fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید 👈

HƏRBİ XƏBƏRLƏR

HƏRBİ XƏBƏRLƏR

رفتن به کانال در Telegram

🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır. ➡️ Reklam & Əməkdaşlıq 🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️ @Xeber_002

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام HƏRBİ XƏBƏRLƏR

کانال HƏRBİ XƏBƏRLƏR (@herbixeber) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 51 346 مشترک است و جایگاه 5 113 را در دسته اخبار و رسانه‌ها و رتبه 40 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 51 346 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 07 اکتبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -2 484 و در ۲۴ ساعت گذشته برابر -55 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 13.76% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 6.41% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 7 071 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 3 293 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 44 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır. ➡️ Reklam & Əməkdaşlıq 🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️ @Xeber_002”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 08 اکتبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته اخبار و رسانه‌ها تبدیل کرده‌اند.

51 346
مشترکین
-5524 ساعت
-2987 روز
-2 48430 روز
آرشیو پست ها
İşğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 2026-cı il 8 oktyabr tarixində 2-ci mina partlayışı hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb. “Bir müddət öncə Qəhrəmanov Orxan Əşrəf oğlunun minaya düşdüyü əraziyə atası, 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman oğlu daxil olaraq piyada əleyhinə mina hadisəsinə məruz qalıb. Hadisə nəticəsində Qəhrəmanov Əşrəf xəsarət alıb. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır”

Rusiyada “Vaqner” silahlı qruplaşmasının qiyamı zamanı günahkar bilinərək vəzifədən azad olunan və həbs edilən, Ukraynada Rus
Rusiyada “Vaqner” silahlı qruplaşmasının qiyamı zamanı günahkar bilinərək vəzifədən azad olunan və həbs edilən, Ukraynada Rusiya Silahlı Qüvvələrinin keçmiş komandanı, ordu generalı Sergey Surovikin Putin tərəfindən yenidən orduya qaytarılıb. "The Telegraph" Nəşrin məlumatına görə, Sergey Surovikinin qarşısına Kiyevdəki bütün körpüləri dağıtmaq tapşırığı qoyulub. • Məqsəd paytaxtı iki hissəyə bölmək və Ukraynanın şimalını iflic etməkdir.

🇷🇺 "The Telegraph": Putin “General Armageddon”u Ukrayna müharibəsinə geri qaytarıb • Nəşrin məlumatına görə, Sergey Surovikinin qarşısına Kiyevdəki bütün körpüləri dağıtmaq tapşırığı qoyulub. • Məqsəd paytaxtı iki hissəyə bölmək və Ukraynanın şimalını iflic etməkdir.

🇵🇰🇸🇦 "The New York Times": Pakistan Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı hərbi əməliyyatlarına qoşulub Məlumata görə, Pakistanın yüksək rütbəli hərbi rəsmisi ölkəyə məxsus qırıcı təyyarələrin Yəməndə hava zərbələri endirdiyini bildirib.

Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı ö**dürülüb. Lənkəran rayonunun Separa
Rusiya-Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı azərbaycanlı dron hücumu zamanı ö**dürülüb. Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsi başlayandan bir il sonra Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb. 🔸Xidmət etdiyi müddət ərzində iki dəfə yaralanıb. Aldığı yaralara görə müalicə edilib və yenidən ixtisası üzrə döyüşlərə qatılıb. Bir neçə gün bundan əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı qarşı tərəfin (Rusiya) PUA-sının vurduğu zərbə nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olub. Vahab Quliyev, məşhur “Nənələr” folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur. O, 30 ilədən çox idi ki, Ukraynada yaşayırdı.

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz qardaşlıq – V" çoxmillətli birgə xüsusi təyina
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə "Sonsuz qardaşlıq – V" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.

🇩🇪 Almaniya kəşfiyyatının sabiq rəhbəri saxlanılıb • BND-nin keçmiş rəhbəri Auqust Hanninq dövlətə xəyanət xarakterli casusluq və dövlət sirrlərinin əldə edilməsi şübhəsi ilə saxlanılıb. • O, həmçinin dövlətə xəyanətə cəhddə şübhəli bilinir

HDQ-nin ehtiyatda olan zabiti Rüstəm Həsənov dünən gecə Qara Dənizdə Rusiyanın drone hücumu nəticəsində dünyasını dəyişib. Al
HDQ-nin ehtiyatda olan zabiti Rüstəm Həsənov dünən gecə Qara Dənizdə Rusiyanın drone hücumu nəticəsində dünyasını dəyişib. Allah rəhmət eləsin 🇦🇿🤲, Yaxınlarına Allahdan səbir diləyirik.

