Level Up
رفتن به کانال در Telegram
Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.
نمایش بیشتر6 448
مشترکین
-224 ساعت
-257 روز
-9530 روز
آرشیو پست ها
6 448
Süni İntellekt ilə maraqlanırsınız? 🥰
Elə isə 15 oktyabr 13:00 da baş tutacaq seminarımız sizin üçündür.
Ödənişsiz olan seminarda iştirak üçün yerlər məhduddur.
Qeydiyyat linki : https://forms.gle/bsoEc4eKmBCyauy47
Kanal: https://t.me/LevelUptelegram
6 448
🔊 Tələbələr və iş axtaran məzunlar üçün ödənişsiz karyera fürsətləri!
Alo Karyera Dəstək Xidməti - onlayn karyera məsləhətindən elə indi faydalan!
Belə ki, konsultasiya zamanı sən:
🔹 Karyera planlaması
🔹 Peşəkar məqsədlərin təyini
🔹 Özünü tanıma
🔹 Düzgün iş axtarışı
mövzularında peşəkar karyera məsləhətçisindən dəstək əldə edəcəksən.
📌 Konsultasiyaların sayı sizin ehtiyacınıza uyğun olaraq müəyyənləşdirilir və xidmət təmamilə ödənişsizdir.
📌 Qeydiyyatdan keçdikdən sonra 14 iş günü ərzində sizinlə əlaqə saxlanılır
Qeydiyyat linki: https://dma.gov.az/layiheler/alo-karyera-muraciet
Uğurlar!
6 448
“Synergy Partnership” şirkəti PR menecer vakansiyası elan edir.
Namizədə tələblər:
– PR sahəsində 3 illik iş təcrübəsi
– Kopiraytinq bacarığı
– Gərgin iş şəraitində işləmək bacarığı
Vəzifə öhdəlikləri:
– PR strategiyaların hazırlanması
– Media ilə əlaqələrin qurulması
– Kopiraytinq (reklam xarakterli mətnlər, press relizlər, açıqlamalar və s.)
– Media tədbirlərin təşkili
– Media sorğuların cavablandırılması
– Müştərilər üçün PR təkliflərin hazırlanması
Maraqlı olan şəxslərdən öz CV-lərini elnara.e@synergy.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
6 448
Dəyərli dostlar,
Quba, Qusar, Ağdam, Bərdə və Mingəçevirdən olan 15-18 yaşlı qızlar arasında EKO Səfir Qızlar proqramı haqqında bölüşməyi unutmayın.
Son müraciət tarixi 10 Oktyabr 2023.
Məlumat və qeydiyyat: https://docs.google.com/forms/d/e/1FAIpQLSd2xuYJLifWTW6ZqZSlosV1XGWF36nNJWv6FrpiQjKmStbXkw/viewform?mibextid=Zxz2cZ
Kanal: https://t.me/LevelUptelegram
6 448
Data Science-lə bağlı bütün suallarınıza cavab tapacaqsınız!🔥
📢Növbəti FemTalk tədbirimizi Data Scientist Ülviyyə Cəfərli ilə həyata keçirəcəyik.🤩
Ülviyyə Cəfərli Bakalavr təhsili Ada Universitetində “IT & System Engineering” və Magistr təhsili isə Sapienza University of Rome “Data Science” üzrə təhsil almışdır. 2019-cu ildən Data Scientist kimi fəaliyyət göstərib. İtaliya, Fransa və Amerikada 1 neçə layihədə Data Analitika və Data Science üzrə iş təcrübələri var. Hal-hazırda Data Science sferasında qaynar mövzulardan olan NLP(Natural Language Processing) üzrə 2 elmi işi var və xarici jurnallarda dərc olunub. 💻
Data elmini kəşf etmək davamlı öyrənmə, məlumatların təhlili və maşın öyrənməsinin inkişaf edən mənzərəsinə uyğunlaşmanı əhatə edən maraqlı səyahətdir. O, müxtəlif sənaye sahələrində mürəkkəb problemlərin həlli və verilənlərə əsaslanan qərarların qəbulu üçün imkanlar açır.⚡️
📅 Tarix: 14 Oktyabr, 12:00
📍Məkan: Zaur Nuridəliyev 79 (İnnoland İnkubasiya və Akselerasiya. mərkəzi)
Qeydiyyat linki:https://forms.gle/RsqKBLePZYPjLtrz9
Kanal: https://t.me/LevelUptelegram
6 448
✅Education HUB və Dəstəkçi platformasının təşkilatçılığı ilə Sosial Sahibkarlar üçün Korporativ Satınalmalar" sərgisi həyata keçiriləcək.
