fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Mədəniyyət naziri Anar Kərimovun vəzifəsindən azad edildiyi deyilir.

Dövlət Gömrük Komitəsində diplomlarla bağlı araşdırma aparılıb. Gömrük sahəsində çalışan xeyli sayda vəzifəli və rütbəli şəxsin diplomunun saxta olması aşkarlanıb.

Bakının Türkan qəsəbəsində sağ olduğu halda, ölmüş kimi rəsmiləşdirilib torpaqları satılmış yaşlı qadınlara vəkil tapmaqda, dövlət orqanlarına şikayət etməkdə yardım edən yerli sakin Natiq Məhəmmədsoy narkotiklə şərlənərək 1 il 9 ay həbs yatdıqdan sonra dünən bəraət aldı. İşdə günahı olan 5 nəfər cəzalanıb, onun ikisi həbsdədir, biri 3 ay sonra, digəri 1 il sonra çıxacaq, digər 3 nəfər isə şərti cəza alıb. Şərti cəza alanlardan biri Daşqın Nəsirov xalq artisti Zeynəb Xanlarovanın bacısı oğludur, evində şellənir. Günahkarı azadlıqda, günahsızı isə şərləyib heç nədən həbsxanada saxlayan Azərbaycan məhkəmələri.

27 ildir Naxçıvan Muxtar Respublikasına xanlıq edən 62 yaşlı Vasif Talıbov axır ki, istefa verdi.

Bakı şəhər Xətai Rayon Məhkəməsində siyasi-ictimai fəal Bəxtiyar Hacıyev haqqında ev dustaqlığına buraxılması ilə bağlı müraciətə baxıldı. Məhkəmə bunu təmin etmədi. Vəkili Bəxtiyar Hacıyevin səhhətinin pis olduğunu, aclığı davam etdirdiyini açıqladı.

Yaxınları, vəkili 5 gündür aclıq aksiyası edən Bəxtiyar Hacıyevin fiziki işgəncəyə məruz qaldığını bildirib. Hüquq müdafiə təşkilatı olan “Müdafiə xətti” siyasi fəalın həbsdən azad olunması tələbilə 23 dekabr, saat 15.00-da Bakının Fəvvarələr meydanında aksiya qərarı verib.

İlham Əliyev və Mehriban Əliyeva Bakıda “The Ritz-Carlton Baku” adlı hotelin açılışında iştirak ediblər. Hotel “PAŞA Holding” MMC-nin törəmə şirkəti olan “Abşeron Hotel Qrup” MMC-nin hotel idarəetmə şirkətinə məxsusdur. Bir sözlə hakim ailə öz şəxsi hotellərinin açılışında iştirak ediblər. Əvvəlki adı “Tramp Tover”, yaxud "Yelkən Otel" olan tikili Azərbaycanın 10 ən yüksək binalarından biri hesab edilir.

Laçın yolunda aksiyanın beşinci günü: Rusiya sülhməramlıları növbəti dəfə ekoloqlara monitorinq aparmaq üçün “Qızılbulaq” və “Dəmirli” yataqlarına baxış keçirilməsinə şərait yaratmayıb. Etirazçılar isə sülhməramlıların daha bir avtomobil karvanının sərbəst hərəkət etməsinə şərait yaradıblar. Qarabağa da qazın təchizatı bərpa olunub. Bəzi mənbələr bu gün Laçın dəhlizində hərəkətin tamamiylə bərpa edilə biləcəyini iddia ediblər.

Korrupsiyanız əsgərləri yeyir Azərbaycan ordusunun hərbi hissələrində "tikinti-təmir mövsümü"nə start verilib. Sıravi əsgərləri icrabi əmək istismarına cəlb edərək, fəhlə əvəzi basıb işlədirlər. Fəhlələrə verilməli olan təmir üçün ayrılan pulları da qatlayıb qoyurlar ciblərinə. Hətta bəzi hərbi hissələrdə materialın, avadanlığın pulunu belə hərbçilərdən, onlar vasitəsiylə ailələrindən yığırlar. Buna dözməyən əsgərlər xəstəlikdən, ürəktutmadan ölürlər, əslində öldürülürlər. Bu istismarı həzm etməyib, psixoloji durumu ağır olanlar intihara qədər sövq oluna bilir. Bir çox bölmələrdə təminat və təchizat baxımından sıxıntılar var. Antisanitar və gigiyenik durum bərbad vəziyyətdədir. Hərbçilərin qış geyimlərində problemlər var, qaldıqları, yatdıqları yerlərlə bağlı problemlər mövcuddur, əsasən də işğaldan azad olunan ərazilərdə. Bundan əlavə hərbi xidmətə yararsız olan əsgərləri xidmətə alırlar, çünki onun əvəzinə pul verib saxlatdıranların yerini doldurmaq lazımdır. O tez-tez dediyiniz ifadə var e, "xəstə əsgərin xidmətdə nə işi var?!", bax buna görə. Gözləri doymur, yeməlidirlər axı, az pul da deyil, 10 min manat civarı. Pul verib özünü böyük şəhərlərə, daha təhlükəsiz yerə saldıranlar, pul ver bilməyən kasıbın balası da, düz sərhədə, işğaldan azad olmuş ərazilərə. Vətənpərvərlik? Dana, mal-qara saxlayan generalların, onların əsgərlə davranış qaydalarından məhrum komandirlərinin sərvətinə sərvət qatan hərbi vəzifəlilərin vecinə də deyil. Bu barədə daha ətraflı, adbaad, faktlarla yazacağam. Son həftələr əsgər ölümlərinin sayının artması həm də yuxarıda saydığım qanunsuzluqlarla bağlıdır. "Gizli döyüşlər gedir, xalqdan gizlədirlər" məsələsi yalandır, etibar etməyin.

