fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Nəhayət Qaradağdakı rəzalət öz həllini tapdı. 18 nəfər şəhidin öz ailələrinin günlərlə tələbləri və etirazlarından sonra, İkinci "Şəhidlər Xiyabanın"da dəfn edilmək üçün köçürülür.

Vaxtiylə Ramiz Mehdiyevin biznesini idarə edən, hazırda Beylər Əyyubova bağlı olan Rasim Məmmədov öz ortaqları Ramizin oğlu Teymur Mehdiyev və kürəkən, sabiq deputat İlham Əliyevin şikayəti əsasında DTX tərəfindən həbs edilib. Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birindən 4 milyon, digərindən isə 3,5 milyon dollar alaraq qaytarmayıb. Məndəki məlumata görə Mikayıl Cabbarov da 1 milyard istəyib, bu da verməyib, DTX tutub aparıb. Artıq milyonlarlar bunlar üçün heç nə olub, siz də orda fond-fond oynayın.

Azərbaycan Ordusunun hərbi qulluqçuları avtomobil qəzasına düşüb. Hadisə ötən gün Ömər aşırımında qeydə alınıb. Qəza nəticəsində iki hərbi qulluqçu - Ramiz Mustafayev və Alıxan Qaragözov şəhid olub.

Qarabağ xəbərləri: - Bəzi erməni mənbələri Laçın dəhlizində 15 erməni əsgərin əsir götürüldüyünü bildirib. Rəsmilər isə təkzib ediblər. - Minatəmizləmə Agentliyinin əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya olunub və çoxsaylı qəlpə yarası alıb. - Müharibədə yaralanmış MAXE Ağcabədinin Yuxarı Qiyaməddinli kənd sakini, 1997 təvəllüd Əliyev Azər Dilafət oğlu xəstəxanada şəhid olub. - Qarabağda vuruşan erməni döyüşçülər pullarını ala bilmədiklərinə görə Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçiriblər.

"Ria Novosti"nin iddiasına görə Ağdamda yerləşən Rus-Türk birgə monitorinq mərkəzi sabahdan etibarən öz işinə başlayır. 60 türk və 60 rus zabiti, həmçinin PUA-ların da havadan dəstəyi ilə sülhün təmini və sülhməramlıların işinə nəzarət funksiyalarını həyata keçirəcəklər.

Qarabağ xəbərləri: - Bu gün Azərbaycan Ermənistana 5 əsir, ermənilər isə rəsmi Bakıya 1 azərbaycanlı əsir qaytarıblar. - Bir neçə gün öncə Şuşa istiqamətində qəzaya düşən, hərbçi Xudat sakini, 1998 təvəllüd Məmmədov Kamil Şamil oğlu bu gün hospitalda şəhid olub. - Tərtərdə 33 yaşlı Elgün Ələkbərovun idarə etdiyi traktor minaya düşüb, hazırda yaralı vəziyyətdə xəstəxanadadır. - Bu gün daha 3 hərbçi erməni cəsədi Xocavənd istiqamətində tapılaraq təhvil verilib.

Ramiz Mehdiyevin biznesinin idarəedicisi kimi tanınan işadamı, “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun həbs edildiyi deyilir. Onu da qeyd edim ki, şirkətin 1 milyon yarım manatdan çox vergi borcu ilə ölkədə ilk yeri tutur.

Tikinti sahəsində beton bloklar, yer daşı, qazon daşı, pilləkənlər və digər məhsullar hazırlayan "Keystone” şirkətinin dövlət büdcəsinə 636 mindən çox vergi borcu var. Şirkət kimin olsa yaxşıdır? General-polkovnik Nəcməddin Sadıqovun oğlu Məhəmməd Sadıqovun. Vergilər nazirinin müşaviri olmuş Məhəmməd Sadıqov Mehriban Əliyevanın xalası oğlu, "EL Holdinq"in sahibi Elçin Muradovun kürəkənidir.

Xəbər yayıblar ki, Nəcməddin Sadıkovun səhhətində ciddi problem yarandığı üçün, Moskvada açıq ürək əməliyyatı keçirib. Müdafiə Nazirliyi də rəsmi olaraq bildirilib ki, Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil. 27 illik Baş Qərargah rəisi, ordu sıralarından ehtiyata buraxılıb. Amma məndə olan dəqiq məlumata görə Qəbələdə, Qafqaz-Tufandağ hotelində, 8 qoruması ilə birgə, VİP otağında dincəlir. Onun səlahiyyətlərini isə rəsmi olmasa da general-leytenant Kərim Vəliyev həyata keçirir.

