fa
Feedback
Hebib Müntezir

Hebib Müntezir

رفتن به کانال در Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

نمایش بیشتر
أذربيجان410دسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Hebib Müntezir

کانال Hebib Müntezir (@hebmun) در بخش زبانی آذربایجانی بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 874 مشترک است و جایگاه را در دسته متفرقه و رتبه 410 را در منطقه أذربيجان دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 874 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 02 دسامبر, 2024، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 03 دسامبر, 2024)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 874
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
İlham Əliyev 30 ildir dəmiryolu sektorunda çalışan və 7 ildir “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olan Cavid Qurbanovu vəzifəsindən azad etdi. Cavid Qurbanov həm ölkə, həm xaricdə böyük biznes imperiyasına yiyələnən - nəqliyyat, logistika, tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, səhiyyə, mərc oyunları kimi müxtəlif sahələrdə şirkətlərin sahibidir.

Bu gün baş nazir Əli Əsədov bir qərar imzalayıb. Bütün media da yazıb ki, baş nazir mobil cihazlar üçün qeydiyyat rüsumunun məbləğləri ilə bağlı qərarı ləğv edib. Halbuki elə bir şey yoxdur. Ödənilən dövlət rüsumunun tam məbləği dövlət büdcəsinə köçürüləcək. Ordan da hansısa məmur vəsaiti mənimsəyəcək, mən də haçansa gəlib burda sizinlə bölüşəcəyəm.

Deməli keçən ay, gecə saatlarında Nəsimi rayonu Cavadxan küçəsi ərazisində 99-BC-181 dövlət nömrə nişanlı, Chevrolet Cruze markalı avtomobilin sürücüsü Əziz Soltanpaşa oğlu Məlikov avtoşluq edərək təkər qaldırıb, avtomobili bir neçə dəfə asfaltda şütüyərək təkər izi buraxıb və s. Məlum olub ki, atasının gül balası puldan basıb, adı əsgərlikdə gedir, özü isə Bakıda avtoşluq edir, hələ bir çəkinməyib bütün avtoşluğunu çəkib qoyub sosial şəbəkələrə. Nə isə saxlayıblar indi, məhkəməsi olacaq. Kim olsa yaxşıdır? Şamaxı rayonun Məlhəm, Əngəxaran, Çuxuryurd kəndlərinin bələdiyyəsinin sədri Hacı Soltanpaşa Məlikovun oğlu imiş. İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafında xidmətlərinə görə "2-ci dərəcəli “Əmək” ordeni" ilə təltif edilib. Bəs yaxşı pul alıb, adını əsgərlikdə xidmət çəkən kimi qeyd edənlər məsuliyyət daşıyacaq? Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Voenkomat) Şamaxı rayon şöbəsinin rəsmiləri, hərbi hissənin rütbəliləri zad məsuliyyət daşımır?

Yadınızdadır bir Vilyam Hacıyev var idi, İmişlinin icrabaşı?! Mülklərini, biznesinin siyahısını filan yaymışdım, cavab vermişdi ki, kirayədə qalır. İndi məlum olub ki, bütün varidatı arvadının adına qeydiyyatdan keçiribmiş, ona görə elə deyib. Bu da rəsmi siyahı: - İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində (Milyonerlər Məhəlləsi) yerləşən fərdi ev (orta bazar dəyəri - 1 852 000 manat) - İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri - 275 000 manat) - İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67 000 manat) - İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86 000 manat) - İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74 000 manat) - İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65 000 manat) - İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2 626 000 manat) - İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş "BMW X5" markalı, "90-CM-200" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22 000 manat) - Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş "Land Rover" markalı, "90-KH-900" dövlət qeydiyyat nömrəli minik avtomobili - İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "BMW 740-İ" markalı, "10-AZ-369" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33 000 manat) - İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "Bentley Continental GT" markalı, "10-PR-777" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118 000 manat) 16 il icrabaşı olmuş, İlham Əliyev tərəfindən "Vətənə xidmətə görə" ordeni verilmiş Vilyam Hacıyevin hazırda məhkəməsi gedir. Onun 5 milyon manatdan çox daşınmaz əmlak və daşınan əmlakın üzərinə həbs qoyulub. Özünü də rüşvətxorluq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə 10 il yaxın həbs gözləyir.

