𝗗 İ 𝗡 İ ‘ 𝗞 𝗔 𝗡 𝗔 𝗟
رفتن به کانال در Telegram
الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُواْ إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ innə lilləhi va innə ileyhi raci`un Biz Allaha məxsusuq və ona da qayıdacağıq.
نمایش بیشتر2 102
مشترکین
-324 ساعت
-47 روز
-230 روز
در حال بارگذاری دادهها
کانالهای مشابه
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
اکتبر '26اکتبر '26
اکتبر '26
+27
در 0 کانالها
سپتامبر '26
+63
در 0 کانالها
Get PRO
اوت '26
+22
در 0 کانالها
Get PRO
ژوئیه '26
+50
در 0 کانالها
Get PRO
ژوئن '26
+27
در 0 کانالها
Get PRO
مه '26
+31
در 0 کانالها
Get PRO
آوریل '26
+77
در 0 کانالها
Get PRO
مارس '26
+39
در 2 کانالها
Get PRO
فوریه '26
+6
در 0 کانالها
Get PRO
ژانویه '26
+22
در 0 کانالها
Get PRO
دسامبر '25
+19
در 0 کانالها
Get PRO
نوامبر '25
+3
در 0 کانالها
Get PRO
اکتبر '25
+5
در 24 کانالها
Get PRO
سپتامبر '25
+1
در 0 کانالها
Get PRO
اوت '25
+5
در 0 کانالها
Get PRO
ژوئیه '25
+52
در 0 کانالها
Get PRO
ژوئن '25
+163
در 0 کانالها
Get PRO
مه '25
+107
در 0 کانالها
Get PRO
آوریل '25
+112
در 0 کانالها
Get PRO
مارس '25
+167
در 0 کانالها
Get PRO
فوریه '25
+166
در 0 کانالها
Get PRO
ژانویه '25
+182
در 0 کانالها
Get PRO
دسامبر '24
+282
در 0 کانالها
Get PRO
نوامبر '24
+194
در 0 کانالها
Get PRO
اکتبر '24
+226
در 0 کانالها
Get PRO
سپتامبر '24
+275
در 0 کانالها
Get PRO
اوت '24
+181
در 124 کانالها
Get PRO
ژوئیه '24
+227
در 113 کانالها
Get PRO
ژوئن '24
+60
در 0 کانالها
Get PRO
مه '24
+170
در 0 کانالها
Get PRO
آوریل '24
+93
در 0 کانالها
Get PRO
مارس '24
+443
در 56 کانالها
Get PRO
فوریه '24
+467
در 0 کانالها
Get PRO
ژانویه '24
+596
در 0 کانالها
Get PRO
دسامبر '23
+442
در 0 کانالها
Get PRO
نوامبر '23
+491
در 0 کانالها
Get PRO
اکتبر '23
+724
در 0 کانالها
Get PRO
سپتامبر '23
+105
در 0 کانالها
Get PRO
اوت '23
+77
در 0 کانالها
Get PRO
ژوئیه '23
+49
در 0 کانالها
Get PRO
ژوئن '23
+15
در 0 کانالها
Get PRO
مه '23
+10
در 0 کانالها
Get PRO
آوریل '23
+13
در 0 کانالها
Get PRO
مارس '23
+18
در 0 کانالها
Get PRO
فوریه '23
+8
در 0 کانالها
Get PRO
ژانویه '23
+12
در 0 کانالها
Get PRO
دسامبر '22
+11
در 0 کانالها
Get PRO
نوامبر '22
+15
در 0 کانالها
Get PRO
اکتبر '22
+33
در 0 کانالها
Get PRO
سپتامبر '22
+86
در 0 کانالها
Get PRO
اوت '22
+56
در 0 کانالها
Get PRO
ژوئیه '22
+22
در 0 کانالها
Get PRO
ژوئن '22
+16
در 0 کانالها
Get PRO
مه '22
+21
در 0 کانالها
Get PRO
آوریل '22
+68
در 0 کانالها
Get PRO
مارس '22
+74
در 0 کانالها
Get PRO
فوریه '22
+42
در 0 کانالها
Get PRO
ژانویه '22
+37
در 0 کانالها
Get PRO
دسامبر '21
+44
در 0 کانالها
Get PRO
نوامبر '21
+67
در 0 کانالها
Get PRO
اکتبر '21
+84
در 0 کانالها
Get PRO
سپتامبر '21
+87
در 0 کانالها
Get PRO
اوت '21
+110
در 0 کانالها
Get PRO
ژوئیه '21
+48
در 0 کانالها
Get PRO
ژوئن '21
+33
در 0 کانالها
Get PRO
مه '21
+84
در 0 کانالها
Get PRO
آوریل '21
+146
در 0 کانالها
Get PRO
مارس '21
+122
در 0 کانالها
Get PRO
فوریه '21
+167
در 0 کانالها
Get PRO
ژانویه '21
+36
در 0 کانالها
Get PRO
دسامبر '20
+369
در 0 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 15 اکتبر | +2 | |||
| 14 اکتبر | 0 | |||
| 13 اکتبر | +3 | |||
| 12 اکتبر | +12 | |||
| 11 اکتبر | 0 | |||
| 10 اکتبر | 0 | |||
| 09 اکتبر | 0 | |||
| 08 اکتبر | +1 | |||
| 07 اکتبر | 0 | |||
| 06 اکتبر | +2 | |||
| 05 اکتبر | +2 | |||
| 04 اکتبر | +1 | |||
| 03 اکتبر | +3 | |||
| 02 اکتبر | 0 | |||
| 01 اکتبر | +1 |
پستهای کانال
| 2 | 🌙 Şirin yuxular
🐓Kənddə bir xoruz vardı, qışqırıb banlayardı.
