Level Up
رفتن به کانال در Telegram
Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.
نمایش بیشتر6 419
مشترکین
-724 ساعت
-267 روز
-10030 روز
آرشیو پست ها
6 416
⛺ “MathCamp 2022” riyaziyyat üzrə tələbələrin yaz düşərgəsi.
29 aprel – 3 may 2022-ci il tarixlərində ARTİ və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İB-nin birgə təşkilatçılığı ilə Quba rayonunda tələbələrin yaz düşərgəsi təşkil ediləcək.
Düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri,magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilər.
Düşərgə çərçivəsində tələbələrə qeyd olunan istiqamətlərdə təcrübəli müəllimlər tərəfindən xüsusi hazırlanmış təlimlər təşkil ediləcək.
İştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli təşkili məqsədilə müxtəlif idman və bilik yarışları təşkil olunacaq.
Düşərgənin keçirilməsində məqsəd tələbələr arasında ali riyaziyyat sahəsinə olan marağın artırılması, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqi dairəsinə dair məlumatların verilməsi və tələbələrin riyazi biliklərinin gücləndirilməsidir.
🔗 QEYDİYYAT LİNKİ RƏYDƏ
📌 t.me/nextstationaz
6 416
𝑻ə𝒍𝒊𝒎ç𝒊
(𝑹ə𝒄ə𝒃.𝑩𝒂𝒚𝒓𝒂𝒎𝒐𝒗)
🤔𝑴ö𝒗𝒛𝒖
Ş𝒖𝒓 𝑨𝒍𝒕ı 𝒈𝒊𝒛𝒍𝒊 𝒕ə𝒔𝒊𝒓𝒍ə𝒓𝒊
𝑩𝒖 𝒎ö𝒉𝒕əşə𝒎 𝒕ə𝒍𝒊𝒎𝒊 𝒒𝒂çı𝒓𝒎𝒂𝒚ı𝒏 𝒃𝒊𝒛 𝒔𝒊𝒛𝒍ə𝒓 üçü𝒏 𝒗𝒂𝒓ı𝒒 𝒚𝒂𝒍𝒏ı𝒛 𝒔𝒊𝒛𝒍ə𝒓𝒊𝒏 𝒎𝒂𝒓𝒊𝒇𝒍ə𝒏𝒅𝒊𝒓𝒎ə𝒚𝒔𝒊 üçü𝒏 ç𝒂𝒍ışı𝒓ı𝒒 𝒗ə 𝒊𝒏𝒂𝒏ı𝒓𝒂𝒎𝒌𝒊 𝒄𝒐𝒙 𝒔ı 𝒐𝒍𝒂𝒄𝒂𝒒.
📆𝑻𝒂𝒓𝒊𝒙
25..04.2022
⏱️𝑺𝒂𝒂𝒕 22:00
🎥𝑴𝒌𝒂𝒏 𝒁𝒐𝒐𝒎
Ö𝒅ə𝒏𝒊ş𝒔𝒊𝒛✅
𝑺𝒆𝒓𝒕𝒊𝒇𝒊𝒌𝒂𝒕𝒍ı✅
𝑲𝒆ç𝒊𝒅 𝒍𝒊𝒏𝒌𝒊⤵️
https://chat.whatsapp.com/ImuC9N94Wz084mfVVK1Hqw
6 416
Müasir dövrdə uğurlu qadınlarımızın sayı artmaqdadır. Və digər xanımlarımıza da motivasiya olmaq məqsədilə “Çağdaş media” MMC-nin təşkilatçılığı ilə “ Uğurlu qadınlarımız” layihəsinə start verilib. Bu dəfəki qonağımız İctimai kanalda yayımlanan “MAG” (Müasir Azərbaycan Gənci) verilişinin prodüseri, “Bioloji Təbabət” klinikasının əməkdaşı Nailə Mirzəzadədir.
20 aprel 21:00-da @cagdashmedia instagram səhifəsində hər kəsi gözləyirik.