İlham Əliyev bu gün özünə Şuşa rayonuna xüsusi nümayəndə təyin edib, xeyli, ağız dolusu da Şuşadan danışıb, məsciddən söhbət edib, mədəniyyət paytaxtı filan. İndi öyrəndim ki, erməniləri qıcıqlandırmamaq və xətirlərinə dəyməmək üçün Şuşa məscidindən azan verməyi yasaqlayıblar. Kim edib, əmr hardan verilib, bilmirəm. Dedim birdən xəbəri olmaz, xəbər verim.

Bu gün ermənilər hərbi qəhrəman hesab etdikləri Qaregin Njdeyə Xocavənd şəhərində heykəl ucaldıblar. Heykəl müharibədən əvvəl hazırlansa da bu gün mərkəzi küçələrin birində qoyulub. Qeyd edim ki, İlham Əliyev dəfələrlə çıxışlarında Njdeni faşist, cəllad və terrorçu adlandırıb. Bəziləri bunu ermənilərin Azərbaycanı növbəti dəfə qıcıqlandırma addımı kimi dəyərləndirirlər. Azərbaycan rəsmiləri hələ ki, bu barədə heç bir açıqlama verməyiblər.

Bu gün İlham Əliyevin nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin etdiyi Rəşad Nəbiyev "Azəriqaz"ın Sumqayıt idarəsinin uzun müddət rəisi olan Nəbi Nəbiyevin oğludur. Qaynatası isə parlamentin deputatı olmuş Tofiq Hüseynlidir. Rəşad Nəbiyev əvvəl “Azərkosmos”un sədri idi. O maliyyə naziri Samir Şərifova yaxınlığı ilə tanınır. Əvvəlki nazir Ramin Quluzadə isə Prezidentin İşlər müdiri təyin edilib. Əvvəlki müdir Oqtay Şahbazov isə Energetika naziri Pərviz Şahbazovun atasıdır. 80 yaşı var, göndərildi pensiyaya. Mikayıl müəllim bu dəfə çörəksiz qaldı.

Artıq bir neçə həftədir ki, 17 şəhid ailəsi övladlarının məzarının Qaradağda qamışlıq ərazidə dəfn edildiyini iddia edirlər və tələb edirlər ki, Şəhidlər Xiyabanında dəfn edilsinlər. Bununla əlaqədar dəfələrlə etiraz aksiyaları keçiriblər. Bu gün də Bakının mərkəzi küçələrində yolu bağlamağa cəhd ediblər. Niyə? Çünki hökumətdə bir nəfər çıxıb onların qarşısına cavab vermir, səslərini dinləmir, haqlıdırlar, haqsızdırlar eşitmir, özlərini qoyublar korluğa, karlığa. Amma övladları bircə çağırışla gedib şəhid oldular. Bununla artıq neçənci dəfədir ki, şəhid ailələri, qazilər, hərbçilər etirazlar edirlər, şikayətlər edirlər. Müharibədən qalib çıxmış dövlətin böyük ayıbıdır, idarəetmə sisteminin fəsadlarıdır.

İspaniyada Müdafiə Nazirliyinin baş qərargah rəisi vəzifəsindən sui-istifadə edərək növbədənkənar koronavirus peyvəndi olunduğu üçün bütün ictimaiyyət tərəfindən qınanıb. Müzakirələrə tab gətirməyən baş qərargah rəisi istefa verib. Necə paralel dünyalarda yaşayırıq deyirəm, Azərbaycanda 4 aydır baş qərargah rəisi Nəcməddinin fatihəsi verilib amma rəsmi olaraq heç bir açıqlama, heç bir istefa zad yoxdur. Yəqin hökumət general Sadıkovun hansı villasında gizləndiyini tapa bilmir.

15 ildir Azərbaycanın gənclər və idman naziri olan Azad Rəhimov səhhətinin ağırlaşması nəticəsində ABŞ-a aparılıb və orada ağciyərinin müayinə və müalicəsi ilə məşğul olur. O bir neçə aydır ki, New Yorkun ən yaxşı birinci, ABŞ-ın isə ən yaxşı dördüncü sayılan "Presbyterian" hospitalında müalicə olunsa da, vəziyyəti pisləşib və hazırda başqa bir xəstəxanaya köçürülüb. Məncə Gənclər və İdman nazirliyini də Mikayıl Cabbarova tapşırsınlar.