🔹Neçə gün səsi kəsildi.
🔹Sahibindən soruşdum:
🔹Xoruzun səsi niyə gəlmir?
🔹Dedi:
Hamı şikayət etdi, "bizi oyadır, qoymur yatmağa" dedilər.
🔪Mən də başını kəsdim...
❗️O vaxtdan anladım ki, insanları oyatmaq istəyənlərin başı kəsilir.
✍Mərhum Muhəmməd Hüseyn Şəhriyar (r)
@dini_paylasimlar 🕋 | 69 |
| 3 | Cәhәnnәm әzаbı vә bеhişt nеmәtlәri dünyаdа gördüklәrimizә охşаyırmı?
Qiyаmәtdә insаn fәrqli dә оlsа hәm ruhа, hәm dә cismә mаlikdir. Fәrqli cism ахirәt аlәminin qаnunlаrınа münаsibdir. Cәhәnnәm әzаbı vә bеhişt nеmәtlәri hәm ruhа, hәm dә cismә аiddir. Bu hәqiqәti аyәlәr vә rәvаyәtlәr tәsdiqlәyir. (Mоllа Möhsin Fеyz Kаşаni, "Üsulil-mааrif”, s. 224, 225)
Qiyаmәtdә insаn fәrqli dә оlsа hәm ruhа, hәm dә cismә mаlikdir. Fәrqli cism ахirәt аlәminin qаnunlаrınа münаsibdir. Cәhәnnәm әzаbı vә bеhişt nеmәtlәri hәm ruhа, hәm dә cismә аiddir. Bu hәqiqәti аyәlәr vә rәvаyәtlәr tәsdiqlәyir. (Mоllа Möhsin Fеyz Kаşаni, "Üsulil-mааrif”, s. 224, 225.)
Cismаni vә ruhi әzаb mәsәlәsi ilә dаhа gеniş şәkildә tаnış оlmаq üçün Qurаni-kәrimin dörd аyәsinә nәzәr sаlаq:
1.Cismаni әzаb: yаndırıcı оd ("Әrаf”, 12.); "Yеyәrlәr аmmа dоymаzlаr”. ("Vаqiә”, 51-53.)
2. Ruhаni әzаb: İnsаn nәfsinin yаnmаsı ("Humәzә”, 4-7.); "Sоnsuz hәsrәt. ("Аli-İmrаn”, 192.)
3. Cismаni nеmәt: "Dаdlı içkilәr”. ("Muhәmmәd”, 15.)
4. Ruhаni nеmәtlәr: "Аllаhın rаzılığı”, ("Tövbә”, 71.) "Nәfslәrdәn kinin çıхmаsı”, ("Әrаf”, 43.) "Görüş cәnnәti”, ("Qiyаmәt”, 23.) "Zаt cәnnәti”. ("Fәcr”, 30.)
@dini_paylasimlar 🕋 | 93 |
| 4 | Sədəqə verməyin 6 qaydası
Müqəddəs İslam dinində sədəqə verməyin xüsusi əhəmiyyəti və yeri vardır. Quran bizlərə sədəqə verməyin ədəbini və keyfiyyətini tanıdır. Milli.Az deyerler.org-a istinadən bildirir ki, İslam dinində iki cür sədəqə vardır: vacib sədəqə: zəkat kimi və müstəhəb sədəqə: infaq kimi.
Müstəhəb sədəqənin ədəbi ilə tanış olaq:
1. Ən pak maldan olmalıdır. Hədislərimiz buyurur ki, verdiyin sədəqə ən pak və ən sevimli malından olmalıdır. "Ey iman gətirənlər, kəsb etdiklərinizin və sizin üçün yerdən çıxardığımız şeylərin (tarla və mədən məhsullarının) pak və halallarından(Allah yolunda) xərcləyin (infaq edin) və pak olmayan (pis və haram) malı xərcləmək fikrinə düşməyin". ("Bəqərə" 267). "Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə (infaq etməyincə) əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz". ("Ali-İmran" 92).