6 416
Blogmark - karyerasını marketinq istiqamətində qurmağı planlayan şəxslərin bloqlar yazaraq özünü inkişaf etdirə biləcəyi bir layihədir
Format: Onlayn
Müddət: 25 gün
Qeydiyyat linki: https://forms.gle/1NmossGzwNCL24K86
#mövzumarketinq #marketinq
Kanal: https://t.me/LevelUptelegram
6 416
İş axtaranlar üçün Vakansiya saytları
https://www.instagram.com/p/CL9uD5clSG1/?igshid=YmMyMTA2M2Y=
6 416
İş axtaranlar üçün Vakansiya saytları
https://www.instagram.com/p/CL9uD5clSG1/?igshid=YmMyMTA2M2Y=
6 416
Möhtəşəm Liderlik Konfransına sayılı günlər qaldı..💣
💫American Life şirkətinin rəhbəri Ufuk Vurdum 24 Aprel tarixində Bakıya gəlir!
🎫 Beynəlxalq sertifikatlı konfrans üçün 4 bilet seçimi mövcuddur.
▫️Standart
▫️Silver
▫️Gold
▫️VİP
Yerinizi rezerv etmək üçün:077 304 29 37
Hoffman Co
📍Ünvan:Caspian Business Center
📞Əlaqə nömrəsi: 077 304 29 37
📩E-mail:info@hoffmantrustco.com
6 416
“ParaBokt”-dan Bakı şəhəri və bölgə filialları üzrə əmək haqqı+bonuslu təcrübə proqramı
https://edumap.az/parabokt-dan-baki-seheri-ve-bolge-filiallari-uzre-emek-haqqi-bonuslu-tecrube-proqrami/
6 416
Sosial İş Məktəbi Təcrübə Proqramı
ELANI
Sosial İş Məktəbi (SİM) gənc sosial işçilər və sosial iş tələbələri üçün təcrübə proqramı elan edir. Təcrübə proqramında iştirak edəcək sosial işçi və ya sosial iş tələbəsi aşağıdakıları əldə edəcək:
Sosial iş ilə bağlı nəzəri və praktiki təcrübə;
Sosial iş ilə bağlı kitabxanaya çıxış imkanı;
Sosial İş Məktəbinin komandası və ekspertlərinin bilik və təcrübəsindən faydalanmaq imkanı;
Yerli və beynəlxalq səviyyədə sosial işçilər ilə işləmək imkanı;
Akademik yazı, tədbirlərin təşkili sahəsində yeni bilik və bacarıqlar qazanmaq imkanı;
Yeni tanışlıqlar vasitəsilə netvörkünü inkişaf etdirmək imkanı və s.
Tələblər:
Sosial iş üzrə ən azı bakalvar dərəcəsi olmalı və ya ən azından sosial iş üzrə bakalavr tələbəsi;
Azərbaycan və ingilis dilində səlis danışmaq və yazmaq bacarıqları;
Təcrübədən səmərəli faydalanmaq üçün ədalətli, müstəqil işləmək və təşəbbüs və çeviklik nümayiş etdirmək bacarığı;
İlkin tədqiqat bacarıqlarının olması;
Təcrübəçi nə iş görəcək?
SİM kursları, onlayn və ənənəvi qaydada təşkil olunan seminarlarını təşkil edilməsində dəstək;
SİM sosial media hesablarının idarəedilməsi;
Kurslara qeydiyyatın aparılması və tələbələrlə işin, eləcə də operativ kommunikasiyanın təşkil olunması;
Sosial iş ekspertləri ilə əlaqələrin qurulması, SİM portalına məqalələrin cəlb olunması;
Tədbirlərin və görüləcək işlərin planlanmasının təşkili və nəzarət.
Təcrübə müddəti: 7 ay
Necə müraciət etməli?
Təcrübə proqramı ilə maraqlanan namizədlər CV, motivasiya məktubu (250 söz ) və 1 dəqiqəlik videonu (1 dəqiqəniz olsaydı özünüz haqqında qarşı tərəfə nə deyərdiniz?) “SİM: Təcrübə Proqramı 2022” başlığı ilə sosialishmektebi@gmail.com email ünvanına göndərməlidirlər.
