cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

Qeribe_Melumatlar 🇦🇿

📱İnstagram: @qeribe_melumatlar__ ☑️ 🗒️Ən son məlumatlar! 📽️Video görüntülər! 📸Cəbhədən xəbərlər! 📌Reklam üçün @zauralizadeadmin

نمایش بیشتر
پست‌های تبلیغاتی
16 502
مشترکین
-124 ساعت
-277 روز
-15930 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

Azərbaycan "Şahmat ölkələri"nin TOP 5-liyinə daxil olub: 1) ABŞ 2) Hindistan 3) Çin 4) Rusiya 5) Azərbaycan 6) Fransa 7) Almaniya 8 ) Ermənistan 9) İspaniya 10) Ukrayna Mənbə: Chess com
نمایش همه...
👍 21
🗣️Deputat Fazil Mustafa: “İşsizlik imkan vermir ki, gənclər ailə qursun” ⚫“İşsizlik, digər sosial problemlər imkan vermir ki, gənclər ailə qursun”.  Bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında deyib. Deputat qeyd edib ki, bunu hazırkı tendensiyada da görürük: “Evlənmə yaşı 30-35-dən yuxarı qalxıb. Boşananların sayı sürətlə artır. Selektiv abortların artması gələcək üçün ciddi təhlükə yaratmaqdadır. Abortların 27 % artması çox ciddi mesajlar verir”. F.Mustafa, həmçinin qadın sahibkarların az olması məsələsinə də toxunub: “Qadınlarımız müxtəlif bürokratik əngəllər qarşısında durmaq istəmirlər. Böyük əksəriyyət qadınlar kişilərin çəkdiyi əzabı dövlət qurumları qarşısında çəkməyə maraqlı deyillər, gücləri çatmır, xarakterləri imkan vermir. Yoxsa o qədər bacarıqlı qadınlarımız var ki... Bir dənə də olsun, qadın icra başçımız yoxdur. Əslində 10-15 qadın icra başçımız olmalı idi”.
نمایش همه...
9👍 3
📍Gözətçi işlədiyi evdən tanışı ilə birlikdə 125.000 manatlıq inşaat materialları oğurlamaqda şübhəli bilinir. Onlar saxlanılıblar.
نمایش همه...
👍 5😁 2
💰 AY MAŞALLAH: Bakıda orta maaş ₼1244 təşkil edir — Bakı şəhər Statistika İdarəsi bildirib.
نمایش همه...
🤣 44 2
Photo unavailableShow in Telegram
⚡️Ⓜ️Metronun "Sahil" stansiyasında eskalator xarab oldu. 📣 Bu barədə  sərnişinlər məlumat veriblər. Məlumata görə, eskalator anidən dayanıb. Hadisənin səbəbi məlum deyil.
نمایش همه...
👍 7
🇦🇿 Dünyada ən çox "Vatsap+" istifadəçisi Azərbaycandadır. (Rəsmi versiya deyil)
نمایش همه...
👍 4
⚡️⚡️ Azərbaycanda 91 mindən çox aliment ödəyicisi var Azərbaycanda 91 min 196 aliment ödəyicisi var. Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb. Yerli icra hakimiyyəti orqanlarının məlumatına əsasən, keçən il Bakının 12 rayonu üzrə 26 822 (2022‐ci ildə 26 463), Azərbaycanın bölgələri üzrə 64 374 (2022‐ci ildə 58 157) aliment ödəyicisi var. Vurğulanıb ki, 2022‐ci illə müqayisədə aliment ödəyicilərinin sayı artıb. Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır. “Bundan başqa, borclunun aldığı məvaciblə ödəmə məbləğinin adekvat olmaması, faktiki yaşayış yerlərinin qeyd edilməməsi, aliment ödəyicilərinin özlərini süni şəkildə işsiz təqdim etmələri də ödənişlərin gecikməsinə səbəb olur”, - məlumatda bildirilib.
نمایش همه...
👍 10
🚖 KİV: Taksilərdə 1 iyundan minimal gedişhaqqı ₼ 4.50 olacaq
نمایش همه...
👎 11
Maşın satırsan? İşə düzəlmək istəyirsən? Yaxşı. Bəs bank kartı məlumatlarını tanımadığın şəxsə niyə verəsən ki? Nəticədə işə düzəltmək adı ilə bir vətəndaşın 7480, maşın satmaq istəyən başqa bir şəxsin 5000 manat pulunu naməlum nömrələrdən daxil olan zənglər vasitəsilə talayıblar. Onlar 16 rəqəmdən əlavə digər məlumatları qarşı tərəfə verib, pulun çıxarılmasını təsdiq ediblər. Bundan başqa, dünən də ayrı-ayrı vətəndaşlara məxsus 500, 890, 1480, 1000, 3750, 644, 1302, 4229, 295, 340, 364, 2383, 1074, 330, 1497, 200, 110 manat pullar eyni üsulla - bank kartı məlumatları verilməklə, yazılmaqla, göndərilməklə talanıb.
نمایش همه...
👍 5🤬 3😢 2
🔴🇦🇿📊 Ötən il Azərbaycanda  73816 abort qeydə alınıb. 🟢 15-17 yaş üzrə 68 🟢18-19 yaş üzrə 2528, 🟢 20-24 yaş üzrə 12315 🟢25-29 yaş üzrə 22140 🟢30-34 yaş üzrə 22306 🟢 35-49 yaş üzrə 14376 abort faktı qeydə alınıb.
نمایش همه...
😢 10👎 7🕊 4👍 3 2