Bunlar İlham Əliyevin bibisi nəvələri Rüstəm və Ramin Hacıyevlərin avtomobil kolleksiyasıdır. Onlar, "10MJ805, 90ZK604, 10ZZ5
Bunlar İlham Əliyevin bibisi nəvələri Rüstəm və Ramin Hacıyevlərin avtomobil kolleksiyasıdır. Onlar, "10MJ805, 90ZK604, 10ZZ579, 10RR579, 10TT579" dövlət nişanları ilə müxtəlif növ baha markalı avtomobillərə sahibdir. Ataları İlham Əliyevdən “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunan, 11 ildir Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini olan, BDU professoru Rauf Hacıyevdir. Anaları yəni İlham Əliyevin bibisi qızı professor Sevinc (Xələfova) Hacıyeva isə BDU-da 18 ildir "Ekoloji kimya" kafedrasının müdiridir. Rüstəm və Ramin Hacıyev qardaşları dünyaca məşhur qumarbazdırlar. Rüstəm Azərbaycan tarixində ilk borc agentliyinin, "Baku Collecting Agency" şirkətinin rəhbəridir. Bu ailə həmçinin ölkənin ən çox kredit verən Unibankın şərikidir. Qətərin paytaxtı Dohadakı "Nakhchivan" və Bakıdakı "Beerbaşa", "Rose Bar Baku”, "Nakhchivan", "Paul Azerbaijan", "Köfteci Ramiz" və "Məhlə" restoranları da onlarındır.

Daha bir siyasi mühacir, DAS təşkilatının regional koordinatoru Ziya İbrahimov Almaniyadan Azərbaycana deportasiya edilib. Deport olunduğu gün aeroportda saxlanılıb və polisə təhvil verilib. Vəkil tutmağa aman verilmədən Biləsuvar məhkəməsində məhkəməsi başladılıb. Bu Almaniyadan deport olunan siyasi mühacirlərin sayca altıncı həbsidir. Biri narkotik, digəri adam bıçaqlama və s. qurma ittihamlarla şərləniblər.

6 ildən çox erməni əsirliyində olan Şahbaz Quliyev canlı yayımda dövlət sirri sayıldığını dediyi məlumatlar açıqlayıb. O bildirib ki, Kəlbəcərə 21 il həm Baş nazirin müavini, həm də "Qaçqınkom"un sədri olmuş Əli Həsənovun göstərişi ilə gedib. Əvvəlcədən Müdafiə Nazirliyi əməliyyatdan məlumatlı olub. Deyir çəkilişləri etdik, kasetləri aparıb Əli Həsənovun masasının üstünə qoyduq. Sonra biz əsir düşəndə həmin o kaseti ermənilər Xankəndidə bizim özümüzə göstərdilər. İddia edir ki, əsir düşməkləri, Həsənin öldürülməsi Dilqəm Əsgərovun günahıdır. Deyir qayıtdıqdan sonra Əli Həsənov yalnız Dilqəmnən görüşdü. O, dövlətin ona biganə, laqeyd yanaşdığını, daha çox şeylər açıqlayacağını və intihar edəcəyini deyir. Böyük ehtimalla Şahbazı ya həbs edəcəklər, ya da dəlixanaya salacaqlar.

Türkiyə bu gün Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərinə baxılmasını veto edib, əngəlləyib. Rusiya XİN isə Finlandiyanın NATO-ya üzv olmaq qərarına cavablarının sürpriz olacağını bildirib. Bu arada müharibənin 84-cü günü Ukraynada hərbi vəziyyət 90 gün daha uzadıldı.