Son müraciət tarixi: 30 Aprel 23:59 2022-ci il
6 416
📍"Dəstəkçi" Sosial Sahibkarlıq Platformasında Kontent Yazarı ol yazılarınla - adından söz etdir.
Əziz öyrənmək eşqi ilə yanan, biliklərini tətbiq etmək üçün unikal bir məkan axtaran gənclər,
Azərbaycanda öz sahəsində yenilikçi layihə olan "Dəstəkçi" sosial sahibkarlıq platformasında yaradıcı komandamızın bir parçası olacaq, yazmağı və araşdırmağı sevən, motivasiyalı, özünü inkişaf etdirmək və təcrübə əldə etmək istəyən könüllü KONTENT YAZARLARI-nı axtarırıq.
Kimləri axtarırıq:
- Araşdırmağı həddindən artıq sevən
- Yazısı və üslubu ilə insanları özünə bağlayan
- Sosial sahibkarlıq, sosial innovasiya, sosial və ətraf mühit problemləri mövzularına maraqlı olan
- İngilis dili səviyyəsi yaxşı olan
-Yaradıcı düşünənləri
İş şəraiti- Freelancer
Qeyd: Biz sizdən təcrübə tələb etmirik, təcrübəni biz sizə qazandırırıq.
Komandamızın dəyərli bir üzvü olmaq istəyən şəxslər, öz CV və Niyə O Ən Uyğun Namizəddir? sualına cavabı ilə birlikdə info@destekchi.org elektron poçt ünvanına başlıqda "Kontent Yazarı" qeyd edərək göndərə bilərlər
Son müraciət tarixi: 22.04.2022
#kontentmenecer #cv
6 416
Gürcüstanda layihə
📣Erasmus+ Training course in #Bakuriani, #Georgia🇬🇪
🖇Partner organisation from Azerbaijan: “Common Sense” Youth Organization
📌Participants per country: 4 participants aged at least 18 years
🚀Erasmus+ TC – 06-14 May 2022 (7 training days + 2 travel days)
⏳Deadline – 20 April 2022 | 23:59 (Only shortlisted candidates will be contacted by email)
https://csyo-az.org/2022/04/15/erasmus-training-course-in-bakuriani-georgia-4/?fbclid=IwAR3XtaDfuZFmTpLA7k1sIfgZeyZWLrRu_smc4sd8m3HnkR3IR4znAzOGsEs
Kanal: https://t.me/LevelUptelegram
6 416
Erasmus+ Training course in Bakuriani, Georgia
Partner organisation from Azerbaijan: “Common Sense” Youth Organization
Participants per country: 3 participants aged at least 18 years
Erasmus+ TC – 15-24 May 2022
Deadline – 18 April 2022 | 23:59 (Only shortlisted candidates will be contacted by email)
https://csyo-az.org/2022/04/07/erasmus-training-course-in-bakuriani-georgia-3/?fbclid=IwAR0pqvwBhLQ3IWXoiW5FENYvf70E9nC58dp7BjS6j0F7SHvKioTXQByPuow
Kanal: https://t.me/LevelUptelegram
6 416
Sumqayıt Gənclər Klubu və D&B Kitablı kafenin birgə təşkilatçılığı ilə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialında Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlının təqdimatında "Karyera planlaması" mövzusunda görüş keçiriləcəkdir. Görüşdə iştirak etmək üçün hər birinizi dəvət edirik.
QEYDİYYAT
https://forms.gle/DLCL7ePRg7n6S2HbA
📅Tarix: 24.04.2022
🕣Saat: 12:00
📍Məkan: D&B Kitablı kafe
6 416
✨“Primary Psychology”✨ təlimlər silsiləsinin qonaqları ilə sizi tanış edək⤵️
🔸Psixoloq-Arya Mahmud
🔹Klinik psixoloq-Arzu Qədizadə
🔸Klinik psixoloq-Günel Muradova
🔹Klinik psixoloq, psixoterapevt-Təhminə Rüstəmova
🔸Psixoloq-Emin Səfərov
✨"Primary Psychology"✨ təlimlər silsiləsi 1️⃣6️⃣ APREL-3️⃣0️⃣ APREL tarixləri arasında keçiriləcəkdir✅
‼️Qeyd edək ki, 5️⃣ təlimin ən az 4️⃣-də iştirak edən hər bir gəncə sertifikat veriləcəkdir.
