fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Hədəf Şirkətlər Qrupu

Hədəf Şirkətlər Qrupu

رفتن به کانال در Telegram

Bu kanal "Hədəf Şirkətlər Qrupu"-nun rəsmi kanalıdır. Hədəf Kursları ( Hedef.edu.az ) Hədəf Liseyi ( Hedefliseyi.edu.az ) Kitabevim.az Hədəf Global Hədəf Nəşrləri (Hedefnesrleri.az) Xan Nəşriyyat xannesriyyati.az Eduhek ( Eduhek.az ) SinKod ( Sinkod.az )

نمایش بیشتر
1 249
مشترکین
-124 ساعت
-17 روز
+930 روز
آرشیو پست ها
Testologiya - 5 təliminə qeydiyyat başladı! Əziz müəllimlər, sizi 24 Oktyabr tarixində keçiriləcək 4 saatlıq “Testologiya-5” təliminə dəvət edirik. “Sualı yazmaq çətin, cavabı yazmaq asan olmalıdır” prinsipi ilə keçiriləcək təlim Hədəf STEAM Liseyinin ümumi işlər üzrə icraçı direktoru Nizami Hüseynov tərəfindən aparılacaq. 📌 Ənənəvi təhsilin getdikcə yerini yeni yanaşmalara verdiyi, onlayn təhsilin miqyaslandığı dövrdə qiymətləndirmə də dəyişir. Artıq imtahanların təşkili, sual tərtibi və işlənməsi yeni yanaşma tələb edir. ✅ Təlimdə yenilənən təhsil modelləri, imtahan tipləri, qiymətləndirmə üsulları, sual tərtibi zamanı yol verilən səhvlər və test hazırlama mərhələləri kimi mövzular ətraflı izah olunacaq. Proqram çərçivəsində müzakirə ediləcək mövzular: ▫️ onlayn proqramlar; ▫️ ideal sual; ▫️ test hazırlama mərhələləri; ▫️ imtahan tipləri; ▫️ sual tərtibi zamanı yol verilən yanlışlar; ▫️ test formaları; ▫️koqnitiv təsnifat; ▫️psixometrik ölçmə; ▫️sualda fokus nöqtəsi; ▫️ inteqrativ tapşırıqlar. ✨ Təlimin sonunda iştirakçılar sertifikat əldə edəcək və Hədəf Şirkətlər Qrupu tərəfindən işlə təmin olunma şansı qazanacaqlar. ❗️ Təlimdə iştirak ödənişlidir. 📩 Ətraflı məlumat və qeydiyyat üçün: https://forms.gle/E6FtAKSd4H9o44Tk7 📞 +994 77 220 22 44 📍 Ünvan: Hədəf Stars Campus Liseyi, Koroğlu filialı (Sabunçu rayonu, Bəşir Bünyadov 3.)

photo content

🇦🇿 20 Sentyabr — Dövlət Suverenliyi Günü! Bu gün Azərbaycanın dövlət suverenliyinin tam bərpasını və tariximizdə yeni bir s
🇦🇿 20 Sentyabr — Dövlət Suverenliyi Günü! Bu gün Azərbaycanın dövlət suverenliyinin tam bərpasını və tariximizdə yeni bir səhifənin başlanmasını qürurla qeyd edirik. Bu şanlı tarix xalqımızın birliyini, milli iradəsini və Vətənə bağlılığını özündə əks etdirir. Suverenliyimizin bərpası uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, Vətənimizin bütövlüyü və gələcəyi naminə göstərilən fədakarlıqları daim xatırlayırıq. Suverenliyimiz daim olsun!