🇷🇺 Rusiyanın Tu-95MS təyyarəsinin qəzasında 8 zabit ölüb • Ölənlərin hamısı Rusiyanın strateji aviasiyası ilə əlaqəli olub. • Bəzi zabitlərin Ukraynaya raket zərbələrinin təşkili və metodiki təminatında iştirak etdiyi bildirilir. • Tu-95MS sentyabrın 29-da Amur vilayətində təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb.

🇺🇦💥 SBU Rusiyada iki döyüş təyyarəsini vurduğunu açıqlayıb Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın Adıgey Respublikasındakı hərbi aerodroma PUA-larla zərbə endirdiyini bildirib. ✈️ Məlumata görə, hücum zamanı Rusiyaya məxsus Su-35 və Su-34 döyüş təyyarələri, həmçinin sursat anbarı vurulub. 📍 Aerodromun Ukraynadan təxminən 500 km məsafədə yerləşdiyi bildirilir.

“Ermənistanın hazırkı rəhbərliyinin seçdiyi xarici siyasət kursu ölkəyə müsbət nəticələr gətirməyəcək”. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İran İslam Respublikasının Dövlət Televiziya və Radio Şirkətinə müsahibəsi zamanı deyib. O bildirib ki, Ermənistan üçün ən təhlükəli ssenari ölkənin “yeni Ukraynaya” çevrilməsi ola bilər. “Ermənistanın hazırkı rəhbərliyi inkişaf istiqamətini dəyişməyi düzgün hesab edib. Əminəm ki, bu da heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq. Ermənistanın başına gələ biləcək ən dəhşətli şey onun yeni Ukraynaya çevrilməsidir”, – Medvedev qeyd edib.

Ağdam-Tərtər-Ağdərə istiqamətində gedən döyüşlər barədə,dostumuz,hərbi jurnalist Fərdin İsazadə çox gözəl və faktlarla sənədli xüsusi veriliş hazırlıyıb. Allah şəhidlərimizə rəhmət eləsin!!! https://youtu.be/FsTBW0pdj3s?si=drirQgohi-LCXL7e

🇺🇦 Zelenski: “Vivaldi” əməliyyatında 176 km² əraziyə nəzarət bərpa olunub 🔹 Ukrayna Prezidenti bildirib ki, Donbasda əməliyyatın üç mərhələsi ərzində Rusiya qüvvələrinin Slovyansk–Kramatorsk aqlomerasiyasının arxasına keçmək cəhdləri dəf edilib və vəziyyət sabitləşdirilib. 🔹 Zelenskinin sözlərinə görə, Rusiyanın ölən və yaralanan hərbçilərinin sayı 5 mini ötüb, daha 250 hərbçi əsir götürülüb.

🇷🇺🇺🇦 Liman yaxınlığındakı meşəlik ərazidə Rusiya Silahlı Qüvvələrinin 250-dən çox hərbçisinin əsir götürüldüyü bildirilir
🇷🇺🇺🇦 Liman yaxınlığındakı meşəlik ərazidə Rusiya Silahlı Qüvvələrinin 250-dən çox hərbçisinin əsir götürüldüyü bildirilir - “UNİAN” Yayılan məlumatlara görə, Rusiya ordusunun bəzi bölmələrinin şəxsi heyəti tam şəkildə əsir düşüb. Bildirilib ki, əsir götürülən hərbçilərin gələcəkdə əsir mübadiləsində istifadə oluna biləcəyi gözlənilir.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. 🔸“Qafqazinfo”nun məlumatına görə, Sərəncamla Nihad Ənvər oğlu Şıxəliyevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib. 🔹O, 2025-ci ilin iyulundan Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsini tutur. Daha əvvəl isə Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub.

🕯 DTX və XKX rəhbərləri Zəfər parkını ziyarət edib 🇦🇿 Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Xarici Kəşfiyy
🕯 DTX və XKX rəhbərləri Zəfər parkını ziyarət edib 🇦🇿 Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakıda yerləşən Zəfər parkını ziyarət ediblər.

