fa
Feedback
Le. Hashim

Le. Hashim

رفتن به کانال در Telegram

Rəqəmsal marketinq, dünyada baş verən yeniliklər və başqa söhbət 🫶

نمایش بیشتر
955
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-57 روز
-830 روز
آرشیو پست ها
Dostlar, salam. Axşamınız xeyir. Ümid edirəm ki, yaxşısınız və işləriniz qaydasındadır. Bu gün xeyli işləmişəm, ancaq günün məlumatları hazırdır 🕺🏻 💭 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür. İstəyirəm ki, bu xüsusi gündə ən çox gördüyüm səhvlərdən və onların düz versiyalarından (yadda saxlamağın yollarından) danışım.
Tövsiyə (Bir y ilə yazılır. İnsanlar istəməsə verilmir) Səhv (F ilə yazılmır) Biz/Siz (Cəm bildirdiyinə görə əlavə cəm şəkilçisinə ehtiyac duymur. Yəni, "bizlər", "sizlər" doğru ifadə deyil) Ab-hava (U hərfini məşğul etməyək) Layihə (Y ortada gəlir) Çatışmazlıq (İki inkar bir yerdə olmur. Çatışmamazlıq desək, iki inkar olur) Məşhur (Bunu yadda saxlamağın ən gözəl üsulu ingilis dilindəki "sh" (ş) söhbətdir) Əlbəttə (İki t olur, belə daha qəşəng və səliqəlidir, yo?) Səliqə-sahman (Birincidə ə, ikincidə a) Bilməzsən (Sözün kökü bilməz-dir, bilmər deyil) Narahatlıq (Çı-nı məşğul etməyək, uzatmayaq. Sözün kökü narahatdır, narahatçı deyil) 📤 WhatsApp iOS-a AirDrop-a bənzər fayl paylaşma funksiyasını gətirir Yayılan yeni məlumata görə iOS istifadəçiləri üçün WhatsApp-ın ən son beta versiyasına Nearby Sharing adlı yeni funksiya əlavə ediləcək. Bu xüsusiyyət sayəsində iPhone istifadəçiləri internetə ehtiyac duymadan foto, video və sənədləri (faylları) yaxınlıqdakı insanlarla paylaşa biləcəklər. Maraqlı söhbətdir.
🔍 OpenAI, AI ilə işləyən axtarış sistemi SearchGPT-ni elan edib!
OpenAI axtarış bazarına çoxdan gözlənilən girişini edib. Axtarış motoru istifadəçiyə “Nə axtarırsınız?” sualını verən böyük mətn qutusuyla başlayır. Ancaq onu digərlərindən fərqləndirən şeylər var. Bunlardan biri də mövzunu anlayıb qısa və sadə yolla izah etməsidir. Daha sonra isə konkret mövzularla bağlı başqa keçidlərə yönləndirəcək. Hazırda test müddətindədir və sadəcə 10 minlik istifadəçi üçün əlçatandır. Bu isə o deməkdir ki, rəqabət güclənəcək və Google yeniliklər etməyə məcbur qalacaq.
🤯 Meta 220 milyon dollar cərimələnib
Nigeriya hökuməti Meta-nı Facebook və WhatsApp məlumatlarını qorunmaması və istehlakçı hüquqlarını pozmasıyla əlaqəli 220 milyon dollar cərimələyib. Araşdırmalar nəticəsində məlum olub ki, Facebook və WhatsApp Nigeriyada “bir neçə dəfə” məlumatların qorunması və istehlakçı hüquqları qanunlarını pozub. Daha sonra məlum olub ki, Meta nigeryalı istifadəçilərə heç məlumat mübadiləsi seçimini təklif etməyibmiş.
🎼 Spotify 18 dollarlıq yeni abunə modeli üzərində işləyir
İlk elanından üç ildən çox vaxt keçməsinə baxmayaraq Spotify istifadəçiləri hələ də HiFi (High Fidelity) səs sisteminə keçə bilməyiblər. HiFi audio sistemləri musiqi və ya səsi mümkün olan ən yüksək dəqiqlik və aydınlıqla təkrar etmək üçün nəzərdə tutulub. Əslində Spotify-ın elan etdiyi xüsusiyyətlər çox da yeni deyil. Apple və Amazon bir müddətdir ki, standart abunə planlarının bir hissəsi kimi yüksək keyfiyyətli audio təklif edir. Spotify isə bu funksiyaları abunəçilərinə əlavə ödənişlə təqdim edəcək.