🇦🇿 20 Sentyabr — Dövlət Suverenliyi Günü! Bu gün Azərbaycanın dövlət suverenliyinin tam bərpasını və tariximizdə yeni bir s
🇦🇿 20 Sentyabr — Dövlət Suverenliyi Günü! Bu gün Azərbaycanın dövlət suverenliyinin tam bərpasını və tariximizdə yeni bir səhifənin başlanmasını qürurla qeyd edirik. Bu şanlı tarix xalqımızın birliyini, milli iradəsini və Vətənə bağlılığını özündə əks etdirir. Suverenliyimizin bərpası uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, Vətənimizin bütövlüyü və gələcəyi naminə göstərilən fədakarlıqları daim xatırlayırıq. Suverenliyimiz daim olsun!

Əziz müəllimlər, sevimli balabilgələr, dəyərli Hədəf ailəsi!   Sizləri yeni tədris ilinin başlanğıcı və Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bilik insanın gələcəyinə açılan ən böyük qapıdır. Hər yeni dərs, hər oxunan kitab, hər öyrənilən məlumat bizi daha güclü, daha düşüncəli və daha məsuliyyətli fərd olmağa aparır. Təhsil isə yalnız bilik qazanmaq deyil, həm də özümüzü, cəmiyyətimizi və dünyanı daha yaxşı anlamaq yoludur. Yola saldığımız 2025-2026-cı tədris ili böyük Hədəf ailəsi üçün əlamətdar və yaddaqalan olmuşdur. Belə ki, keçən tədris ilində Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Kursları və Hədəf Liseylərindən məzun olan 90 faizdən yuxarı balabilgələrimiz öz  təhsillərini yerli və xarici ali məktəblərdə davam etdirəcəklər. Biz Hədəf olaraq Azərbaycanda ilk dəfə açıq səma altında İnteraktiv Elm Muzeyini və Hədəf STARS Campus filialını ölkə təhsilinə hədiyyə etdik. Elm, təhsil, yaradıcılıq fəaliyyətimizdə bir çox ilklərə imza atdıq. Siz dəyərli Hədəf ailəsinin dəstəyi, bizə verdiyi motivasiya ilə yeni tədris ilinə də böyük həvəs və enerji ilə başlayırıq! Bu gün öz qapılarını balabilgələrin üzünə açan Hədəf STARS İnternational Campus və Hədəf Art School 2026-2027-ci tədris ilində də ölkə təhsilinə dəstəyimiz və töhfəmizdir! Əminəm ki, artıq ənənə halını almış təhsil uğurlarımız bu il də davam edəcək, Hədəf Təhsil modelini Made in Azerbaijan brendi adı altında ölkə xaricinə layiqli şəkildə ixrac edə biləcəyik! Əziz dostlar, bir daha sizləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edir, bağrıma basır, səbir, uğur və bol nailiyyət arzulayıram!   Bilik Gününüz mübarək olsun! Hörmətlə, Şəmil Sadiq

photo content

Balabilgə sayının artımı ilə əlaqədar olaraq Hədəf Liseyləri Hədəf Stars Campus filialları VAKANSİYA elan edir!
Balabilgə sayının artımı ilə əlaqədar olaraq Hədəf Liseyləri Hədəf Stars Campus filialları VAKANSİYA elan edir!

Bu gün Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, dəyərli ziyalımız Şəmil Sadıqovun doğum günüdür! Hörmətli Şəmil müəllim, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və fəaliyyətinizdə uğurlar arzulayırıq. Sizin təhsil və maarifçilik yolunda gördüyünüz böyük işlər, yaratdığınız dəyərlər və gələcək nəsillərə ötürdüyünüz zəngin irs bizim üçün daim örnəkdir. Siz yalnız böyük bir təhsil yolunun qurucusu deyil, həm də ətrafınızdakı hər kəsə ilham verən, yeni ideyalara yol açan və uğura inam aşılayan dəyərli bir şəxsiyyət­siniz. Arzu edirik ki, həyatınızın hər yeni ili sizə yeni zirvələr və böyük uğurlar bəxş etsin. Doğum gününüz mübarək, Şəmil müəllim!

