Level Up
رفتن به کانال در Telegram
Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.
نمایش بیشتر6 468
مشترکین
-324 ساعت
-107 روز
-9430 روز
آرشیو پست ها
6 468
Müsabiqə var!🎉
Gənclər və İdman Nazirliyi videoçarx və qısametrajlı film müsabiqəsi elan edir!📸
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş müsabiqədə fərdi şəxslər Azərbaycan gəncliyi və idmanına dair mövzu seçimində azaddır.
Təqdim edilən iş həm gənclər, həm də idman mövzusunu əhatə etməlidir. Filmin minimum müddəti 10 dəqiqə, videoçarx isə maksimum 2 dəqiqə olmalıdır.
Hazırlanan işlər 1 iyul saat 20:00-dək HD formatında (wetransfer linki ilə) media@mys.gov.az e-mail ünvanına göndərilməlidir. E-mail göndərilən zaman müəlliflərin ad, soyad və ata adı, mobil telefon nömrələrini qeyd etmələri tövsiyə olunur.
Yekunda münsiflər heyətinin qərarına əsasən seçiləcək film və videoçarxların müəllifləri mükafatlandırılacaq. Videoçarx kateqoriyası üzrə I yerin sahibi 7 günlük, II yerin sahibi 5 günlük, III yerin sahibi isə 3 günlük Şəki Olimpiya İdman Kompleksində ailəvi (4 nəfərlik) istirahət hüququ qazanacaq.
Qısametrajlı film kateqoriyası üzrə I yerin sahibi 10 günlük, II yerin sahibi 7 günlük, III yerin sahibi isə 5 günlük Quba Olimpiya İdman Kompleksində ailəvi (4 nəfərlik) istirahət qazanacaq.
Əlaqə nömrəsi: 187
6 468
15 yaşın var?
Bizə qoşul!
ASAN Könüllüsü ol
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
Qeyd edək ki, 15-26 yaş aralığında olan gənclərimiz ASAN könüllüsü olmaq üçün müraciət edə bilərlər!
Qeydiyyat linki
http://konullu.asanschool.az/
Könüllülük və təcrübə bizdən başlayır!
6 468
📢 Beynəlxalq Parlament Təqaüdü (#IPS) üçün müraciət başladı❗
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
Almaniyanın parlamentində işləmək istəyirsinizmi?
Almaniya Bundestaqı Berlin şəhəri azad universiteti, Humboldt adına Berlin şəhəri universiteti, Berlin şəhəri texniki universiteti ilə birlikdə 50 milliyyəti təmsil edən 120 nəfəri Beynəlxalq parlament təqaüdü (IPS) proqramı çərçivəsində beş aylıq Berlin şəhərinə dəvət edir!
⏳ Proqram 2025-cü il martın 1-dən iyulun 31-dək davam edəcək.
❗Sənədlərinizi 31 iyul 2024-cü il tarixinə qədər bu ünvana göndərə bilərsiniz: 📨info@baku.diplo.de
ℹ️ Müraciət prosesi və proqram haqqında ətraflı məlumatı səfirliyin veb saytından əldə edin: https://www.bundestag.de/europa_internationales/ips/aserbaidschan-246166
6 468
Təhsilin İnkişafı Fondu, Azərbaycan Mətbuat Şurası və “Azərbaycan müəllimi” qəzetinin birgə əməkdaşlığı çərçivəsində Təhsilin İnkişafı Fondunun yaradılmasının üçüncü ildönümü ilə bağlı “Qızların təhsilinə dəstək” mövzusunda media subyektlərinin təmsilçiləri arasında yazı müsabiqəsi elan edilir.
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
Ətraflı: bit.ly/3KzIwau
6 468
*SEMİCENK`in* 15 Iyun Bakı İdman Sarayında olacaq solo konsert üçün YENİ ENDİRİMLİ QİYMƏTLƏR 🥰
*1 ci zona 85 Azn deyil, 64 Azn*
*2 ci zona 55 Azn deyil, 44 Azn*
Yararlanmaq istəyənlər üçün:
Aysun Fərzili (ticket koordinator)
+994 70 404 42 51 ( whatsapp)
6 468
“Dəmir AY 2024” təqaüd proqramına sənəd qəbulu açıq elan edilir!