↔️Sərgi KOBİA və PAŞA Bank-ın dəstəyi ilə "Azərbaycanda sosial dəyər həftəsi" silsilə tədbirləri çərçivəsində həyata keçirilir.
➡️"Azərbaycanda sosial dəyər həftəsi" tədbiri "Dəyər üçün əməkdaşlıq" proqramı çərçivəsində Education HUB tərəfindən digər tərəfdaşların dəstəyi ilə həyata keçirilir.
📌Sərginin əsas məqsədi sosial sahibkarlar, kiçik və orta biznes subyektləri və korporativlər arasında əlaqələrin qurulmasıdır. Sərgidə həm korporativ şirkət, həm də sərgi iştirakçısı kimi qeydiyyatdan keçmək olar.
✔️ Sosial sahibkarlar və aqroturizm müəssisələri üçün qeydiyyat:
https://forms.gle/k7fxk2ChHhRhrSrP7
✔️ Korporativ şirkətlər üçün qeydiyyat:
https://forms.gle/uNbVMPEWvRrYViug6
📅Sərgi 11 oktyabr 2023 saat 11:00-17:00 aralığında Bakı KOB evində həyata keçiriləcək. Ətraflı məlumat qeydiyyat linklərində qeyd olunub.
#EducationHub #socialentrepreneurship #sosialsahibkarlıq #sərgi #exhibition
Dəstəkçi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA PASHA Bank EVPA
Kanal: https://t.me/LevelUptelegram
6 448
📣 AYAFE Gənclər Təşkilatı olaraq faydalı və maraqlı vebinarlara davam edirik.😍 📑 "Business Development Center" MMC-də həmtəsisçi, özəl şirkətdə İnsan Resursları üzrə aparıcı biznes tərəfdaşı Nadir Xəlilovun təqdimatında olacaq "CV tərtibatında doğrular və yanlışlar" təlimində iştirak edərək CV-nizdə olmalı olan ardıcıllıqları və detalları, vakansiyalara necə müraciət etməli olduğunuzu, doğtu bildiyiniz yanlışları peşəkar İnsan resursları əməkdaşından öyrənəcəksiniz. 🕖 Saat -11.00-13.00 🗓️ Tarix : 14 oktyabr 📍Məkan : Globus Center, 13-cü mərtəbə 🖇️ Link : https://docs.google.com/forms/d/100lACM2XkfpOyuWHx59pb8GE9y5fcCtS7CtCbKqliFY/edit
6 448
"Rebuild Karabakh” Sərgisində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə!
19-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində (#RebuildKarabakh2023) KOBİA-nın stendində məhsul və xidmətlərini təqdim etmək istəyən #KOB-lardan müraciətlərin qəbulu oktyabrın 5-də başa çatır. Sərgidə iştirakla bağlı bütün xərclər dövlət hesabına qarşılanacaqdır.
Ətraflı - bit.ly/3PxPm3z
Kanal: https://t.me/LevelUptelegram
6 448
Terlik firmasina telebe mercendayzer lazimdi
Part time ( saati ozunuz secirsiz)
055-538-11-86
Əmək haqqı 300 azn
Kanal: https://t.me/LevelUptelegram
6 448
#ödənişsiz
Keyfiyyət təminatında möhtəşəm təcrübəyə sahib olmağınız üçün sizi təlimimizə dəvət edirik! 🥳
Bu təlim, testləmə prinsiplərini öyrətməklə, keyfiyyət təminatı və testləmə sahəsində karyeranızı inkişaf etdirməyinizə imkan verəcək! Biz, sizin karyeranız üçün ən yaxşı təcrübə və bacarığa sahib olmağınızı arzulayırıq!