photo content

“Bu tədris ili fərqli başlayır: Hədəf Liseyində qeydiyyatdan keçin, məktəb alış-verişini unudun!” Valideynlərin sentyabr qayğ
“Bu tədris ili fərqli başlayır: Hədəf Liseyində qeydiyyatdan keçin, məktəb alış-verişini unudun!” Valideynlərin sentyabr qayğısına Hədəf Liseyindən tam dəstək! 🎒✏️ 15 avqust-5 sentyabr tarixləri arası Hədəf Liseyində qeydiyyatdan keçən hər bir şagirdin çanta, dəftər və qələm xərclərini də biz qarşılayırıq! İndi qeydiyyatdan keçin, Kitabevim mağazasından 100 AZN-lik hədiyyə kuponu qazanın və məktəb alış-verişini tamamilə sıfırlayın! ⏳ Son 3 gün! Yerlər məhduddur.

🎓 SENTYABR ayından başlayacaq təcrübə proqramına QOŞUL – PEŞƏKAR MÜƏLLİM OL!   Hədəf Liseyləri və Hədəf Kurslarında müəllimliyə aparan 5 aylıq STEAM əsaslı təcrübə-təlim proqramı başlayır! Bu proqramda yalnız nəzəri bilik əldə etməyəcək, real dərslərdə iştirak edərək müəllimlik təcrübəsi qazanacaqsınız. Proqram çərçivəsində sizi nə gözləyir? 📚 5 ay ərzində: ✨ 15 peşəkar təlim; ✨ Müasir və effektiv tədris metodları; ✨ Maraqlı və interaktiv dərs planlaşdırma təcrübəsi; ✨ Real sinif mühitində təcrübə; ✨ Pedaqoji və kommunikativ bacarıqlarını inkişafı. 🏆 Proqramın sonunda: 🌍 Beynəlxalq sertifikat 💼 Yüksək nəticə göstərənlər üçün REAL İŞ İMKANI! 🎯 Müəllimliyə peşəkar başlanğıc   🔥 ÖYRƏN → TƏCRÜBƏ QAZAN → ÖZÜNÜ SÜBUT ET → MÜƏLLİM OL! 📌 Yerlər məhduddur. Elə indi qeydiyyatdan keç! 🖇 Qeydiyyat: https://forms.gle/RpYy8neQqGBVD4oX9 ☎️ Əlaqə: +994 77 220 22 44

Azərbaycan ədəbiyyatı ilk dəfə Meksikanın nüfuzlu kitab sərgisində təmsil olunacaq Bu gün Altun Nəşriyyatının direktoru Rafiq İsmayılovla birlikdə Meksikanın Azərbaycandakı səfiri xanım Maria Victoria Romero ilə görüşdük. Görüşümüzün əsas məqsədi Meksikada keçirilən, ispandilli dünyanın ən böyük kitab sərgilərindən biri olan Qvadalaxara Beynəlxalq Kitab Sərgisində iştirakımızla bağlı hazırlıq məsələlərini müzakirə etmək idi. Səfirlikdə viza prosedurlarımızı tamamladıq, eyni zamanda qarşıdakı səfərimizin proqramı, Meksikanın tarixi-mədəni məkanları və ölkəni daha yaxından tanımaq imkanları barədə fikir mübadiləsi apardıq. Bu səfərin bizim üçün xüsusi əhəmiyyəti var. Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri olaraq mən – Şamil Sadıq və Assosiasiyanın İdarə Heyətinin üzvü Rafiq İsmayılov ilk dəfə olaraq ölkəmizi bu mötəbər kitab sərgisində təmsil edəcəyik. Məqsədimiz yalnız sərgidə iştirak etmək deyil. Azərbaycan ədəbiyyatını, nəşriyyat işimizi və mədəniyyətimizi Latın Amerikası oxucusuna tanıtmaq, Meksikanın zəngin ədəbi və mədəni mühiti ilə yaxından tanış olmaq, yerli və beynəlxalq naşirlərlə yeni əməkdaşlıq əlaqələri qurmaqdır. İnanıram ki, Qvadalaxaraya aparan bu yol Azərbaycan kitabının ispandilli dünyaya açılması üçün yeni əlaqələrin başlanğıcı olacaq. Səmimi qəbula və dəyərli tövsiyələrə görə Meksikanın Azərbaycandakı səfiri xanım Maria Victoria Romeroya təşəkkür edirik. Qarşıda Meksika, Qvadalaxara və Azərbaycan kitabı üçün yeni bir coğrafiya var! Azərbaycan Nəşriyyatları Assosiasiyası