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
-Proqram bakalavr pilləsində STEM və maliyyə sahəsi üzrə (3-cü və 4-cü kurs) və tibb sahəsi üzrə təhsil alan (5-ci və 6-ci kurs) qız tələbələrinə onların peşəkarlığının artırılması məqsədi ilə maliyyə dəstəyi verməkdir.
-Təqaüd proqramına müraciət edərkən tələbələr suallara orijinal, dürüst və maraqlı cavablar verməlidir.
-Sənədlərin qəbulu müddəti: 01/06/2024 - 30/08/2024, 18:00.
Namizədlər təqaüd proqramı haqqında ətraflı məlumatı və tələb olunan sənədləri link vasitəsilə əldə edə bilərlər: https://agagroup.az/scholarship
Qeyd: Yalnız sənədlərin qəbulu müddətində gələn müraciətlər nəzərə alınacaq.
6 468
Yeni vakansiyalar:
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
1. Operator - https://lnkd.in/eu3cfyMy
2. Strategiya analizi üzrə mütəxəssis - https://lnkd.in/eJDbCtdG
3. Xərclərə nəzarət üzrə mühasib - https://lnkd.in/ekPi5AQ4
4. Satış təmsilçisi - https://lnkd.in/ey-9V4tk
5. Qrafik dizayner - https://lnkd.in/e44x3xWu
6. Tədris şöbəsinin rəhbəri - https://lnkd.in/e4T9ekRa
7. Sifarişlərin təhlili şöbəsinin mütəxəssisi - https://lnkd.in/eUqWjNhw
8. Conversation teacher - https://lnkd.in/eJyfG8w9
6 468
📢 Beynəlxalq Parlament Təqaüdü (#IPS) üçün müraciət başladı❗
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
Almaniyanın parlamentində işləmək istəyirsinizmi?
Almaniya Bundestaqı Berlin şəhəri azad universiteti, Humboldt adına Berlin şəhəri universiteti, Berlin şəhəri texniki universiteti ilə birlikdə 50 milliyyəti təmsil edən 120 nəfəri Beynəlxalq parlament təqaüdü (IPS) proqramı çərçivəsində beş aylıq Berlin şəhərinə dəvət edir!
⏳ Proqram 2025-cü il martın 1-dən iyulun 31-dək davam edəcək.
❗Sənədlərinizi 31 iyul 2024-cü il tarixinə qədər bu ünvana göndərə bilərsiniz: 📨info@baku.diplo.de
ℹ️ Müraciət prosesi və proqram haqqında ətraflı məlumatı səfirliyin veb saytından əldə edin: https://www.bundestag.de/europa_internationales/ips/aserbaidschan-246166
6 468
Sizləri 16 İyun Sumqayıt Gənclər evində sosial inklüzivlik mövzusunda baş tutacaq "Əlillilik yoxsa Əngəllilik" adlı seminara dəvət edirik.
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
Seminar Hollandiyada baş tutan "Inclusion and involvement" adlı uzunmüddətli təlim kursunun iştirakçılarının fasilitatorluğu ilə icra olunacaqdır. Seminarın məqsədi fiziki məhdudiyyəti olan şəxslərlə ünsiyyət və qarşılıqlı əlaqə zamanı düzgün davranış qaydaları, düzgün terminologiya, etiket qaydaları, əlilliyin növləri və əlilliyi olan şəxslərə necə kömək etməli mövzularında bilik və bacarıqları artırmaqdır.
Qeyd edək ki, seminar Laluka Uança və Kris Van Maanen adlı təlimçilər tərəfindən hazırlanmış və təşkilatımızın üzvü Hikmət Mürsəlzadə tərəfindən tərcümə olunan "Əlilliyi olan şəxslərlə sağlam əlaqə bələdçisi" adlı kitabçasından istifadə olunaraq keçiriləcəkdir.