Tarix: 8 oktyabr 14:00
Ünvan: Azaro Plaza, 3-cü mərtəbə (Bakı Konqres Mərkəzinin yaxınlığı)
Qeydiyyat linki: https://linktr.ee/binaryschool
Keyfiyyətli təlimimizə hər biriniz dəvətlisiniz! 🚀
Kanal: https://t.me/LevelUptelegram
6 448
İş dünyasında çevikliyi, əməkdaşlığı və yaradıcılığı artıran "Agile oyunları" ilə tanış olmağa hazırsınızmı? 😎
Bu dəfəki seminarımızda "Agile" metodologiyasının əsas prinsiplərini və biznesinizi daha səmərəli idarə etmək üçün ondan necə istifadə edə biləcəyinizi öyrənəcəksiniz.💡
🎯 Nələrdən danışacağıq:
🔹 Məhsulun yaradılmasında iterativ yanaşmaları başa düşmək üçün əyləncəli oyun
🔹 İşdə və həyatda daha çox nailiyyət əldə etmək üçün motivasiya amilləri
➡️ Qeydiyyat: https://forms.gle/AKeDxD1LuQNNN6EeA
📅 17 oktyabr, 19:00
📍 "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi
✨ Seminar ödənişsizdir
Kanal: https://t.me/LevelUptelegram
6 448
#ödənişsiz
Salam 3 oktyabr Filarmoniyada olacaq tədbir üçün qeydiyyat açılır. Tədbirdə özünüzlə bərabər 1 dostunuz da gələ bilər. Bunun üçün qrupa qoşularaq ad-soyadınızı yazmağınız yetərlidir:
Qrup: https://chat.whatsapp.com/KSvgDFxZbkiKyw5JLqLxQw
6 448
Yeni vakansiyalar:
1. Resepşn - https://is.gd/U7qy6w
2. Layihənin texniki rəhbəri - https://is.gd/H6psFA
3. İşə qəbul üzrə mütəxəssis - https://is.gd/aF9HUn
4. Operator - https://is.gd/DICkMO
5. Sığorta akademiyası - https://is.gd/aUNmZM
6. Məlumat inzibatçılığı şöbəsinin məsləhətçisi - https://is.gd/xM23bd
7. HR direktor - https://is.gd/yrExil
8. Proqram təminatlarının idarə olunması şöbəsinin mütəxəssisi - https://is.gd/FfDLpG
Kanal: https://t.me/LevelUptelegram
6 448
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri İtaliyanın Sapienza Universitetinin “Erasmus+ KA171” çərçivəsində elan etdiyi təqaüd proqramında iştirak edə bilərlər.
Proqrama əsasən tələbələr Sapienza Universitetində təqaüdlə bir semestr təhsil ala bilərlər. Mübadilə 2023/2024-cü tədris ilinin yaz semestri üçün nəzərdə tutulub.
Qeyd edək ki, Sapienza Universitetində tədris italyan və ingilis dillərində aparılır. Hər iki dildə ixtisas və fənlərin siyahısına linkə daxil olmaqla nəzər sala bilərsiniz:
İxtisasınızın və fənlərinizin (tədris planındakı fənlərlə linkdəki fənlərin) uyğunluğunu yoxladıqdan və fakültənizlə razılaşdırdıqdan sonra müraciət etməyiniz xahiş olunur.
Müraciət üçün tələblər:
· 2-ci və ya 3-cü kurs bakalavr tələbəsi olması
· Ərizə forması (Application Form)
· Transkript (orta bal minimum 75)
· Dil biliyi (ingilis, italyan dili, minimum B2 səviyyədə)
Mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən müvafiq sənədləri erasmus@aztu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 09.10.2023
Ünvan: AzTU, əsas korpus, 3-cü mərtəbə, 325-ci otaq (Beynəlxalq əlaqələr şöbəsi)
E-poçt: erasmus@aztu.edu.az
Kanal: https://t.me/LevelUptelegram
6 448
Əziz gənclər,
Uzun müddətdir gözlədiyiniz NAYORA-nın XIII könüllülük proqramına qeydiyyat başladı.
Yerli və beynəlxalq layihələrdə iştirak etmək, NAYORA-da təcrübə toplamaq və sosial çevrənizi genişləndirmək istəyirsinizsə, proqrama müraciət edə bilərsiniz.
Qeydiyyat üçün son tarix 10 oktyabr, saat 23:59dur.
Qeydiyyat linki: https://forms.gle/ADdfjTkwVuVdtWWc9
Kanal: https://t.me/LevelUptelegram
6 448
Fairmont Hoteldə Front Desk Agent vakansiyası mövcuddur.