photo content

"Bu tədris ili fərqli başlayır: Hədəf Liseyində qeydiyyatdan keçin, məktəb alış-verişini unudun!" Valideynlərin sentyabr qayğ
"Bu tədris ili fərqli başlayır: Hədəf Liseyində qeydiyyatdan keçin, məktəb alış-verişini unudun!" Valideynlərin sentyabr qayğısına Hədəf Liseyindən tam dəstək! 🎒✏️ 20 avqust-10 sentyabr tarixləri arası Hədəf Liseyində qeydiyyatdan keçən hər bir şagirdin çanta, dəftər və qələm xərclərini də biz qarşılayırıq! İndi qeydiyyatdan keçin, Kitabevim mağazasından 100 AZN-lik hədiyyə kuponu qazanın və məktəb alış-verişini tamamilə sıfırlayın! ⏳ Son 20 gün! Yerlər məhduddur.

IMG_0272.MOV36.47 MB

🌷 Balacalarımızın inkişafı üçün hər zaman yeniliklərə imza atan Hədəf Kursları bu dəfə də fərqli və rəngarəng bir təcrübə ilə gəlir! ✨ 💐 Bu dəfə 4–13 yaş arası balacalarımızla birlikdə Gül Buketi Master-Klassı keçirəcəyik! Onlar öz yaradıcılıqlarını ortaya qoyacaq, rəngləri və gülləri bir araya gətirərək öz əlləri ilə gözəl buketlər hazırlayacaqlar. 🌸 🎁 Üstəlik, iştirakçılarımızı müxtəlif hədiyyələr və xüsusi mükafatlar gözləyir! 🏆✨ 📅 17 avqust 🕛 Saat 12:00 👧🏻👦🏻 Yaş aralığı: 4–13 yaş 📍 Ünvan: Hədəf Kursları Bakıxanov filialı 🤍 Öyrənək, yaradaq, əylənək və birlikdə gözəl xatirələr toplayaq! 📩 Ətraflı məlumat və qeydiyyat üçün: ☎️ +994 12 311 01 85 📚 Hədəf Kursları — hədəfi olanların məktəbidir!

IMG_0272.MOV36.47 MB

🎓 SENTYABR ayından başlayacaq təcrübə proqramına QOŞUL – MÜƏLLİM OL! Hədəf Liseyləri və Hədəf Kurslarında 5 aylıq STEAM əsaslı təcrübə-təlim proqramı başlayır. Bu proqramla siz yalnız öyrənməyəcək, real müəllim təcrübəsi qazanacaqsız. 📅 15 peşəkar təlim 📌 Nəzəri bilik + real dərs + Hədəf liseylərində və Hədəf Kurslarında praktik bacarıqlar 📚 Proqramda nə qazanacaqsan? ✨ Müasir və effektiv tədris metodları; ✨ İnteraktiv və maraqlı dərs planlaması; ✨ Təcrübə dərslərinin real mühitdə aparılması; ✨ Pedaqoji və kommunikativ bacarıqların inkişafı. 🏆 Sizi gözləyən üstünlüklər: 💼 Yüksək nəticə göstərənlər üçün iş imkanı; 🌍 Beynəlxalq sertifikat; 📖 Real sinif mühiti və dərs təcrübəsi. 🎯 REAL İŞ İMKANI ! 📌 Yerlər məhduddur, tələs! 🖇 Qeydiyyat: https://forms.gle/RpYy8neQqGBVD4oX9 ☎️ Əlaqə: +994 77 220 22 44

photo content