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

📚 Peyğəmbərimiz ﷺ buyurmuşdur: 🔸 «Aişə mənim Cənnətdə zövcəmdir» 📔〖Sahihul-Cəmi: 3965〗 •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

💥 Kişinin dəyərini endirən hal 🔸 «Ərəblər kişinin qadınların mübahisələrinə qarışmasını xoş qarşılamazdılar» 📔〖Kitəb əl-Əğani: 13/43〗 ✋ Qadınların çəkişmələrinə qarışmaq və onlarda iştirak etmək barədə belə deyilmişdir: 👉 “Kişi öz nəfsində həmişə uca və hörmətli qalar, ta ki qadınların xəbərlərini araşdırmağa və onların işlərinə qarışmağa başlayana qədər; belə etdikdə isə alçalar” •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

📚 Allah Rəsulu ﷺ buyurmuşdur: 🔸 «Kim haram mal toplayar, sonra onunla sədəqə edərsə, ona heç bir əcri olmaz və günahı da onun üzərinə olar» 📓〖Sahi'hut-Tərğib, 880〗 •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu

🌾 Kəhf surəsi – qoruyan savab ✍️ İbn Dəqiq əl-İyd (رحمه الله) belə deyib: 🔸 «Mənim bir dostum vəfat etdi, mən onu yuxuda gördüm. O mənə belə dedi: “Mənim yanıma bir it gəldi – sanki vəhşi bir heyvan kimi – və məni qorxutmağa başladı, mən də çox qorxdum. Bu zaman gözəl görkəmli bir şəxs gəldi, o iti qovdu və mənimlə oturub yoldaşlıq etdi. Mən ondan soruşdum: “Sən kimsən?” Dedi: “Mən cümə günü oxuduğun Kəhf surəsinin savabıyam”» 📔〖İbn Həcər, “Əd-Durrər əl-Kəminə”: 5/352〗 •┈••●◆❁✿❁◆●••┈• © HƏDİS https://t.me/hedis_oxu