Qeydiyyatdan keçərək təlimlərdə iştirak et⬇️
Link: ➡️ https://forms.gle/P5XocNMqjhXm3JKW8
#SabunchuGE #SGE #MYS #AZEYouthVoice #RƏNGLƏNDİR #Baku #Azerbaijan #təlim #primary #psychology
6 416
👨🏻🎓👩🏻🎓Tələbələrin nəzərinə!
2022-ci il “SOCAR Polymer” yay təcrübə proqramına ərizə qəbulu başladı.
Təcrübəçilər 8 həftə ərzində Azərbaycanın ən müasir standartlara cavab verən neft-kimya müəssisələrindən birində işləyərək təcrübəli və peşəkar mütəxəssislərdən ən müasir bilik və bacarıqlar əldə etmə imkanı qazanacaqlar.
Təcrübəyə yalnız bakalavr pilləsinin son kursunda və ya magistraturada təhsil alan tələbələr müraciət edə bilərlər👇🏻
https://lnkd.in/ejBb8kp
📌Qeyd: Maksimum 2 təcrübə sahəsinə müraciət edilə bilər.
Müraciət üçün son tarix 30 apreldir.
Hər hansı sual olacağı təqdirdə internship@socarpolymer.az ünvanına e-mail vasitəsilə müraciət etməyiniz xahiş edilir.
Kanal: http://t.me/genclerindostlari
6 416
Düzgün seçilmiş ixtisas, ya universitet?
Universitetin ixtisas seçiminə necə təsir etdiyi sizə maraqlıdırsa, sizi "Universitet versus İxtisas" adlı layihəmizə qoşulmağa dəvət edirik. 😍
Layihənin məqsədi abituriyentlərə universitet seçimi ilə bağlı məlumat vermək, onlara diqqət etməli olduqları məqamları göstərməkdir.
🔖 Çıxış edəcək spikerlərimiz və danışacaqları mövzular:
• Tural Əlizadə - "Hansı ixtisası hansı universitetdə oxuyaq/oxumayaq?"
• Nigar Ömərova - "Universitetə görə ixtisas seçək, ya ixtisasa görə universitet?"
⏰ Tarix: 24 aprel, saat 18:00.
❗Görüş Zoom platforması üzərindən aparılacaq və iştirak üçün qeydiyyatdan keçməyiniz tələb olunur.
Qeydiyyat linki: https://forms.gle/YANwwuYUYHGiTdac8
Qeydiyyat üçün son tarix: 23 aprel, saat 23:59.
Qeyd edək ki, ən aktiv 3 iştirakçı ilə görüş təşkil ediləcək və ixtisas seçimində dəstək göstəriləcək. 😊
Xəbəri dostlarınızla paylaşmağı unutmayın. 😍
6 416
Salam, Hərvaxtınız xeyir. Bugün sizinlə yeni layihəm haqqında məlumat paylaşacam.🤩🥳 Layihəmizin əsas məqsədi: "2ci əl kitab satışı ilə əldə olunan gəlirlə 1İyun Uşaqlar günündə aztəminatlı ailələrdə yaşayan uşaqları sevindirməkdir."
Hədəflərimiz isə: "Kağız israfının qarşısını almaq" "2ci əl məhsulların satışı və istifadəsini genişləndirmək" " Uşaqların üzlərində təbəssüm yaratmaq".
Bizə necə kömək edə bilərsiniz?