2. İlk olaraq yaxın qohumlara vermək. Həzrət Peyğəmbər (s) buyurur: "İnsanın yaxın qohumları möhtac olan halda başqalarına sədəqə verməyə yer yoxdur". Başqa bir hədisdə oxuyuruq: "Yaxın qohumlara sədəqə vermək sədəqənin savabını ikiqat edər".
3. Yoxsuldan dua etməsini istəmək. İmam Əli (ə) buyurur: "O zaman ki, yoxsula bir şey verirsiniz ondan istəyin ki, sizin üçün dua etsin, çünki onun sizinlə bağlı etdiyi dua qəbul olar".
4. Minnət qoymadan vermək. Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən Allah Təala 6 sifəti mənə rəva bilməmişdir və onları övladlarımdan olan canişinlərimə və davamçıları üçün də rəva bilməmişdir. Sədəqə verəndən sonra minnət qoymaq (onlardan biridir)".
5. Yoxsul istəməzdən əvvəl sədəqə vermək. İmam Sadiq (ə) buyurur: "Yaxşı əməl olan bəxşiş, istəməkdən əvvəldir. Ancaq o şey ki, sual və xahiş edildikdən sonra verilər - sənin qarşında tökülən abırın mükafatıdır".
6. Yoxsulun üzünə baxmamaq. Məsumlarımızın (ə) həyatına nəzər salan zaman görmək olur ki, onlar sədəqə verən zaman bu işi ya qapı arxasından edərdilər, ya da həmin şəxsin üzünə baxmazdılar.
@dini_paylasimlar 🕋 | 76 |
| 5 | Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.
@toplu_admini | 7 |
| 6 | Gözəl və pis əxlaq irsən keçə bilir
İnsan fitri olaraq kamala doğru gedəndir. Ona görə də əgər həyatı mənalı və hədəfli olmazsa, sağ qalmaq onun üçün dəyərsiz olar.
Baxmayaraq ki, yaşamaq üçün bütün şəraitlərə malik olsa belə. Uşağa ilk təlim və tərbiyə verən mərkəz – ailədir. Çox sayda əxlaq nümunələri orada formalaşar. Ailə mühitinin sağlam və ya qeyri-sağlam olması insan əxlaqına təsir qoyar. Yəni insanın əxlaq bünövrəsi ailədə qoyular.
Elə ona görə də deyə bilərik ki, ailə İslam dinində həmişə xüsusi əhəmiyyətə və diqqətə malik bir ocaq olmuşdur. Əgər bu müqəddəs mərkəz kamala çatmaq üçün istedadlarından bəhrələnərsə, cəmiyyət də bu cür böyük bir istedaddan bəhrələnər.
Ata və ana övladına iki tərəfdən təsir qoyar. Biri isri olaraq genlərin vasitəsilə. O birisi isə təqlid vasitəsilə. Lakin istisnalar da mümkündür.
Hər bir halda övlada ilk tərbiyə verən məktəb - ailədir. İnsan ilk fəzilət və rəzil sifətləri burada öyrənir. Bu haqda gələn hədislərə nəzər salaq:
İmam Əli (ə) buyurur: "Pak və gözəl əxlaq insanın (ata və anasının) bəyənilmiş irsinin səbəbidir”. Ona görə də fəzilətli ailədə gözəl və saleh övladlar yetişər.
İmam (ə) başqa yerdə buyurur: "Hacətinizi istəyən zaman pak və əsil ailədə yetişmiş şərəfli insanların sorağına gedin”.
İmam Sadiq (ə) buyurur: "O qadın ki, şərab içən ərinə itaət edər, səmadakı ulduzlar qədər günaha düçar olar. Ondan doğulan övlad da bulaşmış olar”.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir körpə pak tövhid fitrəti ilə dünyaya gəlir. (Sonradan) atası və anası onu yəhudi və ya xristian dininə daxil edər”.
Həzrət (s) başqa yerdə buyurur: "Övladın atası üzərindəki haqqı odur ki, ona gözəl ad qoysun və onu yaxşı tərbiyə etsin”.
Ona görə də gözəl əxlaqa malik olan övlad istəyirsinizsə, evlənməmişdən əvvəl həyat yoldaşı seçən zaman onun əxlaqı və valideynləri ilə tanış olun ki, gələcəkdə problem yaranmasın. Ailənin insan tərbiyəsindəki roluna diqqət edin.
@dini_paylasimlar 🕋 | 60 |
| 7 | QAPIMIZA GƏLƏN YOXSULLA NECƏ RƏFTAR ETMƏLİYİK?
Qurani-Kərimdə göstərildiyi kimi, Allah yolunda xərcin və möhtaclara yardımın qəribə təsirləri var.
Məsələn, "Bəqərə” surəsinin 261-ci ayəsində buyurulur:
"Mallarını Allah yolunda xərcləyənlər misalı yeddi sünbül0 cücərdən və onların hər birində yüz (ədəd) dən olan toxum kimidirlər. Allah bunu (hikmət üzrə) istədiyi şəxs üçün neçə qat artırar. Allah geniş (rəhmət sahibi) və hər şeyi biləndir.”
