fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Xalq şairi Ramiz Rövşənə İlham Əliyev doğum günündə ev verib. Sosial şəbəkə və mətbuat yazır ki, Ramiz bəy evi şəhid ailəsinə hədiyyə edib. Dəqiqləşdirdim, yalan xəbərdir. Xatırladım ki, Ramiz Rövşən Heydər Əliyevdən də ev hədiyyə almışdı.

Erməni ilə üz üzə dayanan, ən ön cəbhədəki Azərbaycan Əsgərləri acdır. Hər gün müxtəlif videolar yayılır, əsgərlər etirazlarını edirlər, çətinlikdə olduqlarını, bir paçka siqaretə möhtac olduqlarını, ailələrinin ehtiyac içində olduqlarını bildirirlər. Evlərdə ölümə tərk edilən yaralı əsgərlər fəryad edirlər, bank hesabları paylaşıb, kömək umurlar. Sosial müdafiə fondu, məşğulluq, səhiyyə sistemi, banklar, kreditlər, icra, baxımsızlıq, laqeydlik, biganəlik əsgərin, onun ailəsinin ömrünə oturub. Hərbçi vəzifəsini yerinə yetirib, qalib olaraq müharibədən çıxıb amma ad verilmir, layiq olduğu diqqəti görmür, adicə sənədinə "müharibə iştirakçısı olub" belə yazılmır. Onlarla belə sübutlar, faktlar var. Halbuki onları ovuclarının içində gəzdirməlidirlər. Komissarlıqlar bazar qurub, kimə ad vermək lazımdır, pulla alır. Kimi tərxis etmək lazımdır pul alır. Özü-özünü yaralayana (müharibədə iştirak etməsin deyə) yalandan yazırlar ki, güya erməni gülləsi dəyib, qazidir. Həqiqi qazi olanı isə təsdiqləmirlər. Haqqını tələb edəni satqın, xain çıxarırlar. Hələ bir çoxu utanır dilə gətirməyə, çəkinirlər, ar edirlər, mənə inboxa yazırlar, yardım istəyirlər. Amma onları möhtac içində saxlayan, onlara çatacaq olan haqqı yeyən, mənimsəyən məmurların abrı, həyası və şərəfi yoxdur ki, əsgərin tikəsinə, payokuna da göz dikiblər. Silahlı Qüvvələrə Yardım Fondunda milyonlar yığılıb ancaq Azərbaycan Əsgərini dilənçi gününə salıblar. Yeni fond yaradıblar, YAŞAT adında. SOCAR əməkdaşlarını icbarı fonda 10% maaşlarını köçürmə əmri verilib, təhsil işçilərinin isə maaşlarından 30 manat kəsilib fonda göndəriləcək. Xalqdan icbari pullar tuturlar, amma yenə də Azərbaycan Əsgəri möhtac içindədir, özlərini yaşadırlar. Videosu yayılan əsgərlər, bu videonu yayan insanlar, yayan media qurumu söyülür, təhqir edilir, alçaldılır amma əsgərin haqqını oğurlayanlar yenidən xalqı soyur, onun cibinə girir və heç kəs də onları qınamır, cəzalandırmır, yetim-yesiri tuturlar. Çünki bu ölkədə oğru yox, doğru cəzalandırılır. Əsgər şücaət göstərir, fədakarlıq edir amma "Əşi vətən üçün etmisən də, bir qarın çörək üçün yox ki, nə deyinirsən? Əsgər ac qalar, əsgər çətinlik çəkər, əsgər şəhid olar, əsgərə soyuq olar da. Hoteldə qalmırlar ki?! İstirahət mərkəzidir?!" deyimləri havada uçuşur, oğurluqlara bəraət qazandırılır. Amma əsgərə rəhbərlik edənlər, ona çatacaq yardımları mənimsəyənlər, onu möhtac edənlər şah kimi, bəy kimi fırlanırlar. Bütün bunların səbəbkarı sistemdir, sistemi idarə edənlərdir. Ordunun ali baş komandanı görməzdən gəldikcə, oğurluqlara göz yumub, səs çıxarmadıqca, hələ də pafosdan, biz eləyik, biz beləyikdən qurtulmadıqca onun tabeliyindəki əsgər möhtac durumda qalacaq. Ən qısa zamanda bu işə əl atılmalı, hərbçilərin problemlərinin qısa zamanda həllinə çalışılmalıdır. Ölkənin ilk və mühüm problemlərindən biri bu olmalıdır. Hərbçisinə, qazisinə, vətəndaşına dəyər verməyən cəmiyyət qələbəyə, güclülüyə, tərəqqiyə layiq deyil.