Dostlar, salam. Axşamınız xeyir. Ümid edirım ki, yaxşısınız 🫶 Günün xəbərləri hazırdır, aşağıda sizinlə paylaşıram 🕺🏻 🤓 Görək ChatGPT nə edəcək!
Meta ən böyük açıq mənbəli AI modeli olan Llama 3.1-i buraxır. Bu model daha çox ölkədə əlçatan olacağ və eyni zamanda kiminsə xüsusi oxşarlığına əsaslanan şəkillər yarada biləcək. Mark Zukerberq-in sözlərinə görə Meta AI bu ilin sonuna qədər ChatGPT-ni keçərək ən çox istifadə edilən köməkçi olacaq.
👧Gözdən əlil Barbie.
Barbie Dreamhouse Barbie Fashionistas kolleksiyasına əlavə edilən görmə maneəli və daun sindromlu kuklalarıyla genişlənir. Bu Barbilər
2024-cü ilin kolleksiyasında 10.99 dollara satışa çıxarılıb.
Görmə qabiliyyəti zəif olan Barbie
Amerika Korlar və Mattel Fondu ilə birgə yaradılıb.
🌎 Dünyanın ən güclü passportu yenə Sinqapur passportudur.
2023-cü ilin dekabrın Sinqapuru geri qoyaraq birinciliyə yüksələn
İspaniya yenidən ikinci pilləyə düşüb.
Bununla belə, ikinci yeri bölüşdüyü daha 4 ölkə var; Fransa, Almaniya, İtaliya və Yaponiya. Dünyanın ən güclü pasportuna (Sinqapur) sahib olan insanlar
195 ölkəyə vizasız daxil ola bilərlər.
Elə sərhəd söhbətləri düşmüşmək, bilmirsiz, quru sərhədlər nə vaxt açılar? 🤔
⚡️ Nvidia səhminin qiyməti düşüb, sonra yüksəlib.
Son illər sürətlə məşhurlaşan Nvidia şirkətinin səhmləri dünən ucuzlaşaraq 104$ olub, bu gün isə
10% artım baş verib və 114$ olub.
Yəni, dünən alış edənlər, artıq bu gün qabağa düşüblər 😅
🤖 İnstaqrama "AI Studio" funksiyası gəldi.
Dünyanın ən məşhur onlayn foto və qısa video paylaşma platformalarından biri(ncisi) olan Instaqramla bağlı
təzə söhbət var.
Platforma
AI Studio
alətini ABŞ-dakı bütün istifadəçilər üçün əlçatan etdiyini açıqlayıb. Beləliklə, istifadəçilər artıq öz süni intellektlə dəstəklənən
söhbət botlarını yarada biləcəklər.
Bununla bağlı bir dəfə video paylaşmışdım. Daha ətraflı məlumat üçün həmin videonu izləyə bilərsiniz – https://www.instagram.com/reel/C15Dc1HrZfD/

Tək getdim, çox qayıtdım! ❤️ Artıq komandamla işləyirəm və çatdırmadığım işləri birlikdə etməyə başlayırıq. Odur ki, bu gündən sonra dünyada baş verən yenilikləri, texnologiya, sosial media və başqa məlumatları təkrar burada paylaşmağa davam edəcəyik 🕺🏻 👨🏻‍💻 Temu Trendyoldan geri qalmır!
2022-ci ildə yaradılan Çin e-ticarət şirkəti Temu 1 ay əvvəl Azərbaycan bazarına daxil olub və qısa zamanda milyonlarla istifadəçiyə çatıb. Su qiymətinə çoxlu məhsul seçimləriylə gündəmdə olan Temunun aşağı səbət məbləği yüksəlib. Görək bu yenilənmə Temunun yüksəlişini yavaşladacaqmı və nələr baş verəcək.
🫨 Bəlkə də Google tarixə qovuşacaq.
OpenAI öz axtarış sistemini təqdim edib. Bu sistemin adı SearchGPT adlanır və ChatGPT-4 əsasında yaradılmış ağıllı axtarış sistemi hesab edilir. Hazırda istifadəsi məhdud sayda şəxslərə açıqdır və yoxlamaq olmur, ancaq yaxın vaxtlarda həyatımızın bir hissəsi olmağa namizəddir.
⚽️ Süni intellekt artıq hər yerdədir!
Snickers süni intellektdən istifadə edərək Joze Mourinyonun (portuqaliyalı, Fenerbahçenin baş məşqçisi və keçmiş futbolçu) klonunu yaradıb. Yaradılan klon futbol azarkeşlərinin videolarına xüsusi rəy bildirə bilər. Süni intellektin yaradılmasına əsas səbəb insanlarla daha sıx əlaqə qurmaqdır.
🕵🏻‍♂️ Apple yenilik edir?!
Apple 2026-cı ilə kimi qatlana bilən iPhone üzərində işləməyə davam edir. Bu barədə yayılan şayiələrə görə telefon Samsung modeli kimi üfüqi şəkildə qatlanacaq. Məlumata görə yaradılmasına artıq fevral ayında başlanılıb. Samsung modelinə bənzədiyinə baxmayaraq Apple bu dizaynı etməkdə qəti qərarlıdır.

photo content

Problemlər qismən həll edilib, ancaq 30-40 dəqiqə ərzində post paylaşmağınızı tövsiyə etmirəm.

Problem artıq 20 dəqiqədir ki, davam edir. Bu biznesləri üçün sadəcə dəhşətdir. Hər saniyə zərərlərinə işləyir, çünki pul itirməklə yanaşı və imicləri zədələnir (gizlilik, güvənirlik). İnstaqramın 55.7 milyondan çox istifadəçisi var. Bura biznes hesablar da daxildir. İndi təsəvvür edin ki, metada reklamlar da dayanıb və bu nə qədər pul itirmək deməkdi.

Qlobal problem! 📱 Əgər instaqrama, facebooka və threadsə daxil ola bilmirsinizsə, narahat olmayın, çünki problem sadəcə sizin profilinizlə əlaqəli deyil 😅 Məsələ qlobaldır 😬 ancaq hələ ki, metadan hər hansısa açıqlama edən olmayıb. Belə vaxtlarda yenə məlumat vermək üçün Telegram köməyimizə çatır 🕺🏻