fa
Feedback
Hədəf Şirkətlər Qrupu

Hədəf Şirkətlər Qrupu

رفتن به کانال در Telegram

Bu kanal "Hədəf Şirkətlər Qrupu"-nun rəsmi kanalıdır. Hədəf Kursları ( Hedef.edu.az ) Hədəf Liseyi ( Hedefliseyi.edu.az ) Kitabevim.az Hədəf Global Hədəf Nəşrləri (Hedefnesrleri.az) Xan Nəşriyyat xannesriyyati.az Eduhek ( Eduhek.az ) SinKod ( Sinkod.az )

نمایش بیشتر
1 159
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-37 روز
+5430 روز
آرشیو پست ها
🎉 Qəbul-güzəşt imtahanının NƏTİCƏLƏRİ açıqlandı! 📊 19 aprel 2026-cı ildə keçirilən "Qəbul-güzəşt" imtahanında yüzlərlə şagi
🎉 Qəbul-güzəşt imtahanının NƏTİCƏLƏRİ açıqlandı! 📊 19 aprel 2026-cı ildə keçirilən "Qəbul-güzəşt" imtahanında yüzlərlə şagird yüksək nəticə göstərərək müxtəlif faizlərlə güzəşt qazanıb! 🏆 4 nəfər – 100% GÜZƏŞT 🥇 30 nəfər – 70% GÜZƏŞT 🥈 40 nəfər – 50% GÜZƏŞT 🥉 215 nəfər – 30% GÜZƏŞT 🎯 318 nəfər – 15% GÜZƏŞT 👏 Bütün iştirakçıları təbrik edir, gələcək təhsillərində uğurlar arzulayırıq!

Azadlıq filialında 1–7-ci sinif şagirdləri üçün xarici dil dərslərinə start verilir! 🌍 Proqram çərçivəsində həm ingilis dili
Azadlıq filialında 1–7-ci sinif şagirdləri üçün xarici dil dərslərinə start verilir! 🌍 Proqram çərçivəsində həm ingilis dili, həm də rus dili tədris olunacaq 📌 Dərslər şagirdlərin yaş və səviyyəsinə uyğun şəkildə təşkil olunur, onların danışıq, dinləmə və yazı bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. Uşağınızın gələcəyi üçün doğru addımı indi atın! 🚀 Qeydiyyat davam edir! Ətraflı məlumat üçün: 📲 +994 12 311 01 85 📲 +994 77 555 01 02 📲 +994 77 555 01 12

Oxu Günü sadəcə bir tədbir deyil, Hədəfin ürəkdən gələn, illərlə yaşatdığı milli bir layihədir. Hər il bu işdə şagirdimizdən direktorumuza, müəllimimizdən valideynimizə qədər hər kəs əlini daşın altına qoyur, bir amal uğrunda birləşir. Hədəfin qədrini bilin. Çünki Hədəf milli ruhu olan, vətəninə və dövlətinə sadiq bir ailədir. Bizə Tanrının bəxş etdiyi imkanları sevə-sevə təhsilimizə, kitabımıza, gəncliyimizin gələcəyinə sərf edirik. Bu yolda zəhməti olan bütün Hədəf komandasına ürəkdən təşəkkür edirəm. Var olun, yaxşı ki varsınız!

🎉 Qəbul-güzəşt imtahanının NƏTİCƏLƏRİ artıq açıqlandı! 🔍 Nəticənizi öyrənmək üçün imtahanim.net saytına daxil olaraq iş nöm
🎉 Qəbul-güzəşt imtahanının NƏTİCƏLƏRİ artıq açıqlandı! 🔍 Nəticənizi öyrənmək üçün imtahanim.net saytına daxil olaraq iş nömrənizi qeyd edin. 📌 Nəticə ilə bağlı hər hansı iradınız yaranarsa, 26 aprel saat 18:00-dək apellyasiya müraciəti edə bilərsiniz. 📄 Bunun üçün nəticə vərəqinizin yuxarı sağ küncündə yerləşən “Apellyasiya” düyməsinə klikləyərək müraciətinizi göndərin. 🎓 Güzəşt qazanan şagirdlərin adları 27 aprel tarixində açıqlanacaq. 🖇 Yeniliklərdən xəbərdar olmaq üçün bizi izləmədə qalın!