Seminar müddətində iştirakçılar çay fasiləsi ilə təmin ediləcək.
⏰Son müraciət tarixi:12 iyun 2024-cü il. Saat 23:59.
Seminarın başlama müddəti: 11:00-14:00
Məkan: Sumqayıt Gənclər ev
6 468
Yaşıl gələcək naminə gənclərin eko-səfiri ol!
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
Əziz gənc, əgər sən regionda yaşayırsansa, liderlik bacarıqlarına güvənir və ekoloji məsələlərdə gənclərin səsi olmaq istəyirsənsə, bu elan sənin üçündür!
Ölkəmizdə elan olunan "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçiriləcək "Regionun gənc eko-səfirləri" proqramına seçilərək öz regionunun gənc eko-səfiri olma şansını əldə et.
Gənclər üçün yaradılan fürsətin əsas məqsədi iqlim dəyişikliyinin təsirləri və həlli istiqamətində gənclər arasında ictimai iştirakçılığı stimullaşdırmaq, region gənclərinin iqlim dəyişikliyi, ekologiyaya dair maarifləndirilməsi və bu istiqamətdə gənclərin iştirakı ilə müxtəlif fəaliyyətlərin
həyata keçirilməsidir.
Hər şəhər və rayondan yalnız 1 gənc eko-səfirin seçiləcəyi proqram çərçivəsində gənc səfirlər üçün 4 ay müddətində bilik və bacarıqların inkişafı üçün təlimlər, qeyd olunan sahənin ekspertləri ilə görüş və müzakirələr, eyni zamanda eko-səfirlər tərəfindən ekoloji aksiyalar və iqlim dəyişikliyi ilə bağlı fəaliyyətlərin icrası nəzərdə tutulub.
Gələcəyə yaşıl işıq yandırmaq üçün tələs!
Qeydiyyat üçün link: https://t.ly/c1Knp
Müraciət üçün son tarix: 12 iyun 2024-cü il, saat 23:59
Qeyd: Qeydiyyat mərhələsindən uğurla keçmiş gənclər müsahibə mərhələsinə dəvət olunacaq.
Qeyd 2: Regionda yaşayan və 16-25 yaş aralığında olan gənclər müraciət edə bilər.
6 468
Amerika universitetində tam maliyyələşdirilən magistr dərəcəsi əldə etməkdə maraqlısınız❓
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
ABŞ səfirliyi 2025-2026-cı tədris ili üçün 🎓 Fulbright Xarici Tələbə proqramını elan etməkdən məmnundur. Proqram Azərbaycan vətəndaşlarına ABŞ universitetlərində magistr səviyyəsində təhsillərini davam etdirmək imkanları yaradır.
➡️ Uyğunluq tələbləri və seçim prosesi haqqında məlumat əldə etmək üçün veb saytımıza daxil olun: https://az.usembassy.gov/fulbright-Frugnent-program/
🗓️ Son müraciət tarixi: 15 iyul 2024-cü il.
6 468
🔹️İnkişaf Mərkəzinin SİRR Academy və Mingəçevir Dövlət Universitetinin Bir Könüllü təşkilatı ilə əməkdaşlığı çərçivəsində Yaşıl Dünya Naminə Həmrəylik ilinə həsr olunmuş "Yaşıl Turizm" adlı təlim keçiriləcək.
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
🖇️Qeydiyyat linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLSe-g8675gbDIxCtk_o9MIx0p9dkctEbCA7HrlzTilYRtbO8Cg/viewform?usp=sharing
Təlimçi Samir Zamanovun təqdimatında keçiriləcək olan təlim zamanı...⤵️
✅ Yaşıl turizm anlayışı:
✅ Yaşıl turizmin fərqləndirici xüsusiyyətləri:
✅ Yaşıl turizmin əhəmiyyəti:
✅ Yaşıl turizmin biznes model tətbiqi və.s mövzular haqqında ətraflı məlumat veriləcək.