Diqqəti cəlb edən odur ki, Allah yolunda infaq insanı yeddi yüz qat və ondan da uca dərəcələrə qaldırır.
Burada belə bir sual yaranır ki, qapımıza bir yoxsul gəldikdə, onunla necə rəftar etməliyik? Məsələn, yoxsula "Bu pulu al və bir daha gözümə görünmə!” – kimi ifadələr deməyə haqqımız varmı?
Allah-Taala minnətlə olan sədəqə və köməkləri qətiyyən bəyənmir və hətta bunu riyakarcasına verilən və Allahın razılığı güdülməyən xərclər sırasına qatır. ("Bəqərə” surəsi, ayə 264.)
İslam baxımından möminin abır-heysiyyəti böyük əhəmiyyət kəsb edir. İslam bir müsəlmanın abır-heysiyyətinin ləkələnməsinə əsla icazə vermir. Qurani-Kərimin "Bəqərə” surəsinin 26-cı ayəsində buyurulur:
"Xoş bir söz və (dilənçilərin israr və kobudluqlarını) güzəşt, ardınca əziyyət verənsədəqədən daha yaxşıdır. Allah ehtiyacsız və həlimdir.”
Bu ayəyə əsasən, yoxsulu ədəb-ərkan və ehtiramla əliboş geri qaytarmaq minnət və əziyyətlə yanaşı olan müsbət cavabdan daha yaxşıdır. Ədəb və ehtiramla yanaşı infaq və yardımın, kömək edə bilmədiyi surətdə yoxsuldan üzrxahlığın hər ikisi gözəldir! Bu yüksək mənəvi hal məsum imamların rəftarlarında da gözə dəyir. Məsələn, aşağıdakı əhvalata diqqət yetirək:
"Bir nəfər yoxsul imam Həsən Müctəbanın (ə) evinin qapısını döyüb belə deyir:
"Ey Peyğəmbər övladı! Dolanmaq üçün satmağa bir şeyim qalmayıb. Bunu çöhrəmdən özünüz müşahidə edə bilərsiniz. Əlbəttə, qoruyub-saxladığım bir az abır-heysiyyətim qalmışdır ki, sizi ona münasib müştəri hesab edirəm.”
İmam Həsən (ə) öz əmanətdarını çağırıb soruşur: "Nə qədər pul qalıb?”
O deyir: "On iki min dirhəm.”
İmam (ə) buyurur: "Onu bu kişiyə ver.” Sonra İmam (ə) onu çağırıb üzr istəyərək buyurur: "Biz sənin haqqını ödəyə bilmədik, əlimizdə olan elə bu idi!” İmam (ə) bunu dedikdən sonra özü də belə bir beyt söyləyir:
"Bu azacıq malı götür və elə bil ki, nə sən bir mal satmısan, nə də biz bir mal almışıq (sənin abır-heysiyyətin verilənlərdən qat-qat qiymətlidir).” ("Müntəhəl-amal”, 1-ci cild, səh.162.)
İmam Həsənin (ə) bu rəftarı infaq ədəb-ehtiramın son həddi və Allah yolunda yardımın ən gözəl nümunəsidir.
@dini_paylasimlar 🕋 | 58 |
| 8 | Telegramda necə paylaşımlar axtarırsan❓
Toxun qoşul ☑️
➪ 𝙰𝚍𝚖𝚒𝚗: @toplu_admini | 7 |
| 9 | Günah etmiş bədən əzalarını necə paklamaq olar?
Ayətullah Cavadi Amuli deyir:"Mübarək "Fussilət” surəsində bir ayə vardır ki, (22) "Siz (dünyada günah edən zaman) qulaq, göz və dərilərinizin sizə qarşı şəhadət vermələrindən (qorxub) gizlənmir, (yalnız insanlardan gizlənirdiniz və) Allahın sizin (camaatdan gizlin) etdiklərinizin çoxunu bilməməsini güman edirdiniz”.
İmam Əli (ə) onu oxuyandan sonra buyurmuşdur: "Sizin müşkülünüz bundandır ki, sizin ucuz əldə etdiyiniz bu əza və üzvləriniz ki, üzərində onlarla mələk iş görmüşdür ki, bu hala gəlib çatsın – siz bunları özünüzün və Allah dininin əleyhinə istifadə edirsiniz. Onlar İlahi əsgərlərdirlər və həm də ədalət məhkəməsinin şahididirlər”.