🎉 Qəbul-güzəşt imtahanının NƏTİCƏLƏRİ açıqlandı! 🔍 imtahanim.net saytına daxil olub iş nömrənizi yazaraq nəticənizlə tanış
🎉 Qəbul-güzəşt imtahanının NƏTİCƏLƏRİ açıqlandı! 🔍 imtahanim.net saytına daxil olub iş nömrənizi yazaraq nəticənizlə tanış olun. 📌 Əgər nəticənizlə bağlı hər hansı iradınız varsa, 26 aprel saat 18:00-a qədər apellyasiyaya müraciət edə bilərsiniz. 📄 Karnenizin yuxarı sağ küncündəki "Apellyasiya" düyməsinə klikləyərək müraciətinizi göndərə bilərsiniz. 🎓 Güzəşt qazanan şagirdlərin adları 27 aprel tarixində açıqlanacaq.

25–26 aprel tarixlərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev Parkında “Oxu Günü–11 Kita
25–26 aprel tarixlərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev Parkında “Oxu Günü–11 Kitab Festivalı” keçiriləcək 📣📚 Layihə “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və Hədəf Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə baş tutacaq. Hər birinizi gözləyirik 🫶🏻💙

25–26 aprel tarixlərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev Parkında “Oxu Günü–11 Kita
25–26 aprel tarixlərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev Parkında “Oxu Günü–11 Kitab Festivalı” keçiriləcək 📣📚 Layihə “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və Hədəf Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə baş tutacaq. Hər birinizi gözləyirik 🫶🏻💙

🌟 Balabilgəmiz Əliyeva Rəşidə dünya reytinqində mühəndislik sahəsi üzrə ilk 500-lükdə yer alan və Kanadada mexanika mühəndis
🌟 Balabilgəmiz Əliyeva Rəşidə dünya reytinqində mühəndislik sahəsi üzrə ilk 500-lükdə yer alan və Kanadada mexanika mühəndisliyi üzrə ilk universitetlərdən biri olan Ontario Texnologiya Universitetinə (Ontario Tech University) Mexanika mühəndisliyi ixtisası üzrə qəbul alıb. Şəmil müəllim və Zülfiyyə xanım başda olmaqla, hər birinizi ürəkdən təbrik edir, bu uğurun davamlı olmasını arzulayırıq!

📚 “Oxu Günü-11” kitab festivalında səni də aramızda görmək istəyirik! Oxumaq sadəcə vərdiş deyil – düşünmək, anlamaq və inki
📚 “Oxu Günü-11” kitab festivalında səni də aramızda görmək istəyirik! Oxumaq sadəcə vərdiş deyil – düşünmək, anlamaq və inkişaf etmək yoludur. Bu dəfə isə bu yolu birlikdə addımlayırıq. Baş tutaca Oxu Günü festivalında bir araya gələrək yalnız kitabları deyil, həm də təhsilin mahiyyətini, dəyərlərini və gələcəyini birlikdə müzakirə edəcəyik. Görüşümüzdə baş tutacaq dəyərli çıxışlar: “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov – “Dilin tədrisi – Tədrisin dili” Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, həmçinin ANAİB İdarə Heyətinin sədri Şəmil Sadiq – “Təhsildə dəyərlər” Mövzumuz: Biz təhsildən nə gözləyirik? Bu sual ətrafında fikir mübadiləsi aparacaq, təhsilin bugünkü vəziyyəti və gələcək istiqamətləri barədə birlikdə düşünəcəyik. 📅 26 aprel ⏰ 11:00–13:00 📍 Sabunçu rayonu, Heydər Əliyev Parkı (Aygün Mall ilə üzbəüz) Səni düşündürəcək, ilhamlandıracaq və baxış bucağını genişləndirəcək bu görüşü qaçırma. 📖 Gəlin, birlikdə oxuyaq💙

Hədəf Liseyi Hazırlıq Məktəbi artıq Qarayevdə! VIII–XI siniflər üçün hazırlıq məktəbinə növbəti (2026 / 2027) tədris ili üzrə
Hədəf Liseyi Hazırlıq Məktəbi artıq Qarayevdə! VIII–XI siniflər üçün hazırlıq məktəbinə növbəti (2026 / 2027) tədris ili üzrə qəbul başladı! Hədəf Hazırlıq Məktəbinə müraciət etməklə həm büdcənizə, həm zamanınıza qənaət etməklə yanaşı, övladlarınızın gələcəyini etibarlı əllərə əmanət edəcəksiniz. Hədəf Hazırlıq Məktəbi sizə nə vəd edir❓ • Buraxılış, blok və ya TR-YÖS / SAT imtahanlarına hazırlıq; • Həftəlik 30 saat hazırlıq proqramı; • İl ərzində 10 sınaq imtahanı və statistik nəticələr; • Hədəf Nəşrlərinin dərs vəsaitləri ilə təminat; • Məktəbli geyimi və sağlam qidalanma; • Psixoloji dəstək və aktiv sosial mühit. 📌 Tədris iki dildə – Azərbaycan və rus dillərində aparılır. 📍 Sizə ən yaxın ünvanlarda: • Nizami ray., Tofiq Abbasov 38 • Nərimanov ray., Yusif Vəzir Çəmənzəminli 11F • Xətai ray., M.Hadi 51 • Masazır qəs., “Bağçalı evlər” yaşayış kompleksi • Sumqayıt şəh., 9-cu mkr, Sərvər Bədəlbəyli küç., 50 / 56 🎓 Hədəfi böyük olanların ünvanı! Əlavə məlumat: ☎️ +994 12 311 15 20