Əlaqə və ətraflı məlumat üçün:
📱 077 527 73 04
🗓 20 iyun
⏰ 20:30
📍 Zoom platforması
‼️ Ödənişsiz
✔ Sertifikatlı
6 468
Sabunçu Gənclər Evi təcrübə proqramını elan edirrr 📌🤙🏻
Bu növ elanlar üçün qoşulun (LevEL Up Telegram) : https://t.me/LevelUptelegram
Dəyərli, Gənclər! 🔰
🔸 İnformasiya Texnologiyaları;
🔸 Xarici dil;
🔸 Rəqs;
🔸 Rəsm;
🔸 Fənnlərin tədrisi;
🔸 Qrafik dizayn;
🔸 İnformatika;
🔸 Məntiq;
🔸 Mühasibatlıq;
🔸 Psixologiya;
🔸 Sənədlərlə iş;
🔸 Ofis proqramları üzrə təcrübənizi artırmaq üçün Sizə fürsət yaradırıq ✅
3 ay müddətində davam etməsi nəzərdə tutulan təcrübə proqramını uğurla bitirən hər bir gənc sertifikat və şəhadətnamə ilə təltif olunacaqdır ✔️
Təcrübə proqramına qoşulmaq üçün link 🔰
https://bit.ly/4aGJOLy
Son müraciət tarixi: 20.06.2024 📆
6 468
Əziz qrup üzvləri,
🤩İT və Kibertəhlükəsizlik üzrə İyun ayında başlayacaq təlimlərə qeydiyyat davam edir!
🟠 Google IT Specialist (sıfırdan başlayanlar üçün. CompTIA A+ və Google sertifikat proqramı əsasında)
🟠 Ethical Hacking & Penetration Testing (1-3 il İT və ya Kibertəhlükəsizlik təcrübəsi olanlar üçün)
🟠 Junior Cybersecurity Specialist (sıfırdan başlayanlar üçün)
💼 İndiyədək Defscope TRD mərkəzinin təlimlərini 200-dən çox şəxs uğurla bitirmişdir və onların 75%-dən çoxu dövlət və özəl sektorda işlə təmin olunmuşdur.
Peşəkar müəllim, beynəlxalq proqram, mentor görüşləri, iş imkanları və ofisdən kənar əyləncələr üçün elə indi müraciət edin!
📢 İyun ayının 12-nə qədər müraciət edənlərə böyük endirimlər tətbiq olunacaq və tələbələrə isə xüsusi təkliflər təqdim ediləcək.
📌Son olaraq, bu qrupdan müraciət edənlərə əlavə endirimlər və güzəştlər tətbiq ediləcək.
Tələsin, yerlər məhduddur!
Ətraflı məlumat və ya suallarınız üçün:
📞 Tel: (+994) 55 204 19 12
📩 Email: info@defscopetrd.com
6 468
“Bizi tanıyaq layihəsi” çərçivəsində növbəti görüşümüzə dəvətlisiniz😎
Spikerlərimizlə birlikdə bir-birindən maraqlı mövzularda danışacaq, müzakirələr aparacaqsınız:
- Xarici dil inkişafı üzrə mütəxəssis, mentor Ellada Əliyeva
✅ Xarici dildə komplekssiz və məharətli danışmağın yolları
- Pedaqoq, təlimçi İlhamə Axundova
✅ Xarici dil öyrənərkən müəllimin tələbəyə təsiri
Xarici dil öyrənməklə bağlı maraqlı məlumatlar əldə etmək və səhər yeməyində yeni insanlarla netvörkinq yaratmaq üçün qeydiyyatdan keçməyi unutmayın: https://forms.gle/bgiaCjAev4rKRnNF7
Yerlər məhduddur.
📆Tarix və saat: 8 iyun 10:00
📍Məkan: Central Baku
💳Ödəniş: 30 AZN
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