Bəli, insanın malik olduğu bu bədən üzvləri Allahın əsgərləridir ki, hər kim yolunu azsa, ola bilsin ki, Allah bu əsgərlərini geri alsın. Bu əsgərlər İlahi ədalət məhkəməsində şəhadət verəndirlər. Ola bilsin ki, Allah Təala onu, onun dili ilə, əli ilə, ayağı ilə geri çəksin və başqa bir əsgərlərin hücum etməsinə ehtiyac qalmasın. Bizim dilimiz, əlimiz və başqa bədən üzvlərimiz Onun əsgəridir. Ona görə də qələmimiz, atdığımız addımlar da Onun əsgəridir. Biz əgər bu əsgərləri yersiz yollarda istifadə etsək, Allah bir dəfə əmr edəcəkdir və həmin əsgərlər bizi həbs edəcəklər.
Qiyamət günü olan zaman biz qılıncla öldürdüyümüz insanı inkar edən zaman əlimiz deyəcəkdir: "Niyə ki, bu əl həmin qılıncla o insanı öldürmüşdür?!”.
Çünki əl sadəcə bir vasitədir və o, özü günah etməz. Günah edən insanın özüdür. Əgər günah əlin günahı olsaydı, o zaman Allahın izni ilə etiraf edərdi, nəinki şəhadət verərdi. Ona görə məlum olur ki, günahı edən bizik, bədən üzvlərimiz İlahi əsgərlərdirlər ki, onları doğru yolda istifadə etmirik.
Bizim bir insan olaraq vəzifəmiz budur ki, bədən üzvlərimizi günaha bulaşdırmayaq. Əgər Allah eləməmiş, günaha batıbdırsa, onu paklamaq lazımdır. Məsumların (ə) nəzərinə görə, bədən üzvlərini paklamağın yollarından biri – dəstəmaz almaqdır.
Belə ki, onlar buyurur: "O zaman ki, insan (dəstəmaz niyyətilə) əlini yuyar, yəni (deyər)"Allahım! Əlimlə etdiyim hər bir günahı paklamaqdayam”. O zaman pak əl, üz və başla Allaha tərəf diqqət edər”.
Bizim bədən üzvlərimizi paklaya bilən başqa bir vasitə - Qurandır.
Məsumlarımız (ə) buyururlar ki, Qurandan gündə ən azı 50 ayə oxuyun. Bu əməl ona görədir ki, Quran bizləri xata və büdrəmələrdən qoruya bilir və qoymur ki, bu İlahi əsgərləri pis yollarda istiafdə edək. Fikirlərimizi doğru yola hidayət edər ki, vəzifələrimizə düzgün əməl edə bilək”.
@dini_paylasimlar 🕋 | 55 |
| 10 | Həmişəki kimi elmi və dini kanallarla qarşınızdayıq. Aşağıdakı buttonlardan birinə toxunmaqla telegramın ən faydalı və ən böyük kanallarına abunə ola bilərsiniz.
@toplu_admini | 9 |
| 11 | Günah vəsvəsələrindən uzaq durmağın yolu
Şeytan insan üçün and içib. O, insanın ən qatı düşməni olaraq, ona vəsvəsə edər və yolundan azdırmağa çalışar. Amma insan istəsə, bu düşməni ram edə bilər. İslam Peyğəmbəri (s) buyurur: "Mənim şeytanım mənim əlimlə ram olub”.
Hər kim şeytana qalib gəlmək istəyir, gərək Allaha pənah aparsın. "Əgər şeytan tərəfindən bir vəsvəsə səni (vəzifənə əməl etməməyə) təhrik etsə, onda Allaha pənah apar. Çünki (hər şeyi)eşidən və bilən Odur”. (Fussilət 36)
Şeytani fikir və vəsvəsələrindən bəzi çıxış yolları bunlardır.
1-Hikmət: Nalayiq fikirlərdən uzaq olmağın yolu – ağıldan və hikmətdən istifadə etməkdir. İmam Əli (ə) buyurur: "Həqiqətən ürəklər üçün pis düşüncələr və xahişlər olarsa, ağıl onlara mane olar”. Ağıl – xeyirxah işlərin gözətçisidir. O kəs ki, ağılı öz yolgöstərəni qərar verər, ani ləzzətləri daimi ləzzətlərdən üstün bilməz. Ağılı nurani etmək lazımdır. Bu da yaxşı əməllərlə, Allaha təvəkkül etməklə və Məsum İmamlara (ə) təvəssül edərək mümkün olar. İmam Əli (ə) buyurur: "Biz Əhli-Beyti zikr etmək – ruhi və cismi xəstəliklərin şəfasına səbəb olar”.
2- Allahı yada salmaq. Quran buyurur: "Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. ("Əraf” 201). İmam Sadiq (ə) bu ayə haqqında buyurur: "Günahın vəsvəsəsi bəndənin sorağına gələndə, o, Allahı yada salar və inkar edib yerinə yetirməz”.
3- Pis xəyal qurmaqdan uzaq olmaq. İmam Əli (ə) buyurur: "O kəs ki, günah ətrafında çox düşünər, nəhayət ona tərəf çəkilər”.
