BakuPost.az
رفتن به کانال در Telegram
Azərbaycanda və dünyada baş verən ən son xəbərlər🇦🇿 Bakupost.az Telefonlar: (+99412) 530 61 83 (+99477) 270 11 99 e-mail: info@bakupost.az
نمایش بیشتر1 241
مشترکین
+124 ساعت
+147 روز
+830 روز
آرشیو پست ها
1 240
Qazax rayonunda təcili tibbi yardım çağırmaq sakinlər üçün ciddi problemə çevrilib.
"Bakupost" xəbər verir ki, rayonun "Təzə məhəllə" adlanan ərazisinin sakinləri "103" çağırış mərkəzinə zəng etdikdə müraciətlərinin Ağstafa rayonuna yönləndirildiyini bildirirlər. Oradan isə əraziyə xidmət göstərilmədiyi deyilir və sakinlərə başqa nömrəyə zəng etmək tövsiyə olunur.
Rayon sakini Cavanşir Raqifoğlunun sözlərinə görə, bu gün səhər saatlarında atasının vəziyyəti ağırlaşıb və o, beyin qanaması keçirib. Bu zaman anası təcili tibbi yardıma zəng etsə də, əraziyə briqada göndərilməyəcəyi bildirilib.
Şikayətçi bildirib ki, onlara təqdim edilən nömrə şəhər telefonuna aiddir və həmin nömrəyə zəng etmək üçün balansda vəsait olmalıdır. Mobil telefondan istifadə edə bilməyən anası isə səhər saat 6-da kömək üçün qonşuların qapısını döyməyə məcbur qalıb.
C.Raqifoğlu qeyd edib ki, Əli Mustafayev, Xaqani və Osman Sahibəyli küçələrində yaşayan sakinlər bu problemlə üzləşirlər.
1 240
Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsindən azad olunub.
"Bakupost" qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Əmr imzalayıb.
Əmrə əsasən, Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Alim Abbasov tutduğu vəzifədən azad edilib.
Digər Əmrlə bu vəzifəyə Müşfiq Mehdixanov gətirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə A.Abbasovun vətəndaşı təhqir etməsi ilə bağlı görüntüləri yayılıb.
1 240
YouTube” videoları açmadan məlumat əldə etməyə imkan verən süni intellekt əsaslı axtarış funksiyasını sınaqdan keçirir. Yenilik kontent yaradıcılarının baxış sayına və gəlirlərinə təsir göstərə bilər.
“Bakupost” xəbər verir ki, ABŞ-də məhdud sayda istifadəçi üçün sınaqdan keçirilən funksiya axtarış nəticələrində mətn xülasələri və videolardan əsas məqamları təqdim edir.
İstifadəçilər cavabları videoya daxil olmadan əldə edə bilərlər. Bu isə xüsusilə təlimat videolarına kliklərin və reklam gəlirlərinin azalmasına səbəb ola bilər. Funksiyanın real təsiri hələ məlum deyil.
1 240
Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
"Bakupost" xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 3 bal gücündə olan zəlzələ 10 km dərinlikdə olub.
Zəlzələ yerli vaxtla 11:35-də baş verib.
1 240
+9
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva “Instagram” hesabında italyan lirik tenor Luca Minnellinin solo konsertindən fotolar paylaşıb.
1 240
Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
"Bakupost" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
1 240
Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.
"Bakupost" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə o, Baş nazirin müavini təyin edilib.
1 240
Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
"Bakupost" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
1 240
10 il ərzində minlərlə hadisə, reportaj, araşdırma və müsahibə "BakuPost"un səhifələrindən oxuculara çatdırıldı. Bu gün həmin xəbərlərin hər biri artıq yaxın tarixdir. Portal bu illər ərzində cəmiyyətin gözü, qulağı və haqq səsi olmağı bacardı.
Azərbaycan Mətbuat Şurasının fəal üzvü olan və ölkənin Media Reyestrinə daxil edilən qurum hər zaman peşəkar jurnalistikanın inkişafına töhfə verməkdədir.
"BakuPost" – 10 ildir ki, Azərbaycanın xəbər postunda ləyaqətlə dayanıb.
1 240
18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür! 🇦🇿
Bu gün Azərbaycan xalqının azadlıq iradəsini, milli qürurunu və müstəqil dövlətçilik ənənələrini təcəssüm etdirən əlamətdar gündür.
“Bakupost” xəbər verir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edib. Bununla da Azərbaycan xalqı dövlət müstəqilliyini hüquqi cəhətdən bərpa edib.
Bu əlamətdar gün xalqımızın azadlıq mübarizəsinin, milli birliyinin və gələcəyə inamının rəmzidir.
Müstəqilliyimiz əbədi, Azərbaycanımız daim var olsun! 🇦🇿
1 240
❕️Bu 10 il mənim üçün 1 əsrə bərabər tarixdir — "BakuPost"un təsisçisinin yubiley çıxışı