Müraciət etmək istəyən namizədlər aze.careers@fairmont.com mail adresinə öz CV-lərini göndərə bilərlər
Öhdəliklər:
Qonaqların adını yadda saxlamaqla qonaqlara birbaşa xidmət göstərmək;
Satış proqramları vasitəsiylə otelin maksimum gəlir əldə etməsini təmin edilməsindən əmin olmaq;
Qonaqlarla sağlam və etibarlı münasibətlərin qurulmasını təmin etmək;
Ön Ofis departamentində işləyən zaman yüksək səviyyədə fərdi xidmətlər göstərmək, Ön Ofis xidmətləri olan qeydiyyata alınma və qeydiyyatından çıxma, Qida və İaşə Xidmətləri və “Butler” xidmətlərini təmin etmək;
Qonaqlar və otel işçiləri ilə münasibətlərdə bütün Otelin xidmət standartlarına riayət edilməsini təmin etmək;
Gündəlik təhvil-təslim prosedurlarında iştirak etmək;
Vaxtı düzgün idarə etmək və verilən tapşırıqları vaxtında tamamlamaq;
Qonaqlara Otelin standartlarına müvafiq şəkildə xidmət göstərilməsini təmin etmək
Ön Ofis Qeydiyyat Masasına zəng vuran hər bir şəxsin zənginə cavab verilməsini təmin etmək;
Qonağın istəkləri barədə yenilənən məlumatları izləmək, bu barədə Qonaqlarla əməkdaşlıq etmək və əldə edilən məlumatları əməkdaşlara ötürmək;
Qonaqlara həvəslə xidmət edərək onların gözlədiyindən də artıq xidmət göstərmək;
Tələblər:
- Səlis Azərbaycan, İngilis və Rus dili (arzuolunandır)
- Sakit və təmkinli qalmaq şərtilə, dəyişkən mühit çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı olmaq və qonaqlarla münasibət qurmağı bacarmaq
- Microsoft Windows proqramlarını bilmək;
- Nəğd pul ilə işləmək bacarığına malik olmaq;
- Qonaqların tələbləri ilə bağlı məsələləri həssaslıqla və peşəkarcasına yanaşma tərzində həll etmək;
- Sərbəst qərarlar qəbul edən, problemləri özü həll edə bilən, hadisələri yönləndirmək qabiliyyəti olmaq;
- Komandada işləmək bacarığı olmaq
- Davamlı inkişaf və öyrənməyə meyilli olmaq
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Kanal: https://t.me/LevelUptelegram
6 448
Vətəndaş cəmiyyəti təşkilatları və hüquqşünasların nəzərinə!
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMT İHAK) 6 oktyabr tarixində "BMT-nin uşaq hüquqlarının müdafiəsinə dair insan hüquqları alətləri və mexanizmləri" mövzusunda birgünlük təlim təşkil edir.
Təlimi BMT İHAK Avropa İttifaqının maliyyə dəstəyilə “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində təşkil edir.
Yerli mütəxəssislərin iştirakı ilə Bakı şəhərində keçiriləcək təlimə qoşulmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz.
Qeydiyyat üçün link: https://bit.ly/46rMWJc
Müraciət üçün son tarix: 1 oktyabr 2023
Qeydiyyat zamanı tələb olunan məlumatlar tam doldurulmalıdır.
İştiraka dəvət və daha ətraflı məlumat qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.
Təlimlər ərzində iştirakçılara BMT İHAK-nın Azərbaycan dilində çap etdiyi yeni nəşrlər, təlim materialları və sertifikat təqdim ediləcək.
Kanal: https://t.me/LevelUptelegram
6 448
Təqdimat hazırlamaqda, onu auditoriyaya təqdim etməkdə və ya ümumiyyətlə çıxış etməkdə çətinlik çəkirsiniz? O zaman bu təlim məhz sizin üçündür!🎯
Təlimdə sizi nələr gözləyir?
📍Təqdimat bacarıqlarına hər iki aspektdən baxıb, "yumşaq və texniki" bacarıqlar üzərində işləmək
📍Çıxış edərkən edilən tipik səhvləri və problemləri müəyyənləşdirmək
📍Məlumatı auditoriyaya ən effektiv və təsirli şəkildə çatdırmağın yollarını məşq
etdirmək, alternativ imkanlar təklif etmək
📍Təqdimatın dizayn edilməsi: rəng seçimi və uyğunluğu, şrift seçimində edilən səhvlər, şablonlar, vizual elementlər.
📍Praktiki çıxışların edilməsi: Bədən dili və səs tonu ilə iş auditoriya ilə işləmə üsulları
Təqdimat bacarıqları,
📍Müxtəlif komanda oyunları,
📍Praktiki individual və komanda çıxışları,
📍Keyfiyyətli öyrənmə mühiti və şəbəkələşmə,
📍Tapşırıqlar əsaslı masterklasslar daxil olmaqla əmək bazarında dəyərinizi artıracaq təlim proqramıdır.
Təlimçilərimiz
Toğrul Ələkbər - Dövlət Məşğulluq Agentliyi, Mərkəzi Karyera Filialının direktoru
Tural Rasimoğlu - ADENTTA, Marketinq direktoru
Şəbnəm Hümbətova - İrşad, Marketinq direktoru
Təlimə qoşulmaq üçün son yerlər, bu şansı qaçırmayın🤩
Müraciət üçün aşağıdaki formu doldurmağınız kifayətdir⬇️⬇️⬇️
https://shorturl.at/ehySV
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