4- Boş vaxtları doldurmaq. Günah fikirlərin meydana gəlməsinə şərait yaradan amillərdən biri – boş vaxtlarının çox olmasıdır. Əgər onu doldurmasanız, sizi yanlış fikirlərə tərəf çəkər. Həzrət Peyğəmbər (s) buyurur: "İki sifət bir çox insan üçün fitnə mənbəyidir: bədən sağlamlığı və işsizlik”.
5. Hissləri kontrol etmək. Quran buyurur: "(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)” (İsra”36). Fikri kontrol etməyin ən yaxşı yolu zahiri hisləri kontrol etməkdir. İmam Sadiq (ə) buyurur: "Hər bir möminin ürəyinin iki qulağı vardır: o qulaq ki, ora Xənnas vəsvəsə üfürər, o qulaq ki, mələk ora üfürər. Allah mömini mələk vasitəsilə inkişaf etdirər”.
6. Yaxşı adətləri pislərinin yerinə qoymaq. "Yaxşılıqlar günahları aradan aparır”. (Hud- 114)
@dini_paylasimlar 🕋 | 61 |
| 12 | Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.
@toplu_admini | 4 |
| 13 | Xuzu və xuşu halı nə deməkdir?
Cavab: Xuzu elə bir haldır ki bəndə Allahın qarşısında bu halı duymalı və bu halın içində olmalıdır. Xuzu bəndənin Allah qarşısında təzim etdiyini bütün bədən üzvləri ilə göstərməsidir. Xuzu halında olan bəndə Allahla müqayisədə nə qədər aşağı və zəif olduğunu anlayır, bunu öz duruşu, səsi ilə nümayiş etdirir.
Xuşu Allahın böyüklüyünü tam dərk etməyi, Onun əzabından qorxmağı ifadə edir. Xüsusilə, namaz zamanı xuzu və xuşu halında olmaq tövsiyə olunur. Bu iki anlayış çox yaxın olsa da, aralarında bəzi fərqlərin olduğunu söyləyənlər var. Əllamə Təbatəbai qeyd edirdi ki, xuzu insanın bədən üzvlərinə, xuşu isə qəlbinə bağlıdır
(bax: Əllamə Təbatəbai. Təfsir əl-mizan (farsca tərc.), 1-ci cild, səh. 201, “Bəqərə” surəsinin 46-cı ayəsinin təfsiri).
@dini_paylasimlar 🕋 | 54 |
| 14 | Adəm övladı nə qədər qocalsa da iki xasiyyət onda cavanlaşar
Belə nəql edirlər ki, bir gün Harun Ər-Rəşid öz yaxın işçilərini bir yerə yığıb belə deyir:
Ürəyim istəyir bir şəxsi tapasınız ki, Rəsuli Əkrəm (s)-ı görüb və O həzrətdən eşitdiyi hədisi mənə nəql etsin. (Harun Ər-Rəşid xilafəti 170 h.q. ilində oluşdur. Peyğəmbər (s)-ı görən bir şəxs olsaydısa xeyli qoca olardı). Harunun məxsus adamları belə bir şəxsi tapmaq üçün hər yerə nümayəndələr göndərdilər. Tamamilə haldan düşmüş, zəif bir qoca kişi tapıb ehtiyatla yumşaq zənbildə Harunun xidmətinə gətirirlər.
Harun qoca kişidən soruşur:
Peyğəmbəri görüb bir söz eşitmisən?
Belə cavab verir:
Uşaq idim atam əlimdən tutub həzrətin xidmətinə apardı. Ondan sonra peyğəmbəri görməmişəm.
Harun soruşur:
O gün peyğəmbərdən bir söz eşidib yadında saxlamısan ya yox?
Belə cavab verir:
O gün eşitdim ki, peyğəmbər (s) orda olanlara belə buyurdu:
"Adəm övladı qocalar, amma qocalanda onda iki xasiyyət (arzu, istək) cavanlaşar. Biri dünya malına hərislik, məhəbbət, əlaqə, o biri isə uzun-uzadı arzularmış"
Harun bir vaistə ilə peyğəmbərdən eşitdiyi hədisə görə çox xoş hal olur. Əmr edir ki, bu qocaya bir kisə qızıl pul versinlər. Qızıl pulu verib, ehtiyatla zənbilə uzadıb evinə aparmaq istədikdə qoca nalə-fəryad etməyə başlayır ki, Haruna deməli sözüm var.
Harun soruşur: Nə olub? Nə lazımdır?
Qoca belə cavab verərək Harundan soruşur:
Əziz sultan mənə desin görüm verdiyi hədiyyə bu illikdir yoxsa hər il belə hədiyyə verəcək?
Harun qocanın belə arzusuna görə gülümsəyib təəccüblə belə deyir:
"Peyğəmbər düz buyurub ki, Adəm övladı hər nə qədər qocaldıqca iki xasiyyət onda cavanlaşar. Biri dünya malına hərislik, o biri isə uzun-uzadı arzular."