Nizami filialında 🇬🇧 İngilis dilində Riyaziyyat dərsləri artıq başlayır! 📚 Riyaziyyatı həm öyrən, həm də ingilis dilini in
Nizami filialında 🇬🇧 İngilis dilində Riyaziyyat dərsləri artıq başlayır! 📚 Riyaziyyatı həm öyrən, həm də ingilis dilini inkişaf etdir! 📝 Qeydiyyat artıq başladı! 📞 Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın: 📲 +994 12 311 01 85 📲 +994 77 555 01 08

📢 Məktəbəqədər sınaq imtahanına qeydiyyat başladı! 📝 9 may tarixində Azərbaycan və rus bölmələri üzrə məktəbəqədər - 4 sına
📢 Məktəbəqədər sınaq imtahanına qeydiyyat başladı! 📝 9 may tarixində Azərbaycan və rus bölmələri üzrə məktəbəqədər - 4 sınaq imtahanı keçiriləcək. 🎟 Biletləri əldə etmək üçün: * Hədəf Kursları və Hədəf STEAM Liseyinin filiallarına müraciət edə bilərsiniz. * “Bio” bölməsində yerləşən keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. * Rəsmi saytımız: hedef.edu.az ☎️ Əlavə məlumat üçün: +994 12 311 01 85

📢 Sonuncu BLOK və SUMMATİV sınaq imtahanlarına qeydiyyat başladı! 📝 9 may tarixində Azərbaycan və rus bölmələri üzrə blok X
📢 Sonuncu BLOK və SUMMATİV sınaq imtahanlarına qeydiyyat başladı! 📝 9 may tarixində Azərbaycan və rus bölmələri üzrə blok X-XI sinif şagirdləri, summativ I-VIII sinif şagirdləri üçün sınaq imtahanı keçiriləcək. 🎟 Biletləri əldə etmək üçün: * Hədəf Kursları və Hədəf STEAM Liseyinin filiallarına müraciət edə bilərsiniz. * “Bio” bölməsində yerləşən keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. * Rəsmi saytımız: hedef.edu.az ☎️ Əlavə məlumat üçün: +994 12 311 01 85

🌟 “Analar Liseydə” – Hədəf STEAM Liseyində duyğulu və ilhamverici bir gün! Aprelin 11-də Hədəf STEAM Liseyinin Qurtuluş korpusunda keçirilən “Analar Liseydə” layihəsi bu il də analar üçün unudulmaz günə çevrilib. Layihə anaların liseyin sosial və tədris həyatına birbaşa qatılmasını təmin etməklə yanaşı, onların məktəb heyəti və digər valideynlərlə aktiv ünsiyyətinə şərait yaradıb. Tədbir Hədəf STEAM Liseyi Qurtuluş korpusunun icraçı direktoru Məmməd Məmmədlinin giriş sözü və anonim məktubların oxunması ilə başlayıb. Ardınca Hədəf STEAM Liseyi Azadlıq korpusunun icraçı direktoru Zülfiyyə Sadıqovanın “Güvən və əməkdaşlıq — məktəb-valideyn münasibətlərinin gücü” mövzusunda seminarı keçirilib. Həmçinin müxtəlif sahələrdə uğur qazanmış valideynlərimiz təcrübələrini bölüşərək digər valideynlər arasında sosial aktivliyin artmasına töhfə veriblər. İzzət Cəfərovanın təqdimatında keçirilən “Uşaqların ailə mühitindən öyrənəcəyi emosional dərslər” təlimi xüsusi maraqla qarşılanıb. 🎯 Panel və praktiki sessiyalar İnteraktiv panellər və fəaliyyətlər analara özlərini yaradıcı, fiziki və emosional şəkildə ifadə etmək imkanı yaradıb. Yoqa, meditasiya, voleybol, oxçuluq, rəsm, kulinariya kimi fəaliyyətlərdə fəal iştirak edən valideynlər həm məktəb heyəti, həm də bir-biri ilə daha sıx ünsiyyət qurublar. Bu sessiyalar empatiya, paylaşım və sosial bağların güclənməsinə xidmət edib. 💌 “Ailəmə anonim məktub” aksiyası Tədbirin ən təsirli hissələrindən biri şagirdlərin yazdığı anonim məktublar olub. Uşaqların saf və səmimi düşüncələri analara duyğusal anlar yaşatmaqla yanaşı, həm də onların daxili dünyasını daha yaxından anlamağa imkan verib. 🍽 Furşet və sosial ünsiyyət Tədbirin sonunda təşkil olunan furşet valideynlər arasında səmimi ünsiyyət, yeni tanışlıqlar və xoş xatirələrlə yadda qalıb. “Analar Liseydə” layihəsi bir daha sübut edir ki, güclü təhsil mühiti yalnız məktəblə deyil, ailənin aktiv iştirakı ilə formalaşır. Bu təşəbbüs məktəb və ailə arasında möhkəm körpü yaradaraq uşaqların gələcəyi üçün sağlam təməl rolunu oynayır.