Bütün təyyarələri dövlət büdcəsinin vəsaiti hesabına alınan, bütün aeroportları dövlət hesabına tikilən, dövlət büdcəsindən milyonlarla subsidiyalar ayrılan, nəinki regionda, bəlkə dünyada ən bahalı biletləri satan monopolist şirkətlərdən biri olan AZAL yenə açıqlayıb ki, 2020-ci ildə 76 milyon manat zərərlə işləyib. 2019-cu ildə də 78 milyon 770 min manat xalis zərərlə işləmişdi. Qeyd edim ki, 2020-ci ildə AZAL hökumətdən 232 milyon 82 min manat subsidiya alıb. Bəs bu qədər pullar hara, necə gedir? Açıqlayım. Azərbaycanda, Gürcüstanda, Çexiyada, İngiltərədə, Türkiyədə müxtəlif şirkətlər, hotellər, restoranlar, malikanələrə sahib olan Cahangir Əsgərovun ailəsi, 2019-2020 illər ərzində Londonda yeni şirkətlər açıb. 2019-cu ildə Cahangirin qızının Londonda açdığı, sayca yeddinci şirkət olan “MRCR Art Limited”in aktivləri 31 milyon funtdan artıqdır. 10 gün əvvəl də Cahangir Əsgərovun qızı Cəmilə Əsgərova Londonda “Jazmena LTD” adlı növbəti şirkətini təsis edib. Ümumilikdə isə sadəcə İngiltərədə AZAL rəhbərinin ailəsinə məxsus şirkətlərin aktivləri üst-üstə 100 milyon manatdan artıqdır. Londonda Cahangir Əsbərovun ailəsi, Əliyevlər ailəsi ilə birlikdə, şərikinə öz bizneslərini artırmaqla məşğuldurlar. At diplomatiyası elə-belə deyil.

Britaniyanın Azərbaycandakı Səfirliyi mayın 14-də Azərbaycan polisinin dinc etiraz aksiyasını dağıtmasından yazıb. DİN isə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanundan danışıb deyir ki, aksiya bizimlə razılaşdırılmalı idi. Və bildirirlər ki, aksiyaya müdaxilə edilməyib, hər hansı insident qeydə alınmayıb və saxlanılan olmayıb. Ona görə də Daxili İşlər Nazirliyi, səfirliyin yaydığı bəyanatı təkzib etməyə və yol verdiyi səhvi etiraf etməyə çağırırlar. Aksiyada saxlanılanlar isə zorakılığa məruz qaldıqlarını, Bakıdan çıxışda, Ələt, Hacıqabul yaxınlığında, çöllük ərazilərə biraxıldıqlarını bildirirlər. Mən artıq səfirin boğazına bıçaq dirənəcəyindən, oğurlanıb təhdid olunacağından, "Bandotdel"də sifətində maska, üzr istədiləcəyindən narahatam.

30 ildir ata və bala Əliyevlərin mühafizəsini təmin edən, Xüsusi Dövlət Mühafizə İdarəsinin rəisi olmuş, general-polkovnik Va
30 ildir ata və bala Əliyevlərin mühafizəsini təmin edən, Xüsusi Dövlət Mühafizə İdarəsinin rəisi olmuş, general-polkovnik Vaqif Axundovun yeganə oğlu, dünyaca məşhur kazino qumarbazı Murad Axundovun avtomobil kolleksiyasıdır. O, "90XX100, 90KK100, 10ZZ100, 10EE100, 10LD100 və 99GH101" dövlət nişanları ilə Mercedes C-Class Brabus, Mercedes E300, Mercedes S500, Mercedes GL63, Mercedes BENZ S 63 AMG, Mercedes Smart Fortwo Coupe və Range Rover markalı avtomobillərə sahibdir. Bu avtomobillər 2000-2020 illər arası rəsmi olaraq DİN qurumlarında qeyd olunub. İndi yəqin ki, daha müasir və bahalı kolleksiyaya sahibdir. İstədiyi zaman nömrələri dəyişib sürür. Murad Axundov Azərbaycanda “Seküriti Sistems”, “Svit”, “Svit Prodakşın”, “Comedy.Az Production”, “Alhambra”, “Baku Luxury”, “Unique Retail” adlı şirkətlərin sahibidir. Onun Çexiyada da "AG Property Group" adlı daşınmaz əmlak şirkəti mövcuddur. O, həmçinin Azərbaycanın müxtəlif ölkələrdəki səfiri vəzifəsində işləmiş, diplomat Zakir Həşimovun kürəkənidir. Ətraflı

Rusiya Finlandiya sərhədinə ağır hərbi texnikalar yığır. Rusiya rəsmi olaraq bildirib ki, Finlandiya və İsveçin NATO-ya daxil olması çox böyük səhv olacaq: "Heç kim Rusiyanın vəziyyətlə barışacağını gözləməsin". Bu arada Türkiyə də bu iki ölkənin NATO-ya daxil olmasını istəmir.