Şuşa-Xankəndi yolunun minalardan təmizlənməsi zamanı rus sülhməramlıların zabiti mina partlayışı nəticəsində ölüb.

Qarabağ xəbərləri: - Azərbaycan Ordusunun mövqelərinə hücum etməyə cəhd edən daha 62 erməni hərbçi əsir götürülüb. Ermənilər isə təkzib edib. - Füzuli, Hadrut və Cəbrayıldan daha 35 erməni hərbçinin cəsədi tapılaraq təhvil verilib. - Qafana birləşdirilən Zəngilanın Ağkənd (Spitakaşen) kəndi boşaldılaraq, evlər yandırılaraq təhvil verilir.

Dünən gecə Zığdakı FHN-in modul tipli xəstəxanasında oksigen stansiyasında qəza baş verib. Məndə olan məlumata görə koronaviruslu pasiyentlər arasında xeyli sayda (46 nəfər deyilir) itkilər var. Hadisənin baş verdiyini "Həkimlər və Təbib tələbələr" İctimai Birliyi də bəyanat yayaraq təsdiqləyib. Amma nə FHN, nə də digər rəsmi qurumlar məlumatı təkzib edir, ictimaiyyətə düzgün açıqlama vermirlər, nasazlığın səbəbləri açıqlanmır, cavabdeh şəxslər cəzalandırılmır. Belə olduğu təqdirdə faciələrin qarşısı alınmır, əksinə çoxalmasına şərait yaradılır.

Ermənistan mətbuatı bildirir ki, Qafan şəhərinin meri açıqlamasında yanlışlığa yol verib. O bu kəndlərə nəzarət edən 13 zirvənin Azərbaycan Ordusunun nəzarətinə veriləcəyini bildirmək istəyib. Yəni yaşayış məntəqələrinə Azərbaycan Ordusu rahatlıqla nəzarət edə biləcək. Azərbaycan Ordusunun nəzarət edəcəyi zirvələrdən Qafan şəhərinin mərkəzinə cəmi 900 metr, Qafan aeroportuna isə 150-200 metr məsafə var.

Sabaha Azərbaycana təhvil veriləcək yüksəkliklərdən nəzarət ediləcək Qafan rayonundan olan yaşayış məntəqələri: 1. Kaxnut (Novruzlu) 2. Davit-Bek (Zeyvə) 3. Ujanis (Ucanis) 4. Eqvard (Yeğvard) 5. Aqarak(Əkərək) 6. Diçmayri (Aşağı Qaraçimən) 7. Syunik (Sünik) 8. Çakaten (Çakaten) 9. Şikaox (Şıxovuz) 10. Nerkin Hand 11. Tsav (Tsab) 12. Gexanuş 13. Qafan

⚡️ Qafan merinin sözlərinə görə, sabah Qafanın yüksəklikləri və bölgənin 13 kəndi Azərbaycana təhvil verilməlidir.

Erməni rəsmiləri bildirir ki, Çaylaqqala və Köhnə Tağlar ərazisindən 9 nəfər erməni hərbçinin cəsədi tapılıb.

Dövlət Statistika Komitəsi adından yayılan "Xankəndinə 12024 azərbaycanlı qayıdacaq" xəbəri saxtadır. Amma üçtərəfli bəyanatın 7-ci maddəsinə əsasən məcburi köçkün və qaçqınlar Dağlıq Qarabağın ərazisi və ətraf rayonlara BMT-nin nəzarəti altında geri qayıtmağı nəzərdə tutur. Erməni tərəfinin "belə bir şey mümkün deyil" deməsi imzaladıqları bəyanata ziddir.

⚡️ Erməni KİV: Hazırda Ermənistan hərbçiləri Paşinyanı söyə-söyə işğal etdikləri Qafandakı bəzi mövqelərini tərk edərək Azərbaycan əsgərlərinə təslim edirlər.

Dünən Qax şəhər sakini, 1993 təvəllüdlü baş leytenant Ağayev Asəf Abid oğlu Xocavənd istiqamətində minaya düşərək şəhid olub.
Dünən Qax şəhər sakini, 1993 təvəllüdlü baş leytenant Ağayev Asəf Abid oğlu Xocavənd istiqamətində minaya düşərək şəhid olub. Asəf Şuşanın işğaldan azad olunmasında iştirak edən XTQ hərbçilərindən olub.

Qafanın meri Qevorq Parsyan bəyan edib ki, Ermənistan-Azərbaycan sərhəddi SSRİ-də olduğu kimi çəkiləcək. Artıq dünəndən ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində möhkəmlənmiş hərbi postları söküb, Ermənistan ərazisinə aparırlar. Parsyan deyib ki, indi Azərbaycan Ordusu yaşayış məntəqələrimizin 1 kilometrliyində, aeroportumuzun isə 200-300 metrliyində olacaqlar. Xəbər verilir ki, sabah saat 17:00-dək Azərbaycan qoşunları Qafan ətrafında olan yüksəkliklərə nəzarəti ələ almalıdır.