Sonra belə deyir:
Mən güman etmirdim ki, bu qoca kişi öz evinə çatana kimi sağ qalar. Amma o bu halda dünya malına hərisliyi ilə başqa gələn illərin arzusu ilə yaşayır.
@dini_paylasimlar 🕋
| 62 |
| 15 | Nəfslə mübarizə, insanın təkbaşına bir şəhəri fəth etməsindən daha çətindir!
Ayətullah Pənahiyan | 50 |
| 16 | 🤲 Həmd olsun o Allaha ki, xilqətin gözəlliklərini bizlərə ixtiyar etdi və pakizə ruziləri bizə sarı
yönəltdi, bütün məxluqata sahib olmaqla bizə üstünlük bəxş etdi, bu hesab üzrə onun
yaratdıqlarının hamısı qüdrəti əsasında bizə itaət edirlər , onun iradə qüvvəsi ilə bizə tabe
olmaqda çarəsizdirlər.
Həmd olsun o Allaha ehtiyac qapımızı başqasından bağladı, ona nə cür şükr edə bilərik?!
Yaxud şükrünü nə zaman yerinə yetirə bilərik?! Heç vaxt!
Həmd o Allaha məxsusdur ki, işi yerinə yetirmək əzalarını bizə lütf etdi, bizə pakizə ruzilərlərlə
yemək verdi, fəzli ilə bizi ehtiyac-sız etdi, öz ehsanı ilə sərmayə bağışladı, sonra bizə göstəriş
verdi ki, şükrümüzü imtahan etsin, bütün bu lütflərdən sonra əmrində çıxdıq, haram etdiklərini
mərkəbinə mindik, bütün bunlarla belə bizi cəzalandırmağa, bizdən intiqam almağa tələsmədi,
bizimlə rəhmət və kərəmi üzündən rəftar etdi, mehribanlıq və helm üzündən bizim xəta yolundan
dönməyimizin intizarını çəkdi. | 61 |
| 17 | Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.
@toplu_admini | 20 |
| 18 | Əbədi əzaba səbəb olan 13 günah hansılardir?
Günah ürəyi qaraldar və ibadəti insandan uzaqlaşdırar. Çünki Allah Təalaya mərifət qara ürəklərlə bir yerə sığmır. Günah insanı həm dünyada və həm də axirətdə bədbəxt edir.
Hər bir əməl öz sahibinə qayıdar və axirətdə hər kəs öz əməlini çiyninə alar. "Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. ("Zəlzələ” 7-8).
Günahkar insan ona bənzəyir ki, özü öz əli ilə gözünə iynə batırır. Nəticədə isə kor olur. Bəzi günahlar insanın həqiqət görən gözünü kor edər. Qoymaz ki, insan dünyada həqiqətləri görə bilsin. "(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır”. ("İsra” 72).
Quran əbədi əzaba səbəb olan günahları sayır ki, onlardan bəzisinə işarə edək:
1. Küfr. "Doğrudan da kafir olub küfr halında ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!”. ("Bəqərə” 161).
2. Zülm. ”Həqiqətən Allah kafir olub (özlərinə və başqalarına) zülm etmiş kəsləri bağışlayan və (doğru) bir yola hidayət edən deyildir”. ("Nisa” 168).
3. Nifaq. "Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir”.("Tövbə” 68).
4. Təkəbbür. "Buna görə də, Cəhənnəmin qapılarından (və ya onun təbəqələrinə) daxil olun ki, orada həmişəlik qalacaqsınız. Təkəbbürlülərin yeri çox pis bir yerdir!”. ("Nəhl” 29).
5. İlahi ayələri inkar etmək. "Və kafir olub Bizim ayələrimizi və nişanələrimizi təkzib və inkar edən kəslər od əhlidirlər. Onlar orada əbədi qalarlar və ora necə də pis bir dönüş yeridir!”. ("Təğabun”
10).
6. Bilərəkdən qətl etmək. "Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır”.("Nisa” 93).
7. İlahi həddi aşmaq. "Kim Allaha və Onun peyğəmbərinə itaətsizlik etsə və Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa), (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək və onun üçün alçaldıcı bir əzab vardır”. ("Nisa” 14).
8. Allah və Peyğəmbərlə (s) düşmən olmaq. "Məgər Allahla və Onun Peyğəmbəri ilə müxalifət və düşmənçilik edən şəxs üçün doğrudan da əbədi qalacağı Cəhənnəm odu olmasını bilməyiblər?”. ("Tövbə” 63).
9. Vücudu əhatə edən pis əməl. "Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis iş görsə və günahı (təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər Cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar”.("Bəqərə” 81).
10. Sələm. "(Sələm yeməyə) qayıdan kəslər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. ("Bəqərə” 275).
11. İslam düşmənləri ilə dostluq etmək. "Onların çoxunu kafirlərlə (müşriklərlə) dostluq edən görürsən. Doğrudan da nəfsi istəklərinin onlar üçün qarşıya çıxardığı şey pisdir ki, Allah onlara qəzəb etmiş və onlar ilahi əzabda həmişəlikdirlər”. ("Maidə” 80).