• İlk olaraq könüllü şəkildə, oxuyub ama evdə saxladığınız kitabları bizə verərək başlaya bilərsiniz.🎁
• Əgər kitabları könüllü deyildə satışa çıxarmaq istəsəniz buda mümkündür. (Kitablara müəyyən qiymət qoyaraq satışa çıxarırıq satıldıqca pulun müəyyən miqdarını bizə ianə edirsiniz)📥
•İnstagram hesablarımızı follow edib,paylaşaraq və oxumaq istədiyiniz kitabları bizdən alaraq:) 🤓🥳
Bununlada nəticədə yığılan pulla müəyyən edilmiş aztəminatlı ailələr yaşayan ərazidə məktəblərdə oxuyan uşaqlara hədiyyələr alıb 1 iyun günü onları sevindirəciyik. Hərbirinizinə dəstəyiniz üçün öncədən təşəkkürlər🫂 Kitab bağışlamaq üçün və ya suallarınızı commentlərdə gözləyəcəm😊
●Kitab bağışlamayan lakin yardım etmək istəyən şəxslər maddi yardım edərəkdə layihəmizə dəstək ola bilər😊
●Sonda edilən bütün işlər haqqında hesabat sosial media hesabımızda paylaşılacaq. https://instagram.com/2handbooksforeco?utm_medium=copy_link
●Kitabları necə verə bilərəm?
Kitabları 28may və ya Sahil m/s-dan müəyyən edilmiş gün və saatlarda sizdən götürə bilərik😊
Maddi yardım etmək istəyən şəxslər:
6768 6771 7171 9481
Hajar Abasova
6 416
Location: Lehtimäki, Finland
Project name: Lehtimäki Special Folk High School
Hosting organization: ICYE Finland
Sending organization: “Common Sense” Youth Organization
Number of volunteers: 1 volunteer between 18-30 years old (Only Azerbaijani citizenship)
Project period – 20/08/2022–19/06/2023 (10 months)
Deadline: 24th April 2022
https://csyo-az.org/2022/04/13/esc0804/
Kanal: https://t.me/LevelUptelegram
6 416
Aşağıdakı vakansiyalar üzrə freelance çalışa biləcək, təcrübəli, yeni əməkdaşlar tələb olunur:
1. Qrafik Dizayner
• Qeyd olunan sahə üzrə minimal 2 il professional iş təcrübəsi olması önəmlidir.
2. Fotoqraf
• Əsasən məhsul, model, vitrin, məkan çəkilişlərində minimal 1 il professional təcrübəsi olan, rənglər və işıqla düzgün işləməyi bacarması önəmlidir.
3. Videoqraf
• Müəyyən sahə üzrə bəsit məkan tanıtımları, məhsul çəkilişlərini edə biləcək, ehtiyac olan avadanlıqları olan, montaj bacaran, işıq və rəng bacarığı olması önəmlidir.
4. Wordpress Developer
• Wordpress üzrə professional işləyən, ən az 3 il Wordpress üzrə təcrübəsi olan, təməl SEO anlayışı və optimizasiyalar etməyi bacaran proqramçılar.
5. Content Marketer
• Müəyyən sahə üzrə, araşdıran, yeniliklərdən xəbərdar olan, trendləri daim izləyən əməkdaşlar.
6. Copywriter
• Müəyyən sahə üzrə minimal 3 il iş təcrübəsi olan, şablonlardan istifadə etməyən, məhsula, kontentə uyğun düzgün dil bilikləri ilə yaradıcı rəy, məlumat, CTA hədəfli məzmunlar yaza biləcək, personallar tələb olunur.
• Eyni zamanda xarici ölkələrdə olan əməkdaşlarımız üçündə yüksək İngilis dili təcrübəsi olanlarada üstünlük veriləcəkdir.
Yuxarıdakı vakansiyalar üzrə müraciətlər üçün aşağıdakı ünvanlara portfolio və CV`lərinizi göndərə bilərsiniz:
E-mail: info@ggdigitalagency.com
Whatsapp: +994 51 574 49 69
Əgər qeyd olunan sahələr üzrə təhsiliniz, biliyiniz var, təcrübəniz yoxdursa, e-mailimizə müraciət edə bilər, lakin Title`da təcrübəçi olduqları mütləq qeyd edilməlidir. Əsas əməkdaşlar seçildikdən sonra, təcrübəçilər arasında seçimlər ediləcəkdir.
Məvaciblər, danışıqlar və təcrübələr əsasında iş hesabı olaraq müəyyən təyin olunmuş qiymətlərə uyğun olaraq əməkdaşlar seçildikdən sonra bildiriləcəkdir.
#işvar