Putin Qarabağ haqqında: - Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ Azərbaycan ərazisidir. - Rusiya ancaq tərəflərin razılığı ilə sülhməramlı kontingentin sayını artıra bilər. - Qarabağın statusu dəyişməz qalacaq və bu haqda gələcəkdə qərar veriləcək. - Dağlıq Qarabağla Ermənistan arasında əlaqə məcburidir. Bunun üçün Laçın dəhlizi yaradıldı.

Türkiyə Müdafiə Nazirliyi: "Qarabağ bölgəsini minalardan təmizləmə əməliyyatı davam edir. Türkiyə Quru Qoşunlarına aid 136 nə
Türkiyə Müdafiə Nazirliyi: "Qarabağ bölgəsini minalardan təmizləmə əməliyyatı davam edir. Türkiyə Quru Qoşunlarına aid 136 nəfərdən ibarət minatəmizləmə qrupu Azərbaycana gələrək fəaliyyətə başladılar".

Paşinyan: "Xin Şen (Böyük Qaladərəsi) kəndində nə erməni, nə də azərbaycanlı hərbçilər olmalı deyil. Kənd rus sülhməramlı kontingentin nəzarəti altında olmalıdır. Amma ermənilərin tabeliyində. Üçtərəfli bəyanata görə, Çaylaqqala və Köhnə Tağlar da Ermənistanın nəzarətində qalmalıdır".

Qarabağ xəbərləri: - Qondarma rejimin Müdafiə Naziri Mikael Arzumanyan itkin düşən hərbçi valideynləri tərəfindən döyülüb. - Qarabağda erməni hərbi qulluqçu, 2002 təvəllüd Vaqe Babayan naməlum şəraitdə aldığı ağır xəsarətdən ölüb. - Cəbrayıl və Füzulidən daha 64 erməni əsgərinin meyiti tapılaraq təhvil verilib. - Rusiya FHN Qarabağa 54 vaqon humanitar yardım göndərdiyini açıqlayıb. - Erməni rəsmilərinə görə Çaylaqqala istiqamətində 60 erməni əsgərinin əsir düşdüyü bildirilir. - Yaxın günlərdə əsirlərin mübadiləsinin ikinci mərhələsi planlaşdırılır. - Rusiya rəsmiləri Dağlıq Qarabağa ümumi olaraq 40 mindən çox erməninin qayıtdığını açıqlayıb.

Qondarma rejimin başçısının çıxışından seçmələr: - Müdafiə Ordumuz və Rusiya Sülhməramlıları sayəsində Azərbaycan Ordusunun təxribatlarının qarşısı alınır. - Rəsmi Bakının hərəkətləri Rusiyaya böyük hörmətsizlikdir. - Sakinlərimizin təhlükəsizliyi üçün "Artsax" ərazilərini azad etməliyik. - Dünən Şuşanın Böyük və Kiçik Qaladərəsi (Хин-Мец Шен) kəndləri blokadadan çıxarıldı və rusların köməyi ilə Azərbaycan Ordusu ərazidən uzaqlaşdırıldı. - Ötən günlərdə Çaylaqqala (Хцаберд) ərazisindən onlarla hərbçimiz əsir götürülüb.

Dünən Çaylaqqala və Köhnə Tağlar ərazisindən xeyli sayda, bəzi videolara görə 160, bəzilərinə görə 115, bəzilərinə görə 60 nəfər erməni hərbi əsir və onlarla hərbi qənimətin ələ keçirildiyi bildirilir. Erməni mənbələr isə bəzisi 10 nəfər, bəzisi 30 nəfərdən çox əsirin olduğunu deyirlər.

Rus sülhməramlıların son xəritəsinə görə Xocalının Şuşikənd yaşayış məntəqəsi yenidən rus-erməni nəzarətində görünür. Dünən isə fərqli idi. Halbuki keçən ayın 9-u həmin kəndin və Xocalının Muxtar kəndinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyi rəsmi olaraq elan olunmuşdu. Dünən də ermənilər kəndi tərk etdikləri və Azərbaycanın nəzarətinə keçdikləri haqqında yazırdılar, çox qəribədir. Azərbaycan Müdafiə Nazirliyi isə ümumiyyətlə bu söhbətlərdə yoxdur. Özümüz ordan-burdan müəyyən edib torpaqlara nəzarətin kimdə, harda olması haqqında məlumatlar tapmağa çalışırıq. Bu da MN başqa bir ayıbıdır əslində.