Maliyyə Nazirliyi hərbçilərin maaşının azaldılması ilə bağlı bildirib ki, döyüş şəraitində, hərbi əməliyyatlarda iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Müdafiə Nazirliyi ikiqat pul təminatını təmas xəttində xidmət keçən hərbi qulluqçulara ödəyirdi. Hazırda isə təmas xəttinin uzunluğu, coğrafiyası və digər məsələlərin dəyişməsi səbəbindən Müdafiə Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir. Bu arada hərbçinin ikiqat pul təminatı zamanı xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamlar nəzərə alınmır. Bir də hərbçilərin pulla təminatı zamanı emosional çalarların qatılmasının qəbuledilməz olduğunu qeyd edib, bunu pisləyiblər. Dəqiqləşdirmənizi həyata keçirin amma bu zaman kəsimində də hərbçilərin ikiqat maaşını ödəyin, onlara haqqı olanı verin, kimsə artıq nəsə tələb etmir. Siz həftələrlə dəqiqləşdirmə aparacaqsız deyə ikiqat maaşı niyə kəsməlisiz? Yaxud dəqiqləşdikdən sonra maaşlar keçən zaman kəsimində ikiqat şəkildə mütləq ödənməlidir. Siz kabinetlərinizdə dəqiqləşmə apara-apara, hərbçilər ən ağır şərtlərdə, şəraitsiz vəziyyətdə xidmətlərini davam etdirirlər, onların haqqının tapdanması pislənilməlidir, haqlarının tələb olunması yox.

Qusar rayonu Hil kənd sakini, XTQ əsgəri Cavadov Rəşad Fərzəli oğlu Füzuli rayonunda minaya düşərək şəhid olub. O "Xocavənd v
Qusar rayonu Hil kənd sakini, XTQ əsgəri Cavadov Rəşad Fərzəli oğlu Füzuli rayonunda minaya düşərək şəhid olub. O "Xocavənd və Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdi.

Avropaya qaz satırlar, kəsir var deyə rayonların bir çoxunda qazı dayandırıblar. Məsələn, Hacıqabul, Lənkəran, Neftçala, Saatlı, Sabirabad, Qobustan və daha digər rayonlarda qəza adı ilə qazı kəsiblər. "Azəriqaz" öz xalqını soyuqdan dondurur ki, Avropanı qazla təmin etsin. Təklif edirəm ki, məmur və nazirlərinizin istixanalarına, obyektlərinə qazı verənə qədər, əhalinin öz pulu hesabına aldığı qazını verin, caamaatı qış aylarında soyuğa təhkim etməyin.

Müdafiə Nazirliyi ön xəttəki hərbçilərin maaşını bir qat edib. Əvvəl Murovda xidmət edən zabit 1200 alırdısa, indi 600 manat alacaq. Bakıda xidmət edən də 600, Murovda xidmət edən də. Halbuki bu ərazilər hələ də təhlükəli və çətin şəraitdə olan bölgələrdir. Qışın, qarın, covğununda keyfiyyətsiz çadırda, min cür əziyyətlə xidmət edənlərə, xəstəliklə əlləşən əsgərlərə qarşı ədalətsiz və haqsız qərardır. Qınanmalıdır və maksimum ictimailəşməlidir.

YAP-ın parlamendəki deputatı Siyavuş Novruzovun Dağlıq Qarabağla əlaqəli bu gün dedikləri: - Xankəndidə bizim köçkünlər harda gedib yaşasınlar, çadırda? - Kim deyir Türkiyə masada yoxdur, Türkiyə masada var. - Sərhədlərin müəyyən olunması prosesi davam edir, işğaldakı kəndlər boşaldılır, məsələn Qazaxın 7 kəndi. - Ermənilər artıq Kərki kəndini və Nüvədi kəndini boşaldırlar. - Lavrov çox şey deyə bilər, bu reallığı əks elətdirmir. - Azərbaycana rus qoşunu gəlməyib, rus sülhməramlıları gəlib. - Xankəndidən də, Xocalıdan da erməni silahlıları çıxarılıblar.