Siyasi-ictimai fəal Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxıldı və hakim həbsqətimkan tədbiri ilə bağlı qərarı qüvvədə saxladı. Onun aclıq aksiyasına başladığı bildirilir. ABŞ narahatlığını ifadə edib, beynəlxalq təşkilatlar isə Azərbaycan hökumətindən dərhal azadlığa buraxılmasını tələb edirlər.

Laçın dəhlizində aksiyanın dördüncü günü: Kanada, Kipr, Yunanıstan Azərbaycanı yolu açmağa çağırır, Rusiya isə dəhlizin bağlanmasından narahatlığını ifadə edib. Bəzi mənbələr aksiyaçıların tələblərinin dəyişdiyini bildirir. Belə ki, onlar Azərbaycanın suveren ərazilərində Azərbaycan dövlət qurumlarının DİN, DSX, DGK-nın nəzarət və fəaliyyətinin bərpa edilməsini tələb etdikləri deyilir.

Bu gün Kəlbəcərin Çıraqlı kəndi ərazisində minaya düşərək şəhid olduğu deyilən hərbçi, Tovuzun Böyük Qışlaq kənd sakini, gizi
Bu gün Kəlbəcərin Çıraqlı kəndi ərazisində minaya düşərək şəhid olduğu deyilən hərbçi, Tovuzun Böyük Qışlaq kənd sakini, gizir Zöhrab Məmməd oğlu Hümmətovdur. DIgər yaralanan 4 nəfər mülki şəxslər rabitəçilər olduğu bildirilir.

Azərbaycan XİN: "Ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırıq".

Rusiya Müdafiə Nazirliyi rəsmi olaraq açıqlama yayıb ki, Rusiya sülhməramlıları Xankəndi yolunun yenidən açılması üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparır.

Azərbaycan XİN rəsmi açıqlama yayıb ki, Laçın dəhlizi azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb.

Qondarma rejim Xankəndidə qazın verilişinin tamamilə dayandırıldığını bildirir. Onlar buna görə rəsmi Bakını günahlandırırlar.

Bu gün Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın Vitse-Prezidenti, professor Nərgiz Paşayevanın yubileyidir, 60 yaşı tamam olur. Bu münasibətlə İlham Əliyev öz baldızını, elm və təhsilin inkişafında böyük xidmətlərinə adı ilə “Şərəf” ordeni ilə təltif edib. 65 yaşında "Tərəqqi", 70 yaşında da "Şöhrət" ordeni alar. Qeyd edim ki, Nərgiz Paşayeva və qızlarının Azərbaycan, Türkiyə, Gürcüstan, Böyük Britaniya və Rusiyada biznes fəaliyyəti mövcuddur.

Artıq 1 sutkadan çoxdur ki, Laçın dəhlizi qapalıdır. Rus sülhməramlılar bağlanan yolda modul kazarmalar quraşdırır. Bakıdan isə aksiyaya dəstək olmaq üçün daha çox etirazçı cəlb olunub. Ermənistan XİN bəyanat yayaraq Laçın yolundakı vəziyyətə görə Azərbaycanı günahlandırıb.

Dünən Zakir Həsənovun yanında mülki şəxs gördüm, diqqətimi çəkdi, araşdırdım məlum oldu ki, 1986-ci il təvəllüd polkovnik Qurbanov Aqil Səlim oğlu bir həftəyə yaxındır Müdafiə Naziri Zakir Həsənovun müavini təyin olunub. Təchizat və Təminat işlərinə nəzarət edəcək. O, əvvəllər ”PAŞA Holdinq” MMC-yə daxil olan “PAŞA İnvestments” MMC-də çalışıb. Daha sonra “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini daşıyıb. Ən son isə İlham Əliyevin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı olub. Bir gün öncədən Meydan TV-də məlumatı yaydıq, sərəncamı da bu gün verildi, rəsmi təyinat oldu. Bu arada türk general Bəxtiyar Ersay da Zakir Həsənovun müşaviri təyin olunub.

Putin həm Əliyevə, həm də Paşinyana zəng edib. Hər ikisi ilə də Qarabağda hazırda baş verən gərgin vəziyyətlə bağlı danışıb. Artıq 6 saatdan çoxdur ki, Laçın dəhlizi qapalı vəziyyətdədir. Azərbaycanlıların aksiyası davam edir, əraziyə işıq çəkilib, Azərbaycan bayraqları asılıb, çadırlar qurulub. Xankəndidəki ermənilərin də əraziyə gəlmək istədiyi, lakın polis tərəfindən qarşılarının kəsildiyi deyilir.