İstanbulda 10 mayda Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək" yazan iki nəfər şəxs saxlanılıb. "Xalqı kin və nifrətə təhrik etmə" iddiası ilə ittiham olunurlar.

Fəvvarələr Meydanında "Kriminal, mafia dövləti istəmirik!", "Öldürmə ədaləti, dayandır cinayəti" şüarları ilə keçirilən aksiya yürüşü baş tutdu. Etirazçılar Daxili İşlər Nazirliyi önünə gələrək bəyanatlarını səsləndirdilər. Aksiya zamanı 26 nəfər saxlanılmışdı. Hər biri sərbəst buraxılıb.

Bakının mərkəzində "Mafia, Kriminal Dövlət İstəmirik!" şüarı ilə aksiyaya cəhd edən onlarla siyasi-ictimai fəallar, jurnalistlər, hüquq müdafiəçiləri polis tərəfindən saxlanılaraq, onların etirazının qarşısı alınıb. Hazırda aksiya davam edir. CANLI YAYIM

Şri-Lankada 2 aya yaxındır xalq ölkədəki sosial-iqtisadı vəziyyətin ağırlığına görə etiraz aksiyaları keçirir. Etirazçı əhali terrorist adlandırılsa da, nazirlər kabineti istefa versə də, ölkədə fövqəladə vəziyyət elan edilsə də baş nazir Rajapaksa istefa verdi. Amma etirazlar yenə də səngiməyib, xalq rəsmi iqamətgahını mühasirəyə alıb. O da məcbur olub paytaxtdan 270 km uzaqdakı hərbi bazaya qaçıb. Qaçdıqdan sonra əhali onun malikanələrinə hücum edərək övladlarına aid Rolls Royce, Lamborghini, Ferrari, McLaren kimi bahalı avtomobilləri yandıraraq, külə çevirib. Qeyd edim ki, ölkəni 20 ilə yaxındır bir ailə, Rajapaksalar idarə edir. Qardaşın biri prezident, o biri baş nazir, baş nazirin bir oğlu idman naziri, digəri müşaviri. O biri qardaş su və melorasiya naziri, onun oğlu isə kənd təsərrüfatı naziridir. Kiçik qardaş da maliyyə naziridir. Ailənin digər mənsubları, ölkə idarəçiliyində müxtəlif vəzifələrə sahibdirlər.

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti və ölkənin ən böyük əmirliyinin (Əbu-Dabi) monarxı Xəlifə bin Zayed Əl Nəhyan 74 yaşında vəfat edib. O atasından sonra 18 ildir ki, ölkəyə rəhbərlik edirdi. Bundan sonra ölkəni oğlu Sultan Əl Nəhyanın idarə edəcəyi gözlənilir.

Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir Sübhan Mahi
Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlı: "Oğlum şəhid olandan sonra vətəndaşlardan biri mənə torpaq vermişdi, mən də başımı salmağa bir daxma tikmişdim. Sabunçunun icra başçısı Adil Vəliyev mənə dedi ki, tiksən sökəcəyəm, 3 min ver sökməyim. Bu gün gəlib evimi başıma uçurtdular. Ay prezident, hara baxırsan?" Bağışla ana, prezidentin başı qarışıqdır, Şuşada festivaldadır.

Şimali Koreya rəsmi olaraq ilk dəfə Covid-19 virusuna rast gəlindiyini açıqlayıb. Ölkədə karantin rejimi elan edilib. Adamlar dünyanı 2 il geridən təqib edirlər, halaldı, vallah😀

Şəmkirdə bir biznesmen vardı, adı Arzu Cabbarov. Şəmkir polisi Arzuya torba tikib, bir qadınla sahibkara tələ qurublar, gizli video filan çəkib, sonra şantaj edib, hər aylıq pul tələb ediblər. O da vermək istəməyib, dava düşüb. Bu əsnada Arzunun qolu şüşəyə dəyib kəsilib, polis heç bir müdaxilə etməyib, qanaxmadan dünyasını dəyişib. Rəsmi məlumatı isə elə veriblər ki, güya qadını döymək istəyib, mayın 7-si intihar edib zad. Vilayət Eyvazovun polislərinin sahibkarlığa dəstəyi bax budur. İlham Əliyev də deyir mən heç vaxt polisləri cəzalandırmayacağam. Bu onun son səs yazısıdır.