12. Şirk. "Müşriklərə öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tovhidlə bağlı əməllərə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) yaraşmaz, haqları yoxdur, şəriət və ağıl baxımından da düzgün deyildir. Onların bütün (xeyir) əməlləri hədərə gedib puç olmuşdur və onlar odda əbədi qalacaqlar”. ("Tövbə” 17).
13. Günah əhli olmaq. "Günahlara mürtəkib olmuş kəslər (üçün), hər bir günahın cəzası (günahdan artıq deyil, ilkin əvəz kimi) onun misli (qədər)dir və onları(n bütün vücudlarını) zillət və xarlıq bürüyəcəkdir. Onları Allah(ın qəzəb və əzabın)dan əsla qoruyan olmayacaqdır. Onların üzləri sanki zülmət gecənin parçaları ilə örtülmüşdür! Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar”. ("Yunus” 27).
Allah Təala bizləri nicat tapanlardan qərar versin.
@dini_paylasimlar 🕋 | 41 |
| 19 | BÖYÜK CİHAD
İnsanın ən böyük düşməni nəfsdir. O, daim əqllə savaşdadır. Nəfslə mübarizə aparmaq insan taleyində olduqca əhəmiyyət kəsb edən bir məsələdir. Nəfsini məğlub etməyən şəxs həqiqətə zidd düşüncələri və əməlləri hesabına cəhənnəm odunu dadasıdır. Nəfslə mübarizə o qədər mühümdür ki, İslam Peyğəmbəri (s) silahlı cihadı «kiçik cihad», nəfslə cihadı isə «böyük cihad» adlandırmışdır.
Həzrət Peyğəmbər (s) həzrət Əliyə (ə) vəsiyyətində buyurur: «Ya Əli, ən böyük cihad odur ki, insan sübhü elə bir halda aça ki, kimsəyə zülm etmək fikrində olmaya».
Nəfslə cihadın silahlı cihaddan üç üstünlüyünü qeyd etmək olar:
1. Bütün ibadətlərdə, hətta silahlı cihadın özündə də nəfslə mübarizəyə ehtiyac var. Silahlı cihadda, namazda və digər ibadətlərdə insanın niyyəti Allahla yaxınlıq olmalıdır. İnsan bu niyyəti qorumaq üçün daim nəfslə mübarizə aparmalıdır.
2. Silahlı cihad həmişə olmur, amma nəfslə cihad daimidir. Silahlı cihad «kifayi» vacibdir. Yəni, ordunun ehtiyacı ödəndikdən sonra kimsə üçün cihad vacib olmur. Amma nəfslə cihad «eyni» vacibdir. Yəni, bu vəzifə bir an olsun belə, insanın öhdəsindən götürülmür.
3. Silahlı cihadda insan şəhadətə yetməklə ən ali məqama nail olur. Amma nəfslə cihad ömrün sonunadək əzab və əziyyətlərlə müşayiət olunur.
@dini_paylasimlar 🕋 | 46 |
| 20 | Mal-dövlətin bərəkətini aparan amillər
Bir çoxları bu sualı verir ki, niyə malımızın bərəkəti yoxdur? "Bərəkət” sözünün mənası "çoxlu” deməkdir. "Bərəkət” həm də "davamlı olmaq” deməkdir. Lakin hər bir çox olan şeyə bərəkət deməzlər. Misal üçün itin həmişə balası çox olar. Deməzlər ki, nə qədər bərəkətli övladları vardır.
Bərəkəti aradan aparan amillər çoxdur: namaz qılmamaq, namazı yüngül hesab etmək, təqvasızlıq, xəyanət və sair.
Həzrət Peyğəmbər (s) buyurur: "Dörd şey vardır ki, əgər onlardan biri evə daxil olarsa, xarab olar və bərəkətlə abad olmaz: xəyanət etmək, oğurluq, şərabxorluq, zina”.
Qurani-Kərimdə Allah Təala buyurur: "Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq”. ("Əraf” 96).
İmam Əli (ə) buyurur: "O zaman ki, cinayət zahir olar, bərəkət gedər”.
Dünya elə bir evdir ki, bəlaları çoxdur. Ona görə də insan rahat bir həyatın gələcəyini gözləməməlidir. Dünyanın qocalığı vardır, ölümü vardır. İmam Əli (ə) buyurur: "İnsanlar, ayıq olun, yeddi böyük müsibət vardır ki, onlardan Allaha pənah aparıram:
1. O alim ki, büdrəyər.
2. O abid ki, ibadətdən yorular.
3. O mömin ki, yolunu azar.
4. Əmin insan ki, xəyanət edər.
5. O zəngin ki, yoxsul olar.
6. İzzətli insan ki, zəlil olar.
7. O yoxsul ki, xəstələnər”.
@dini_paylasimlar 🕋 | 34 |