GƏLƏCƏYİN TƏHSİLİ İLƏ TANIŞ OLUN! Hədəf Stars Campus təqdim edir – robot müəllim artıq dərsdə! 🚀 18 və 19 aprel tarixlərində
GƏLƏCƏYİN TƏHSİLİ İLƏ TANIŞ OLUN! Hədəf Stars Campus təqdim edir – robot müəllim artıq dərsdə! 🚀 18 və 19 aprel tarixlərində Sevinc Mall-da uşaqlar üçün xüsusi interaktiv dərslər keçiriləcək. Bu dərslərdə uşaqlar yalnız öyrənməyəcək, həm də texnologiya ilə birbaşa ünsiyyət quraraq robot müəllimlə real təcrübə yaşayacaqlar. 💡 Robot müəllim nə ilə fərqlənir? • İnteraktiv və maraqlı dərs prosesi; • Uşaqların diqqətini cəlb edən texnoloji yanaşma; • Robotika və süni intellektlə ilk tanışlıq; • Müasir və gələcək yönümlü təhsil modeli. 🎯 Kimlər üçün uyğundur? 5–14 yaş arası uşaqlar və onların valideynləri üçün unikal fürsət! 📍 Məkan: Sevinc Mall 📅 Tarix: 18–19 aprel Bu sadəcə dərs deyil – bu, gələcəyin təhsilinə açılan qapıdır! ✨ Uşağınızı gətirin və robot müəllimlə tanış edin! ☎️ +994 12 311 15 20

"İnsan mühəndisi" Şəmil Sadiq - Mehriban Vəliyeva Mövzu: "Təhsildə dəyərlər" “İnsan mühəndisi” podkastının bu buraxılışında aparıcı - təhsil texnoloqu Şəmil Sadiqlə Milli Məclisin deputatı Mehriban Vəliyeva təhsildə dəyərlər mövzusunu geniş müzakirə edirlər. Söhbət yalnız bilik ötürülməsi deyil, insan yetişdirmə fəlsəfəsi üzərində qurulur. Podkastda vurğulanır ki, təhsil sisteminin əsas məqsədi sadəcə savadlı deyil, eyni zamanda mənəvi dəyərlərə sahib, məsuliyyətli və vətəndaş mövqeyi olan fərdlər formalaşdırmaqdır. Bu kontekstdə müəllimin rolu xüsusi ön plana çəkilir və onun cəmiyyətin gələcəyini formalaşdıran əsas fiqur olduğu qeyd olunur. Müzakirə zamanı ailə, məktəb və cəmiyyət üçbucağının vəhdəti xüsusi qabardılır. Bildirilir ki, dəyərlərin formalaşması yalnız məktəbin üzərinə düşən məsuliyyət deyil – valideyn və sosial mühit də bu prosesin ayrılmaz hissəsidir. Qonaq həmçinin təhsilin sosial təhlükələrə qarşı qoruyucu rolundan danışır. Qeyd olunur ki, təhsildən kənarda qalan və ya zəif maariflənmiş fərdlər müxtəlif risklərə daha açıq olur və bu da təhsilin strateji əhəmiyyətini artırır. Söhbətdə müasir təhsil ilə milli-mənəvi dəyərlər arasında balansın qorunması məsələsinə də toxunulur. Qloballaşan dünyada milli kimliyin, dilin və mədəniyyətin qorunmasının vacibliyi vurğulanır, eyni zamanda çağdaş yanaşmaların tətbiqinin zəruriliyi qeyd edilir. Podkast ümumilikdə belə bir mesaj verir: təhsil sadəcə sistem deyil, insan yetişdirmə prosesidir və bu prosesdə dəyərlər əsas sütun rolunu oynayır.