Müdafiə Nazirliyinin rəhbərliyi 27 Sentyabr - Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib. Müdafiə naziri general-polko
Müdafiə Nazirliyinin rəhbərliyi 27 Sentyabr - Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirin birinci müavini - Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Azərbaycan Ordusunun rəhbərliyi Zəfər abidəsi önünə gül dəstələri qoyub.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində 14 hərbçinin həlak olmasından sonra ölkənin müdafiə naziri Dauren
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində 14 hərbçinin həlak olmasından sonra ölkənin müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib. D.Kosanov 2025-ci ildən Müdafiə Nazirliyinə rəhbərlik edib. Xatırladaq ki, hadisə sentyabrın 24-də baş verib. Açıq dənizdə təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı dalğa 17 nəfəri aparıb. Bu zaman yalnız 3 nəfəri xilas etmək mümkün olub. Ölkənin Müdafiə Nazirliyi hərbçilərin həlak olmasını hava şəraitinin qəfil pisləşməsi ilə izah edib. İnsidentlə bağlı sentyabrın 25-də Qazaxıstanda matəm elan edilib

Müharibə ilə bağlı çox həqiqətləri vaxtı gələndə danışacağam. Sadəcə, indi bunun vaxtı-zamanı deyil. Biz niyəsə özümüzün dura-dura gedib qonşuya “yanlanmağı” xoşlayırıq. Müharibə təzə başa çatmışdı. Öz qəhrəman əsgərlərimiz, zabitlərimiz, generallarımız kənarda qaldı. Hətta ətrafımızda, yaxınlığımızda olan bəzi insanlar cahillikdən, məlumatsızlıqdan və ya başqa səbəblərdən bu müharibəyə aidiyyəti olmayan adamları qəhrəman etdilər. Döyüş meydanında canını, qanını qoyan, yaralanan, illərlə orduda xidmət edən generallarımızı “xain” elan etdik. Müharibənin planlaşdırılmasından xəbəri olmayan, müharibəyə 1-2 gün qalmış ortaya çıxan bəzi şəxsləri isə “Qarabağın fatehi” və sair adlarla təqdim etdik. Ən ağrılısı isə budur: öz qələbəmizi öz dilimizlə başqalarının adına yazdıq. Bəlkə paxıllıqdan, bəlkə eqoizmdən, bəlkə də özümüzünkülərə sahib çıxmaq bacarığımızın olmamasından… Türkiyədə bu gün müxtəlif hadisələr və müzakirələr fonunda illərlə xalqa “Kurtlar vadisi”filmində xain kimi təqdim olunan bəzi insanların fəaliyyəti ilə bağlı yeni iddialar və yanaşmalar ortaya çıxır,məlum olur ki,əslində bu insanlar qəhrəman olublar. Bu gün Türkiyə seqmentində sosial şəbəkələrdə Azərbaycana qarşı ciddi narazılıq müşahidə olunur. Bəziləri bir ağızdan yazırlar ki, “Qarabağı sizə biz alıb vermişik, Bəxtiyar paşanın rəhbərliyi ilə”. Burada bir məsələni çox aydın demək lazımdır: İkinci Qarabağ müharibəsində qardaş Türkiyə dövlətinin Azərbaycana verdiyi böyük dəstək danılmazdır. Həm siyasi, həm diplomatik, həm də hərbi sahədə Türkiyənin dəstəyi bizim üçün çox böyük əhəmiyyət daşıyıb. Bunu heç kim inkar edə bilməz. Amma Azərbaycan əsgərinin, zabitinin, generalının haqqına da girmək olmaz! Bu qələbənin memarı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələridir. Azərbaycan əsgəri döyüşdü, Azərbaycan zabiti əməliyyatı idarə etdi, Azərbaycan generalı planlaşdırdı, Azərbaycan xalqının övladları şəhid oldu, yaralandı və ordumuz illərlə bu günə hazırlaşdı. Qədim Çin hərbi strateqi və filosofu Sun Tzunun məşhur kəlamı var "Aşbazı min gün bəsləyərlər, bir gün istifadə etmək üçün. Ordunu yüz il bəsləyərlər, bir gün döyüşmək üçün." Azərbaycan Silahlı Qüvvələri, illər idi həll edici döyüş üçün komplektləşdirilib, mərhələli şəkildə hazırlaşırdı tarixi gün üçün. Heç bir qardaş ölkənin dəstəyini kiçiltmədən, öz ordumuzun haqqını da başqasına verməməliyik. Qələbə bizimdir və bu qələbənin tarixini də ilk növbədə özümüz düzgün yazmalıyıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Canlı şəhid kimi yaşayan veteranlarımız var olsunlar. Hörmətlə Tofiq Şahmuradov

❗️❗️🇺🇦🇷🇺Rusiyanın Perm NEZ-i PUA hücumundan sonra fəaliyyətini dayandırıb — “Reuters” Hücum nəticəsində zavodda yanğın baş verib, boru kəmərləri, saxlama obyektləri və texnoloji qurğular zədələnib. 🔻Perm NEZ Rusiyanın emal həcminə görə 7-ci ən böyük neft emalı zavodudur. Müəssisə 2024-cü ildə 12,6 milyon ton neft emal edib.